Məhkəmə qərarları › İş №1(102)-46/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-46/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-46/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı6 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayevdən ibarət tərkibdə) 1(101)-590/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə 01 iyun 1989-cu il tarixdə Salyan rayonunda anadan olm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2020-ci il sentyabrın 10-da saat 18 radələrində idarə etdiyi “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun avtomobilinin yanında saxlayaraq yaxınlıqda olan şirniyyat mağazasının qarşısında dayanan tanımadığı biri 18 yaşlarında, digəri 50 yaşlarında olan qadınlara söz atmış, həmin qadınların Zərərçəkm iş şəxs bu hərəkətinə pis olduğunu görüb sonuncuya onlara sataşmamasını və oradan getməsini desə də, Zərərçəkmiş şəxs onu dava-dalaşa sürükləyici söhbətlər edərək bir neçə dəfə təkid etdikdən sonra onu avtomobilinə əyləşdirmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən idman kompleksinin yaxınlığında olan tikinti üçün ayrılmış boş əraziyə aparmış və orada ona olduqları ərazinin insanlardan kənar olduğunu və onlara heç kimin müdaxilə edə bilməyəcəyini bildirərək barmaqları ilə onun sinəsinə sərt şəkildə vurduqdan sonra onlar arasında əlbəyaxa dava başlamış və o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış və onun ünvanına nalayiq ifadələr işlədərək öldürəcəyini demiş, o isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr iş lətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sağ ağciyərə qansızma ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alt dodağın selikli qişasının əzilmiş-cırı lmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 12 aprel 2022-ci il tarixli 1(105)-22/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsi n hüquqi varisi Orxan İsmayılov, onun nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ali Məhkəməsinin (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), İlqar Qılıcov və Vidadi Cəfərov) 19 yanvar 2023-cü il tarixli 1(102)-253/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli 1(105)-22/2022 nömrəli qərarı məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşə n oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 12 aprel 2023cü il tarixli 1(105)-199/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(101)-590/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasi ya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı6 kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı6 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərək cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmusu qaydada qiymətləndirməmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bun un nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, Məhkum döyüş idman növü ilə məşğul olduğundan Zərərçəkmiş şəxsla dava-dalaş zamanı açıq-aşkar fiziki gücü və döyüş qabiliyyəti baxımından ondan üstün olmuşdur. Buna baxmayaraq, dava-dalaş zamanı Məhkum Zərərçəkmiş şəxs bir neçə dəfə vurduğu zərbələrlə zərərsizləşdirib yerə yıxsa da, hadisə yerini tərk etmək imkanı olduğu halda tərk etməmiş, zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra daha da qəzəblənib dava-dalaşı davam edərək yenidən Zərərçəkmiş şəxs bədəninin mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə zərbələr endirmiş, bu da onu göstərir ki, Məhkum özünü müdafiə etmək üçün fiziki güc və döyüş qabiliyyətindən istifadə edib Zərərçəkmiş şəxs bədəninin mühüm həyati əhəmiyyətə malik ola n (baş, döş və s.) nahiyələrinə zərbə endirmək əvəzinə sonuncunun ölümü ilə nəticələnməyən digər formada zərərsizləşdirib hadisə yerini tərk edə bilərdi. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs Məhkum barəsində nalayiq ifadələr işlətməsi onu əsəbləşdirmiş, qisas almaq niyyəti ilə o, Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə zərbələr endirmiş və sonuncu aldığı zərbələrdən sonra hadisə yerində ağzı üstə yerə yıxılsa da, Məhkum ona hər hansı ilkin tibbi yardım göstərmədən və təcili tibbi yardım əməkdaşları ilə əlaqə saxlamadan oradan ayrılmış, Zərərçəkmiş şəxs isə bir neçə dəqiqə sonra hadisə yerində ölmüşdür. Məhkəmə əməlin tövsifinə təsir edən yuxarıda sadalanan xüsusatları müzakirə edərək hüquqi qiymət verməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə CM-in 126.3-cü maddəsi ilə cəza təyin edərkən cinayət qanunun norması düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə Məhkum könüllü gəlib təqsirini boynuna alması cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin CM-in 60.1-ci maddəsinin tələblərinə zidd olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq həddə cəza təyin etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin halları tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkumun əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi barədə məhkəmənin gəldiyi nəticə iş in faktiki hallarına uyğun olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə dava-dalaş zamanı aldığı yumruq və təpik zərbələrinin nəticəsində ölmüşdür. Həmin dava zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilən zaman hər hansı alət və ya vasitədən istifadə edilməmişdir. Belə olan halda zərərçəkmişin ölümünə səbəb olan xəsarətlərin yetirilmə mexanizminin müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi üçün böyük əhəmiyyət kəsb edir. Ekspert dindirilməsindən sonra ekspert tərəfindən verilən natamam, qeyri-müəyyən və yalnız, ehtimallara əsaslanan cavablar, bəzi hallarda isə cavablandırılmayan sualların yaranması əlavə komisyon məhkəmə-tibbi ekspertizanın təyin olunmasını mütləq zərurət kimi meydana çıxarmışdır. Lakin apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı onun əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin olunması barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Müdafiəçi hesab edir ki, işin halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək məqsədi olmadığı və sonuncunun ölümünə səbəb olan xəsarətin təqsirləndirilən şəxs tərəfindən yetirilmiş zərbələr nəticəsində deyil, yıxılma nəticəsində alınmasına dəlalət edir və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilməsinə əsas verir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə cəza təyin edərək CM-in 60.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, Məhku m cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Məhkum könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ona cəzanı CM-in 60-cı maddəsinin tələblərinə uyğun təyin etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, həm cinayət işi üzrə ibtidai ibtidai istintaq, həm məhkəmə icraatı zamanı araşdırma düzgün aparılmamışdır. Kassator hesab edir ki, onun qardaşı Məhkum tərəfindən tək deyil, bir qrup şəxs tərəfindən öldürülmüş, cinayətin motivi düzgün müəyyən edilməmiş, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması ilə əlaqədar işin halları saxtalaşdırılmışdır. Zərərçəkmiş şəxsi n hüquqi varisinin qeyd edilən məsəllərin araşdırılması ilə əlaqədar vəsatətləri nə istintaq orqanı, nə məhkəmələr tərəfindən təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum özünü müdafiə etmək üçün verdiyi ifadəsi mötəbər hesab edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin olunmalı, zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılovun kassasiya şikayəti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestindən və müdafiəçinin kassasiya şikayətindən görünür ki, kassatorlar hesab edirlər ki, məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.3cü maddəsi ilə tövsif edilməsi işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmir, apellyasiya instansiyası məhkəməsi işin hallarına və sübutlara düzgün qiymət verməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısı hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilir və Məhkum əməli CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Müdafiəçinin fikrincə isə cinayət işi üzrə toplanmış sübutlar Məhkum əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir, onun əməlində CM-in 124-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcuddur, lakin məhkəmələr bu nəticəyə gəlmək üçün təkrar məhkəmə-tibbi ekspertizası təyin etməmiş, nəticədə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün əhəmiyyət kəsb edən işin halları tam araşdırılmamış qalmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəs inə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarına əməl edilməsini yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək tam, hər tərəfli və obyektiv yoxlamış və həmin sübutlara əsasən müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum şəxsi münasibətlər zəminində aralarında baş vermiş dalaşma zamanı Zərərçəkmiş şəxs yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, digər bədən xəsarətləri ilə yanaşı sonuncunun həyatı üçün təhlükəli və sağlamlığına ağır zərərvurmaya aid olan beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın yumşaq toxumalarına qansızma və dərialtı hematomanı yetirmişdir. Həmin bədən xəsarətlərinin alınması nəticəsində Zərərçəkmiş şəxs ölmüşdür. Kassasiya protestindən və müdafiəçinin kassasiya şikayətindən görünür ki, nə müdafiə, nə ittiham tərəfi (dövlət ittihamçısı) işin hallarını, yəni məhkum tərə findən ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş hərəkətlərin törədilməsi mübahisələndirilmir. Kassasiya protesti və müdafiəçinin kassasiya şikayəti həmin hərəkətlərin hüquqi tövsifi ilə əlaqədardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin halları ilə razılaşaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3cü maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə onu təqsirli bilinməsi aşağıda göstərilən səbəblərə görə əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövs ifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törətməsi cinayət məsuliyyəti yaradır. Bununla əlaqədar məhkəmə kollegiya qeyd etməyi zəruri hesab edir ki, qəsdən adam öldürmə cinayəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən obyektiv meyar üzrə fərqlənir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir, onun əməlinin ilkin nəticəsi məhz müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir, zərərçəkmişin ölümü isə sağlamlığa vurulmuş ağır zərər nəticəsində baş verir. Şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqd an ibarət olur. Belə olan halda əməl üzrə sağlamlığa ağır zərər vurmanın yalnız qəsd ilə əhatə olunduğunu, ölümün isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır. Cinayət tərkibinin subyektiv cəhətinin əsas əlamələrindən biri təqsirdir. Azərbaycan Respublikası CM-in 24.1-ci maddəsinə əsasən əməli yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Məhkəmə kollegiyası vurğulayır ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsini, kassasiya protestində və kass asiya şikayətində qeyd edilən Azərbaycan Respublikası CM-in 120 və 124-cü maddələri ilə fərqləndirən əsas amil məhz təqsirin formasıdır. Kassasiya protestinin və müdafiəçinin kassasiya şikayətinin məhkumun əməlinin müvafiq olaraq CM-in 120.1 və ya 124.1-ci maddələrinə tövsif edilməsi barədə dəlilləri də məhz məhkumun təqsirinin forması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası CM-in 120-ci maddəsinin dispozisiyada görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti yalnız digər şəxsi qəsdən həyatdan məhrum etmə halında yarana bilər. Azərbaycan Respublikası CM-in 25-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törətmiş hesab olunur. Ehtiyasızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti CM-in 124-cü maddəsi ilə nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 26-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurmaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulur. Həmin əməl təqsirin qarışıq forması ilə - sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə ehtiyatsızlıqdan t örədilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum təqsirinin formasını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsiri müəyyən edilməli, təqsir yalnız sübutlara əsasən müəyyən edilir. Ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CMin 120-ci maddəsi ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, o zərərçəkmiş şəxsin ölümünün baş verməsini qabaqcadan görmüş və arzu etmişdir və ya zərərçəkmiş şəxsin ölümünün baş verməsi arzu etməmiş, lakin şüurlu surətdə yol vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 3-cü bəndinə qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiy i halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da qeyd edilmişdir ki, məhkəmələrə cinayət işlərinə baxarkən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqın gedişində yetirir, əmələ görə məsuliyyət müəyyən edən CMin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Cinayət işi üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onun zərərçəkmiş şəxsi birbaşa qəsdlə öldürməsi müəyyən edilməmişdir. Belə ki, Məhkum təqsirləndirilən şəxs qismində verdiyi ifadədə göstər mişdir ki, o, zərərçəkmiş şəxsi öldürmək istəməmiş, məhz Zərərçəkmiş şəxs təklifi ilə və sonuncunun avtomaşınla aralarında münasibətlərə aydınlıq gətirmək üçün “Elmar Marketin” qarşısından adamları olmayan hadisə yerinə gəlmiş, hadisə yerində Elgün ona əl-qol atmış və təhqir etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr endirmişdir. Zərərçəkmiş şəxs onunla bacarmadığını görüb ərazıdən çıxmaq istəmiş, lakin anidən ağzıüstə yerə yıxılmışdır. Zərbələrin nəticəsində zərərçəkmişin öləcəyini gözləməmişdir. Məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına dair ifadələri digər sübutlara və iş hallarına uyğun gəlir. Belə ki, hadisədən dərhal sonra hadisə yerinə gəlmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs yerdə üzü asfalta yıxılmış vəziyyətdə görmüş, həmin vaxt o rada tək Məhkum olmuşdur. Məhkum çox həyəcanlı vəziyyətdə olmuş, ona yaralıya yardım etməyini və üzünə su vurmağını xahiş etmiş, günahının olmadığını, Zərərçəkmiş şəxs onu davaya təhrik etdiyini demişdir. Məhkəmə-tibb ekspertizasının 82 nömrəli 02 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs ölümünə səbəb - baş beyinə və bəyin kötüyünə qansızma ilə müşayiət olunmuş ənsə sümüyünün sınığı olmuşdur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən xəsarətlərin lokalizasiyalarına əsasən dəmək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Məhkəmə iclasında dindirilmiş ekspert B.Z.Məmmədon göstərmişdir ki, ənsə nahiyəsinin xətti sınığı yumruq zərbəsi nəticəsində əmələ gələ bilər. Ölümə səbəb olan xəsarətin yetirmə anında şəxsin yıxılı yaxud ayaq üstə o lması ilə bağlı rəydə qeyd etmişdir. Belə ki, xəsarətlər bədənin müxtəlif nahiyələrindədir və əgər şəxs yıxılmış olsa belə, o bütün istiqamətlər üzrə yox, yalnız bir tərəf üzrə yıxılmış olacaq. Həmçinin həmin sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb olan bədən xəsarətləri onun yıxılması nəticəsində deyil, Məhkum zərərçəkmiş şəxsə yumruq və təpiklə vurulmuş zərbələri nəticəsində yetirilmişdir. Müdafiəçinin zərərçəkmiş şəxsin ölümünə səbəb olan bədən xəsarətlərinin yıxılma nəticəsində alınması barədə dəlili işin halları və sübutlarla uzlaşmır. Belə ki, təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, zərərçəkmiş şəxs ağzı üstə yerə yıxılmışdır. Məhkəmə kollegiyası sübutlarla müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, məhkumun zərərçəkmiş şəxsi dolayı qəsdlə öldürməsinə dair qənaətə gəlmək üçün əsaslar yoxdur. Belə ki, dolayı qəsdin intellektual cəhəti ictimai təhlükəli nəticənin baş verə biləcəyi imkanını qabaqcadan real görməsi ilə xarakterizə olunur, ona görə də şəxs həmin təhlükəli nəticələrin baş verməsini arzu etməsə də, onların baş verməsinə şüurlu surətdə yol verir. Cinayətkarcasına etinasızlığın intellektual cəhəti isə ictimai təhlükəli nəticələrin abstrakt olması və onların verə biləcəyi imkanını görmək üçün lazımi diqqət və ehtiyatlıq göstərmək lazım olduğunu ilə xarakterizə olunur. Ona görə də şəxs həmin təhlükəli nəticələrin baş verməsini qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində cinayəti törətmiş hesab edilir. Sifət nahiyəsinə yumruq zərbəsi vurulması nəticəsində şəxsin müxt əlif bədən xəsarətlərinin ala bilməsi ehtimalı məntiqli və gözlənilən haldır. Ona görə də zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruq zərbəsi endirən şəxs zərərçəkmiş şəxsə hər hansı bir bədən xəsarətinin yetirilməsini arzu etməsə də, öz hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarətlərinin yetirilməsi mümkün olmasını başa düşür, qabaqcadan görür və buna şüurlu surətdə yol verir. Məhkum zərərçəkmişə yumruq və təpik zərbələri vurmuşdur. O, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq arzu etməmişsə də, zərərçəkmiş şəxsin sifətinə yumruq zərbəsinin vurması təsirindən xəsarətin ala biləcəyini və bununla bağlı zərərçəkmiş şəxsin sağlamlığına müxtəlif növ zərər, o cümlədən ağır zərər vuracağını qabaqcadan görmüş və belə zərərin vurmasına şüurlu surətdə yol vermişdir. Göründüyü kimi məhkumun qəsdi qeyri-müəyyən xarakter daşımış və onun zərərçəkmiş şəxsə qarşı törətmiş zorakı hərəkətləri baş vermiş nəticələrə görə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma kimi qiymətləndirilməlidir. Hər hansı bir istisna hal mövcud olmadığı şəraitdə sifət nahiyəsinə yumruqla zərbə endirilməsi nəticəsində zərərçəkmiş şəxsin ölümünün baş verməsi gözlənilən və məntiqi yekuna malik hal deyil. Ona görə də, zərərçəkmiş şəxsi öldürmək istəməyən, onun sifətinə yumruq zərbəsi vuran şəxs öz hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümünün baş verə biləcəyi imkanını qabaqcadan görmədiyi üçün həmin ictimai təhlükəlilik nəticələrin baş verməsinə şüurlu surətdə yol vermir. Bu şəraitdə zərərçəkmiş şəxsin ölümü ehtiyatsızlıqdan baş verir və təqsirkarın əməli qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Məhkum Zərərçəkmiş şəxs öldürmək arzu etməmiş, onun tərəfindən zərərçəkmiş şəxsə tətbiq edilən zorakı hərəkətlərin xarakteri həmin hərəkətlərin nəticəsində zərərçəkmiş şəxsin ölümünün baş verəcəyini güman etməyə əsas vermir. Ona görə də məhkum onun tərəfindən törədilmiş zor nəticəsində zərərçəkmiş şəxsin ölümünün baş verməsini qabaqcadan görməmiş və ölümün baş verməsi şüurlu surətdə yol verməmişdir. Belə halda məhkumun əməli Zərərçəkmiş şəxs qəsdən öldürməsi kimi tövsif oluna bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərərçəkmiş şəxsə zor tətbiq edilməsi nəticəsində onun sağlamlığına ağır zərər vurulduğu halda bunun nəticəsində onun ölümünün baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli idi və görə bilər dilər. Bu halda Məhkum Zərərçəkmiş şəxs ölümünün baş verməsi münasibətdə təqsiri ehtiyatsızlıq - cinayətkarcasına etinasızlıq formasında çıxış edir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması qəsdən törədilmiş kimi tövsif edilməli, həmin bədən xəsarətlərinin nəticəsində zərərçəkmiş şəxsin ölümünün baş verməsi münasibətdə isə onun təqsiri ehtiyatsızlıq formasında olmuşdur. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulur. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin və Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, apellyasiya məhkəməsinin Məhkum əməlinin Azərbaycan Re spublikası CM-in 126.3-cü maddəsinə tövsif edilməsi barədə gəldiyi nəticəni əsaslı və qanuna uyğun hesab edir. Məhkəmə kollegiyasının fikrincə apellyasiya məhkəməsinin məhkumun əməlinin tövsifi barədə gəldiyi nəticə cinayət işinin hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki, mübahisə baş verən vaxtadək zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ümumiyyətlə bir birini tanımamış, hadisə yerinə onlar zərərçəkmiş şəxsin təşəbbüsü ilə münasibətləri aydınlaşdırmaq üçün getmiş və dava-dalaş zərərçəkmiş şəxsin təhrikedici hərəkətlərindən sonra başlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs lə dava-dalaş zamanı aldığı yumruq və təpik zərbələrin nəticəsində almış bədən xəsarətlərindən ölmüşdür. Həmin dava zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarətlər yetirilərkən hər hansı alət və ya vasitədən istifadə edilməsi müəyyən edilməmişdir. İşin bu halları da məhkumun zərərçəkmiş şəxsə qarşı törətdiyi zorakı hərəkətlərin xarakteri və törətmə halları onun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına və bunu arzu etməməsinə dəlalət edir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara – təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və digər sübutlara nəzər salaraq hesab edir ki, apellyasiya məhkəməsi məhkumun əməlinin tö vsifi ilə əlaqədar düzgün nəticəyə gəlmişlər. Həmin sübutlar Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qəsdən öldürməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, sübutlar əsasında müəyyən edilmiş işin bu halları məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını kifayət qədər təsdiq edir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin və müdafiəçinin kassasiya şikayətinin Məhkum əməlində Azərbaycan Respublikası CM-in 120.1 və ya 124.1-ci maddələri nəzərdə tutulmuş cinayət tərkibinin olması və onun qanunsuz olaraq CM-in 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tə rəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai ist intaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, cinayət prosesi tərəflərinin bütün vəsatətlərinə baxaraq əsaslı qərarlar qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi, cinayət işi üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaması və əsassız olaraq vəsatətlərin təmin edilməməsi barədə kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini əsassız olduğundan qəbul etmir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair gəldiyi nəticələr iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi il ə tövsif edilmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunları n ormalarına riayət edilməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi yeni apelly asiya baxışına təyin edilməsi üçün əsaslar görmür. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuna uyğun və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bə hs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işinin materiallarından görünür ki, cinayət törətdikdən sonra Məhkum könüllü olaraq cinayətin onun tərəfindən törədilməsi polis əməkdaşına məlumat vermiş və təslim etmişdir. İşin bu halı həm birinci instansiya məhkəməsinin hökmündə, həm apellyasiya instansiya məhkəməs inin qərarında öz əksini tapmış və məhkəmələr Məhkum bu hərəkətləri Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmişlər. Cinayət işi üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-cı maddəsinə əsasən CM-in 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Resp ublikası CM-in 126.3-cü maddənin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Qanununun bu normalarında görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 9 il təşkil edir. Qanunun bu tələbi imperativ xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış, həmçinin CM-in 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən yuxarıda göstərilən halı qərarda qeyd etsə də, faktiki olaraq məhkuma cəza təyin edərkən onu nəzərə almamış və məhkuma qanunla müəyyən olunmuş həddən artıq müddətdə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halı nəzərə almadan ona təyin ediləcək cəza müddətini müəyyən edərkən Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 60.1-cı maddəsinə əsasən Məhkum aşağı həddə - 9 il müddətinə azadlıqdan mə hrum etmə cəzası təyin edilməlidir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarının dəyişməsini qanuna uyğun hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 ap rel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar