Məhkəmə qərarları › İş №1(102)-459/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-459/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-459/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmünə əsasən Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-454/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X9) xx xxxxxx 1959-cu il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən Bağlar massivində fərdi evdə yaşamış, hazırda Penitensiar Xidmət in 09 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla həmin cəza şərti olaraq tətbiq edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə, davranışı üzərində nəzarəti həyata keç irən orqana məlumat vermədən ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən Bağlar massivində fərdi evdə yerləşən yaşayış yerini dəyişməmək, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyyələrinə və Nazirlər Kabineti yanında operativ qərəargahın qərarlarına əməl etmək; kütləvi xarakterli tədbirlərin keçirildiyi yerlərə getməmək vəzifələri qoyulmuş, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X12, hakimlər X7 və X5 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfi ndən verilmiş apellyasiya protesti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-454/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar və göstərişlər hökmdən xaric edilmiş, onun 17 dekabr 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ümumi cəza müddətinə hesablanıb hökmlə təyin olunan cəzadan çıxılaraq üzərində 3 (üç) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun hazırki qərarla üzərində saxlanılan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 10 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş Üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə qarşı Zərərçəkmiş şəxs tərəfindən etiraz verilmiş və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 1992-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd RP-5362 N-li keçmiş SSRİ dövlətində silah zavodunda zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə, atəş üçün yararlı, 7,62 mm kalibrli AKMS modelli, "Kalaşnikov" konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, "Kalaşnikov" konstruksiyalı avtomatlar ın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş saz və istifadəyə yararlı sandıqçanı (darağı) və 12 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş həmin kalibrə malik olan "Kalaşnikov" konstruksiyalı silahlardan atəş açmaq üçün istifadə olunan, atəş üçün yararlı döyüş sursatı hesab olunan ştat patronlarını əldə edib daşıyaraq hadisə baş verən günədək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, Bağlar massivində yerləşən fərdi evinin həyətində torpağın altında saxlamaqla gəzdirmiş, 16 dekabr 2021-ci il tarixdə saat 22:39-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Əmirxəlil” adlı mağazanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə qarşılıqlı tel efon zəngi əsasında görüşüb ətrafda çoxsaylı yaşayış evləri olmasına baxmayaraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, əvvəllər uzun müddət X11 rəhbər vəzifələrdə işləməsi ilə əlaqədar heç kəsin ona qarşı tələblər irəli sürmək haqqının olmaması kimi davranışları ilə özünün şəxsiyyətini başqa şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub aralarında əmlakla bağlı sonuncunun ona qarşı iddiasını - mülki mübahisəni, yəni cüzi səbəbi bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozub hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək özünə məxsus olan ** DY *** dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobildə özü ilə gətirdiyi, qanunsuz olaraq əldə edib gəzdirdiyi 7,62 mm kalibrli AKMS modelli, "Kalaşnikov" konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı silah qismində istifadə edərək 3-4 metr məsafədə üzbəüz özünə məxsus “Lexus 570” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə zamanı sonuncuya zor tətbiq etmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək 16 dekabr 2021-ci il tarixdə saat 22:39-dan saat 22:45-dək olan müddətdə 9 dəfə, o cümlədən birini havaya, digərlərini isə həmin avtomobilin ön və yan hissələrini nişan almaqla atəş açıb Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün real təhlükə yaradaraq onun avtomobilinin alın şüşəsini, damın üst kantın ı, qapının üstündəki kantını, qapı şüşəsini, knopkaları, əyləc borusunu, kapot trosunu, mühərrikin sağ örtüyünü, kapotun iç örtüyünü güllə ilə sıradan çıxarıb 4.840 manat miqdarında maddi ziyan vurub silahdan istifadə etməklə qərəzli xuliqanlıq etmiş, 16 dekabr 2021-ci il tarixdə saat 23:45-də hadisə yerinə baxış keçirilərkən 1 (bir) ədəd atəş üçün yararlı döyüş sursatı hesab olunan ştat patron və lülənin qapağı, 17 dekabr 2021 -ci il tarixdə saat 01 radələrində özünün təqdim etdiyi cinayətin aləti olan bir ədəd RP-5362 N-li "Kalaşnikov" konstruksiyalı avtomat, "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd sandıqça (daraq) və içərisində 2 (iki) ədəd atəş üçün yararlı döyüş sursatı hesab olunan ştat patron aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və şikayətə qarşı etirazın dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi Məhkum və Zərərçəkmiş şəxs arasındakı münaqişəli münasibət əvvəlcədən mövcud olmuş mülki xarakterli mübahisə ilə bağlı olmuşdur. Yəni Məhkum ictimai qaydanı kobud surətdə pozmayan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməyən mülki xarakterli şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs tərəfindən ağır təhqirə məruz qalmasına görə intiqam hissi ilə törətdiyi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin xuliqanlıq dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər və təqsirkarın ətr afdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İş materiallarında olan 16 mart 2022-ci il tarixli hadisənin baş verdiyi yerin, yəni “Əmirxəlil” adlı marketin qarşısının video görüntülərinin qeydə alındığı diskə ibtidai araşdırma zamanı əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə vaxtı orada Məhkum və Zərərçəkmiş şəxs başqa heç kimin olmaması müəyyən edilmişdir. Bundan başqa, Məhkum və Zərərçəkmiş şəxs arasındakı telefon zənglərinin təhlili də göstərir ki, Zərərçəkmiş şəxs istifadəsində olan 050- ***-**-** nömrəli telefondan xx.xx.2021 -ci il tarixdə saat 20:58-də Məhkum istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurmuş və aralarında mülki xarakterli mübahisə olmuş, bundan sonra Zərərçəkmiş şəxs Məhkum ağır söyüşlərlə təhqir etmişdir və Zərərçəkmiş şəxs Məhkum ağır sözlərlə təhqir edərək görüşə çağırmış və görüşdükdə də işlətdiyi təhqiramiz ifadələri Məhkum qarşı həyata keçirəcəyəm bildirmişdir. Telefon zənglərinin də təhlili göstərir ki, Məhkum telefon zəngini Zərərçəkmiş şəxs etmiş, Zərərçəkmiş şəxs tərəfindən ağır təhqirə məruz qalmış, görüşün də təşəbbüskarı Zərərçəkmiş şəxs olmuşdur. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli 106 saylı rəyindən görü nür ki, hadisə zamanı Məhkum psixi-emosional sferasında situasiya ilə əlaqədar gərginlik, hirsi ilik halları əmələ gəlmişdir. Hesab edirəm ki. bu hal Məhkum münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulan cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi qismində onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki hadisədən əvvəl Məhkum Zərərçəkmiş şəxs tərəfindən ağır təhqirə məruz qalmışdır. Bundan başqa, 1-ci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum əməlindən peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə edilməsi, Qarabağ müharib əsində Xocalı faciəsi zamanı şəhid olmuş Milli X1 və şəhid X3 qardaşı olması. 63 yaşında təqaüdçü olması, X11 müxtəlif rəhbər vəzifələrdə işləməsi, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli və 30 iyun 2004-cü il tarixli fərmanları ilə “İgidliyə görə” medalları ilə təltif edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qəbul edilib qiymətləndirilmiş, iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd etmək istəyirəm ki, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etm əmiş və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlərə yol verməmişdir. Bununla da Rza Şahid4baycan Respublikasının Cinayət Məcəlləsinin 221.3.-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətini törətməmişdir. Buna görə də hesab edirəm ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsiri iliyi sübuta yetirilmədiyinə görə ona qeyd edilən maddə ilə bəraət verilməlidir. Müdafiəçi kassasiya şikayətinin təmin olunaraq təqsirliİiyi sübuta yetirilmədiyinə görə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə münasibətdə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti olaraq təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarının əsaslı və ədalətli olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şik ayətində əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığı halda Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyini və həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, R.L.Hacıyavə bəraət verilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.6 və 416.0.21-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkum R.LHacıyevə aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin d ispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl də cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən etd iyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hallar Məhkum qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirməsini təsdiq etsələr də, məhkəmələr onun hərəkətlərini həyat və sağlamlıq üçün təhlükəli olan zorun tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq kimi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən g örünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü b aşqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, y axud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərə kətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı və yaxud başqa gerçək səbəblər şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, Hacıyev X13 rayonu, Pirşağı qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Əmirxəlil” adlı mağazanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə qarşılıqlı t elefon zəngi əsasında görüşüb aralarında əmlakla bağlı sonuncunun ona qarşı iddiasını - mülki mübahisəni həll etmək istəyərkən aralarında yaranmış mübahisədən əsəbiləşərək özünə məxsus olan ** DY *** dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobildə özü ilə gətirdiyi, qanunsuz olaraq əldə edib gəzdirdiyi 7,62 mm kalibrli AKMS modelli, "Kalaşnikov" konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı silah qismində istifadə edərək 3-4 metr məsafədə üzbəüz Zərərçəkmiş şəxs məxsus “Lexus 570” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə zamanı sonuncuya zor tətbiq etmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək 16 dekabr 2021-ci il tarixdə saat 22:39-dan saat 22:45-dək olan müddətdə 9 dəfə, o cümlədən birini havaya, digərlərini isə həmin avtomobilin ön və yan hissələrini nişan almaqla atəş açıb onun avtomobilinin alın şüşəsini, damın üst kantını, qapının üstündəki kantını, qapı şüşəsini, knopkaları, əyləc borusunu, kapot trosunu, mühərrikin sağ örtüyünü, kapotun iç örtüyünü güllə ilə sıradan çıxarıb 4.840 manat miqdarında maddi ziyan vurub silahdan istifadə etmişdir. (qeyd edilən hallar birinci instansiya məhkəməsində tədiqiq olunub hökmdə ətraflı təsvir edilmiş yuxarıda adı çəkilən məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir edilməsinə zərurət görmür). Hadisənin bu cür inkişaf etməsi Məhkum cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, onun hərək ətlərinin tanışı Zərərçəkmiş şəxslə aralarında olan mülki mübahisənin həll edilməsinin gerçək səbəbi olduğunu göstərir. Qeyd olunan əlamətlərin, xüsusilə də xuliqanlıq niyyətinin müəyyən olunmaması isə Məhkum əməlinin xuliqanlıq kimi qiymətləndirilib Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə məhz Məhkum CM-in 228.1-ci maddəsi ilə ağır cəza təyin edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyə ti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edə rək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası Məhkumna təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəz anı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə CM-in 228.1-ci maddəsi ilə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, onu 63 yaşının olmasını, İki qa rdaşının Qarabağ müharibəsində şəhid olmasını, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İğidliyə görə” medalı ilə təltif olunmasını kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcə sini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göst ərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum məhkə mələr tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Qeyd olunanlar məhkəmələrin Məhkum əməlini Cinayət Məcəlləsinin 221.3 və 228.1ci maddələri ilə tövsif etməklə məhkəmə qərarının (Məhkum Cinayət Məcəlləsinin 221.3cü maddələri ilə məhkum edilməsi hissəsində) kassasiya qaydasında ləğv edilməsini, CMin 228.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində isə dəyişdirilməsini tələb edən CPMin 416.0.6 və 416.0.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verdiklərini göstərir. Odur ki, Məhkum əməllərində xuliqanlıq cinayətinin tərkibi olmadığından, ona aid ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan hissəsi üzrə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla x itam verilməli, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən və CM-in 58.3-cü maddəsinə əsasən cəza təyini zamanı əhəmiyyət kəsb edən digər hallar nəzərə alınaraq, CM-in 228.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş bütün halların nəzərə alınması baxımından kifayət qədər tarazlaşdırlmış və CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinə uyğun gələn nəticə kimi çıxış edir. Yuxarıda təsvir edilənlərə görə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini qismən əsaslı müraciət kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi3 və kassasiya şikayətənin təmin edilməməsinə dair dövlət ittihamçısının və Zərərçəkmiş şəxs çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 oktyabr 2022-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada qismən ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafi əçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 oktyabr 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin, Məhkum əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı üçün həmin hissədə cinayət işi üzrə icraata CinayətProsessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 17 dekabr 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ümumi c əza müddətinə hesablanıb təyin olunan cəzadan çıxılaraq üzərində 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın Qərar Məhkum aid qalan hissədə, o cümlədən onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə, cəzaçəkmə müddətinin 10 oktyabr 2022-ci il tarixdən hesablanmasına dair müddəalar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar