Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-458/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(1 07)-353/2022 saylı qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(033)-34/2022 saylı hökmünə əsasən (hakim Tural Həsənov) xx xxxx 1966-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, İ.Şamil küçəsi ev 73, mənzil 2-də qeydiyyatda olan və yaşamış, hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Məhkum2 üzərində qəti cəza olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarı ilə məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(033)-34/2022 saylı hökmü dəyişdirilmədən saxlanılm ışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum2 ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 11,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 2022-ci ilin yanvar ayının sonlarında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə saat 19 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 11,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 5,69 qramını 1 ədəd kibrit qutusunda qablaşdırılmış halda Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən “Köhnə Bazar” deyilən yerin yaxınlığında 60 manat müqabilində tanışı Məhkum3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Məhkum3 Zaqatala rayonu Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış, təmiz çəkisi 5,69 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, bir ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 5,64 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1952-ci ildə Rusiya Federasiyasının (keçmiş SSRİ) “Luqansk” zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronlar və 12,7 mm kalibrli, “DŞK”, “DŞKM” markalı iri çaplı pulemyotlarda istifadə etmək üçün nəzərdə tutulmuş, giliz və gülləsi bir-birindən ayrılmış vəziyyətdə olduğundan atəşə yararsız 1 ədəd patronu əldə edib üzərində saxlayaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol iç cibində qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi döyüş sursatı hesab edilən, atəşə yararlı həmin 20 ədəd patronlar və atəşə yararsız, gilizi ilə gülləsi bir-birindən ayrılmış 1 ədəd patron aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi onunla əsaslandırır ki, işə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində baxılan zaman mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılma dığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığı, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini bildirmiş, bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarının ləğv edilməsini, işin yenidən apellyasiya məhkəməsində baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanun un bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən baxılan zaman mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığı, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini bildirmiş, bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarının ləğv edilməsini, işin yenidən apellyasiya məhkəməsində baxılmasına təyin edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qanuna uyğun və əsaslı şərhlər verilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq ed ilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X 2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən mühüm əhəmiy yət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmələrin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi barədə məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü dəlillərinin digər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq birinci instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum2 əməlini Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin həmin hökmü ilə razılaşmış, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterl i müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Plenum qərarının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehla kçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir və kollegiya Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələrinə tövsif edilməsilə razılaşır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cina yət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəz a və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarı n şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum2 44 günlük Vətən Müharibəsində iştirak etməsini və müvafiq sərəncamla “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə koll egiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasları n olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 1(107)-353/2022 saylı qərarı Məhkum2 münasibətdə dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №1(102)-458/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-458/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver