Məhkəmə qərarları › İş №1(102)-460/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-460/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-460/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkum iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim Cavid Hüseyn) xx xxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edil miş, CM-nin 69.3-cü maddəsinə əsasən, xx xxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək, yəni, 02 ay 28 gün həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 02 il 03 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 il 03 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin, X1 və X2 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məh kum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.Ç.Məmmədov, hakimlər, İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X3 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən razılaşmalarına əsasən X1 idarə etdiyi “Kia Rio” markalı avtomobillə xx xxxx 2018-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri ünvan 2-də yerləşən binanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21214” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanma gəlmiş, X3 üzərində olan vintaçanla avtomobilin arxa sol yan şüşəsini çıxarıb avtomobilə daxil olmaqla avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 120 manat olan 6 ədəd səs ötürücünü, 300 manat dəyərində 1 ədəd səs güclən diricini, dəyəri 200 manat olan 1 ədəd səs blokunu və dəyəri 300 manat olan “Pioneer” avtomobil maqnitefonunu gizli olaraq talayıb ələ keçirdikdən sonra o, X3 və X1 ilə birlikdə həmin əşyaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1.250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu ilə əvvəlcədən razılaşmalarına əsasən xx xxxx 2018-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs4 tərəfindən saxlanmış **-KX-*** dövlət qeydiyyat nişanlı, “Lada” markalı, “Niva” modelli avtomobilin yanına gəlmiş, təhlükə yaranan halda X2ə xəbər vermək məqsədilə avtomobilin yaxınlığında dayanıb gözləmiş, X2 isə üzərində o lan vintaçanla avtomobilin arxa sağ yan şüşəsini çıxarıb avtomobilə daxil olmaqla avtomobilin salonundan Zərərçəkmiş şəxs4 oğluna məxsus 1.000 manat nağd pulu, 1 ədəd 500 manat dəyərində “Samsung Tab4” modelli planşeti, 1 ədəd 50 manat dəyərində “POWERBANK” modelli mobil telefon üçün cərəyan doldurucu aparatı və 1 ədəd 250 manat dəyərində “Pioneer” markalı avtomobil maqnitafonun üst qapağını gizli olaraq ələ keçirdikdən sonra o, vət. X2 ilə birlikdə həmin pul və əşyaları gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1.800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi onun ruhi xəstəlikdən əziyyət çəkdiyini, buna görə də h ərbi xidmətdən təxris olunduğunu, evli, himayəsində iki azyaşlı övladının olmasını, onun evin yeganə işləyən, ailənin yeganə dolanışığını təmin edən şəxs olduğunu nəzərə almamışdır. Törətdiyi əməldən hazırda peşimandır. Anası ciddi xəstədir və ailəsi halhazırda acınacaqlı vəziyyətdədir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə etiraz verilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb ka ssasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şəikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq et miş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Daha sonra CPM-nin 145-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlü yü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Nəhayət, Həmin Məcəllənin sübutların kifayət etməsi ilə bağlı 146-cı maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin yuxarıda qeyd olunan 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində məhkumun ruhi xəstəlikdən əziyyət çəkdiyi, evli, himayəsində iki azyaşlı övladının olması, onun evin yeganə işləyən, ailənin yeganə dolanışığını təmin edən şəxs olduğu, törətdiyi əməldən hazırda peşiman olduğu, anasının ciddi xəstə və ailəsinin hal-hazırda acınacaqlı vəziyyətdə olması qeyd olunur və buna görə də təyin olunmuş azadlıqdan məhrum etmə cəzaının şərti olaraq tətbiqi iddia olunur. Belə dəlillər məhkum un apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətitıin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)56/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən, Məhkum apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarına əsasən, Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhk əmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermiş, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında törətdiyi cinayətin sübuta yetirilib-yetirilməməsini və bu cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan başqa cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkum təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq cinayətlərini törətməsi məhkumun şəxsi etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər s übutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum təyin edilmiş cəza məsələsinə gəldikdə, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblər inə əsaslanmaqla onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, yəni cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, o cümlədən əməllərində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Apellyasiya şikayətinin dəlillərini cinayət işində olan materiallarla qarşılıqlı araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Məhkum 2 epizod eyni xarakterli oğurluq cinayətləri törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənildiyini, zərərçəkmiş şəxslərdən yalnız biri ilə razılıq əldə etməsini əsas götürməklə ədalətli və qanuni qərar qəbul etmiş və Məhkum yalnız çəkilməsi real olan azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunacağı barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinə məhk əmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum apellyasiya şikayəti təmin edilmədən, Məhkum haqqında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011 )56/2019 saylı, xx xxxx 2019- cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi iddia olunur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna m alikdir. Şikayətdə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, (iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar