Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-461/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Xüsusi ittihamçı və mülki iddiaçı X1 nümayəndələri - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu və Rzayev Rza Vəli oğlu, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X2, X3 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Qanqa Cavanşir oğlunun iştirakları ilə X13 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli bəraət hökmündən xüsusi ittihamçı X26 və onun nümayəndəsi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Rauf Əhmədov) xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 147.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğ ində pul tutulmaqla, 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 1986-cı ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan2 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. X1 və X2 müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixl i hökmü ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından təqsirsiz hesab edilmiş, ona CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmiş, həmçinin, X3 əməllərində CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından təqsirsiz hesab edilmiş və ona CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmələri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası X2 və X3 izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən xüsusi ittihamçı X1 nümayəndəsi Cəfərov Səlahəddin İsmayıl oğlu ilə birgə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən X2 internet informasiya ehtiyatı hesab edilən “****” (xxxxx) saytına “Sentyabr ayı 2017-ci ilə qədər 4 ildir mənim övladım bu məktəbdə oxuyur. Hər dəfə bu məktəbə “8 Mart”, “Müəllimlər” bayramı, “Yeni il” bayramı, hər bayramda biz X1 müəlliməyə konvertin arasında 100 manat hər sinif olaraq pul aparıb vermişik. Xadiməçi pulu, marker pulu, A4 kağızı pulu, sirk pulu, teatr pulu məcburi şəkildə. Məktəbin zalı 500 manata bizə arendaya verilib. Əlifba bayramı keçirmək üçün, plakatlar, saymaqla bitməz. X4 müəllim gəl əndən bunların heç biri yoxdur. Biz haqsızlığa dözmürük. Biz hamımız istəyirik ki, X4 müəllim məktəbdə qalsın və tələb edirik ki, X1 məktəbdən - işdən azad edəsiniz. X4 müəllimin yanma iki dəfə valideynlər olaraq girmişik biz. X4 müəllim başını qaldırıb valideynlərin üzünə də baxmırdı danışanda. Yəni, biz X4 müəllimi əxlaqsızlıqda günahlandıra bilmərik...” məzmunlu məlumat vermiş və sonradan həmin məlumatlar “****” (xxxxx) saytının “youtube.com” kanalına yerləşdirilmiş, həmin məlumatlarda X2 olaraq “X” adını çəkməklə, X1 ağır cinayət hesab edilən “rüşvət alma” cinayəti ilə ittiham etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan at mışdır. X3 məhkəmənin hökmünə əsasən, "****” (xxxxx) saytına “Biletin pulunu məcburi olaraq verməlidir. Uşağı istəyirsən apar, istəyirsən aparma. Bizim özümüzün tədbiri olub, akt zalında eləmişik. 500 manat bizdən pul alıb. X1 müəllimə deyir ki, “Akt zalı pulladır, pulla veririk sizə”. Bax belə şeylər çox olub. Mən istəyirəm ki, X1 müəllim çıxsın, X4 müəllim qalsın.” məzmunlu məlumat vermiş və sonradan həmin məlumatlar “****” (xxxxx) saytının “youtube.com” kanalına yerləşdirilmiş, həmin məlumatlarda X3 konkret olaraq “X” adını çəkməklə, X1 ağır cinayət hesab edilən “rüşvət alma” cinayəti ilə ittiham etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan atmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı X1 və onun nümayəndəsi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-ci il tarixli hökmü aşağıda qeyd edilənlərə əsasən ləğv edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi X2 və X3 əməllərinə haqq qazandırmağa çalışılmış və 7 ci səhifə 1 ci abzasda əsassız olaraq qeyd edilmişdir ki, “...Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxx 2018 ci il tarixli F 57 nömrəli əmrinə əsasən Bakı şəhəri 220 nömrəli Məktəb-Liseydə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarət işinin, habelə KİV-də dərc olunmuş məqalələrdə qeyd edilən xüsusatların yoxlanması ilə bağlı bir nəfər komissiya sədri və on nəfər ko missiya üzvü olmaqla komissiya tərəfindən xidməti araşdırma aparılmış və nəticələrinə dair 104 vərəqdən ibarət qoşma əlavə edilməklə arayış tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, həmin arayışda göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, direktor müavini X1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif tədris illərində ibtidai sinif müəllimələrinə 1-ci sinif komplekti verilməsi müqabilində hər birindən 500 manat, övladlarının arzu etdikləri müəllimələrin siniflərindətəhsil alması, sinifin dəyişdirilməsi müqabilində valideynlərdən 50-200 manat arası, eyni zamanda müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalından istifadə müqabilində X8 və X9 rəhbərlik etdikləri siniflərdən 500 manat almışdır...”. Bu qeyd edənlərin və Bakı Apellyasiya Məhkəməsinin sübut kimi qiymət vermiş olduğu halların heç bir hüquqi əsası olmamışdır. X1 qarşı qurulmuş kompaniyanın tərkib hissəsidir. Belə ki, məhkəmə sübut kimi qiymətləndirdiyi həmin arayışın nə vaxt tərtib olmasını və şikayət olunan şəxslər tərəfindən verilmiş böhtan xarakterli müsahibə ilə eyni vaxta təsadüf edilməsi araşdırılmamışdır. Tərtib olunmuş arayışa gəldikdə isə, o arayış hökmə bərabər olmadığı üçün məhkəmənin hadisənin böhtan olub olmaması hissəsindəki gəlmiş olduğu qənaət əsassızdır. Hazırda tərtib olunmuş arayış və əmr məhkəmədə miibahisələndirildiyi üçün Ali Məhkəmə qeyd edilənlərə düzgün qiymət verməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. HÜQU Qİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə s əlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin bəraət hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, xüsusi ittihamçının nümayəndələrinin kassasiya şikayətinin təmin olunması, barələrində xüs usi ittiham qaydasında şikayət verilmiş şəxlərin müdafiəçisinin kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin bəraət hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-n in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, şikayətin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində X2 və X3 düzgün olmayaraq Azərbaycan Respublikası CMnin 147.2-ci maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar yuxarıda qeyd edilmiş bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Pərvanə Salmanova və Aliyə Məmmədovaya Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni hökmündə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin hökmdə bununla əlaqədar aşağıd akılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq və məhkəmə istintaqı zamanı əldə edilən dəlilləri ümumiləşdirərək X2 və X3 ifadələrinin həqiqəti əks etdirdiyi qənaətinə gəlir və hesab edir ki, X2 və X3 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində həqiqətə uyğun ifadələr vermiş və onların ifadələri həm cinayət işinin materiallarında olan, həm də məhkəmə istintaqı zamanı əldə edilən və bir-birini tamamlayan kifayət qədər təkzibedilməz sübut növləri və dəlillər vasitəsi ilə təsdiq olunur. Belə ki, X2 “**** Tv” (xxxxx) saytına “8 Mart”, “Müəllimlər” bayramı, “Yeni il” bayramı, hər bayramda biz X1 müəlliməyə konvertin arasında 100 manat hər sinif olaraq pul aparıb vermişik, məktəbin zalı 500 manata bizə arendaya verilib məzmunlu m əlumat verməsi, sonradan həminməlumatlar “**** Tv” (xxxxx) saytının “youtube.com” kanalına yerləşdirilməklə ağır cinayət hesab edilən “rüşvət alma” cinayəti ilə ittiham etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan atması ilə bağlı işlədilmiş ifadələrin həqiqiliyi kifayət qədər tam, obyektiv, hərtərəfli araşdırılmamışdır. Həmçinin, X3 «**** Tv» (xxxxx) saytına “Biletin pulunu məcburi olaraq verməlidir. Uşağı istəyirsən apar, istəyirsən aparma. Bizim özümüzün tədbiri olub, akt zalında eləmişik. 500 manat bizdən pul alıb. X1 müəllimə deyir ki, “Akt zalı pulladır, pulla veririk sizə”. Bax belə şeylər çox olub. Mən istəyirəm ki, X1 müəllim çıxsın, X4 müəllim qalsın” məzmunlu məlumat verməsi və sonradan həmin məlumatlar “**** TV” (xxxxx) saytının “youtube.com” kanalına yerləşdirilməsi, həmin məlumatlarda X3 konkret olaraq “X” adını çəkməklə, X1 ağır cinayət hesab edilən “rüşvət alma” cinayəti ilə ittiham etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan atması ilə bağlı işlədilmiş ifadələrin həqiqiliyi kifayət qədər tam, obyektiv, hərtərəfli araşdırılmamışdır və nəticədə X2 və X3 əsassız və qanunsuz olaraq təqsirli bilinmələrinə dair ittiham hökmü çıxarılmışdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxx 2018-ci tarixli F57 nö mrəli əmrinə əsasən Bakı şəhəri 220 nömrəli məktəb-liseydə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarət işinin, habelə KİV-də dərc olunmuş məqalələrdə qeyd edilən xüsusatların yoxlanması ilə bağlı bir nəfər komissiya sədri və on nəfər komissiya üzvü olmaqla komissiya tərəfindən xidməti araşdırma aparılmış və nəticələrinə dair 104 vərəqədən ibarət qoşma əlavə edilməklə arayış tərtib edilmişdir. Həmin arayışda göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, direktor müavini X1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif tədris illərində ibtidai sinif müəllimlərinə 1-ci sinif komplekti verilməsi müqabilində hər birindən 500 (beş yüz) manat, övladlarının arzu etdikləri müəllimlərin siniflərində təhsil alması, sinfin dəyişdirilməsi müqabilində valideynlərdən 50-200 (əl li-iki yüz) manat arası, eyni zamanda müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalından istifadə müqabilində X8 və X9 rəhbərlik etdikləri siniflərdən 500 (beş yüz) manat almışdır. Əlavə olaraq ibtidai sinif müəllimi X8 rəhbərlik etdiyi 4h sinfinin valideynləri tərəfindən 2014/2015-2016/2017-ci tədris illəri ərzində müxtəlif məqsədlərlə (müəllimlər günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il və sair) fərqli məbləğlərdə pul yığılaraq X1 verilmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasi ya ehtiyatında yaymaqda ifadə olunur. Həmin Məcəllənin 147.2-ci maddəsi isə böhtan cinayətinin tövsifedici əlamətinə, yəni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 147-ci maddəsinin mənasına görə məlumatın yalan olduğu dedikdə, onun həqiqətə uyğun olmadığı başa düşülür. Böhtan cinayətinin obyektiv cəhətdən mövcud olması üçün, yalan məlumat hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməli və ya onu nüfuzdan salmalıdır (nüfuzuna mənfi təsir göstərməlidir). Yayılan məlumat şəxsi ləkələsə də, əgər həqiqi məlumatdırsa, cinayət məsuliyyətini yaratmır. Beləliklə, X2 və X3 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinmələri üçün onların video müsahibədəki X1 rüşvət alması ilə bağlı dedikləri həqiqət ol mamalı, yalan olmalıdır. Göründüyü kimi, X2 və X3 xüsusi ittiham qaydasında təqsirli bilinməklərinə əsas olmuş söylədikləri ifadələr tamamilə həmin arayışda öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32.2.7-ci maddəsinə əsasən məhkəmə tərəfindən hökm yalnız cinayət pr osesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini pozmaqla düzgün nəticəyə gəlməmiş və təqsirləndirilən X2 və X3 əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.....”. Göründüyü kimi, apellyasiya məhkəməsi X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblə rinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin hökmünün əsassız olduğu, X2 və X3 əsassız olaraq bəraət verildiyi iddia edilir. Xüsusi ittihamçının bu mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin sübutların hər birini tədqiq edib yoxlayaraq ayrı-ayrılıqda və məcmu qaydada qiymətləndirmiş və gəldiyi nəticələri, yuxarıda göstərildiyi kimi, əsaslandırmışdır. Şikayətdə isə apellyasiya məhkəməsinin hər bir sübut üzrə hökmdə göstərdiyi fikirləri təkzib edən hər hansı bir sübuta və ya dəlilə istinad olunmamışdır. Məhkəmə kollegiyası süb utları kassasiya şikayətində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurğulayır ki, X2 və X3 əməllərində cinayət tərkibinin əlamətləri aşkar edilməmişdir. Belə ki, X2 və X3 CM-nin 147.2-ci maddəsi təqsirli bilinmələrinə səbəb olmuş faktlar iş materiallarında olan yoxlamanın nəticəsi olan arayışda X1 fəaliyyət göstərdiyi məktəbdə müxtəlif qanunsuz əməllər törətməsi öz əksini tapmışdır. Belə olan halda yalan olduğu təsdiq olunmamış məlumatların yayılmasına görə X2 və X3 CM-nin 147.2-ci maddəsi ilə məhkum olunması cinayət qanunvericiliyinin prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Qanunun tələblərinə görə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Apellyasiya məhkəməsi də sübutları tədqiq edib qiymətləndirərkən məsələyə qanunun həmin müddəası b axımımdan yanaşmış və haqlı olaraq müvafiq normaların tələblərini rəhbər tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən ş əxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sü butları bir daha təhlil edərək hesab edir ki, onlar X2 və X3 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmi n edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittihamçı X1 və onun nümayəndəsi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli bəraət hökmü xüsusi ittihamçı X1 və onun nümayəndəsi Cəfərov Səlahəddin İsmayıl oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-461/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-461/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver