Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-459/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 müdafiəçisi Bayramov Bəhruz Front oğlunun, Məhkum2 müdafiəçisi Hacıyeva Günay Hacıgül qı zının, Məhkum3 müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızının və Məhkum4 müdafiəçisi Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 2001.2.2, 200-1.2.3 və 32.3, 206.3.2-ci maddələri ilə, Məhkum2 CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Məhkum3 CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə və Məhkum4 CM-in 200-1.2.2, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2023-cü il tarixli hökmü ilə isə həmin hökm ləğv edilməklə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4, hər birisinin CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən Məhkum1, Məhkum2, Məhkum3 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu və Məhkum4 müdafiəçisi Həsənova Elmira Xandəmir qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən həmin işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-in 200-1.2.2, 200-1.2.3 və 3 2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.3, 206.3.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi m əsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2, xx xxxxxxxx 1991-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə barəsində CMin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum3, 1 yanvar 1992-ci il tarixdə Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Kərimbəyli kəndində qeydiyyatda həmin kənd də yaşamış, olmaqla CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə barəsində CMin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə dövlət və yerl i özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, və Məhkum4, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Sahədə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, Voxur küçəsi, nömrəsiz fərdi evdə yaşamış, CM-in 200-1.2.2, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özün üidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Həmçinin həmin hökmlə məhkum olunmuş şəxslərin hər birisinə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın CM-in 46.3-cü maddəsinə əsasən onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilən bütün müddətinə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra isə cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda dərman vasitələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməsi, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərin cinayət işinin materiallarında saxlanılması hökm etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirilməsini təşkil etmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, o, qabaqcadan əl bir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirilməsini təşkil etmiş, bu məqsədlə tanışları Məhkum4, Məhkum3, Məhkum2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə telefonla danı şıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə etdikdən sonra, Məhkum3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Məhkum2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Məhkum3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasit ələri isə Məhkum2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Məhkum3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Məhkum2 nəqliyyat vasitəsində saxlamış, 7 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Məhkum4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Məhkum2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X7 köməkliyi ilə Məhkum4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barə də daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli ola raq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Məhkum1, Məhkum3, Məhkum4, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə qabaqcadan əl bir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Məhkum1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Məhkum3 idarə etdiyi “DAF” markalı, 22-BL611 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Məhkum2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyəri ndə olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Məhkum3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Məhkum2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Məhkum3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Məhkum2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Məhkum4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Məhkum2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X7 köməkliyi ilə Məhk um4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Məhkum4, Məhk um1, Məhkum2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Məhkum1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Məhkum3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Məhkum2 isə idarə etdiyi “DAF” markalı, 99UG-054 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Məhkum3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Məhkum2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Məhkum3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Məhkum2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Məhkum4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Məhkum2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X7 köməkliyi ilə Məhkum4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi mə lum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirməkdə qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Məhkum1, Məhkum3, Məhkum2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları X və Y adlı qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Məhkum1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Məhkum3 idarə etdiyi “DAF” markalı, 22-BL611 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Məhkum2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları X və Y adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Məhkum3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Məhkum2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Məhkum3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Məhkum2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət mən təqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikasının ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində o, Məhkum3 və Məhkum2 qoşularaq, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özünün yük nəqliyyat vasitəsində aparmaqla qabaqcadan yardım etməyi vəd etdiyindən birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Məhkum2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X7 köməkliyi ilə onun “DAF” markalı, 99HJ-833 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər - - - - rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində onun nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə) 14 avqust 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin olunmuş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş və iş üzrə aşağıdakı hökm çıxarılmışdır: Məhkum1 CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü ma ddələri ilə təqsirli bilinərək CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.4-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına; Məhkum2 CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 200-1.2.2 və 200-1.2.3-cü mad dələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına; Məhkum3 CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özü nüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına; Məhkum4 CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəz ifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq Məhkum4 həbsdə saxlanıldığı 1 (bir) il 4 (dörd) ay müddət nəzərə alınaraq həmin ona təyin edilmiş cəzadan çıxılmaqla adı çəkilən məhkumun üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay müddətə azadlıqda n məhrum etmə cəzası saxlanılmış, həmçinin həmin hökmlə də məhkum olunmuş şəxslərin hər birisinə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın CM-in 46.3-cü maddəsinə əsasən onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilən bütün müddətinə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, həmçinin cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda dərman vasitələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməsi, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2023-cü il tarixli hökmündən məhkum olunmuş şəxslər Məhkum1, Məhkum2, Məhkum3 müdafiəçisi F.İ.İskəndərov və Məhkum4 müdafiəçisi E.X.Həsənova, hüquqlarını müdafiə etdikləri şəxslər haqqında ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin hökmün ləğv edilməsini və adları çəkilən məhkumların barəsində birinci instansiya məhkəməsinin hökmünə uyğun qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Hüquqlarını müdafiə etdiyi məhkumlar Mə hkum1, Məhkum2 və Məhkum3 barələrində verdiyi eyni məzmunlu kassasiya şikayətlərində CM-in 32-34, 62 və 206-cı maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 416-cü maddəsinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 20 aprel 1999-cu il və 6 may 2022-ci il tarixli Qərarlarına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarına, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarıl mış hökmlərə istinad edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının14 avqust 2023-cü il tarixli hökmünü mübahisələndirən müdafiəçi F.İ.İskəndərov həmin şikayətlərini belə əsaslandırmışdır ki, qeyd olunan hökmdə adları çəkilən məhkum olunmuş şəxslərin onlara ittiham olunmuş cinayət əməllərini mütəşəkkil dəstə halında törətmələri göstərilsə də, onların həmin cinayətləri məhz mütəşəkkil dəstədə birləşib törətmələri, mütəşəkkil dəstənin hansı xarakterik xüsusiyyətlərə malik olması, onların bu zaman mükəmməl hazırlıq görmələri, cinayətin törədilməsi üçün hər hansı mürəkkəb üsullardan istifadə olunması və mütəşəkkil dəstəni xarakterizə edən digər xüsusiyyətlər müəyyən edilməmiş, bununla bağlı ibtidai araşdırma orqanı tərəfindən mötəbər sübutlar təqdim olunmamış, işə məhkəmələrdə ba xılarkən də belə sübutlar əldə edilməmiş, araşdırılmış sübutlara isə düzgün qiymət verilməmişdir. Müdafiəçinin qənaətinə görə, belə olan halda hüquqlarını müdafiə etdiyi şəxslərin əməllərinin tövsifində səhvə yol verilmiş və bunun da nəticəsində onlar ağır cəzalara məruz qalmışlar. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən Məhkum1, Məhkum2 və Məhkum3 barələrində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaları xaric edərkən birinci instansiya məhkəməsindən fərqli olaraq iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir çox halları nəzərə almamışdır. Halbuki, bu hallar, hətta məhkum olunmuş şəxslərin əməllərinin daha ağır maddələrlə tövsif edildiyinə baxmayaraq, yenə də onlara müvafiq cəzaların CM-in 62-ci maddəsi ilə tətbiq edilməklə təyin o lunması üçün əsas olmuşdur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi F.İ.İskəndərov onun kassasiya şikayətlərinin təmin edilməsini xahiş edir. Müdafiəçi F.İ.İskəndərovun kassasiya şikayətlərinin məzmununa uyğun məzmunda kassasiya şikayətini həmçinin Məhkum4 müdafiəçisi E.X.Həsənova da verərək eyni dəlillərə əsaslanmış və o, da öz müraciətində analoji tələb irəli sürmüşdür. Kassasiya şikayətlərinə baxılması Ali Məhkəmənin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş müddətdə və qaydada məlumatlandırılmış, lakin məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizələrlə Ali Məhkəməyə müraciət etməmiş, müdafiəçilər F.İ.İskəndərov, E.X.H əsənova və Müdafiəçi10 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkum olunmuş şəxslər Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və müdafiəçilər F.İ.İskəndərovun, E.X.Həsənovanın, Müdafiəçi10 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçilər F.İ.İskəndərovun və E.X.Həsənovanın, hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan görünür, onlar apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyini, hüquqlarını müdafiə etdikləri şəxslərin törətdikləri cinayət əməllərinin tövsifində səhvə yol verilməsini və onların həddindən artıq sərt cəzaya məruz qalmalarını iddia edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirirlər. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə kassa siya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə Odur ki, məhkəmə kollegiyası müdafiəçilər F.İ.İskəndərovun və E.X.Həsənovanın kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən çıxarılmış 14 avqust 2023-cü il tarixli hökmün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, ilk növbədə xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya p rotestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılmas ı ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini, onların tə qsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində qanuni və ədalətli cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, əda lətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qə rara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və human izm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxa lq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəm iyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərindən görünü r ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinay ətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə hə qiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cava b verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələ binə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək və Konstitusiyanın yuxarıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq ilk növbədə qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı, sübu tetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilənlərə uyğun şəkildə cinayət əm əllərini törətmələri barədə nəticəyə gəlmiş və gəldiyi bu nəticəyə əsasən Məhkum1 əməllərinin CM-in 200-1.2.2, 200-1.2.3 və 32.3, 206.3.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3, hər birisinin əməllərinin CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Məhkum4 əməllərinin isə CM-in 200-1.2.2, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilməsini mümkün bilmişdir. Bu qənaətə gələrkən isə həmin məhkəmə hesab etmişdir ki, Məhkum1 hazırki iş üzrə məhkum olunmuş və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda - 31 bağlamada yerləşdirilmiş 288668 manat dəyərində olan, mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən dərmanların satış məqsədilə əldə olunması, saxlanılması və daşınması barədə razılığa gəlib həmin dərmanların qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsini təşkil etmiş, Məhkum2 və Məhkum3 göstərilən dərmanları qanunsuz olaraq Türkiyə Respublikasında əldə etdikdən sonra onlar 7 fevral 2022-ci il tarixdə idarə etdikləri avtomaşınlarda onları gömrük nəzarətindən gizli şəkildə və bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmiş, Məhkum4 isə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. İbtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyən apellyasiya instansiyası məhkəməsi isə bu nəticədən fərqli olaraq belə qənaətə gəlmişlər ki, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 ittiham olunduqları cinayət əməllərini mütəşəkkil dəstənin tərkibində törətm iş və buna görə onların hər birisinin əməlləri CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə tövsif edilərək, kassasiya qaydasında mübahisələndirən hökmlə onlar ayrı-ayrılıqda həmin maddələrlə təqsirli bilinib cəzalandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma orqanının, istərsə də apellyasiya instansiyası məhkəməsinin gəldikləri bu nəticə düzgündür, qanunidir, həmin nəticə işin hallarına və toplanmış və araşdırılmış sübutlara, habelə qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə tam uyğundur, buna görə də göstərilən nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Öz qənaəti ilə bağlı, habelə kassasiya şikayətlərində məhkum olunmuş şəxslərin mütəş əkkil dəstənin tərkibində cinayət əməllərini törətməmələrinin iddia olunmasını nəzərə alaraq isə məhkəmə kollegiyası Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4, hər birisinin ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə müraciət etməklə həmin ifadələri təhlil etməyi zəruri sayır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 özünü ona qarşı CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayında Türkiyə Respublikasında yaşayan və əvvəlcədən tanıdığı X adlı şəxslə telefon əlaqəsi saxlamış, sonuncu da ona 31 bağlama dərmanlar olduğunu bildirərək həmin dərmanları Azərbaycanda satmağı təklif etmişdir. O, bu təkliflə razılaşaraq öz növbə sində tanışları Məhkum2, Məhkum3 və Məhkum4 həmin dərmanların Türkiyə Respublikasında Türkiyə vətəndaşları X və Y ilə görüşmələrini və onlardan 31 bağlama qeydiyyatsız dərmanları götürmələrini, sonra isə qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsini təklif etmiş sonuncular da bununla razılaşmışlar. Həmçinin o, adları çəkilən şəxslərə həmin dərmanları dövlət qeydiyyatına almadan müxtəlif adamlara satacaqlarını, əldə etdikləri gəliri isə aralarında böləcəklərini bildirmişdir. Bu təklifdən sonra onlar Məhkum3 və Məhkum2 özlərinin yük avtomaşınlarında Türkiyəyə getmələri, orada X və Y adlı şəxslə görüşüb onlardan qeydiyyatsız dərmanları əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi barədə razılığa gəlmişlər. 2022-ci ilin fevral ayının əvvəllərində İsrayıl və Sayəddin öz avtom aşınlarında Türkiyə Respublikasına getmiş, 7 fevral 2022-ci il tarixdə isə X ona zəng edərək onlara cəmi 31 bağlama qeydiyyatsız dərmanları verməsi barədə məlumat vermişdir. Həm bunu, həm də Türkiyədən Azərbaycana yola düşmələrini Məhkum3 və Məhkum2 da ona zəng edib təsdiq etmişlər. Sonradan bildiyi kimi, Azərbaycan sərhədinə yaxınlaşmamışdan əvvəl İsrayıl özünün “tır” maşınında olan 7 bağlamaya yerləşdirilmiş dərmanları Məhkum2nin “tır” maşınına yükləmiş və bununla da sonuncunun idarə etdiyi avtomaşında cəmisi 31 bağlamada qeydiyyatsız dərmanlar olmuşdur. Bunu isə onlar həmin dərmanların gömrük postunda aşkar edilməməsi məqsədilə etmişlər. Onlar gömrük postunda yoxlama aparatının işləməməsindən istifadə edərək və gömrük nəzarətindən yayınmaqla Azərbaycan ərazisinə keçmiş, həmin vaxt Məhku m4 onları “Qırmızı körpü” adlı sərhəd məntəqəsində gözləmiş, onları qarşılayaraq Məhkum2 avtomaşınını idarə etmiş və onlar birlikdə Ağdaş rayonunun Ləki kəndinə qədər gəlmişlər. Ləki kəndində Məhkum2 avtomaşınında olan bağlamalar orada olan fəhlələrin köməkliyi ilə Məhkum4 “tır” maşınına yüklənmiş, sonra isə o, Bakı şəhəri istiqamətində yola düşmüşdür. Bakı şəhərinin Xəzər rayonunun ərazisində isə Məhkum4 avtomaşını polis əməkdaşları tərəfindən saxlanılmış və 31 bağlamada dərmanlar həmin avtomaşında aşkar edilərək götürülmüşdür. Cinayət işinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum1 ifadələrinə uyğun və oxşar məzmunda olan ifadələri həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2, Məhkum3 və Məhkum4 də vermişlər. Məhkum olunmuş şəxslərin həmin e tirafedici ifadələrindən, habelə onların əvvəllər də birlikdə eyni fəaliyyətlə məşğul olmaları barədə ibtidai araşdırma zamanı Məhkum1, Məhkum2 və Məhkum3 ayrı-ayrılıqda verdikləri ifadələrindən belə nəticə hasil olur ki, Məhkum1 özündən və daha beş nəfərdən, onlardan üçü sürücü olmaqla, ibarət dəstənin tərkibində özü və Türkiyədə yaşayan X və Y adlı şəxslər bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, cəmisi 31 bağlamaya yerləşdirilmiş külli miqdarda müxtəlif adda dərman vasitələrinin satış məqsədilə əldə edilməsini, daşınmasını və saxlanılmasını təşkil edərək bu hərəkətlərin edilməsinə faktiki rəhbərlik etmiş, bu məqsədə nail olmaqdan ötrü dəstəyə yük avtomaşınlarının sürücüləri Məhkum2, Məhkum3 və Məhkum4 cəlb edərək onların hər birisini görməli işlər barədə təlimatlandırmış, yəni cinayətin törədilməsi üçün aralarında rol bölgüsü aparmış, bu bölgüyə əsasən eyni məqsəd, yəni dərmanların satılaraq qazanc əldə etmək məqsədi izləyən Məhkum2 və Məhkum3 Türkiyə Respublikasında göstərilən dərmanları qəbul edərək həmin dərmanların gömrük nəzarətindən gizli şəkildə və bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsini həyata keçirmiş, daha sonra dəstənin digər üzvü Məhkum4 Məhkum1 təlimatlandırmasına əsasən Məhkum2 və Məhkum3 Azərbaycan Respublikasının ərazisində qarşılayaraq 31 bağlamada olan dərmanların əvvəl Ağdaş rayonunun Ləki kəndinə, oradan isə Məhkum1 təhvil verilməsi üçün Bakı şəhərinə daşınmasını təmin etm iş, lakin keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhərinin Xəzər rayonunun ərazisində Məhkum4 idarə etdiyi avtomaşın saxlanılmış və satış məqsədilə əldə olunmuş dərmanlar həmin avtomaşında aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, məhkum olunmuş şəxslər son nəticədə eyni məqsəd, yəni qanunsuz əldə edilmiş külli miqdarda dərman vasitələrinin satılaraq qazanc əldə etmək məqsədi izləyərək ayrı-ayrılıqda dəstəyə rəhbərlik edən və dərmanların satışını həyata keçirməyi öz üzərinə götürmüş Məhkum1 təlimatlandırılmasına əsasən onların üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda onlar ittiham olunduqları əməlləri məhz mütəşəkkil dəstə şəklində törətmiş və bu baxımdan onların bu əməlləri həm CM-in 200-1.2.2 (“mütəşəkk il dəstə tərəfindən törətmə” tövsifedici əlamətlə) və 200- 1.2.3-cü maddələri, həm də CM-in 206.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və belə tövsif aşağıda göstərilənlərə tam uyğundur. Belə ki, CM-in 200-1.1-ci maddəsində bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllərin xeyli miqdarda törədilməsinə, CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrində isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilm əsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla xeyli miqdarda malların və digər əşyaların qaçaqmalçılığına, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti CM-in 206.1-ci maddəsində, bu əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə isə belə məsuliyyət CM-in 206.4-cü maddəsində nəzərdə tutulmuşdur. CM-in 34.3-cü maddəsinə əsasən, bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütə şəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. CM-in 34.6-cı maddəsində isə təsbit edilmişdir ki, mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tu tulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkar qrupların bir neçə növü nəzərdə tutulur: "bir qrup şəxs", "əvvəlcədən əlbir olan bir qrup şəxs" və "mütəşəkkil dəstə". Cinayətin iki və ya daha çox şəxs tərəfindən törədilməsi cinayətkar qrupların bütün növlərinə məxsus olan ümumi əlamətdir. Bununla belə həmin qruplar özünə xas olan əlamətlərinə görə biri digərindən fərqlənir. Həmin əlamətlər cinayətin törədilməsində iştirakçılığın bu formalarını cinayət məsuliyyətini ağırlaşdıran hal kimi və ya bir neçə cinayətlərin tövsifedici əlaməti kimi istifadə etmək üçün imkan yaradır. İctimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudluğu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür. Əvvəlcədən əlbir olan bir qrup şəxs cinayətkar qrupun növü kimi bir qrup şəxs və mütəşəkkil dəstə arasında yer tutmaqla yanaşı, sadə və daha mürəkkəb qruplara xas olan bəzi əlamətləri də özündə əks etdirir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin, onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun müddətli və çox epizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstəyə, həmçinin özünəməxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcədən əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakcıların asanlıqla ayrılmasi mümkündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qurupla şma və şəxsi münasibətlərlə yanaşı, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşagıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üç ün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması. Mütəşəkkil dəstənin ümumi əlamət və xüsusiyyətlərini göstərməklə yanaşı qeyd etmək lazımdır ki, bu cinayətkar qrupun müxtəlif formaları özünü əlavə xüsusiyyətlərlə biruzə verir. Belə ki, banda mütəşəkkil dəstənin ən təhlükəli təzahürüdür. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli Qərarının 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulur ki: "Bandanın zəruri əlamətləri bunlardır: iki və ya daha çox şəxslərdən ibarət olması; iştirakçılar arasında möhkəm təşkilati birlik olması; iştirakçılardan birində odlu və ya soyuq silah olması və digər iştirakçıların bunu bilməsi; iştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə əvvəlcədən birləşməsi". Göründüyü kimi, bu izahat mütəşəkkil dəstənin yuxarıda göstərilmiş bütün əlamətlərinin bandaya da məxsus olduğunu nümayiş etdirir. Bandanı başqa mütəşəkkil dəstədən ayırmaq üçün isə, iştirakçıların hər hansı cinayət törətmələri yox, bir və ya bir neçə basqınlar etmək məqsədi güdmələri, habelə bandanın silahlanması kimi xüsusiyyətlərin mövcud olması zəruridir. Beləliklə, mütəşəkkil dəstənin təhlil olunmuş bütün əlamət və xüsusiyyətləri bu cinayətkar qrupun növünü kifayət qədər səciyyələndirir və buna əsasən, Azərbaycan Respublikası Ali Məhkəmə sinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəalarına lazımi şərh vermək imkanı yaradır. Şərh olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsi izah etmişdir ki: - Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir; - mütəşəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir; - mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi üçün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların bölüşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarının 20-ci bəndində məhkəmələrə qaçaqmalçılığın mütəşəkk il dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün CM-in 34.3-cü maddəsinə müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olub-olmamasına diqqət yetirməli tövsiyə edilmişdir. Məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlarla qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi təsdiq olunduqda CM-in 34.6-cı maddəsinin tələblərinə müvafiq olaraq malları və ya digər əşyaları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərlə yanaşı dəstənin digər üzvlərinin də (cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin) əməlləri CM-in 206.4-cü maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası şərh edilənlərdən və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəmə sinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məzmunundan və mahiyyətindən çıxış edərək və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, araşdırılmış sübutlara mənsubiyyəti, mötəbərliyi, mümkünlüyü və kifayətliliyi üzrə qiymət verən apellyasiya instansiyası məhkəməsi Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 onlara istinad olunan cinayət əməllərini məhz mütəşəkkil dəstə şəklində törətmələri barədə düzgün nəticəyə gəlmiş və onların hər birisinin əməlləri həmin məhkəmə tərəfindən CM-in 2001.2.2 (mütəşəkkil dəstə tərəfindən törədilməsi” tövsifedici əlamətlə), 200-1.2.3 və 206.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrind ə nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 əməllərinin başqa cür, o cümlədən birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada tövsif edilməsi, bununla da müdafiəçilər F.İ.İskəndərovun və E.X.Həsənovanın kassasiya şikayətlərinin təmin edilməsi və mübahisələndirilən 14 avqust 2023-cü il tarixli hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas görmür. Məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 həddindən artıq sərt cəzaların təyin edilməsi haqqında kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüq uqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində gös tərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci mad dəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin təlblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda i stinad olunan CPM-in 144-146, 349.5-ci maddələrinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normaların, o cümlədən CPM-in 125, 143-146cı maddələri, hökmün əsaslılığına dair tələblərə (CPM-in 349.5-ci maddəsi) həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Qeyd olunmalıdır ki, belə hüq uqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da çıxış edərək bir sıra Qərarlarında vurğulamışdır ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsin i, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərar ında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakç ılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halla rı, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-gös tərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, həmin məhkəmənin çıxardığı hökmdən verilmiş apellyasiya protestində isə bununl a bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkum olunmuş şəxslər cəza tədbirinin seçilməsinə dair məsələ üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinin yoxlanılması, eyni zamanda iş üzrə yeni hökm çıxarıldığından Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 onların əməllərinin hüquqi tövsifinə uyğun olaraq yeni cəzaların təyin edilməsi labüd olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin məhkumlara cəza təyini məsələsi üzrə gəldiyi nəticəyə münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onların təqsirli bilindikləri CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhru m edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 206.4-cü maddəsinin sanksiyasında isə yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, həmin maddələrdə göstərilən cinayətlər müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aiddirlər. Belə ki, CM-in 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, CM-in 15.4cü maddəsinə görə isə CM-si ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Apellyasiya instansiyası məhkəməsinin 14 avqust 2023-cü il tarixli hökmündən göründüyü kimi, məhkəmə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 onların təqsirli bilindikləri maddələr əsasında cəza tədbiri seçərkən onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı kassasiya şikayətlərində də istinad olunan halları - Məhkum1 ali təhsilli olmasını, yaşlı atasından və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, törətdiyi cinayət əməllərini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Məhkum2 ikinci Qarabağ Müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalla rı ilə təltif olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Məhkum3 yaşlı atası və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Məhkum4 isə ibtidai araşdırma zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmalarını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, habelə iş üzrə CM-in 61.1-ci maddəs ində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və onların hər birisinə CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində, CM-in 206.4-cü maddəsinin sanksiyasında isə müəyyən edilmiş cəzanın aşağı həddinə yaxın həddə, eyni zamanda cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, bununla bağlı məsələni həll edən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə hansısa cəzanı yüngülləşdirən hal nəzərə alınmamış olsun, belə hallar şəxsin törətdiyi cinayə tin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun, yaxud da məhkəmənin cəzanı ağırlaşdıran hal kimi qiymətləndirdiyi hal və ya hallar CM-in 61.1-ci maddəsində nəzərdə tutulmasın. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətlərinin məzmunundan da göründüyü kimi, müdafiəçilər F.İ.İskəndərov və E.X.Həsənova məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində cəza tədbiri seçilərkən nəzərə alına bilən, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, CM-in 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan və CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq, müvafiq sübutlarla təsdiq olunan hər hansı əlavə hala istinad etməm iş, məhkəmə isə müdafiəçilərin mübahisələndirdikləri məsələyə münasibət bildirərkən CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hansısa halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək belə hallara əsaslanmamışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM-in 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4, hər birisinin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə onlara daha yüngül cəzaların təyin edilməsinin mümkün olması barədə kassasiya şikayətlərinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsas ən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsu si hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik qeyd olunan normalarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar kimi aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan baş qa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə m üəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbi qi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll e dilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cina yətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrində CM-in 62-ci maddəsinin tətbiqinə əsas verə bilən cəzanı yüngülləşdirən müstəsna halların müəyyən edilməsi görünmür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsası da müəyyən etməyərək, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər B.F.Bayramovun, G.H.Hacıyevan ın, R.M.Məmmədovanın və Ə.Y.Həsənovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4, hər birisinin CM-in 2001.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçilər F.İ.İskəndərovun və E.X.Həsənovanın kassasiya şikayətləri təmin edilməsin. Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4, hər birisinin CM-in 2 00-1.2.2, 2001.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2023-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-459/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-459/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver