Məhkəmə qərarları › İş №1(102)-459/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-459/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-459/2021 09.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Məhkum2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ermənistanın Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay,himayəsində bir azyaşlı uşağı olan, əvvəllər m əhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87 ünvanında yerləşən Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olan, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3 2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2019-cu il il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X8, hakimlər X16 oğlu və X17 oğlundan ibarət tərkibdə), Məhkum2 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Cəzasınl ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə müddətin əvvəli 21 may 2018-ci il tarixdən hesablanmlşdır. Bu iş üzrə Məhkum1, X3 və X9 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli hökmü də yişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin aprel ayında Ağcabədi rayonunda Məhkum1, X3, sonuncunun vasitəsilə Məhkum2, X9 və istintaqa məlum olmayan digər şəxslər İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılılq yolu ilə keçirərək satışını təşkil etmək barədə qabaqcadan razılaşmış, əlbir olan bir qrup şəxs halında aralarında olan ümumi razılığa əsasən qrupun üzvü Məhkum2 30 aprel 2018-ci il tarixdə Biləsuvar rayonunda 1400 manat məbləğində pulu narkotik vasitəsinin satın alınmasından ötrü İran İslam Respublikasında qrupun istintaqa məlum olmayan üzvünə çatdırması üçün qrupun digər üzvü X7 vermiş, qrupun üzvləri X9 və Məhkum1 həmin gün saar 17 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 01 may 2018ci il tarixdə səhər saatlarında İran İslam Respublikasının Persabad şəhərinin Aslandüz qəsəbəsində X9 narkotik vasitənin satın alınması üçün 1400 manat pulu qrupun istintaqa məlum olmayan üzvünə vermiş, Məhkum1 Kərim qızı isə həmin pulun müqabilində qrupun istintaqa məlum olmayan üzvünün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda, ümumilikdə 94,754 qram heroin narkotik vasitəsini malların aşkar edilməsini çətinlədirən üsullardan istifadə etməklə 51,730 qram və 43,024 qram çəkilərdə olmaqla iki ədəd rezin bükülüdə qa blaşdırılmış halda düz bağırsağına yerləşdirməklə saxlayıb X4 müşayiəti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, X3 və Sadıqova Samirə Rəşid qızı ilə bilavasitə keçirildiyi yerdə narkotik vasitəni qəbul etmək üçün gözləyərkən Məhkum1 narkotik vasitəni həmin gün saat 12 radələrində Biləsuvar Gömrük İdarəsinin “QoşaTəpə” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi onun ilk məhkumluğunu, səmi mi peşmançılığını, yaşını, bir azyaşlı uşağının olduğunu, qadin olduğunu nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Əliyeva Yaqut Bəşir qızının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yal nız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ ona təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən y üngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmiş dir. Belə ki, iş materiallarından görünür ki, Məhkum2 əvvəllər məhkum olunmamışdır, himayəsində bir nəfər az yaşlı uşağının vardır habelə iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaq la, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddə ləri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum2 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarı Məhkum2 barəsində cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 3 (üç) aya endirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 3 (üç) aya endirilsin Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar