Məhkəmə qərarları › İş №1(102)-459/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-459/2020

08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-459/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), xxxx və X1 ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə x1 Azərbaycan Respublikası CM-nin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5, 29,144.2.6, 221.3, 2 34.1, 228.4 və 318.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 və x2 müdafiəçisi-vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) x1 - 01987-ci ildə ü1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ü2-də qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6, 221.3, 234.1, 228.4 və 318.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29,144.2.6-cı maddələri ilə 06 il 02 ay 15 gün, CM-nin 221.3-cü maddəsi ilə 02 il, CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay, CM-nin 228.4-cü maddəsi ilə 06 ay və CM-nin 318.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. x2- 1980-cı ildə ü1 şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ü3 qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6, 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6-cı maddələri ilə 6 (altı) il 2 (iki) ay 15 (on beş) gün müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə x2na qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2017-ci tarixdənhesablanması hökm edilmişdir. Həmin hökmlə x3, x2 və x4 da məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən x2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışları - x2, x1, x3 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə x2 sifarişi əsasında adam oğurluğu cinayətini törətmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən qrupun üzvü x3 xx xxxx 2017-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən xxxx-dən “HyundaiElantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, bundan sonra xx xxxx 2017-ci il tarixdə x1 icarəyə götürülmüş həmin avtomobildə x3la, x2 isə özünə məxsus “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qrupun üzvləri x3, x6 və cinayətin naməlum iştirakçısı ilə birlikdə oğurlamaq istədikləri x7 yaşadığı ü6 ünvanının yaxınlığına g ələrək sonuncunun evdən çıxmasını gözləmiş, həmin tarixdə saat 13 radələrində X7 yaşadığı evdən çıxaraq etibarnamə əsasında idarəetdiyi “KİA RİO” markalı 90-ZL- dövlət qeydiyyat nişanlı avtomobillə ü4 ünvanda yerləşən “x8” marketin qarşısına gəlmiş, x1 qrupun üzvləri ilə birlikdə yolboyu arxadan onu müşahidə etmiş, həmin yerə çatdıqda isə x1 idarəetdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzürlü səbəb olmadan qəsdən X7un idarə etdiyi dayanmış vəziyyətdə olan “KİA RİO” markalı 90-ZLdövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyərək sonuncuya 1.100 manat dəyərində maddi zərər vurmaqla qarşısında saxlamış, x2 isə idarə etdiyi “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobillə X7un idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırmış, bu zaman x2, x1, x3, x6, x3 və cinayətin naməlum iştirakçısı ilə birlikdə avtomobillərdən yerə düşərək yumruq və təpik zərbələri ilə X7un bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, alın, sol gicgah, sağ göz ətraf nahiyələrinin qançırları, bel və sol diz oynağı nahiyələrinin sıyrıqları, həmçinin x1 istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi dəstəyi gümüşü rəngli qatlanan bıçaqdan silah qismində istfadə etməklə X7un sol bud və sol sağrı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin və V barmaqlarının əsas falanqalarının kəsilmiş yaraları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağla mlığa yüngül zərərvurma ya aid xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmişşəxs üzərində zor tətbi qolunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş, bunun davamı olaraq isə x2 sifarişinə əsasən x2 qrupun digər üzvləri - x1, x3, x6, x3 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən həmin bıçaqdan istifadə etməklə X7u x2 ünvanına işlətdiyi nalayiq ifadələrə görə cəzalandırmaq məqsədi ilə məcburi qaydada x2un idarəetdiyi “Hyundai Elantra” markalı 99-DM döv lət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq onun iradəsinə zidd olaraq naməlum istiqamətdə apararkən, avtomobil qısa məsafə qət etdikdən sonra X7 avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb qaçmaq istədikdə x2, x3, x6 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən X7u tutub yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə qoymuş, bu vaxt arxadan onları müşayiət edən x3un idarə etdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobildən x1 yerə düşərək x2a məxsus “HyundaiElantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib nəqliyyat vasitəsini hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaq istədikdə X7 yenidən avtomobilin yük yerini içəridən açaraq oradan yerə dü şüb ətrafdakı insanları köməyə çağırdığı üçün x2 qrupun digər üzvləri ilə birlikdə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adamoğurluğu cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa x2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,514 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroini əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ qapının iç tərəfində saxlamaqla qanunsuz daşımış, x7 qarşı adam oğlurluğu və xuliqanlıq cinayətlərinin törədilməsində istifadə olunmuş x2a məxsus “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxx 2017-ci il tarixdə ü5-də yerlə şən “Bakı Beynəlxalq” avtovağzalının avtomobillərin dayancağı üçün nəzərdə tutulmuş ərazisində aşkar edilərək avtomobilin salonuna keçirilmiş baxış zamanı x2un idarə etdiyi həmin avtomobilin salonun qabaq sağ qapısının iç tərəfində satış məqsədi ilə əldə edib saxlamaqla qanunsuz daşıdığı bir ədəd şəffaf sellofan torbaçıqda təmiz çəkisi 2,514 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışları - x2, x2, x3 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləriilə x2 sifarişi əsasında adam oğurluğu cinayətini törətmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən qrupun üzvü x3 xx xxxx 2017-ci il tarixdə Bak ı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-dən “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, bundan sonra xx xxxx 2017-ci il tarixdə x1 icarəyə götürülmüş həmin avtomobildə x3la, x2 isə özünə məxsus “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qrupun üzvləri x3, x6 və cinayətin naməlum iştirakçısı ilə birlikdə oğurlamaq istədikləri x7 yaşadığı ü6 ünvanının yaxınlığına gələrək sonuncunun evdən çıxmasını gözləmiş, həmintarixdəsaat 13 radələrində X7 yaşadığı evdən çıxaraq etibarnamə əsasında idarəetdiyi “KİA RİO” markalı 90-ZL- dövlət qeydiyyat nişanlı avtomobillə ü4 ünvanda yerləşən “x8” marketin qarşısına gəlmiş, x1 qrupun üzvləri ilə birlikdə yolboyu arxadan onu müşahidə etmiş, həmin yerə çatdıqda isə Kami lƏmirov i darəetdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobillə heçbir üzürlü səbəb olmadan qəsdən X7un idarə etdiyi dayanmış vəziyyətdə olan “KİA RİO” markalı 90-ZL- dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyərək sonuncuya 1.100 manat dəyərində maddi zərər vurmaqla qarşısında saxlamış, x2 isə idarəetdiyi “HyundaiElantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobillə X7un idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırmış, bu zaman x1 x2, x3, x6, x3 və cinayətin naməlum iştirakçısı ilə birlikdə avtomobillərdən yerə düşərək yumruq və təpik zərbələri ilə X7un bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağtəpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, alın, solgicgah, sağ gö zətrafı nahiyələrinin qançırları, bel və soldiz oynağı nahiyələrinin sıyrıqları, həmçinin x1 istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi dəstəyi gümüş ürəngli qatlanan bıçaqdan silah qismində istfadə etməklə X7un sol bud və sol sağr nahiyələrinin kəsilmiş-deşilmişyaraları, sağəlində və V barmaqlarının əsas falanqalarının kəsilmiş yaraları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmişşə üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş, bunun davamı olaraq isə x2 sifarişinə əsasən x1 qrupun digər üzvləri -x2, x3, x6, x3 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən həmin bıçaqdan istifadə etməklə X7u x2 ünvanına işlətdiyi nalayiq ifadələrə görə cəzalandırmaq məqsədilə məcburi qaydada x2unidarəetdiyi “HyundaiElantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq onun iradəsinə zidd olaraq naməlum istiqamətdə apararkən, avtomobil qısa məsafə qətetdikdən sonra X7 avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb qaçmaq istədikdə x2, x3, x6 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən X7u tutub yumruq və təpik zərbələrinin müşayiəti altında mə cburi qaydada təkrarən avtomobilin yük yerinə qoymuş, bu vaxt arxadan onları müşayiət edən x3un idarəetdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobildən x1 yerə düşərək x2a məxsus “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib nəqliyyat vasitəsini hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaq istədikdə X7 yenidən avtomobilin yük yerini içəridən açaraq oradan yerə düşüb ətrafdakı insanları köməyə çağırdığı üçün x1 qrupun digər üzvləri ilə birlikdə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa, x1 istintaqa məlum olmayan vaxtda və şəraitdə bir ədəd qatlamayan tipli kustar üsulla ha zırlanmış tiyəsinin üzərində xüsusi əlamət kimi “Nad olqu öpamətğiz Uzbekistana» sözləri yazılmış soyuq silah hesab edilən bıçağı qanunsuz əldə edib üzərində gəzdirmiş, xx xxxx 2017-ci il tarixdə “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı həmin bıçaq avtomobilin salonundakı əşyaların saxlanc yerindən aşkaredilərək götürülmüşdür. Bundan sonra, x1 törətdiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə həmin gün, yəni xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini “Samur” nəzarətburaxılış məntəqəsindən Rusiya Federasiyasına keçməklə ölkə hüdudlarını tərk etmiş, bir müddət Rusiya Federasiyası ərazisində yaşadıqdan sonra o, törətdiyi cinayət əməllərinə görə axtarış elan olunduğunu bildiyi üçü n hüquq-mühafizə orqanları tərəfindən yaxalanmaması üçün 2017-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə və naməlum şəraitdə Gürcüstandan Azərbaycan Respublikasının Qazax rayonu ərazisində mühafizə olunan dövlət sərhəddini dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına qayıtmışdır. Bundan başqa, x1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 10,545 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək xx xxxxxxx 2017-ci il tarixdə naməlum şəraitdə qeyd olunan narkotik vasitə heroinin 5,393 qram çəkidə olan hissəsini tanışı x4na hədiyyə olaraq verməklə satmış, yerdəqalan 5,152 qram çəkidə narkotik vasitə heroini isə əynindəki şalvarının sağ yan cibində saxlamaqla qanunsuz daşımış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxxx 2017-ci il tarixdə gecə saat 01 radələrində x1 və x4 Bakı şəhəri, Qaradağ rayonun inzibati ərazisində BakıAstara-İran İslam Respublikası sərhəd yolunun 36,5-ci km-də yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, x1un üstünə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə daşımaqla saxladığı üç ədəd sellofan bükümdə külli miqdarda 5,152 qram çəkidə narkotik vasitə heroin onun əynindəki şalvarın sa ğ yan cibindən, İsmayıl İbrahimovun üstünə keçirilən baxış zamanı isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə daşımaqla saxladığı iki ədəd sellofan bükümdə külli miqdarda 5,393 qram çəkidə narkotik vasitə heroin onun əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin hökmdən apellyasiya protesti və apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum x2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 29,144.2.6-cı maddələri i lə təyin olunmuş 6 il 2 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılmaqla ona 6 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəza hökmlə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzaları ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Məhkum x1na təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 29,144.2.6-cı maddələri ilə təyin olunmuş 6 il 2 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılmaqla ona 6 il 9 ay müddətinə azadlıqdan məhrumetm ə cəzası təyin edilmiş, həmin cəza hökmlə Cinayət Məcəlləsinin 221.3, 234.1, 228.4 və 318.1-ci maddələri ilə təyin edilmiş digər azadlıqdan məhrumetmə cəzaları ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: T.L.Kazımov (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı A pellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 və x2 müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x1 kassasiya şikayəti verərək törətdiyi əməlin CM-nin 144-cü maddəsindən CM-nin 145-ci maddəsinə tövsif edilərək barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. x2 müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayətində məhkumun və zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadələrinə istinadən göstərmışdır ki, zərərçəkmiş şəxs ifadələrində x2un adını çəkmir. Birinci və apellyasiya instansiyası məhkəmələri bunu nəzərə almadan onun əməlini Azərbaycan Respublikası CM-nin 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6, 221.3 və 234.1-ci maddələrinə tövsif etmişlər. Hesab et mişdir ki, onun əməli yalnız xuliqanlıq kimi tövsif edilməlidir. x2 həmin ifadəsində göstərmişdir ki, o, tutulduqdan sonra avtomobil avtovağzal ərazisində qalmış və polis əməkdaşları onun iştirakı olmadan avtomaşınına baxış keçirmiş və guya avtomaşından narkotik maddə açkar etmişlər. Həmin narkotik maddənin ona heç bir aidiyyəti yoxdur. Bundan başqa mhəkəmələr onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış ağır cəza təyin etmişlər ona görə də onun cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövsif edib, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini və CM-nin 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6 və 234.1-ci maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumaların cinayət əməllərinin x2 əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə və x1 cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinə tövsif edilməli o lması göstərilsə də bu dəlilləri əsaslandıran konkret sübutlara istinad edilməmiş, dəlillər əsaslandırılmamışdır. Azərbaycan Respublikası CM-nin 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6-cı maddələrində Adam oğurluğu əməlləri bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; tamah məqsədi ilə və ya sifarişlə törədildikdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. CM-nin 145-ci maddəsində isə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Adam oğurluğu dedikdə c anlı fiziki şəxsin açıq və ya gizli şəkildə onun iradəsində zidd olaraq ələ keçirilməsi və daimi və ya müvəqqəti olduğu yerdən başqa yerə daşınması və saxlanması nəzərdə tutulur. Çox hallarda bu cinayət zərərçəkmiş şəxsə qarşı üç əsas hərkətin edilməsini nəzərdə tutur, yəni onun iradəsinə zidd olaraq ələ keçirlməsi, daimi və ya müvəqqəti olaraq olduğu yerdən başqa yerə daşınması və müəyyən müddət saxlanması kimi törədilir. Hazırkı cinayət işi üçrə x2 və x1 digərləri ilə adam oğurluğu cinayətini törətmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, vəzifə bölgüsünə əsasən hərkət etməklə xx xxxx 2017-ciiltarixdə saat 13 radələrində x1 idarəetdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzürl ü səbəb olmadan qəsdən X7un idarə etdiyi dayanmış vəziyyətdə olan “KİA RİO” markalı 90-ZL- dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyərək sonuncuya 1.100 manat dəyərində maddi zərər vurmaqla qarşısında saxlamış, x2 isə idarə etdiyi “HyundaiElantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobillə X7un idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırmış, bu zaman x1 x2, x3, x6, x3 və cinayətin naməlum iştirakçısı ilə birlikdə avtomobillərdən yerə düşərək yumruq və təpik zərbələri ilə X7un bədəninin müxtəlif nahiyələrinə vurmaqla ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə x2 sifarişinə əsasən X7u x2 ünvanına işlətdiyi nalayiq ifadələr ə görə cəzalandırmaq məqsədi ilə məcburi qaydada x2un idarəetdiyi “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq onun iradəsinə zidd olaraq naməlum istiqamətdə apararkən, avtomobil qısa məsafə qət etdikdən sonra X7 avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb qaçmaq istədikdə x2, x3, x6 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən X7u tutub yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə qoymuş, bu vaxt arxadan onları müşayiət edən x3un idarə etdiyi “Hyundai Elantra” markalı 10-PS- dövlət qeydiyyat nişanlı avtomobildən x1 yerə düşərək x2a məxsus “Hyundai Elantra” markalı 99-DM dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib nəqliyyat vasitəsini hərəkətə gətirib h adisə yerindən uzaqlaşmaq istədikdə X7 yenidən avtomobilin yük yerini içəridən açaraq oradan yerə düşüb ətrafdakı insanları köməyə çağırdığı üçün x1 qrupun digər üzvləri ilə birlikdə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adam oğurluğu cinayətini törətməyə cəhdetmişdir. Təqsirləndirilən şəxslər x2 və x1 onlara elan edilmiş ittihamda təsvir edilən və yuxarıda göstərilən adam oğurluğuna cəhd cinayət əməllərini törətmələri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada toplanıb tədqiq edilmiş və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya şikayətlərində cinayət işinin adam oğurluğuna cəhdə dair hissəsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələri təkzib edəcək mötəbər dəlillərə əsaslanmadığından onlar təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs x2 himayəsində üç azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının İİ qrup əlil olmasını və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxs x1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmələr bu halları nəzərə alaraq məhkumlara Azərbay can Respublikası CM-nin 60.1-ci və 63.3-cü maddələrinin tələblərinə uyğun yüngül cəzalar təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən h əm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işi üzrə cinayətin törədilməsi zamanı və bundan sonra məhkumlar x2 və x1 davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin məhkumlardan şikayət və tələbinin olmaması halı nəzərə alınaraq Azərbaycan Respublikası 60.1-ci madəsinə əsasən onların cəzaları yüngülləşdirilmişdir. Ona görə də bu barədə x1 kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin materiallarında olan xx xxxx 2017-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünürki, x2na məxsus “Hyundai Elantra” markalı 99 DM dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2017-ci il tarixdə ü5-də yerləşən “BakıBeynəlxalq” avto vağzalının avtomobillərin dayanacağı üçün nəzərdə tutmuş ərazisində aşkar edilərək avtomobilin salonuna keçirilmiş baxış zamanı, x2un idarə etdiyi həmin avtomobilin salonun qabaq sağ qapısının iç tərəfində saxlamaqla qanunsuz daşıdığı bir ədəd şəffaf sellofan torbaçıqda təmiz çəkisi 2,514 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin protokoldan görünür ki, həmin baxış zamanı x2 özünün və onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən digər şəxslərin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 244.2-ci və 244.4-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malik dir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut k imi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, x2un idarə etdiyi “Hyundai Elantra” markalı 99 DM dövlət qeydiyyat nişanlı avtomobilin salonun qabaq sağ qapısının iç tərəfində saxlamaqla qanunsuz daşıdığı bir ədəd şəffaf sellofan torbaçıqda təmiz çəkisi 2,514 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsinə dair protokol və narkotik vasitə onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bununla da x2 Azərbayca n Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət əməlini törətməsi sübuta yetirilməmiş hesab edilməli və Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bu hissədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Bu hissədə x2 barəsində kassasiya şikayəti qismən təmin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 və x2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən x1 barəsində kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Az ərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən onun barəsindəki kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. KərimovRüfətRabiloğluna aid hissədə isə kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə qərar ləğv edilməli və bu hissədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: x1 kassasiya şikayəti təmin edilməsin. x1 məhkum edilməsinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019- cu il qərarı dəyişdirilmədən saxlansın. KərimovRüfətRabiloğluna aid hissədə kassasiya şikayəti qismən təmin edilsin. x2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il qərarı ləğv edilsin və bu hissədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilsin. KərimovRüfətRabiloğluna təyin edilmiş cəzaların Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən qismən toplanmasına dair qərardan CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın toplanmasına dair müddəalar xaric edilsin. x2 üzərində qəti olaraq 7 (yeddi) il 3 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar