Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-458/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Məhkum və məhkumun müdafiəçi si Müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi) Aynur Rzayeva və Fəhmin Hümbətov ibarət tərkibdə) 1(124)-140/2024 nömrəli 22 aprel 2024-cü il tarixli hökmü ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirli bilinib ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 4 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplanılmış və Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvv əli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Zərərçəkmiş şəxs ilə aralarında olan rəsmi nikahı Səbail Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə pozulsa da, hər ikisi ünvan 2 ünvanında birlikdə yaşamağa davam etmiş, 18 sentyabr 2022-ci il tarixdə aralarında məişət zəminində yaranmış mübahisədə yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs həmin evdən çıxaraq müvəqqəti olaraq onun bibisi qızı X1 yaşadığı ünvan 3 ünvanda yaşamağa başlamışdır. Bundan sonra, Məhkum 2022-ci ilin oktyabr ayının əvvəllərində tanımadığı şəxsin onun mobil telefonuna zəng edərək özünü keçmiş arvadı Zərərçəkmiş şəxs sevgilisi kimi təqdim edib sonuncunu döym əsinə iradını bildirdiyinə görə 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaranmış qəzəb və qısqanclıq fonunda keçmiş arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib bu məqsədlə tiyəsinin uzunluğu 220 mm olan və soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını özü ilə götürüb sonuncunun yaşadığı ünvan 3 ünvana gələrək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmaqla evin ikinci mərtəbəsindəki yataq otağına qalxandan sonra onu görüb zorakı əməllərdən yayınmaq üçün qaçmağa çalışan Zərərçəkmiş şəxs saçından tutub sonuncunun başqa şəxsə ərə gedəcəyini israrla bildirməsinə qə zəblənib “səni öldürəcəm” deyib niyyətini qətiləşdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsinə 2 dəfə bıçaqla zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən bir ədəd və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu zədələyən bir ədəd deşilmiş- kəsilmiş yaraları”, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sağ çiyin qurşağı, sol əlin ön səthinin, sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları” xəsarətlərini yetirsə də, Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib növbəti zərbələri vurmasına imkan verməməsi, ətrafda olan şəxslərin onun zorakı hərəkətlərinin qarşısını alması, eləcə də Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas olunduğundan bilavasitə zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 1(124)-140/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilmiş, o, CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və Məhkum qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərar alınmış, hökmün qalan hissədə dəy işdirilmədən saxlanılmışdır. Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə təmin edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarın ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarını ləğv edərək, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkumun müdafi əçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarı ilə Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum şəxsi münasibətlər zəminində zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla 5 ədəd bədən xəsarəti yetirərək sonuncunun öldürməyə cəhd göstərmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs fəal müqavimət göstərməsi və Şahid2 müdaxiləsi nəticəsində Məhkum hadisə yerindən uzaqlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hökmü ləğv edib Məhkum əməlini tövsif edərkən, Məhkum Zərərçəkmiş şəxs bıçaqla xəsarətləri yetirdikdən sonra onu öldürmək üçün imkanı olduğu halda bunu etməməsi kimi qiymətləndirilmişdir. Lakin təqsirləndirilən şəxsə verilmiş ittihamın da məzmunundan göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olmuşdur. Kassator protestində qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs ölməsi üçün əlində olan bütün imkanlardan tam istifadə etmiş, sadəcə Zərərçəkmiş şəxs fəal müqavimət göstərməsi və Şahid2 ona mane olması təqsirkarın öz niyyətini başa catdırmasına mane olmuşdur. Sadəcə Məhkum məsuliyyətdən yayınmaq üçün ifadəsində zərərçəkmişi öldürmək məqsədinin olmadığını birldirmişdir. Məhkəmə kollegiyası əməli tövsif edərkən bu incə məqama, habelə öz növbəsində verilmiş ittihamın məzmununa diqqət yetirməmiş, zərərçəkmişin v axtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas edilməsi faktını düzgün qiymətləndirməmişdir. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi - Məhkum ailə üzvlərinə yazdığı məktubda «imkan vermədilər isimi tamamlayım», «həbsdən çıxdıqdan sonra yarımçıq qalmış isimi basa çatdıracam», «hamı nə edicivimi bilir» məzmununda yazdığı ifadələrə məhkəmə kollegiyası düzgün qiymətləndirməmişdir. Bu məktubun özü də Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsini təsdiq edən başqa bir mötəbər sübutdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ape llyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında ədalətli olmayan ağır cəza təyin etmişdir. Belə ki, məhkum B.K. Əliyevin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, əksinə, onun əməlində cəzanı yüngülləşdirən hallar mövcud olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən onun şəxsiyyətini və bir sıra cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, o, ilk dəfə cinayət törətmiş, əməlindən səmimi peşman olmuş, cinayətini etiraf etmiş, uzun illər polis orqanlarında xidmət etmiş və təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsir edəcəyini nəzərə almaq mümkün olmuşdur. Bununla yanaşı, məhkum barəsində cəzanı ağırlaşdıran hallar mövcud olmamış və o, müsbət xarakterizə edilmişdir. Lakin məhkəmə yalnız onun könüllü olaraq polis orqanına təslim olmasını formal olaraq yüngülləşdirici hal kimi qeyd edərək, digər yüngülləşdirici halları nəzərə almamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona ağır cəza təyin etmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işin hallarını düzgün qiymətləndirməmiş və ədalətsiz, birtərəfli və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə məhkum B.K. Əliyevin zərərçəkmiş şəxsə qarşı dəfələrlə cinayət törətməyə cəhd etməsini, onu öldürəcəyi ilə hədələməsini, öz niyyətini yalnız zərərçəkmiş şəxsin davamlı müqaviməti nəticəsində həyata keçirə bilməməsini, habelə məhkumun şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, cinayəti sərxoş vəziyyətdə törətməsini və cinayət törədildikdən sonra da zərərçəkmiş şəxsin şikayət ərizəsini geri götürməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələməsini nəzərə almamışdır. Məhkum, zərərçəkmiş şəxs ona müqavimət göstərməsəydi, onu həyatdan məhrum edəcəkdi. Əgər B. Əliyevin məqsədi yalnız qorxutmaq olsaydı, o, bıçaqla bədənin başqa bir nahiyəsinə zərbə endirərdi. Lakin onun zərərçəkmişi ürək nahiyəsindən vurması, onun qəsdən adam öldürmək niyyətində olduğunu açıq şəkildə göstərir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin, kassasiya şikayətlərini n dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə verdikləri kassasiya şikayəti təmin olunmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə ci nayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. İş materiallarından görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum həmin maddə ilə təqsirli bilinərək müvafiq cəza təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, təqsirləndirilən şəxsin əməlini qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vu rma kimi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmaması, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və qiymətləndirilməməsi nəticəsində Məhkum əməlinin təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin başlıca dəlili isə məhkuma CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın öz ağırlığına görə ədalətsiz və işin hallarına uyğun olmamasıdır. Məhkəmə kol legiyası ilk öncə kassasiya protestinin və zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmiş şəxsi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı c inayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar t əqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilinib barəsində ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə y önəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi cinayət işi üzrə sübutları araşdırıb nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm birinci və apellyasiya instansiyası məhkəmələrində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, hadisə baş verən zaman hadisə yerində yalnız məhkum və zərərçəkmiş şəxs olmuş, təqsirləndirilən şəxsin zərərçəkmişi öldürməyə heç kim mane etməmiş, lakin məhkum özü öz hərəkətlərini dayandıraraq, zərərçəkmişi öldürməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə işin bu halları təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığını göstərir. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara və işin hallarına nəzər salıb hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlarla və işin halları ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirməkdə məqsədi onu cəzalandırmaq, qorxutmaq olmuş, Natiq adl ı şəxsdən uzaq olmasını istəmiş, onu öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurduğunu xatırlasa da, ekspert rəyi ilə tanış olduqdan sonra ona iki bıçaq zərbəsi vurduğunu öyrənmiş, əvvəlki ifadəsində Aygünün problemi olmaması üçün cinayəti törətdiyi bıçağı öz yaşadığı evdən götürdüyünü demişdir. İbtidai istintaq zamanı isə Məhkum göstərmişdir ki, Aygün ona İlahənin onların evində olduğunu və evin ikinci mərtəbəsində yatdığını söyləyəndən sonra evin birinci mərtəbəsində yerləşən mətbəx otağına keçib siyirmələrin birindən bıçaq götürüb əynində olan gödəkcənin içərisində gizlətmiş, bıçağı götürməyini Aygün həyətdə olduğu üçün onu görməmiş, bıçağı götürməkdə məqsədi İlahəni qorxutmaq olmuş, onu öldürmək məqsədi olmamışdır. Bundan sonra evin ikinci mərtəbəsinə qalxıb İla hənin evin digər otağına qaçaraq keçdiyini görüb həmin otağa yaxınlaşmış və qapını açaraq içəri daxil olmuş, otağa daxil olduqdan sonra o, sol əli ilə İlahənin saçlarından tutub ona “bu nə oyundu çıxarırsan, o gədə kimdi, dələduzun biridir” deyəndə o, buna cavab olaraq “mən ona ərə gedirəm” demişdir. Bundan sonra əsəbiləşərək gödəkcənin içərisində gizlətdiyi bıçağı sağ əlinə götürüb bir dəfə İlahəyə bıçaqla zərbə endirmiş, bundan sonra hadisənin baş verdiyi otağa bibisi qızı Aygün və onun əri Arzu daxil olmuş, həmin vaxt keçmiş arvadı İlahə “girdi, girdi” deyə qışqırmışdır. Bundan sonra Arzu onu evdən bayıra aparmış, Aygün isə yuxarıda İlahənin yanında qalmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 12-si təxminən saat 23 radələrində iş dən evə geri qayıtmış, bir az söhbət etdikdən sonra ikinci mərtəbədəki yataq otağına keçmiş, Aygün isə birinci mərtəbədə qalmış, 13 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində yerində yatdığı vaxt anidən "İlahə qaç, Bəhruz gəlir” deyə eşidib yatdığı otaqdan çıxıb digər yataq otağına keçib içəri keçə bilməməsi üçün qapını arxadan saxlamış, amma Bəhruz ondan güclü olduğu üçün o, qapının pəncərəsini bıçağın arxası ilə sındıraraq içəri daxil olmuş, daxil olan kimi əli ilə saçını tutaraq onu yataq otağındakı taxtın üzərinə yıxmışdır. Bəhruz onu "səni öldürəcəm" deyə yüksək səslə qışqıraraq təkrar etmiş, həmin vaxt sağ əli ilə onun kürəyinin sol tərəfindən bıçaqla zərbə endirmiş, bıçaq onun bədəninə daxil olan zaman o, sol əli ilə bıçağın tiyəsindən yapışıb daha da içəri daxil olmaması üçün m üqavimət göstərmiş, həmin vaxt o, sol əlindən xəsarət almışdır. Bundan sonra o özü həmin bıçağı bədənindən çıxartsa da, Bəhruzun əli bıçaqda olduğuna görə yenidən onun bədəninin sol döş qəfəsindən yenidən bıçaqla zərbə endirmiş, ona bacardığı qədər müqavimət göstərməyə çalışsa da Bəhruz onu əl və yumruq zərbələri ilə döymüş, hətta əlində bıçaqla yetirilmiş digər xəsarət izləri yaranmışdır. Bundan sonra otağa Aygün və əri Şahid2 gəlib Bəhruzu onun yanından aralamağa çalışmış, təxminən 5 dəqiqədən sonra onlar Bəhruzu yanından aralayaraq otaqdan çıxarmışlar. Aygün əri Arzuya “tez təcili tibbi yardıma məlumat ver, Bəhruz İlahəni bıçaqlayıb” deyə bildirmiş, təcili tibbi yardıma zəng olunsa da onların gec gələcəyini zənn edib onlar onu 1 saylı Kliniki Tibbi Mərkəzə aparmışlar. Bəhruz bıçaqla ona iki dəfə zərbə endirərək xəsarət yetirmiş, bundan əlavə əlindən, qolundan, həmçinin əl-ayaq zərbələrinin təsirindən çoxlu sayda xəsarət almış, həmin vaxt Bəhruz içkili olmuş, əlindəki bıçaq mətbəx bıçağı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 2462 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarı səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çiyin qurşağı, sol bazu, sağ said nahiyələrinin, sol əlin ön səthinin sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin qançırları, sol bazu nahiyəsinin orta 1/3-nin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni 13 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çiyin qurşağı, sol bazu, sağ said nahiyələrinin, sol əlin ön səthinin sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsi təsirindən, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin qançırları, sol bazu nahiyəsini n orta 1/3-nin sıyrığı müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 12-si təxminən 19 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt evdə arvadı Aygün, qızı Xədicə və nəvəsi Banu olmuş, axşam saat 22-23 radələrində evin ikinci mərtəbəsində olan yataq otağına yatmağa getmişdir. Təxminən saat 01 radələrində otaqda yatan vaxt səs-küy eşidib oyanıb Aygünün yataq otağına gedəndə o, ona “dur, Bəhruz gəlib, içkilidir” demiş, otaqdan çıxıb ikinci mərtəbədə olan digər otağa baxanda həmin otağın qapısının açıq olduğunu, qızı Xədicənin qışqırdığını, nəvəsi Banunun ağladığını görmüş, həmin otağa yaxınlaşanda qızı Xədicə uşağı g ötürüb otaqdan qaçmış, o, isə Aygünlə Bəhruzun yatağın üstündə olan arvadı İlahənin saçından tutub əli ilə bədəninə vurmağına imkan verməməyə çalışmış, o, Bəhruzun arxadan belindən tutub dartmağa başlamış, onu itələyə-itələyə evin birinci mərtəbəsinə qədər aparıb “gecdir evdə uşaq var, sonra söhbət edərsiniz” deyə söyləmiş, küçəyə çıxaranda Bəhruzun içkili vəziyyətdə olduğunu başa düşmüş, evin qabağında onu danlayıb qovmuşdur. Bəhruz çıxıb gedəndən sonra evin ikinci mərtəbəsinə qalxanda İlahə ona və yoldaşına Bəhruzun onu bıçaqla vurduğunu demiş, onun böyrünün qanadığını, bıçağı da otağın girişində yerdə görmüş, polislər gələnə qədər orda qalmış və İlahənin qolundan tutub tək onu qızı Xədicənin avtomobili ilə Kliniki Tibbi mərkəzə aparmışlar. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutl arı təhlil edərək müəyyən etmişdir ki, cinayətin törədilməsi halları kifayət qədər dəqiq və aydın şəkildə müəyyən edilmişdir. Həmin sübutlardan görünür ki, məhkum B.K. Əliyev keçmiş həyat yoldaşı, Zərərçəkmiş şəxs başqa bir kişi ilə ailə qurmaq niyyətinə narazılıq və qısqanclıqla yanaşaraq, gecə vaxtı sərxoş vəziyyətdə onun yaşadığı evə gəlmişdir. O, Zərərçəkmiş şəxs yatdığı otağa gedərkən qabaqcadan özü ilə bıçaq götürmüş və yataq otağında onun həyatı üçün təhlükəli olan döş qəfəsinin sol yan nahiyəsinə iki dəfə bıçaqla zərbə endirmişdir. Zərbələrin endirilməsi zamanı zərərçəkmiş şəxsin aktiv müqaviməti nəticəsində bu zərbələrin nəticəsində yetirilmiş yaralardan biri döş qəfəsinin plevra boşluğuna daxil olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, məhkumun zərərçəkmiş şəxsə qarşı zorakılıq hərəkətlərini davam etdirməsi yalnız digər şəxslərin müdaxiləsi nəticəsində dayandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, bıçaq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs həyatı üçün təhlükə törədən xəsarət yetirilmiş, lakin hadisədən dərhal sonra onun tibb müəssisəsinə çatdırılması və ona zəruri tibbi yardımın göstərilməsi nəticəsində həyatı xilas edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinə hüquqi qiymət verərək qərarda göstərmişdir ki, “iş üzrə toplanmış sübutlara əsasən, Məhkum İ.Ə.Əliyevaya baş vermiş mübahisə zəminində sonuncuya qarşı qəzəb hissi yaransa da və buna görə özündə olan bıçaqla xəsarətlər yetirmək niyyəti olsa da, o, hər hansı başqa niyyət izləmədən təsadüfən yaranmış niyyətinə uyğun olaraq bıçaqla İlahə Əliyevaya ağır, yüngül dərəcəli və dərəcəsi təyin ol unmayan bədən xəsarətləri yetirmiş, lakin onu öldürmək niyyətində olmayaraq və onun ölümünün baş verməsini arzu etməyərək aktiv kənar müdaxilə, o cümlədən onun hərəkətinin qarşısının alınması üçün fiziki güc tətbiq edilmədən öz hərəkətlərini dayandırmış, onun ölə bilməsini isə heç ehtimal belə etməmişdir. Bu hallar bir daha onu göstərir ki, Məhkum uşaqlarının anası olan hadisə zamanı nikahları məhkəmə qaydasında pozulmuş İ.Ə.Əliyevanın ölməsini arzulamamış, yəni onun qəsdi birbaşa belə nəticənin baş verməsinə yönəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda təsvir edilənlərə görə Məhkum İ.Ə.Əliyevaya müxtəlif xəsarətlər yetirərək onun sağlamlığına ağır və yüngül zərər vurması mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir.” Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Məhkum əməlinə qiymət verərək istinad etdiyi yuxarıda qeyd edilən hallar, yəni məhkumun zərərçəkmiş şəxsə bədən xəsarətləri yetirməsi onların arasında baş vermiş mübahisə zamanı məhkumda zərərçəkmiş şəxsə qarşı qəzəb hissinin yaranması nəticəsində hər hansı bir başqa niyyət izləmədən təsadüfən yaranmış niyyətinə uyğun olaraq bıçaqla Zərərçəkmiş şəxs ağır, yüngül və dərəcəsi təyin olunmayan bədən xəsarətlərinin yetirməsinə və öz hərəkətlərini könüllü olaraq dayandırması iş materiallarına və sübutlara uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, nə hadisə günü, nə də bilavasitə hadisə zamanı məhkum ilə zərərçəkmiş şəxs arasında hər hansı bir mübahi sə baş verməmişdir. Məhkum gecə vaxtı zərərçəkmiş şəxsin yaşadığı evə gəldikdə, sonuncu artıq yatmışdı. Məhkum əvvəlcədən özü ilə bıçaq götürərək evin ikinci mərtəbəsinə qalxmış və zərərçəkmiş şəxsin yataq otağına daxil olan kimi ona bıçaq zərbələri endirmişdir. Göründüyü kimi, məhkum artıq formalaşmış qəsdlə zərərçəkmiş şəxsin otağına gəlmiş və həmin niyyətə uyğun hərəkətlər etmişdir. Bundan əlavə, apellyasiya məhkəməsinin məhkumun zərərçəkmiş şəxsə qarşı zorakılıq hərəkətlərini könüllü olaraq dayandırması barədə gəldiyi nəticə də nə zərərçəkmişin, nə də şahidlərin ifadələri ilə uyğunluq təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi məhkumun ifadəsinə əsasən onun tərəfindən bıçaq zərbələrinin zərərçəkmişi öldürmək yox, qoxutmaq məqsədi ilə vurulması barədə nəticə gəlməsi iş üzrə toplan mış sübutlarla və həmin sübutlarla müəyyən edilmiş işin yuxarıda göstərilən hallarla uzlaşmır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, həm cinayətin motivi, həm də məhkumun qabaqcadan özü ilə bıçaq götürməsi, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli nahiyələrinə zərbələr endirməsi və zorakılıq hərəkətlərinin yalnız digər şəxslərin müdaxiləsi nəticəsində dayandırılması, məhkumun məqsədinin zərərçəkmiş şəxsi sadəcə qorxutmaq deyil, onu öldürmək niyyəti daşıdığını açıq şəkildə göstərən hallardır. Ona görə də, məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri razılaşaraq hesab edir ki, məhkum tərəfindən zərərçəkmiş şəxsə onu qorxutmaq məqsədi ilə bıçaq zərbələrinin vurulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə işin materiallarına əsaslanmır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əməlin tövsifi barədə nəticəyə gələrkən, cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və o byektiv yoxlamamış, onları müqayisəli sürətdə qiymətləndirməmiş, işin hallarını nəzərə almamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticənin işin hallarına və toplanmış sübutlara uyğun olmadığı barədə kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi barədə cinayət prosessual qanunların normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarı verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci madd əsi ilə tövsif etməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmədiyindən, məhkumun müdafiəçisinin kassasiya şikayətində CM-in 126.1ci maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə irəli sürdüyü dəlillərə münasibət bildirməyi lüzum görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti qismən təmin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-421/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin və nümayəndəsinin kas sasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-458/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-458/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver