Məhkəmə qərarları › İş №1(102)-46/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-46/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-46/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Bağırova Janna Mirzə qızının iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.V.Salmanov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, XXdə qeydiyatda olmaqla, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhic bağlar masivində yeni tikilidə yaşamış Məhkum A zərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi X1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə M əhkum bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 150.0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 6.44 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Məhkum həmin heroinin 72,24 qramını bir ədəd şəffaf sellofan bükümündə əynindəki dəri gödəkçənin içəri döş cibində; 0,26 qramını isə bir ədəd siqaret kağızı bükümünün içərisində sağ əlindəki metal üzüyün iç hissəsinə yapışqanlı lent ilə birləşdirilmiş vəziyətdə saxlamaqla qan unsuz daşımışdır. Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə, saat 18:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı həmin narkotik vasitələr aşkar edilərək protokollaşdırılıb götürülmüşdür. Bundan əlavə, xx.xx.2017-ci il tarixdə Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən yeni tikiliyə onun özünün iştirakı ilə keçirilən baxışda Məhkum yataq otağındakı yastığın altında gizlətməklə saxladığı, külli miqdarda 77.50 qram çəkidə narkotik vasitə olan heroini və 6.44 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin çarpayının altında gizlətmiş olduğu, üzərində heroinin izləri olan “Constant 14192-97” markalı elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Quliyev Vüqar Yaşar oğlunun müdafiəçisi X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona elan edilmiş ittihamı qəbul etmir, onun evində narkotik vasitənin olmasını inkar edir, həmin narkotik vasitənin onun evinə polislər tərəfindən qoyulmasını bildirir. Belə olduqda isə, ittiham tərəfi polis əməkdaşlarının Məhkum yaşadığı evə qanuni surətdə daxil olmasını sübut etməli, bunun üçün isə, zəruri sənədləri məhkəməyə təqdim etməlidir. Polis əməkdaşları X2ə məxsus yaşayış sahəsinə baxış keçirmə əməliyyataxtarış tədbirləri tətbiq edən zaman, Qanunun tələblərinə əməl etməli, yaşayış sahəsinə baxış keçirilməsinə əsas olmuş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərarı yoxlanması üçün məhkəməyə təqdim etməli idi və yalnız, həmin sübutlar məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqdan sonra, sübut kimi istifadə olunmalı idi. Lakin, istər birinci instansiya məhkəməsndə, istərsə də apellyasiya məhkəməsində işin bu hallarına qiymət verilməmiş, polis əməkdaşları tərəfindən şəxsin evinə qanunsuz daxil olaraq, orada qanunsuz baxış keçirilməsinə əhəmiyyət verilməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı əsassızdır və ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarını ləğv etməklə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikay əti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəl diyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərilən ittihamın onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və cinayət prosessual normaların pozulduğu, buna görə də, ona bəraət verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (ape llyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. A pellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini, maddi sübutları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndiril ən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum polis əməkdaşları tərəfindən hədəyə və təzyiqlərə məruz qalması, üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə olan heroinin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin ona məxsus olmaması və s. barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrini onun özünü müdafiə xarakterli ifadələri kimi qiymətləndirməsin i əsaslı hesab edir. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsi haqqında müdafiəçinin şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmənin ittiham hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına və məhkəmədə tədqiq edilmiş mötəbər sübutların mə cmusuna əsasən, müdafiəçinin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2017-ci il tarixli 1951 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Maddi sübutun götürülməsi haqqında xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, Məhkum əynindəki qəhvəyi rəngli dəri gödəkçənin sol içəri döş cibindən bir ədəd şəffaf salafana bükülmüş narkotik vasitə olan heroin, eləcə də sağ əlinin dördüncü barmağındakı üzərində qara naxışlar olan, gümüşü rəngli metal üzüyünün iç hissəsinə yapışqanlı lent ilə bərkidilmiş bir ədəd ağ-qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, eyni zamanda baxış zamanı «xx» markalı mobil telefondan istifadə edilməklə çəkilişlər aparılaraq “CD” diskə köçürülmüşdür. Maddi sübutun götürülməsi haqqında xx.xx.2017-ci il tarixli digər protokoldan görünür ki, Məhkum yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən nömrəsiz həyət evinə baxış zamanı yataq otağında çarpayıda olan yastığın altından bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd salfet kağıza bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.Eyni zamanda baxış zamanı «xx» markalı mob|| telefondan istifadə edilməklə çəkilişlər aparılaraq “CD” diskə k öçürülmüşdür. Məhkəmə kollegiyası Məhkum elan olunmuş ittiham özünü təqsirli bilməməsini, onun prosessual hüququ kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası müdafiəçinin şikayətinin: “Məhkum üzərindən və yaşadığı fərdi yaşayış evindən hər hansı narkotik vasitələr və elektron tərəzi aşkar edilməmişdir”,- dəlilinə münasibətdə qeyd edir ki, bu hallar istintaq materiallarına və məhkəmədə tədqiq edilmiş mötəbər sübutların məcmuyuna əsasən tam təsdiq edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi məhkumun və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri Məhkum törətdiyi cinayət əməli nin tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur.…”. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli ol duğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onl arın kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olu nduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövoud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edil miş sübutlardan, ekspert rəylərindən görünür ki, Məhkum ona qarşı ittiham olunan cinayət əməlini törətmişdir. Ona ittiham olunduğu CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamış, iş materiallarında ibtidai istintaq, birinci instansiya və apellyasiyasi instansiya məhkəməsi baxışı zamanı Məhkum konstitusion hüquq və azadlıqlarının pozulması ilə bağlı hər hansı bir fakt aşkar edilməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətd iyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində cinayət əməlini səmimi etiraf etməklə maddi sübutların əldə edilməsinə, cinayət əməlinin sübuta yetirilməsinə fəal kömək etməsini), cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara ə saslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi X1in kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar