Məhkəmə qərarları › İş №1(102)-458/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-458/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-458/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi – Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.H.Nəcəfova) Məhkum (xx xxxxxx 2000-ci ildə ünvan2-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 600 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və təyin edilmiş cəriməni ödəmədiyi üçün məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan3-də qeydiyyatda olmaqla, ünvan4-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2ci madd ələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 326.2-cimaddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 600 (altı yüz) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmş cəzaya tam birləşdirilməklə onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 600 (altı yüz) manat məbləğində cərimə cəzası saxlanılmış, Məhkumbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cərimə cəzasının müstəqil icra olunması, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2019-cu il tarixdən hesablanmasıqərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X28 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, ona hökmlə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə, Cinayət Məcəlləsinin 326.2cimaddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) aydan 3 (üç) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar Məhkum Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 600 (altı yüz) manat məbləğində cərimə cəzası həmin cəza ilə tam toplanılmaqla, Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 600 (altı yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə, saat 05 radələrində X17 ünvan5-in pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 600 manat dəyərində hamam aksesuarlarını, 50 manat dəyərində bir ədəd elektrik tənzimləyicisin i, 60 manat dəyərində su nasosunu, evin zirzəmisinin qapısını sındırmaqa ordan 1500 manat dəyərində bir ədəd “Robello” markalı kombi istilik sistemini ələ keçirib, zərərçəkmiş X17-ə ümumilikdə 2210 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 02 radələrində X10 məxsus ünvan6-da yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdə quraşdırılmış 1500 manat dəyərində bir ədəd “İmerqaz” markalı kombi istilik sistemini, bir ədədi 200 manat olan cəmi 800 manat dəyərində dörd ədəd istilik radiatorlarını və 300 manat dəyərində 4 mm-lik elektrik naqilləriniələ keçirib, zərərçəkmiş X10-a ümumilikdə 2600 man at məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 03 radələrində X10 məxsus ünvan7-də yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 300 manat dəyərində 2,5 mm-lik elektrik naqillərini, 200 manat dəyərində 2 mm-lik elektrik naqillərini, 800 manat dəyərində bir ədəd generatoru, 50 manat dəyərində 1 ədəd “Bosh” markalı elektrik dreli, 150 manat dəyərində 1 ədəd “Bosh” markalı laqondanı, 1900 manat dəyərində 2 ədəd “Land Gruzer” markalı avtomobilə məxsus qabaq faraları ələ keçirib, zərərçəkmiş X10-a ümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə, saat 02 radələrində X22 məxsus ünvan8-də yerləşən evin birinci mərtəbəsinin pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 450 manat dəyərində olan 1 ədəd LG markalı televizoru və 650 manat dəyərində 1 ədəd “Ariston” markalı istilik sistemini ələ keçirib, zərərçəkmiş X22-ə ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 09 radələrində X7 ünvan9-dakı fərdi yaşayış evin həyətində yerləşən otağın qapısını açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub, orada quraşdırılmış bir ədəd 1200 manat dəyərində kombi istilik sistemini və bi r ədəd 30 manat dəyərində su nasosunu ələ keçirib, zərərçəkmiş X7-yə ümumilikdə 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə, saat 03 radələrində X11 məxsus ünvan10-da yerləşən evin qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədədi 160 manat olan 320 manat dəyərində 2 ədəd plastik qapıları və bir ədədi 170 manat olan, cəmi 510 manat dəyərində 3 ədəd taxta qapıları ələ keçirib, zərərçəkmiş X11-ə ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2017-ci il tarixdə, saat 05 radələrində X21 məxsus yaşadığı ünvan12-dəki fərdi yaşay ış evin həyətinə qanunsuz daxil olraraq, evin arxasında saxlanc yeri olan taxta qutunun içərisində istifadə edilməsi üçün quraşdırılmış 800 manat dəyərində 1 ədəd “Robella” markalı kombi istilik sistemini ələ keçirib zərərçəkmiş X21-ə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2017-ci il tarixdə, saat 21 radələrində X12 yaşadığı ünvan13-də yerləşən evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 80 manat dəyərində 1 ədəd unitazı, 100 manat dəyərində 1 ədəd əl-üz yuyulanı, 30 manat dəyərində 1 dəst çarpayı örtüyünü, 160 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 60 manat dəyərində 1 ədəd tül pərdəni, bir ədədi 15 manat olan 30 manat dəyərində 2 ədəd aliminu m qabları, 10 manat dəyərində 1 ədəd aş süzəni, bir dəsti 25 manat olan 50 manat dəyərində 2 dəst çaşka dəstini, 40 manat dəyərində 24 ədəd nəlbəkiləri, 150 manat dəyərində 36 ədəd boşqabları, bir ədədi 2 manat olan 12 manat dəyərində 6 ədəd boşqabları, 20 manat dəyərində 3 ədəd “xurustal fuje” qablarını, 54 manat dəyərində 24 ədəd “xurustal” çay stəkanlarını, 10 manat dəyərində 6 ədəd armudu çay stəkanlarını və 20 manat dəyərində 1 ədəd tort qabını ələ keçirib, zərərçəkmiş X12-ə ümumilikdə 826 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə, saat 05 radələrində X2 məxsus ünvan14-də yerləşən evin zirzəmisinin qapısının qıfılını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada quraşdırılmış 1856 manat dəyərində 1 ədəd “İmerqaz” markalı kombi istilik sistemini ələ keçirib, zərərəçəkmiş X2-ə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə, saat 02 radələrində X13 yaşadığı ünvan15 ünvanında dəhlizdə saxladığı 250 manat dəyərində bir ədəd velosipedi ələ keçirib, zərərçəkmiş X13-ə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o,təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2017-ci il tarixdə, saat 04 radələrində X14 məxsus ünvan15-in həyətinə hasardan aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, hasara quraşdırılmış 1250 manat qiymətində olan 1 ədəd “Bosh” markalı kombi istilik sisemini ələ keçirib, zərərç əkmiş X14-ə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2017-ci il tarixdə, saat 14 radələrində X8 faktiki məxsus və xx xxx 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 3000 manat dəyərində olan VAZ-21063 markalı, XX XX XX dövlət qeydiyyat nişanlı avtomobili, içərisində olan avtomobilin AA-484220 nömrəli qeydiyyat şəhadətnaməsi, X5 nin xxx xxx xxx nömrəli şəxsiyyət vəsiqəsi və AE-036712 nömrəli sürücülük vəsiqəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən ünvan20-nin qarşısındakı dayanacaqdan ələ keçirib, avtomobili yaşadığı ünvan16 ünvanında hissələrə bölüb sataraq zərərçəkmiş X8-ə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar ən talama məqsədi olmadan xx xxxxxx 2017-ci il tarixdə, saat 07 radələrində X29 faktiki məxsus 1500 manat dəyərində olan “OKA” markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan17-nin qarşısında küçədə saxladığı yerdən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan xx xxxxxx 2017-ci il tarixdə, saat 16 radələrində X18 məxsus 3000 manat dəyərində olan VAZ-2101 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan18-nin qarşısından qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan xx xxxxxx 2018-ci il tarixdə, saat 03 radələrində X6 faktiki məxsus və xx xxxxxx 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 2000 manat dəyərində olan “VAZ-2106 markalı, ** xx xx xx *** dövlət nömrə nişanl ı avtomobili ünvan19-un qarşısında küçədən qanunsuz olaraq ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində konkret dəlillər gətirmədən belə iddia irəli sürmüşdür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ona cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 4 ildən 3 ilə endirilməsinə baxmayaraq, onun təqsirli bilindiyi əməllərin “yüngül” cinayətlər olmaması nəzərə alınmamışdır. Kassasiya şikayətinə mahiyyəti üzrə baxılması zamanı məhkəmə iclasında Məhkum təyin olunmış cəzanın onun əməllərinə uyğun olmaması barədə fikrini onunla izah etmişdir ki, əslində o, bir avtomobilin oğurlanması, üç avtomobilin talama məqsədi olmadan qaçırılması və kombilərin oğurlanması cinayətlərindən başqa ittihama daxil edilmiş digər oğurl uq cinayətlərini törətməmişdir. Həmin ona aid olmayan oğurluq hadislərinə dair ibtidai istinaqda tərtib olunmuş materiallar sadəcə digər materiallar arasında ona imzalamaq üçün verilmişdir. O, birinci və apellyasiya instansiyası məhkəmələrində bunları bildirsə də, hökmdə və məhkəmələrin gəldikləri nəticələrdə onun verdiyi məlumatlar nəzərə alınmamışdır. Kassasiya şikayətinin və məhkumun çıxışının məzmununa görə Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini, onun gerçəkdən törətdiyi cinayətlərə görə təqsirli bilinməsi və törətdiyi cinayətlərə müvafiq olaraq da ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətindən və kassasiya şikayəti ilə bağlı ç ıxışından aydın olur ki, o, ittihama daxil edilmiş ona aid olmayan bir sıra oğurluq hadisələrində əsassız olaraq təqsirli bilindiyini və bu səbəbdən təyin olunmuş cəzanın onun həqiqi əməllərinə uyğun olmadığını, yəni məhkəmələrin qeyd olunan məsələlər üzrə gəldikləri nəticələrin əsasına qoyduqları sübutları cinayət-prosessual qanununun tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirmədiklərini, müvafiq olaraq da işin mühüm əhəmiyyətli hallarını tam, hərətəfli və obyektiv araşdırmadıqlarını iddia etmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Belə ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin f aktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkə mələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya m əhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə cinayət təqibi üzrə icraata (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə) xitam verilməsi haqqında tələbin irəli sürüldüyü kassasiya müraciəti üzrə nəticəyə gəlməsi, hətta bu cür dəlillər irəli sürülmədikdə belə, cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərini kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq yoxlamaq vəzifəsini yerinə yetirməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da m əhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cina yət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara q ərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin apellyasiya icraatına tətbiqi) barədə hüquqi mövqeyi “Ekbata ni İsveçə qarşı iş” üzrə xx xxx 1988-ci il tarixli qərarında və bir sıra başqa qərarlarda əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə xx xxxxx 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən ba xılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Eyni mövqe Avropa Məhkəməsinin “X23rşı iş” üzrə qərarında (27-ci bənd), “Sevastyanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (71-ci bənd), “Nefedov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (38-ci bənd) müdafiə olunmuşdur. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Müdafiə tərəfi (məhkumun müdafiəçisi Müdafiəçi) hökmdən apellyasiya şikayəti vermiş və həmin şikayətdə Məhkum təqsirli bilinməsini mübahisələndirmiş və ona bəraət verilməsi haqqında tələbini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli iclasında Məhkum müdafiəçisi Müdafiəçi məhkəmə baxışının tam məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqqında vəsatət qa ldırmış, məhkəmə isə məhkəmə baxşının qismən məhkəmə istintaqı aparılmaqla (yalnız təqsirləndirilən şəxsin dindirilməsi ilə) keçirlməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum (kassasiya instansiyası məhkəməsinin iclasında olduğu kimi) birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş ifadəsinin həqiqəti əks etdirmədiyini, əslində onun ittihamda göstərilən cinayətlərdən yalnız bir hissəsini törətdiyini, digərlərinin isə ona aidiyyatının olmadığını göstərməsinə, müdafiəçinin ibtidai istintaqda Məhkum müdafiə hüquqlarının pozulduğunu bildirməsinə və bunların əlavə araşdırma aparılmaqla həmin məlumatların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb etməsinə baxmayaraq, məhkəmə yalnız Məhkum özünü dinləməklə kifayətlənib m əhkəmə istintaqını bitirmişdir. Yekun qərarında isə apellyasiya instansiyası məhkəməsi Məhkum göstərdiklərini təkzib edən, onun ittihamın bütün bəndləri üzrə təqsirli olduğunu təsdiq edən sübutlar sırasında Məhkum ifadələrinə, o cümlədən onun ibtidai istintaq zamanı dindirmələrin gedişində, habelə ifadələrinin yerində yoxlanılması zamanı əməllərini etiraf etməsinə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1 və 126.1-ci maddələri sübutun, o cümlədən şübhəli, təqsirləndirilən şəxsin ifadələrinin onlar cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə əldə edildiyi halda sübut kimi qəbul edilməsinə yol verir. Cinayət-Prosessual Məcəllənin 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün s übutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İbtidai istintaq zamanı Məhkum alınmış ifadələrə baxdıqda isə görünür ki, o, əksər hallarda açıq-aydın ona qarşı olan oğurluq cinayətləri üzrə şübhə ilə əlaqədar şahid qismində CPM-in 20-ci maddəsində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının “özünü və qohumlarını ifşa etməkdə sərbəstlik” prinsipinin ziddinə olaraq yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməklə dindirilmişdir. Həmçinin, Məhkum yetkinlik yaşına çatmayan şəxs olmasına və başlanmış cinayət işləri üzrə cinayət təqibi orqanının ona yönələn şübhələri ilə əlaqədar dindirilməsinə baxmayaraq, cinayət-prosessual qanunun 101.1, 100.4-cü maddələrinin ziddinə olaraq onun qanuni nümayəndəsinin, birlikdə götür ülməklə CPM-in 232.5, 233.5, 92.12 və 92.3.5ci maddələrinin ziddinə olaraq isə - müdafiəçisinin cinayət prosesində iştirak etməsi üçün tədbirlər görülməmişdir. Qeyd olunan pozuntuları əks etdirən materiallara misal olaraq cinayət işinin İ cildinin 64-cü vərəqində olan xx xxxxxx 2017-ci il tarixli, 92-ci vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 126-cı vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, İİ cildinin 4-cü vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 43-cü vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 74-cü vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 112-ci vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 185-ci vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli, 222-ci vərəqində olan xx xxxxxxxx 2017-ci il tarixli Məhkum dindirilmə protokollarını göstərmək olar. Apellyasiya məhkəməsi ibtidai istintaq zamanı əldə edilmiş Məhkum ifadələrinin yerində yoxlanılması haqqında protokolları da Cinayət-Prosessual Məcəllənin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərətəfli və obyektiv yoxlanılmasını tələb edən 144cü maddəsinin ziddinə olaraq, yoxlamadan Məhkum “etirafedici” ifadələrini təsdiq edən sübutlar kimi qiymətləndirmişdir. Halbuki, həmin istinaq hərəkətlərində də Məhkum şahid statusunda olmaqla - faktiki vəziyyətinə uyğun olan prosessual təminatlarla təhciz edilməmişdir. Həmçinin, ifadələrin yerində yoxlanılması haqqında protokollarda qeyd edilən prosessual hərəkətlərin başlanılması və qurtarması vaxtlarını Məhkum şahid və yaxud təqsirləndirilən şəxs qismində Abşeron Rayon Polis İdarəsinin inzibati binasında dindirildiyi vaxtlarla müqayisə etdikdə, aydın olur ki, bir çox hallarda ayrı-ayrı icraatlarda aparılan müxtəlif cinayət işləri üzrə dindirmələr və ifadələrin yerində yoxlanılması zaman baxımından üst-üstə düşür. Bu cür pozuntulara misal olaraq cinayət işinin İİ cildinin 74 və 76-cı vərəqlərində olan Məhkum zərərçəkmiş X13 velosipedinin oğurlanması hadisəsi üzrə şahid qismində dindirilməsi və bu dindirmə zamanı verdiyi ifdədəsinin hadisə yerində yoxlanılması protokollarını göstərmək olar. Həmin protokollara görə Məhkum müstəntiq XXX tərəfindən xx xxxxxxxx 2017-ci ildə saat 14.10-dan 14.45-dək şahid qismində dindirilmiş, bundan sonra dindirmə zamanı verdiyi ifadəsini yerində yoxlamaq qərarına gələn müstəntiq Məhkumla ünvan21-dəki hadisə yerinə gəlmiş və orada xx xxxxxxxx 2017-ci ildə saat 15.20-dən 15.40-dək Məhkumla ifadənin yerində yo xlanılması kimi prosessual hərəkəti icra etmişdir. Cinayət işinin İ cildinin 186-cı vərəqində olan Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan və 199-cu vərəqində olan Məhkum təqsirləndirilən şəxs qismində dindirlməsi barədə protokoldan isə görünür ki, Məhkum xx xxxxxxxx 2017-ci ildə saat 14.30-da başqa bir cinayət epizodu üzrə müstəntiq XXX X tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar elan edilmiş, qanuni nümayəndə qismində tanınmış anasının və müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Məhkum saat 15.00-dan 15.35-dək təqsirləndirilən şəxs qismində polis idarəsinin inzibati binasında dindirilmişdir. Bundan başqa, cinayət işinin İ cildinin 174-cü vərəqində olan müstəntiq XX XXXX tərəfindən tərtib edilmiş Məhkum ifadəs inin yerində yoxlanılması haqqında protokola görə xx xxxxxxxx 2017-ci ildə saat 11.30-dan 11.50-dək müstəntiq Hökməli qəsəbəsinin ünvan24-də (zərərçəkmiş X25 ilə bağlı olan oğurluq epizodu üzrə) Məhkum ifadəsini yerində yoxlamışdır. Lakin, həmin müstəntiqin tərtib etdiyi cinayət işinin İİ cildinin 112-ci vərəqində olan Məhkum şahid qismində dindirilməsinə dair protokola görə Məhkum xx xxxxxxxx 2017-ci ildə saat 11.20-dən saat 11.45-dək polis idarəsinin inzibati binasında zərərçəkmiş şəxs X26 ilə bağlı olan oğurluq epizodu üzrə dindirilmişdir. Həmçinin, cinayət işinin İİ cildinin 186-cı vərəqində olan müstəntiq XXXX XX tərəfindən tərtib edilmiş ifadənin yerində yoxlanılması haqqında protokola görə Məhkum zərərçəkmiş şəxs X7-nın əmlakının oğurlanması epizodu üzrə ifadəsi xx xxxxxxxx 2017-c i ildə saat 14.40-dan 15.10-dək hadisə yerində - ünvan25-də yoxlanılmışdır. Cinayət işinin İ cildinin 126-cı vərəqində olan protokola görə isə Məhkum həmin gün saat 14.40-dan 14.50-dək müstəntiq X XXX tərəfindən zərərçəkmiş şəxs X11-in evindən plastik və taxta qapıların oğurlanması hadisəsi üzrə polis idarəsində şahid qismində dindirilmişdir. Bundan başqa, cinayət işinin İİ cildinin 222 və 223-cü vərəqlərində olan müstəntiq XX XXXX X tərəfindən tərtib olunmuş Məhkum dindirilməsi və ifadəsinin yerində yoxlanılması haqqında protokollara görə Məhkum xx xxxxxxxx 2017-ci ildə saat 14.20-dən 14.50-dək (zərərçəkmiş şəxs X12-in əmlakının oğurlanması epizodu üzrə) dindirilmiş, saat 15.20-dən 15.50-dək isə həmin ifadəsi yerində - ünvan26-də yoxlanılmışdır. Halbuki, həmin müstəntiqin tərtib etdiyi ci nayət işinin İİ cildinin 74 və 76-cı vərəqlərində olan Məhkum zərərçəkmiş X13 velosipedinin oğurlanması hadisəsi üzrə şahid qismində dindirilməsi və bu dindirmə zamanı verdiyi ifdədəsinin yerində yoxlanılması protokollarına görə Yunis İmranov müstəntiq XX XXX tərəfindən xx xxxxxxxx 2017-ci ildə saat 14.10-dan 14.45-dək polis idarəsində şahid qismində dindirilmiş, xx xxxxxxxx 2017-ci ildə saat 15.20-dən 15.40-dək isə onun ifadəsi yerində - ünvan22 ünvanında yoxlanılmışdır. Təsvir edilənlər apellyasiya instansiyası məhkəməsinin qismən məhkəmə istintaqında yalnız təqsirləndirilən şəxsin ifadəsini dinləyib, bu ifadədə verilən məlumatlardan, habelə yuxarıda təsvir edilən və cinayət işi üzrə icraat zamanı yol verilmiş digər pozuntulardan bir zərurət kimi irəli gələn ətraflı araşdırmanı aparmadan apellyasiya şikayəti (müdafiə tərəfinin qaldırdığı məsələlər) üzrə yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı (qismən məhkəmə istintaqı) yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayətprosessual normalara, İnsan Hüquqlarının və X16 haqqında Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququna və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə (Məhkum apellyasiya və kassasiya instansiyası məhkəməsində verdiyi məlumatlar da nəzərə alınmaqla) müdafiə tərəfinin irəli sürdüyü (bir sıra oğurluq hadisələrinə aidiyyatı olmadığı halda əsassız olaraq təqsi rli bilinməsi haqqında) iddiaların xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalı, yeni baxışda Məhkum cinayət-prosessual qanunun tələblərinə cavab verən sübutların məcmusu ilə təsdiq olunduğu əməlləri aydın və inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sü butların tədqiqindən əsassız imtina etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya baxışı təkrar keçirilməli və işin faktiki halları yenidən araşdırılmalı olduğundan, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü - ona həqiqi əməllərinə uyğun olan daha yüngül cəzanın təyin edilməsi haqqında tələbin hazırki kassasiya icraatında baxılıb mahiyyəti üzrə həll edilməsini mümkün saymır. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi Müdafiəçinin kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qis mən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Ali Məhkəmənin hakimi: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar