Məhkəmə qərarları › İş №1(102)-46/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-46/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-46/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X7 Mərkəzi Bankın nümayəndəsi X8 Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, «xxxx» MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarından Ali Məhkəməsinin sədri tərəfindən verilmiş təqdimata və məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), F.A.Qəribov və Ə.N.Hacıyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.3.2, 179.3.2, 308.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə az adlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 213.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş ə sas və əlavə cəzaları qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək həbsdə olduğu 2 gün müddəti ona təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ittihamından CM-nin 213.1-ci maddəsi və zərərçəkmiş şəxs X3 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2014cü il tarixdən hesablanmışdır. İş üzrə mülki iddiaçılara və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənişinin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, ****************** saylı evin 12/13 və 2 saylı mənzilləri, Bakı şəhəri, ************************* saylı evin 4, 6, 31, 35, 29, 25, 14, 27, 49, 8 saylı mənzilləri, ünvan 2 ünvanda qeyriyaşayış sahələri, ünvan 3 yerləşən 1 №-li fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 4 ünvanda yerləşən 4 saylı atelyenin 172,2 kv.m sahəsi və ünvan 5 ünvanda yerləşən 96,0 kv.m sahələri, ünvan 6a yerləşən “Mehmanxana-ünvan 7inal dəyəri 2 manat olan 853.036 ədəd səhmləri, müsadirə olunmaqla hərrac vasitəsi ilə satılması, hərracd an əldə edilən vəsaitlərin isə ilk növbədə 509524,25 manat vergi borcunun ödənilməsinə, sonra isə «xxxx» ASC-yə vurulmuş maddi ziyanın qalıq hissəsinə – 28.336.000 manatın və Zərərçəkmiş şəxs3 ASC-yə vurumuş 2.300.000 manat ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Hökmlə həmçinin X9 da təqsirli bilinib məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), M.S.Hüseynov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 26 iyul 2017-ci il tarixli qərarı ilə məhkumların müdafiəçilərinin və mülki iddiaçı Zərərçəkmiş şəxs2 rəisi baş vergi xidməti müşaviri M6 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X26 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-in 66.3cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsir ləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və külli miqdarda törədilməklə vergiləri ödəməkdən yayınmışdır. Belə ki, o, «xxxx», «xxxx» və «xxxx» MMC-lərin təsisçisi olmaqla, həmin cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, vahid qəsdlə ona etibar edilmiş özgə əmlakını talama niyyəti ilə, həmin cəmiyyətlərin direktoru vəzifəsinə özünün yaxın münasibətdə olduğu şəxsləri formal olaraq rəsmiləşdirərək, şəriki X9 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə, «xxxx» ASC-dən 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında «xxxx» və «xxxx», o cümlədən C6 faktiki rəhbərlik etdiyi «xxxx» və «X34» MMC-lərin adına cəmi 25.000.000 (iyirmi beş milyon) manat, 30 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında isə «xxxx» və «xxxx» MMC-nin adına cəmi 5.100.000 (beş milyon yüz min) manat, ümumilikdə isə 30.100.000 (otuz milyon yüz min) pul vəsaitini götürüb, qarşılıqlı öhdəlikləri olmadığı halda, formal olaraq ödənişlərin «hesabın möhkəmləndirilməsi» adı ilə həmin cəmiyyətlərin birinin Bank hesabından digərlərinin və ya əksinə köçürülməsini təmin edərək, həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərancamvermə hüquqları əldə edib, bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd olaraq alaraq, aralarında 26 dekabr 2008-ci il tarixdə bağlanmış sazişə əsasən 25.000.000 manat məbləğin 13.000.000 (on üç milyon) manatını özünün, qalan 12.000.000 manatı isə C6 götürməsini müvafiq qaydada razılaşdıraraq, bundan sonra «xxxx» MMC-nin direktoru X14 ilə «xxxx» ASC arasında «Dərman preparatlarının alınması» üçün bağlanmış 25 dekabr 2008-ci il tarixli 380/08 №-li kredit müqaviləsinə əsasən, C6 aralarında olan həmin saziş əsasında əldə etdiyi 13.000.000 manat vəsaitdən, 27 dekabr 2008-ci ildə həmin Cəmiyyətin «xxxx» ASC-nin Rabitə filialındakı ******************** saylı valyuta hesabına «Hesabın möhkəmləndirilməsi» adı ilə 10.000.000 ABŞ dollarını (həmin dövrün məzənnəsi ilə 8.000.000 manat) ödəyib, sonradan həmin məbləği «xxxx» MMC-nin qeyd olunan filialdakı hesabından Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və həmin ölkənin ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan, özünə məxsus «X17 və DİŞ Ticaret Ltd Sti» Şirkəti ilə formal olaraq klinker alqı-satqısına dair sənədləşdirilmiş 25 dekabr 2008-ci il tarixli müqavilənin ödənişi üçün əsas göstərilməklə həmin Şirkətin İstanbul şəhərindəki «Denizbank A.Ş.»nin Eyup filialında olan bank hesabına köçürülməsini təmin edib, hissə-hissə nağd olaraq götürmüş, C6 isə həmin sazişə əsasən ona çatan 12.000.000 manat vəsaitin 4.800.000 manatını «xxxx» ASC-nin baş ofisinin xəzinəsindən nağd olaraq, qalan 6.988.000 manat vəsaiti isə «xxxx» MMC-nin «xxxx» ASC-də olan hesabından «xxxx» MMC-nin həmin bankda olan hesabına köçürməklə eyni qaydada çıxarıb şəxsi ehtiyaclarına, o cümlədən Türkiyə Respublikasında fəaliyyət göstərən səhmlərinin 78 faizi özünə məxsus olan «X31 Turizm və İnşaat Anonim Şirkəti»nin borclarının ödənilməsinə, həmçinin sonuncu ilə birlikdə 5.100.000 (beş milyon yüz min) manatı isə 30 dekabr 2008-ci il tarixdə «X34» MMC-nin 10.09.2007-ci il və 18.04.2008-ci il tarixli «xxxx» ASC ilə bağlanmış kredit müqavilələri əsasında həmin bankdan götürülmüş və müqavilələr üzrə banka olan borclarının bir hissəsini n ödənilməsinə yönəltmişdir. Daha sonra Təqsirləndirilən şəxs, «xxxx» ASC-dən götürdükləri göstərilən kredit vəsaitlərinin əsas məbləğini və fazilərini bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müəyyən edilmiş 12 (on iki) ay ərzində ödəməmələrinə baxmayaraq, 2009-cu ilin dekabr ayında yenidən həmin banka müraciət edərək biznes fəaliyyətlərinin genişləndirilməsi barədə yalan məlumatlar verib, özlərini etibarlı iş adamı kimi təqdim edərək, «xxxx» ASC-i ilə 12 (on iki) ay müddətinə faktiki fəaliyyətinə rəhbərlik etdiyi «xxxx» MMC-nin direktoru X15 arasında 25 dekabr 2009-cu il tarixli 219/09 №-li kredit müqaviləsi ilə 6.614.150 manat, 12 (on iki) ay müddətinə həmin bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi «xxxx» MMC-nin direktoru X2 arasında 25 dekabr 2009-cu il tarixli 220/0 9 №-li kredit müqaviləsi ilə 4.000.000 manat və eyni tarixli 225/09 №-li kredit müqaviləsi ilə 2.550.900 manat olmaqla cəmi 6.550.900 manat, göstərilən bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi «xxxx» MMC-nin direktoru X4 arasında 25 dekabr 2009-cu il tarixli 222/09 №-li kredit müqaviləsi ilə 6.000.000 manat və eyni tarixli 224/09 №-li kredit müqaviləsi ilə 325.681 manat olmaqla cəmi 6.325.681 manat, qeyd olunan vəsaitlərin yekunu olaraq göstərilən cəmiyyətlərlə 19.490.731 (on doqquz milyon dörd yüz doxsan min yeddi yüz otuz bir) manat məbləğində yeni kredit müqavilələri bağlanmaqla, əvvəl götürülmüş kreditlərin ödəmə müddətlərinin uzadılmasına nail olmuş, götürdüyü kredit vəsaitini Banka qaytarmamış, fazilərinin bir hissəsini ödəməklə Bank qarşısında inanılmış, etibarlı müştəri görün üşü yaratmaqla özünə məxsus hər birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində «xxxx» ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin yuxarıda qeyd edilən MMC-lərin adına götürdüyü kreditlərin, onlara hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin qaytarılmasının təminatı kimi müvafiq olaraq 21 iyun 2010-cu il tarixli 33/10 №-li, eyni tarixli 30/10 №-li və 24/10 №-li sonrakı ipoteka müqavilələri ilə girov kimi rəsmiləşdirmiş, lakin sonradan qeyd edilən əmlakını «xxxx» ASC-nin girovundan azad etmək üçün Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu il tarixli 2(103)-2553/2010 №-li icra vərəqəsi əsasında «xxxx» ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarılmış «xxxx» ASC-nin özünə məxsus 853.036 ədəd səhmini, əmlak dəyərləndirilməsi aparılmasını tələb etmədən, səhmlərin nominal dəyərində 12.08.2012-ci il tarixdə «xxxx» ASC-nin girovundan çıxarmaq üçün formal olaraq keçirilmiş hərrac vasitəsilə özünün yaxın münasibətdə olduğu X16 satılmasını təmin etməklə, «xxxx» ASC-dən götürdüyü 30.100.000 (otuz milyon yüz min) manat pulu birlikdə özlərinin şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış, bununla da «xxxx» ASC-nin hüquqi varisi «xxxx» ASCnin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, «xxxx» MMC-nin təsisçisi kimi həmin cəmiyyətin direktoru X10 qeyd olunan cəmiyyət tərəfindən ünvan 8 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinə sərf edilməsi üçün Zərərçəkmiş şəxs3 ASC-dən kredit götürəcəyinə inandırıb, həmin yaşayış binasında ümumi sahəsi 5944,1 kv.m olan 46 mənzili X18 və X5 adına sənədləşdirməsini tələb edərək, fiziki şəxs kimi özü ilə Zərərçəkmiş şəxs3 ASC-nin arasında mənzillərin təmiri üçün illik 18 % olmaqla 12 (on iki) ay müddətinə bağlanmış 27.10.2010-cu il tarixli 344 İ №-li kredit xətt müqaviləsi əsasında nağd olaraq götürdüyü 100.000 manat vəsaitin və ona hesablanmış faizlərin təminatı kimi, 27.10.2010-cu il tarixli 344 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010-cu il tarixli fərdi yaşayış binasının tikinti sinə dair müqavilə ilə Bakı şəhər sakini X5 adına rəsmiləşdirilmiş ümumi sahəsi 274 kv.m olan 2 mənzilə görə ödənilmədiyi halda, guya sonuncu tərəfindən ödənilmiş 205.500 manat məbləğində pul vəsaitini, həmçinin Zərərçəkmiş şəxs3 ASC ilə aralarında eyni məqsədlə və şərtlərlə bağlanmış 29.10.2010-cu il tarixli 345 İ saylı kredit xətti müqaviləsinə əsasən nağd olaraq götürdüyü 2.200.000 manat kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 29.10.2010-cu il tarixli 345 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010-cu il tarixli fərdi yaşayış binasının tikintisi haqqında müqavilələr ilə X13 adına sənədləşdirilmiş ümumi sahəsi 5670,1 kv.m olan 44 mənzilə görə guya sonuncu tərəfindən ödənilmiş 4.252.575 manat məbləğində pul vəsaitini «xxxx» MMC-dən tələb etmək hüquqlarını Banka girov qoyaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ASC-nin 2.300.000 manat, yəni külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Həmçinin, o, təkrarən eyni məqsədlə X9 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən faktiki fəaliyyətinə rəhbərlik edilən «xxxx» MMC-nin direktoru kimi rəsmiləşdirilmiş X11 ilə «xxxx» ASC-nin arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 072/11 saylı kredit müqaviləsinə əsasən, mal-material alınması üçün 12 (on iki) ay müddətinə 9.800.000 manat məbləğində götürüləcək kreditin, ona hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi, eyni tarixl i 25/11 saylı kredit müqaviləsi üzrə özünə məxsus hər birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində «xxxx» ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu il tarixli qətnaməsi üzrə 2(103)-2553/2010 №-li icra vərəqəsinə əsasən «xxxx» ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarıldığıni bildiyi halda, bilə-bilə yenidən həmin səhmlərin girov kimi qoyulmasına nail olmaqla 9.800.000 manat (doqquz milyon səkkiz yüz min) manat pulu, C6 tələbinə əsasən Əziməmməd Babayevin MMC-nin direktoru kimi imzaladığı və 18 aprel 2011-ci il tarixli TB № 407876 saylı çeklə bankın xəzinəsindən nağd olaraq götürüb, həmin tarixdə özlərinə verilmiş qeyd edilən məbləği 2009-cu ildən faktiki rəhbərlik etdi yi «xxxx», «xxxx» və «xxxx» MMC-nin, C6 faktiki rəhbərlik etdiyi «xxxx» və «X34» MMC-in adına götürdükləri cəmi 9.216.000 manat məbləğində kreditin ödənilməsinə yönəltməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamışdır. Bundan əlavə, o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, hüquqi ünvanı ünvan 9 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə» Zaqatala Bölgə şöbəsi tərəfindən qeydiyyata alındıqdan sonra, həmin cəmiyyəti 08.10.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alaraq direktor vəzifəsinə yaxın münasibətdə olduğu X6 formal olaraq rəsmiləşdirib, cəmiyyətin g östərdiyi fəaliyyət növləri, o cümlədən müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin təlabatının təmini xidmətlərinin göstərilməsi və s. ilə məşğul olmaqla, gəlirlər əldə edib, onun pul vəsaitinə, əmlakına sərəncam verərək, “xxxx” MMC-nin adına “xxxx” ASC-dən götürdüyü kredit vəsaitinin 2.039.197 manat hissəsini özünün şəxsi ehtiyaclarına sərf etməklə ilkin mühasibatlıq sənədlərini vergi orqanlarına təqdim etməyərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə haqq ödəməyərək 2014-cü ilin 1-ci rübündə ödəmə mənbəyindən tutulan 509524,25 ma nat həcmində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs aid hissədə bəraətverici əsaslarla cinayət təqibinin xitam verilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbay can Respublikası Ali Məhkəməsinin sədrinin 03 sentyabr 2018-ci il tarixli təqdimatının dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatında qeyd olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı maraqlarına toxunan şəxs qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək onun pozulmuş hüquq və qanuni mənafeyinin bərpa edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 25, 29, 31, 35 və 49 saylı mənzillərinin, ünvan 10 ünvanda qeyriyaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, “xxxx” ASC və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş ziyanın ödənilməsi hissəsində ləğv edilməsini və bu hissədə işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı müraciətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə nə ibtidai istintaq, nə də məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankına heç bir şifahi və ya yazılı məlumat verilməmişdir. Qeyd edilən məhkəmə hökmünün mövcudluğu Mərkəzi Banka 2018-ci ilin may ayında məlum olmuşdur. Mərkəzi Bankın müraicətində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş, Bakı şəhəri, *************** saylı evin 12/13 və 2 saylı mənzillər, ünvan 11 ünvanda yerləşən 1 nömrəli fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 12 ünvanda yerləşən 4 saylı atelyenin 17 2,2 kv.m sahəsi və ünvan 13 ünvanda yerləşən 96,0 kv.m sahələri istisna olmaqla hökmdə göstərilən Təqsirləndirilən şəxs məxsus digər əmlaklar üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququ mövcuddur. Belə ki, 20 oktyabr 2011-ci il tarixli İBQ11-1394/2 nömrəli və 16 dekabr 2011-ci iİ tarixli İBQ11-1394/4 nömrəli ipoteka müqavilələrinə əsasən həmin əmlaklar Zərərçəkmiş şəxs3 ASC-nin Mərkəzi Bank qarşısındakı kredit borcu üzrə Bankın xeyrinə ilkin ipoteka ilə yüklü edilmişdir (kredit və ipoteka müqavilələri Təqdimata əlavə olunmuşdur). Həmin ipoteka müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qaydada qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs3 ASC-nin qalıq kredit borcunun ödənilməsi üçün onların tərəfindən İpoteka haqqında qanunvericiliyə uyğun olaraq Təqs irləndirilən şəxs məxsus əmlaklar barədə ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanmış, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında ipoteka qoyanlara 12.05.2017-ci il tarixli məktublarla bildirişlər göndərilmiş və həmin bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq 26 may 2017-ci il, 27 may 2017-ci il, 30 may 2017-ci il tarixlərində hər bir əmlak üzrə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır (qeydə alınmış bildirişlər Təqdimata əlavə olunur). Daha sonra Zərərçəkmiş şəxs3 ASC-nin borcunun ödənilməsi ilə bağlı göstərilən əmlakların hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan vəsaitin Mərkəzi Bankın xeyrinə tutulması barədə Xətai rayon məhkəməsinə 05 mart 2018-ci il tarixində iddia ərizəsi verilmişdir. Əlavə olaraq qeyd edilir ki, “xxxx” ASC-nin səhmləri “xxxx” ASC-in kredit Öhdəlikləri üzrə Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən məhkəmə qərarı əsasında hələ 2012-ci ildə satılmış və satışdan əldə olunan vəsait Mərkəzi Banka ödənilmişdir. Qanunvericilik hər bir halda əmlak üzərində ipoteka hüququ olan şəxslərin (təminatlı kreditorların) mənafelərini müdafiə edir və bu təminat institutunun xüsusiyyətindən irəli gəlir. Lakin, nə ibtidai istintaq zamanı, nə də işə baxan məhkəmələr qeyd olunan daşınmaz əmlaklar üzərində üçüncü şəxslərin hüquqlarının olub-olmamasını araşdırmadan və bu məsələyə qiymət vermədən qərar qəbul etmişlər. Ona görə də təqdimatda Təqsirləndirilən şəxs və qeyrisi barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27,29, 31, 35 və 49 saylı mənzillərin, ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, “xxxx” ASC və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş ziyanın ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni apellyasiya baxışı təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 21 yanvar 2019-ci il tarixli təqdimatının dəlilləri: Ali Məhkəmənin sədri tərəfindən verilmiş 21 yanvar 2019-ci il tarixli təqdimatdan görünür ki, həmin təqdimat Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 19 noyabr 2018-ci il tarixli müraciət əsasında verilmişdir. Təqdimatda Təqsirləndirilən şəxs və qeyrisi barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş ünvan 11 ünvanda yerləşən 1 №-li fotolaboratoriya və 289,25 kv.m olan qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, “xxxx” ASC və Zərərçəkmiş şəxs3 ASCyə vurulmuş ziyanın ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan Respublikasının Ali Məhkəməsinə 05 aprel 2019-cu il tarixli, 16-00152-2019 nömrəli məktubla təkrarən müraciət edərək, ünvan 11 ünvanda yerləşə n qeyri-yaşayış sahələri ilə bağlı Mərkəzi Bankın 19 noyabr 2018-ci il tarixli, 16-00548-2018 nömrəli məktubu ilə təqdimat verilməsi üçün müraciətin nəzərə alınmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408.3 və 414.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2019-cu il tarixli, 16-00152-2019 nömrəli müraciəti nəzərə alınmaqla Ali Məhkəmənin sədrinin 21 yanvar 2019-ci il tarixli təqdimatı Ali Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən tərəfindən 30 aprel 2019-cu il tarixli məktubla geri götürülmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını maraqlarına toxunan şəxsin təqdim etdiyi sənədlərlə əlaqəli şəkildə öyrənib, məhkum Təqsirləndirilən şəxs ərizəsini, təqdimata əlavənin geri götürülməsi barədə Ali Məhkəmə sədrinin məktubunu və Ali Məhkəmənin Sədrinin təqdimatının dəlillərini araşdırıb, məhkum tərəfindən verilmiş ərizənin, təqdimata əlavənin geri götürülməsi barədə məktubu və təqdimatın təmin edilməsi barədə nümayəndə R6, dövlət ittihamçısı İ6 və məhkum Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, Ali Məhkəmənin sədrinin 21 yanvar 2019-ci il tarixli təqdimatının geri götürülməsi barədə Ali Məhkəmə sədrinin məktubunu nəzərə alınmaqla həmin təqdimat geri qaytarılmalı, Ali Məhkəmənin Sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimat təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nətic əsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Həmçinin Ali Məhkəmənin sədrinin 21 yanvar 2019-ci il tarixli təqdimatının geri götürülməsi barədə Ali Məhkəmə sədr inin 30 aprel 2019-cu il tarixli məktubu nəzərə alınmaqla həmin təqdimat geri qaytarılmalıdır. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 03 sentyabr 2018-ci il tarixli təqdimatı ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mərkəzi Bankı maraqlarına toxunan şəxs qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək onun pozulmuş hüquq və qanuni mənafeyinin bərpa edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 25, 29, 31, 35 və 49 saylı mənzillərin in, ünvan 10 ünvanda qeyriyaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, “xxxx” ASC və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş ziyanın ödənilməsi hissəsində ləğv edilməsini və bu hissədə işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mərkəzi Bankın təqdim etdiyi sənədləri cinayət işinin materialları ilə əlaqəli şəkildə öyrənərək qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, *************** saylı evin 12/13 və 2 saylı mənzillər, ünvan 11 ünvanda yerləşən 1 nömrəli fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 12 ünvanda yerləşən 4 saylı atelyenin 172,2 kv.m sahəsi və ünvan 13 ünvanda yerləşən 96,0 kv.m sahələri istisna olmaqla hökmdə göstərilən Tə qsirləndirilən şəxs məxsus digər əmlaklar üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququ mövcuddur. Belə ki, 20 oktyabr 2011-ci il tarixli İBQ11-1394/2 nömrəli və 16 dekabr 2011-ci iİ tarixli İBQ11-1394/4 nömrəli ipoteka müqavilələrinə əsasən həmin əmlaklar Zərərçəkmiş şəxs3 ASC-nin Mərkəzi Bank qarşısındakı kredit borcu üzrə Bankın xeyrinə ilkin ipoteka ilə yüklü edilmişdir (kredit və ipoteka müqavilələri Təqdimata əlavə olunur). Həmin ipoteka müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qaydada qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs3 ASC-nin qalıq kredit borcunun ödənilməsi üçün onların tərəfindən İpoteka haqqında qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs məxsus əmlaklar barədə ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanmış, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında ipoteka qoyanlara 12.05.2017-ci il tarixli məktublarla bildirişlər göndərilmiş və həmin bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq 26 may 2017-ci il, 27 may 2017-ci il, 30 may 2017-ci il tarixlərində hər bir əmlak üzrə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır (qeydə alınmış bildirişlər Təqdimata əlavə olunur). Daha sonra Zərərçəkmiş şəxs3 ASC-nin borcunun ödənilməsi ilə bağlı göstərilən əmlakların hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan vəsaitin Mərkəzi Bankın xeyrinə tutulması barədə Xətai rayon məhkəməsinə 05 mart 2018-ci il tarixində iddia ərizəsi verilmişdir. Əlavə olaraq qeyd edilir ki, “xxxx” ASC-nin səhmləri “xxxx” ASC-in kredit Öhd əlikləri üzrə Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən məhkəmə qərarı əsasında hələ 2012-ci ildə satılmış və satışdan əldə olunan vəsait Mərkəzi Banka ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik hər bir halda əmlak üzərində ipoteka hüququ olan şəxslərin (təminatlı kreditorların) mənafelərini müdafiə edir və bu təminat institutunun xüsusiyyətindən irəli gəlir. Lakin, nə ibtidai istintaq zamanı, nə də işə baxan məhkəmələr qeyd olunan daşınmaz əmlaklar üzərində üçüncü şəxslərin hüquqlarının olub-olmamasını araşdırmadan və bu məsələyə qiymət vermədən qərar qəbul etmişlər. Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.7, 410, 413-cü maddələr ində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Qanunun göstərilən normasını və işin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs və qeyrisi barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 25, 29, 31, 35 və 49 saylı mənzillərin, ünvan 10 ünvanda qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, “xxxx” ASC və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş ziyanın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Beləliklə, qeyd edilənlə rə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414 və 419.10.2-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 tərəfindən verilmiş kasassiya şikayəti geri qaytarılsın. Ali Məhkəməsinin sədri tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli təqdimat geri qaytarılsın. Ali Məhkəməsinin sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimat təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarı Ali Məhkəməsinin sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimata münasibətdə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar