Məhkəmə qərarları › İş №1(102)-460/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-460/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-460/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli hö kmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2.,182.2.3.,182.2.4 və 228.1ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənovdan ibarət tərkibdə) xx xxxxxxxx 1984-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmayan, Bakı şəhərinin ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 182.2.4 və 228.1 maddələri ilə təqsirli bilinib, CM-nin 182.2.2, 182.2.3, 182.2.4 maddələri ilə beş il altı ay müddətinə azadlıqdan məhrum etmə, 228.1 maddəsi ilə iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM- nin 66.3 maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə ona cinayətlərinin məcmusu üzrə qəti olaraq altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Səfərov Rizvan Kamal oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 28 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanıl mışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxskassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2018-ci il tarixdə, saat 21 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən 157 saylı mənzildə birlikdə yaşadığı anası Zərərçəkmiş şəxs2 boğazından sol əlilə tutaraq sağ əlində olan dəstəyi qara rəngli, ümumi uzunluğu təxminən 20 cm. olan, “düyməli” bıçaqla boğazını kəsib öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələyərək sonuncunun üzərində zor tətbiq etməklə ondan narkotik maddə əldə etmək və başqa maddi ehtiyaclarını təmin etmək üçün yaşadıqları ünvan 3 ünvanında yerləşən 157 saylı mənzili satmasını və mənzilin pulundan ona 30.000 - 40.000 (otuz min - qırx min) manat pul verilməsini tələb edərək zor tətbiq etməklə xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar olaraq 22 fevral 2018-ci ildə saat 21:10 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən 157 saylı mənzildə birlikdə yaşadığı atası Zərərçəkmiş şəxs1 döşəmənin üzərinə yıxıb üstündə oturaraq boğazından sol əlilə tutaraq sağ əlində olan dəstəyi qara rəngli, ümumi uzunluğu təxminən 20 sm. olan, “düyməli” bıçaqla boğazını kəsib öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələyərək həmin bıçağın dəstəyinin arxa hissəsi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən dəfələrlə vuraraq - sağ təpə nahiyəsinin hematoması (dərialtına qan yığılması), sağ qaşüstü və sol qaş nahiyəsinin əzilmiş yaraları, sağ göz yuvası nahiyəsinin qançırı ilə nəticələnmiş və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirərək sonuncunun üzərində zor tətbiq etməklə ondan narkotik maddə əldə etmək və başqa maddi ehtiyaclarını təmin etmək üçün yaşadıqları ünvan 3 ünvanında yerləşən 157 saylı mənzili satmasını və mənzilin pulundan ona 30.000 - 40.000 (otuz min - qırx min) manat pul verilməsini tələb edərək zor tətbiq etməklə xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 35914 nömrəli, Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibirli, TOZ 8 modelli ov tüfəngi, texniki cəhətdən saz və atəşə yararlı o dlu, yivli silahı və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibirli olmaqla həmin kalibirli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı sayılan, istifadə və atəş üçün yararlı olan patronları əldə edib saxlamaqla üzərində daşıyarkən Yasamal rayon Pİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 mart 2018-ci ildə saat 10:10-da Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində Qanlı Gölün kənarında saxlanılaraq Yasamal rayon Pİ-nin 28-ci PB-nin inzibati binasına aparılıb, 28- ci PB-də üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əlindəki boz rəngli kisələrə bükülmüş halda həmin silah və sursat aşkar edilib müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Kass asiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla bağlı ibtidai istintaq düzgün aparılmamış, həmçinin barəsində məhkəmə aktları qanunsuz və əsassız olmaqla yanaşı, həm də ədalətsizdir. Məhkəmələr tərəfindən ətraflı araşdırma aparılmamış, təqsirsizliyi ortaya çıxarılaraq ona bəraət verilməmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış valideyinlərindən hədə-qorxu ilə pul yaxud ev tələb etməmiş, onlara xəsarət yetirməmişdir. Evdən payına düşən pulun ona verilməsini, o da bir otaqlı ev alıb ailə qurmaq istədiyini bildirdikdə valideyinlərinin narazılığı buna görə yaranmışdır. Bundan başqa məhkum kassasiya şikayətində bildirmişdir ki, onda heç bir silah olmamışdır, polis bölməsindəki işgəncələrdən sonra silahla bağlı etiraf edici izahat və ifadələri imzal amağa məcbur olmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni Apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməl idir. Kassasiya şikаyətinin dəlilləri məhkumun təqsirsizliyi barədədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 182.2.4 və 228.1ci maddələrində təkrarən, zor tətbiq etmə ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilmiş hədə qorxu ilə əldə etmə və qanunsuz olaraq silah və döyüş sursatını əldə edib saxlama və daşıma cinayətlərinin tərkibi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum olunmuş, axırıncı dəfə 18.02.2010-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 08 ay azadlıqdan məhrum edilmiş və 18.10.2012-ci il tarixdə azadlığa buraxılmışdır. Həmin vaxtdan da valideyinl əri ilə birlikdə ünvan 4 ünvanda yaşamışdır. Qeydiyyatda olduğu ünvan 5 mənzili o, həbsdə olduğu zaman valideyinləri satmışlar. Valideyinləri ilə birlikdə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzil yeni tikili olduğundan, həmin ünvana qeydiyyata düşə bilməmiş, atası və anası ilə birlikdə yaşamaq istəmədiyinə, ailə qurmaq istədiyinə görə valideyinləri ilə aralarındakı münasibətlər korlanmış, valideyinlərinin ona olan rəftarı dəyişmişdir. Dəfələrlə aralarında olan narazılığa görə onu 1 saylı Ruhi Əsəb xəstəxanasında yatızdırmışlar. Ona görə də o, yaşadıqları evin satılıb ona düşən payın ona verilməsini tələb etmiş, ancaq atası mənzilin satılaraq, onun payının verilməsinə imkan verməmişdir. Bu səbəbdən də aralarında mübahisələr olurmuş, eləcə də valideyinləri onun ailə qurub yaşamağına mane olm uşlar. Axırıncı dəfə 22.02.2018-ci il tarixdə saat 20-21 radələrində o, yaşadığı mənzildə olan zaman anası X3 heç bir səbəb olmadan ona söz atmağa başlamış, bundan sonra aralarında mübahisə başlamışdır. O, anasından yenə də mənzilin satılıb ona düşən payın verilməsini tələb etmiş, bu tələbini atasına da çatdırmasını demişdir. Həmin vaxt atası X2 da mənzilə daxil olaraq onunla mübahisə etməyə başlamış, X3yə mənzildən çıxmasını deyərək, onunla təklikdə danışmaq istədiyini bildirmişdir. Anası evdən çıxıb qapını bağlayan kimi atası X2 başı ilə bir dəfə onun baş nahiyəsinə vurmuş, o, isə başını aşağı əyərək atasının onu vurmasına imkan verməmişdir. Atası iki dəfə eyni hərəkəti etmiş və əlləri ilə onun yaxasından yapışmış, o da ona cavab olaraq onu buraxmasını tələb etmişdir. Atası onu buraxma dıqda, o, məcbur olub əlilə atası X2nun itələyən zaman əli onun sifətinə dəyərək zədələmişdir. Bundan sonra o, özü mənzildən çıxaraq getmiş, bir neçə gün internet klublarda və başqa-başqa yerlərdə gecələmiş, bir neçə gündən sonra anası X3yə zəng etmişdir. Anası ona atasının ondan Yasamal RPİ-nin 29-cu PB-nə şikayət etdiyini bildirmiş o, özü həmin 29-cu PB-nə gedərək izahat vermişdir. Həmin hadisədən sonra o, evlərinə getməmiş, valideyinləri ilə arasında baş vermiş həmin hadisə zamanı onun əlində hər hansı bir alət və ya bıçaq olmamışdır. O, ata və anasını odlu silahla öldürməklə hədələməmiş, valideyinləri ilə birlikdə yaşadığı mənzilin təxminən 100.000 (bir yüz min) manat qiyməti vardır. O, həmin mənzilin satılıb ona düşən 30.00040000 (otuz min -qırx min) manat pulun verilməsini valideyinl ərindən tələb edir ki, onlardan ayrılıb, başqa yerdə yaşasın. düzgünlüyü imzaları ilə təsdiq edilmişdir. O, atasını və anasını ölümlə hədələməmiş, onları bıçaqla hədələməmiş, sadəcə yaşadığı mənzilin satılıb ona otuz-qırx min manat pul vermələrini tələb etmiş, valideyinlərindən ayrılıb, başqa yerdə özü istədiyi kimi yaşamaq istəmiş, atası və anası buna razı olmadıqlarından ondan şikayət etmişlər. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu X4 əvvəllər bir neçə dəfə narkotik maddələri qanunsuz olaraq əldə edərək istifadə etdiyinə görə məhkum edilməsini, axırıncı dəfə təxminən 4-5 il bundan əvvəl azadlığa buraxıldıqdan sonra X4 evində onunla və anası, Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. X4i dəfələrlə Bakı şəhər Maştağa qəsəbəsində yerləşən 1 saylı müalicə müəssisəsində narkoman iyadan müalicə etdirmiş, lakin X4 narkotik maddələrin istifadəsindən əl çəkməmiş, narkotik maddələri qəbulunu davam etdirmişdir. X4 narkotik maddələri almaq üçün evlərində olan dəyərli əşyaların hamısını satmış, narkotik maddələrin təsiri altında olan zaman dəfələrlə anası X3yə və ona xəsarətlər yetirməklə, əzab verməklə, öldürməklə hədələmiş və bir neçə dəfə anasını döymüşdür. Lakin onlar utandıqlarına görə onun bu hərəkətlərinə dözərək, şikayət etməmiş, dəfələrlə onu işləməsi üçün müxtəlif yerlərə işə düzəltsə də işləmək istəməyərək, işdən ayrılmışdır. Axırıncı dəfə 22.02.2018-ci il tarixdə saat 21 radələrində şəhərdə taksi fəaliyyəti ilə məşğul olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmi ş, telefonu açdıqda X4in qışqırıqla, hədə qorxu ilə anası X3dən narkotik almaq üçün pul istədiyini eşitmişdir. Həmin vaxtı X4 anası X3dən təcili ona pul tapıb verməsini, tələb etmiş, yoxsa onu öldürəcəyini, xəsarət yetirəcəyini demişdir. X3 isə ona “məndə pul yoxdur, atana de, əgər pulu varsa gətirib sənə versin” demiş, lakin X4 X3ni nalayiq söyüşlərlə söyərək onu hədələməkdə davam edirmiş. O, idarə etdiyi avtomobillə tez evə gəlmiş, qapıdan içəri girəndə görmüşdür ki, X4 anası X3ni divarın küncünə dirəyib, əlindəki bıçağı X3nin boğazına dirəyib, onu həmin bıçaqla boğazını, başını kəsəcəyini, öldürəcəyini deyirdi. O, vəziyyətin çox ağır olduğunu başa düşərək, X4i sakitləşdirməyə çalışaraq X4ə “ lazım deyil, burax, anandır, anana bıçaq çəkmə, xəstədir, burax, gəl görüm nə istəyirsən” demişd ir. Bundan sonra X4 X3ni buraxmış və X3 yerə çökmüş, X3ni buraxdıqdan sonra X4 onun üstünə gələndə, o, X3yə aradan çıxması üçün işarə vermiş, X3 qalxıb pəncərəyə tərəf gedib dayanmışdır. Çünki X4 qapının qarşısında dayanıb X3nin çölə çıxmasına imkan verməmiş o, X4in yenə də narkotik maddə almaq üçün pul tələb etdiyini, əgər pul verilməsə onların başına oyun gətirəcəyini başa düşmüşdür. X4ə iradını bildirdiyinə görə X4 ona nalayiq söyüşlər söyərək, üstünə gəlib, onu tutub divara çırpmış və evi satın mənə düşən 30000-40000 manat pul verin, “mənə pul ver, pul verməsən səni öldürəcəyəm, siz artıq məni bezdirmisiniz” deyib onu yerə çırparaq yıxmış və özü də onun üstündə oturmuşdur. Əlində tutduğu bıçağın arxa hissəsi ilə onun başına dəfələrlə vurmuş, onun baş nahiyəsindən qan axmağa başlamış, b ütün sifəti qana boyanmışdır. Arvadı X3 isə bu vəziyyəti görüb qışqıraraq ağlamış, bundan sonra X4 onu buraxmış, anasına tərəf gedəndə anası qaçaraq evdən çıxmışdır. X4 də anasının ardınca çıxdıqda o, fürsətdən istifadə edərək çətinliklə ayağa qalxıb, həyətə çıxıb, idarə etdiyi avtomobilə oturub Yasamal RPİ-nin 29-cu PB-nə getmişdir. Polis bölməsində onun başını qanlı halda görüb TTY çağırılmış və ona tibbi yardım edilmişdir. Bundan sonra o, ərizə ilə müraciət etmiş, izahat vermiş, bədənində xəsarəti olduğuna görə məhkəmə-tibbi ekspertizaya göndərilmiş və ekspertizadan keçmişdir. Sonradan arvadı X3 ona demişdir ki, əvvəllər də bir neçə dəfə X4 onu eyni qaydada döymüş, əzablar vermiş, öldürəcəyi ilə, boğazını kəsəcəyi ilə hədələyərək ondan pul tələb etmiş və pul almışdır. X4in məqsədi yal nız pul almaqdır ki, həmin pula narkotik alsın. X4 bir neçə dəfə odlu silahı olduğunu və onları vuracağı ilə hədələmişdir. Lakin onlar X4də odlu silah görməmiş, həmin silahı o, evə gətirməmişdir. Ancaq həmişə onun üstündə “düyməli”, tiyəsi daxildən çıxan, qara rəngli, açıldıqda təxminən 20 sm uzunluğunda olan bıçağı olubdur. O, həmin bıçağı cibində saxlamış, yatanda isə yastığının altına qoymuş, anasını hədələyəndə və onu yerə yıxıb başından vuranda əlindəki həmin bıçaq olmuşdur. Zərərçəkmiş şəxs2 eyni məzmunlu ifadəsində oğlu X4in 30000-40000 manat pul tələb etməsini, bıçağı onun boğazına dirəyərək öldürməklə hədələməsini təsdiq etmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə məl umat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi-vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. X5 tərəfindən onların və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya varsa könüllü təhvil verilməsi təklif olunmuş, sonuncu 10 ədəd patronla birlikdə bir ədəd silah təqdim etmişdir. X4 həmin silahı Yasamal rayonu ərazisindəki qəbiristanlıqdan tapdığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 0 3.03.2018-ci il tarixli, 18/90R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 35914 N-li silah, Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. Ekstrimental atəşlər zamanı əldə olunmuş gilizlər Daxili İşlər Nazirliyinin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.( iş vərəqə 40-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 23.02.2018-ci il tarixli, 126 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər, sağ təpə nahiyəsinin hematoması (dərialtına qan yığılması), sağ qaşüstü və sol qaş nahiyələrinin əzilmiş yaraları, sağ göz yuvası nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22.02.2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin vətəndaş Z ərərçəkmiş şəxs1 özü tərəfindən yetirilməsi inkar olunur. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 182.4, 228.1-ci maddələri ilə cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmələrin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyi ndən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar