Məhkəmə qərarları › İş №1(102)-457/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-457/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1967-ci ildə Füzuli rayonu Xələfşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məh kumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və xx.xx.1948-ci ildə Füzuli rayonu Cuvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 1775F-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(105)470/2023 nömrəli qərarından məhkuml ar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 1(124)-8/2023 nömrəli hökmü ilə (hakimlər H.Əliyev (sədrlik edən), F.Hümbətov və A.Rzayev) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Sözügedən hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü madd ələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 9 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə həmçinin Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumlar Təqsirləndirilən şəxs3, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(105)-470/2023 nömrəli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılo v və R.Ə.Ağayev) apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 11(124)-8/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişlər ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Məhəmməd Abbasi adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həblərini və 1 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroini 2021-ci ilin may ayının ortalarında Məhəmməd Abbasi adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışıqlar apararaq əvvəlcədən razılaşdıqları kimi sonuncu qeyd olunan narkotik vasitələr və psixotrop maddənin qoyulduğu ərazi olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerlərəş zibillər tullanılan ərazinin fotoşəkilini “Whatsapp”la ona göndərdikdən sonra fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib həmin yerə gedərək oradan içərisində narkotik vasitələr və psixotrop maddə olan sellofan torbanı aşkar edib götürərək satışını həyata keçirməkdən ötrü ünvan 1 ünvanındakı evin ə daşımış, sonra əldə etdiyi 1 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həblərini və 1 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroini 2021-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs4 150 manata satmış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs4 12 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı qara rəngli əl çantasından 1 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamin, təsir edici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və 1 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 2021-ci ilin may ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikası sakini, şəxsiyyəti məlum olmayan Məhəmməd Abbasi adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi ilə danışıqlar aparıb razılığa gəldikdən sonra Məhəmməd Abbasi adlı İran vətəndaşı və qeyriləri müəyyən edilməmiş vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri təmiz çəkisi 58,566 qram narkotik vasitə q urudulmuş marixuananı, hər biri külli miqdarda olan təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetamini, təmiz çəkisi 856,45 qram narkotik vasitə heroini, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərini Məhəmməd Abbasi adlı İran vətəndaşı əvvəlcədən razılaşdıqları kimi sonuncu qeyd olunan narkotik vasitələr və psixotrop maddənin qoyulduğu ərazi olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən zibillər tullanılan ərazinin fotoşəkilini “Whatsapp”la ona göndərdikdən sonra fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib həmin yerə gedərək oradan içərisində bükümlərə bölünmüş külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan sellofan torbanı aşkar edib götürərək satışını həyata keçirməkdən ötrü ünvan 1 ünvandakı evinə daşımış, sonra qanunsuz olaraq əldə edib yaşadığı qeyd olunan ünvanına daşıyaraq saxlamış olduğu təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananın, hər biri külli miqdarda olan bükümlərə bölünmüş təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetaminin, bükümlərə bölünmüş təmiz çəkisi 856,45 qram narkotik vasitə heroinin, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərinin qanunsuz satışını təşkil etmə barədə anası Məhkum ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 7 iyun 2021-ci il tarixdə, saat 20 radələrində qanunsuz olaraq əldə etdiyi nar kotik vasitələr və psixotrop maddədən 6 bükümdə, ümumi təmiz çəkisi 0,454 qram psixotrop maddə metamfetamini və 16 bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 10,994 qram narkotik vasitə heroini anası Məhkum yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhəllədə yerləşən fərdi yaşayış evinə daşıyıb sonuncuya qanunsuz olaraq təqdim etmiş, Məhkum qeyd olunan narkotik vasitə və psixotrop maddə bükümlərini yaşadığı ünvanda saxlamış, sonra əldə etdiyi həmin narkotik vasitələrdən 8 iyun 2021-ci il tarixdə, saat 17 radələrində 01 bükümdə, təmiz çəkisi 27,281 qram olan külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs3 300 manata nisyə satmış, Məhkum isə evində saxlamış olduğu narkotik vasitədən 8 iyun 2021-ci il tarixdə, saat 1 9:45 radələrində 1 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik vasitə heroini Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 25 manata satmış, Məhkum həmin tarixdə, saat 20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən üzərindəki tünd boz rəngli əl çantasından 15 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan eyni tərki bli külli miqdarda narkotik vasitə heroin və 6 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 08 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 bükümdə, təmiz çəkisi 27,281 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Məhkum saxlanılması barədə məluma t aldıqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə yaşadığı ünvan 1 ünvanda saxladığı külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olmaqla, ümumi sayı 141 ədəd olan külli miqdarda narkotik vasitə metadon həblərini, 34 ədəd sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 485,0 qr, 95,0 qr, 95,0 qr, 15,0 qr, 0,291 qr, 0,284 qr, 0,337 qr, 0,284 qr, 0,272 qr, 0,295 qr, 0,830 qr, 0,266 qr, 0,350 qr, 0,289 qr, 0,280 qr, 0,329 qr, 0,833 qr, 0,301 qr, 0,744 qr, 0,265 qr, 0,304 qr, 0,853 qr, 0,830 qr, 0,222 qr, 0,777 qr, 0,291 qr, 0,298 qr, 0,309 qr, 0,316 qr, 0,262 qr, 0,290 qr, 0,321 qr, 0,298 qr və 1,014 qram olmaqla, ümumi təmiz çəkisi 702,635 qram olan külli midarda eyni tərkibli psixotrop maddə metamfe tamini, 57 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 775,0 qr, 1,775 qr, 0,660 qr, 0,699 qr, 0,257 qr, 0,713 qr, 0,742 qr, 0,746 qr, 0,719 qr, 0,637 qr, 0,695 qr, 1,690 qr, 0,620 qr, 0,257 qr, 0,657 qr, 0,617 qr, 0,734 qr, 0,659 qr, 0,787 qr, 0,700 qr, 0,721 qr, 0,656 qr, 0,241 qr, 0,584 qr, 0,230 qr, 0,710 qr, 1,737 qr, 0,703 qr, 0,244 qr, 1,690 qr, 0,689 qr, 0,697 qr, 0,685 qr, 0,264 qr, 0,635 qr, 0,633 qr, 0,246 qr, 0,715 qr, 1,719 qr, 0,630 qr, 0,700 qr, 0,711 qr, 0,257 qr, 0,709 qr, 0,707 qr, 0,605 qr, 0,700 qr, 1,709 qr, 1,729 qr, 1,863 qr, 0,688 qr, 0,255 qr, 0,271 qr, 0,263 qr, 0,246 qr, 0,633 qr, 0,630 qr olmaqla, ümumi təmiz çəkisi 816,469 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə heroini, 1 ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 58,566 qram na rkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan “AOSAİ Pocket Scale” 6*6 sm ölçüdə elektron tərəzini 1 ədəd sellofan paketdə onların cinayətkar fəaliyyətlərindən məlumatsız olan qızı X1 vermiş, sonuncu həmin sellofan paketdə narkotik vasitələr və psixotrop maddə olmasından məlumatsız halda qeyd olunan sellofan torbanı götürüb onunla birlikdə yaşadıqları evi tərk etdikdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi əlindəki sellofan torbada aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davam ı olaraq 9 iyun 2021-ci il tarixdə, saat 01 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılaraq özünü iştirakı və razılığı ilə həmin mənzilə baxış keçirilərkən evin mətbəx otağından 1 bükümdə, təmiz çəkisi 1,706 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonra Sumqayıt ŞPİ-nin inzibati binasına aparılaraq orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd “Leaone” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 10 iyun 2021-ci il tarixdə, saat 22:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qəbristanlığın qarşısında saxlanılaraq poli s bölməssinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 1 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlamış olduğu təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananın, hər biri külli miqdarda olan bükümlərə bölünmüş təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetaminin, bükümlərə bölünmüş təmiz çəkisi 856,45 qram narkotik vasitə heroinin, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərinin qanunsuz satışını təşkil etmə barədə sonuncu ilə razılaşaraq qabaqcada n əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 7 iyun 2021-ci il tarixdə, saat 20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitələr və psixotrop maddədən 6 bükümdə, ümumi təmiz çəkisi 0,454 qram psixotrop maddə metamfetamini və 16 bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 10,994 qram narkotik vasitə heroini yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhllədə yerləşən fərdi yaşayış evində sonuncudan qanunsuz olaraq əldə edib həmin ünvanda saxlamış, qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrdən 8 iyun 2021-ci il tarixdə, saat 17 radələrində 1 bükümdə, təmiz çəkisi27,281 qram olan külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhə ri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs3 300 manata nisiyə satmış, özü isə evində saxlamış olduğu narkotik vasitədən 08 iyun 2021-ci il tarixdə, saat 19:45 radələrində 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik vasitə heroini Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 25 manata satmış, həmin tarixdə, saat 20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən üzərindəki tünd boz rəngli əl çantasından 15 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 6 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 08 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ y an cibində saxladığı 01 bükümdə, təmiz çəkisi 27,281 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 onun saxlanılması barədə məlumat aldıqdan sonra törətmiş olduqları cinayəti gizlətmək məqsədi ilə yaşadığı ünvan 1 ünvanında saxlamış olduğu külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olmaqla, ümumi sayı 141 ədəd olan külli miqdarda narkotik vasitə metadon həblərini, 34 ədəd sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 485,0 qr, 95,0 qr, 95,0 qr, 15,0 qr, 0,291 qr, 0,284 qr, 0,337 qr, 0,284 qr, 0,272 qr, 0,295 qr, 0,830 qr, 0,266 qr, 0,350 qr, 0,289 qr, 0,280 qr, 0,329 qr, 0,833 qr, 0,301 qr, 0,744 qr, 0,265 qr, 0,304 qr, 0,853 qr, 0,8 30 qr, 0,222 qr, 0,777 qr, 0,291 qr, 0,298 qr, 0,309 qr, 0,316 qr, 0,262 qr, 0,290 qr, 0,321 qr, 0,298 qr və 1,014 qram olmaqla, ümumi təmiz çəkisi 702,635 qram olan külli midarda eyni tərkibli psixotrop maddə metamfetamini, 57 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 775,0 qr, 1,775 qr, 0,660 qr, 0,699 qr, 0,257 qr, 0,713 qr, 0,742 qr, 0,746 qr, 0,719 qr, 0,637 qr, 0,695 qr, 1,690 qr, 0,620 qr, 0,257 qr, 0,657 qr, 0,617 qr, 0,734 qr, 0,659 qr, 0,787 qr, 0,700 qr, 0,721 qr, 0,656 qr, 0,241 qr, 0,584 qr, 0,230 qr, 0,710 qr, 1,737 qr, 0,703 qr, 0,244 qr, 1,690 qr, 0,689 qr, 0,697 qr, 0,685 qr, 0,264 qr, 0,635 qr, 0,633 qr, 0,246 qr, 0,715 qr, 1,719 qr, 0,630 qr, 0,700 qr, 0,711 qr, 0,257 qr, 0,709 qr, 0,707 qr, 0,605 qr, 0,700 qr, 1,709 qr, 1,729 qr, 1,863 qr, 0,688 qr, 0,255 qr, 0,271 qr, 0,263 qr, 0,246 qr, 0,633 qr, 0,630 qr olmaqla, ümumi təmiz çəkisi 816,469 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə heroini, 01 ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan “AOSAİ Pocket Scale” 6*6 sm ölçüdə elektron tərəzini 01 ədəd sellofan paketdə onların cinayətkar fəaliyyətlərindən məlumatsız olan qızı X1 vermiş, sonuncu həmin sellofan paketdə narkotik vasitələr və psixotrop maddə olmasından məlumatsız halda qeyd olunan sellofan torbanı götürüb anası Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları evi tərk etdikdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanının qarşısınd a saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi əlindəki sellofan torbada aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 9 iyun 2021-ci il tarixdə, saat 01 radələrində anası Təqsirləndirilən şəxs1 Cəfgər qızı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq özünü iştirakı və razılığı ilə həmin mənzilə baxış keçirilərkən evin mətbəx otağından 01 bükümdə, təmiz çəkisi 1,706 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin inzibati binasına aparılaraq orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “Leaone” markalı elektron tə rəzi aşkar edilərək götürülmüş, həmçinin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 10 iyun 2021 ci il tarixdə, saat 22:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qəbiristanlığın qarşısında saxlanılaraq polis bölməssinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 1 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik narkotik vasitə heroini əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və onun əməlinin Azərbaycan Res publikası CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Şikayətdə həmçinin bildirilir ki, məhkəmə 3 uşağının olması, narkotik vasitələrdən asılılığının olmasını ona cəza təyin edərkən nəzərə almamışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini və iş üzrə ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir.. Şikayətdə həmçinin bildirilir ki, məhkəmə onun yaşının çoxluğu, həmçinin xəstəliyinin olmasını cəza təyin edərkən nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şika yətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkum Təqsirləndirilən şəxs1 əməlinin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasına uyğun cəzalandırılmasını xahiş etmiş, Məhkum isə kassasiya şikayətində təyin edilmiş cəzasın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində əsasən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə”, Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə” Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl: beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yet irilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cina yət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hər 2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşımasında ifadə olunan cinayət əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şah id ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifa dələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşımasında ifadə olunan cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin, Təqsirləndirilən şəxs1 əməlində isə CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, onun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkum kassasiya şikayətində məhkəmələrin onun yaşının çoxluğu, həmçinin xəstəliyinin olmasını cəza təyin edərkən nəzərə alınmadığını bildirmişdir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş üzrə qəbul edilmiş məhkəmə hökmündə görünür ki, məhkəmə qərar qəbul edərkən məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edən zaman onun 1948-ci il təvəllüdlü olmasını müstəsna hal hesab edərək məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddə si tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirlən dirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstəl ərin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə c ür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.” Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cin ayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kasassiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarı məhkumlar tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar