Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-460/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-19/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ay rı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 08 avqust 1990-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum2 xx xxxxxxx 1989-cu il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 3. 07 sentyabr 2018-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.1, 178.3.2, 206.4, 320.2-ci maddələri, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 178.3.1, 2 06.4 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 10 oktyabr 2018-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 münasibətdə müəyyən edilmiş işin faktiki hallarına görə, o, X6, X8, X5, və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Məhkum2, Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibarda n sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 32.000 manat təşkil edən “Mitsubisi Pajero” markalı JMYLRV95WCJ707043 ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-CM-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, Məhkum2 onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra Şahid idarə etdiyi həmin avtomobillə Məhkum2la birlikdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 08 oktyabr 2016-cı il tarixdə saat 06:38də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa Məhkum1 təkrarən X6, X8, X5 və şəx siyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 51.000 manat təşkil edən “Toyota Avalon” markalı 4T1BK1EB7DU075498 ban nömrəli, 2014-cü il buraxılışlı, AZ **-HO-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra Şahid idarə etdiyi həmin avtomobillə birlikdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 18 oktyabr 2016-cı il tarixdə saat 02:14-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Daha sonra Məhkum1 təkrarən X6, X8, X5 və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Məhkum2, Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 mülkiyyətində olan və “X18” Açıq Səhmdar Cəmiyyə tində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 34.000 manat təşkil edən “BMW X6” markalı 5UXFG43528L221810 ban nömrəli, 2008-ci il buraxılışlı, AZ **-MV-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, məlum olmayan yolla əldə etdiyi “VAZ-2106” markalı avtomobilə təhkim edilmiş AZ **-BC-*** qeydiyyat nişanını “BMW X6” markalı avtomobildə istifadə edərək qeydiyyat nişanlarını dəyişdirdikdən sonra Məhkum2 onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli mi qdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə Məhkum2la birlikdə Balakən rayonu ərazisində yerləşən “Balakən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 14 noyabr 2016-cı il tarixdə saat 06:46-da Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Daha sonra Məhkum1 tək rarən X6, X8, X5 və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 mülkiyyətində olan və “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 31.500 manat təşkil edən “Kia Sorento” markalı KNAKU811DD5434651 ban nömrəli, 2013-cü il buraxılışlı, AZ **-FP-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kr edit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə birlikdə Balakən rayonu ərazisində yerləşən “Balakən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənəd lərdən aldatma yolu ilə istifadə edərək avtomobili 24 noyabr 2016-cı il tarixdə saat 03:52-də Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan əlavə Məhkum1 təkrarən X6, X8, X5 və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Məhkum2, Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəx s1 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 37.000 manat təşkil edən “BMW X6” markalı WBAFG81070L284418 ban nömrəli, 2009-cu il buraxılışlı, AZ **-GX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, Məhkum2 onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə Məhkum2la birlikdə Balakən rayonu ərazisində y erləşən “Balakən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 03 dekabr 2016-cı il tarixdə saat 03:09-da Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa Məhkum1 təkrarən X6, X8, X5 və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Məhkum2, Şahid və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 50.000 manat təşkil edən “X13” markalı, JTMHT05J595048413 ban nömrəli, 2009-cu il buraxılışlı, Az **-FF-*** qeydiyyat nişanlı avtomobili banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid onun adına 12 dekabr 2016-ci il tarixdə 7E18504 reyestr nömrəli etibarnamə əsasında aldıqdan sonra, məlum olmayan yolla əldə etdiyi “VAZ-21011” markalı avtomobilə təhkim edilmiş AZ **-FL-*** qeydiyyat nişanını “X14” markalı avtomobildə istifadə edərək qeydiyyat nişanlarını dəyişdirdikdən sonra Məhkum2 şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum2 adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə Məhkum2la birlikdə Balakən rayonu ərazisində yerləşən “Balakən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Məhkum2 öz adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməkl ə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 11 dekabr 2017-cı il tarixdə saat 07:10-da Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bununla yanaşı Məhkum1 təkrarən X6, X8, X5 və şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid, Məhkum3 və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifad ə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 44.000 manat təşkil edən “X15 Prado” markalı JTEBX3FJ10K122663 ban nömrəli, 2013-cü il buraxılışlı, AZ **-UP-*** qeydiyyat nişanlı avtomobili aralarında olan razılığa əsasən Məhkum3 etibarnamə əsasında banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə aldıqdan sonra Şahid vermiş, Şahid isə onun verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla onun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vur maqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə birlikdə Ağstafa rayonu ərazisində yerləşən “Sadıqlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 13 dekabr 2016-cı il tarixdə saat 18:25-də Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa Məhkum1 təkrarən X6, X8, X5 və şəxsiyy əti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid, X3 və şəxsiyyətləri məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 mülkiyyətində olan və “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 16.500 manat təşkil edən “Kia Soul” KNAJT811BD7582175 ban nömrəli, 2013-cü il buraxılışlı, AZ **-FM-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şə rti ilə Elshan Gadimov aldıqdan sonra ona vermiş, Şahid isə onun verdiyi Pərvin Məhərrəmovun şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq məlum olmayan yolla Pərvin Məhərrəmovun adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən idarə etdiyi həmin avtomobillə Pərvin Məhərrəmovla birlikdə Ağstafa rayonu ərazisində yerləşən “Sadıqlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Pərvin Məhərrəmov adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçir mək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 01 fevral 2017-cı il tarixdə saat 08 radələrində Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postundan təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətində Azərbaycan Respublikası gümrük sərhəddindən külli miqdarda malı keçirərkən saat 08-09-da Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 münasibətdə müəyyən edilmiş işin faktiki hallarına görə, o, təkrarən X6, X8, X5 və istintaqa şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid, Məhkum1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədil məsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 32.000 manat təşkil edən “Mitsubisi Pajero” markalı JMYLRV95WCJ707043 ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-CM-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, Məhkum1 verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istinta qa məlum olmayan yolla Məhkum1 adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra Şahid idarə etdiyi həmin avtomobillə Məhkum1la birlikdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Məhkum1 adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 08 oktyabr 2016-cı il tarixdə saat 06:38-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Resp ublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa o, təkrarən X6, X8, X5 və istintaqa şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid, Məhkum1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 mülkiyyətində olan və “X18” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 34.000 manat təşkil edən “BMW X6” markalı 5UXFG43528L221810 ban nömrəli, 2008-ci il buraxılışlı, A Z **-MV-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, istintaqa məlum olmayan yolla əldə etdiyi “VAZ-2106” markalı avtomobilə təhkim edilmiş AZ **-BC-*** qeydiyyat nişanını “BMW X6” markalı avtomobildə istifadə edərək qeydiyyat nişanlarını dəyişdirdikdən sonra, Məhkum1 verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz Rüstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum1 adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə Məhkum1la birlikdə Balakən rayonu əra zisində yerləşən “Baləkən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Məhkum1 adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 14 noyabr 2016-cı il tarixdə saat 06:46da Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa o, təkrarən X6, X8, X5 və istintaqa şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən yaradılmış Şahid, Məhkum1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 37.000 manat təşkil edən “BMW X6” markalı WBAFG81070L284418 ban nömrəli, 2009-cu il buraxılışlı, AZ **-GX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Şahid aldıqdan sonra, Məhkum1 verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında Ramiz R üstəmov vasitəsilə avtomobilə hüquq verən nəqliyyat vasitəsinin saxta qeydiyyat şəhadətnaməsini qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum1 adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra təkrarən Şahid idarə etdiyi həmin avtomobillə Məhkum1la birlikdə Balakən rayonu ərazisində yerləşən “Baləkən” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Məhkum1 adına hazırlanmış saxta qeydiyyat şəhadətnaməsindən bilə-bilə qanunsuz istifadə etməklə Gürcüstanda satıb pulu ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə edərək avtomobili 03 dekabr 2016-cı il tarixdə saat 03:09- da Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük məntəqəsindən təkrar idxal etməmək niyyətilə Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda malı keçirib qaçaqmalçılıq etmişdir.
7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-5/2021 nömrəli, 12 aprel 2021ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 206.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cəza təyin edilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 mart 2018-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 13 no yabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər də məsələlər həll edilmişdir.
8. Həmin hökmlə həmçinin Məhkum3 təqsirli bilinərək məhkum edilmişdir.
9. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün Məhkum1 aid hissədə ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməklə əməlində cinayət tərkibininn olmadığından ona bəraət verilməsini xahiş etmişlər.
10. Hökmdən eyni zamanda təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün Məhkum2 aid hissədə ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməklə əməlində cinayət tərkibininn olmadığından ona bəraət verilməsini xahiş etmişlər.
11. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum3 və müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda Məhkum3 apellyasiya şikayəti vermişlər.
12. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-19/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100) -5/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
14. Məhkum1 kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edir.
15. Məhkum2 kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını və təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, ona bəraət verilməsini xahiş edir.
16. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunvericiliyin bu tələbindən göründ üyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Məhkum1 kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etməklə, mübahisələndirdiyi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş hala istinad etmişdir.
22. Məhkum2 əməlində cinayət tərkibinin olmadığını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
23. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(104)-19/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tari xli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
25. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq y aranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
26. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhk umun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
27. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
28. İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
29. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla Məhkum1 verdiyi kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza - onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının aşağı həddinə yaxındır və yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normala uyğundur. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək və məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum1 cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddələrinin tətbiq edilməsinə) yol verən kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 təyin edilmiş cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini təmin edir.
31. Məhkəmə kollegiyası həmçinin Məhkum2 əməlində cinayət tərkibinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin ə məlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının s eçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
35. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı- ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə toplanmış digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.3.1 və 320.1-ci maddələ rinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
38. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və cinayət hadisəsinin öz mənafeyini əks edən təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası mə hkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-19/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı lmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-19/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.