Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-460/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1998-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Təqsi rləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(105)-602/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Ələsgərli Fuad Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 1(124)- 56/2024 nömrəli hökmü ilə (hakimlər H.S.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və A.T.Rzayeva) Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM -in 180.2.1 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə, CM-in 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-369/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək h azırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 1(005)-369/2022 saylı cinayət işi üzrə tutularaq həbsdə saxlandığı 2 ay 26 gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) il 3 (üç) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü madd ələri ilə təsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(105)-602/2024 nömrəli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 ona görə təqsirləndirilmişdir ki, o, özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir o lub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 06 aprel 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “İstanbul” restoranına yığışdıqdan sonra Təqsirləndirilən şəxs1 əvvəllər yanında köməkçi işləmiş Zərərçəkmiş şəxs zəng edərək onu çay içmək adı ilə oturduqları restorana çağırıb həmin ünvana gətizdirərək sonuncudan pul tələb etmiş, Zərərçəkmiş şəxs üzərində olan pulun müalicəsi üçün lazım olduğunu deyib verməkdən imtina etdikdə ilk əvvəl Təqsirləndirilən şəxs3 onun sifətinin sol tərəfindən iki dəfə yumruqla, Təqsirləndirilən şəxs1 sifətinin sağ tərəfindən bir dəfə yumruqla, Təqsirləndirilən şəxs2 isə başından bir dəfə yumruqla vurmuş, bundan sonra Təqsirləndirilən şəxs3 onu oturduğu masadan qaldıraraq divara söykədikdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb yumruqla bir neçə dəfə sifət, qarın və qol nahiyələrinə vuraraq ümumilikdə sonuncuya sol bazunun bayır səthinin yuxarı 1/3-nin qançırı və qarnının ön səthinin yumşaq toxumalarının əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxsin sol qolunda dəyəri 500 (beş yüz) manat olan 01 ədəd “Tissot” markalı saatım götürüb qoluna taxmaqla, Təqsirləndirilən şəxs2 sol əlində dəyəri 90 (doxsan) manat olan 01 ədəd gümüş üzüyünü götürməklə, əynində dəyəri 100 (yüz) manat olan 01 ədəd gödəkçəni götürüb əyninə geyinməklə və masanın üzərində dəyəri 350 manat olan 01 ə dəd "Xiaomi-Redmi Not 10” markalı mobil telefonu götürüb özündə saxlamaqla, daha sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əynində olan şalvarının sağ yan cibində olan 180 (yüz səksən) manat məbləğində nəğd pulu və 1 ədəd dəyəri 100 (yüz) manat olan elektron qəlyanı götürüb Təqsirləndirilən şəxs1 verməklə açıq talayaraq, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona ümumilikdə 1320 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 06 aprel 2022ci il tarixdə Zərərçəkmiş şəxs zor tətbiq edərək özü haqda təhqiredici ifadələr işlətməsini zorla tələb edib həmin ifadələri sonuncunun mobil telefonu ilə çəkdikdən sonra 07 aprel 2022-ci il tarixdə, saat 13 radələrində X həmin videogörüntüləri və sonuncuya aid şəxsi görüntüləri yayacağı ilə hədə-qorxu gəlib, sonuncunun adına nişanlısı tərəfindən göndərilmiş 427 manat pulu elə həmin tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 11 saylı poçt şöbəsinə bir yerdə gedərək Zərərçəkmiş şəxs həmin pulu götürdükdən sonra ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 427 manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarının Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsi və təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alara q belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-460/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-460/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver