Məhkəmə qərarları › İş №1(102)-461/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-461/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-461/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından dövlət i ttihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 1(056)52/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 3 (üç) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla, ona təyin olunmuş azadlığın m əhdudlaşdırılması cəzasından 6 (altı) gün çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdir. Təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyya ta alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. O, ərazi narkoloji dispanserdə qeydiyyata alınmış, hökmün icrası onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 3025,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq, yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gətirərək 1 ədəd qara rəngli polietilen torbadakı sintetik torbanın içərisində həyətdəki yarımtikilidə qanunsuz olaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Sa birabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdəki yarımtikilidən ümumi təmiz çəkisi 3025,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 1(106)418/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı S.S.İsmayılov verdiyi kassasi ya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı S.S.İsmayılov onunla əsaslandırır ki, işin müəyyən edilmiş faktiki halları eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifı mübahisə doğurmasa da, aşağıda şərh edilən dəlillərə əsasən məhkəmə kollegişasımn həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Hazırki cinayət işi üzrə Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla, həmi n cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum çəkisi 3025,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında" xx.xx.2005-ci il tarixli Azərbaxcan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılarının İ siyahısının 19-cu bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi, Məhkum əldə edərək qanunsuz saxladığı narkotik vasitə olan qurudulmuş mari xuananın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum qurudulmuş marixuananın şəxsi istehlak miqdarından cüzi artıq (məsələn,10 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza (yuxarı həddə azadlığın məhdudlaşdırılması) təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Lakin, hazırki iş üzrə məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, məhkum edilmiş şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə kollegiyası əksinə olaraq, birinci instansiya məhkəməsi tərəfindən ona təqsirli bilindiyi maddənin sanksiyasında olan daha yüngül cəzanı təyin edilməsini müdafiə etmişdir. Bundan başqa, məhkəmələr qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin hallan cəzam yüngülləşdir ən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişlər. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayəti səmimi etiraf etməsini, onun törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hallar qismində qiymətləndirməklə əsassız olaraq ona yüngül cəza təyin edilməsinə şərait yaratmışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Lakin məhkəmələr Məhkum yalnız müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənib. bunun nədə ifadə olunmasını, şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olma sını hökmün və yekun qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etmələrini əsaslandırmamışlar. Eyni zamanda məhkəmələr Məhkum ailədə yeganə qazanc gətirən şəxs olmasını da yüngülləşdirici hal kimi qəbul edərkən yekun qərarlarında hər hansısa əsaslandırma aparmamışlar. Beləliklə də, məhkəmə kollegiyası yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə məhkum edilmiş şəxsin cəzasını ağırlaşdıran halların olmamasını. Məhkum təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhkəmə kollegiya sı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona birinci instansiya məhkəməsi tərəfindən törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə yüngül cəza təyin edilməsini müdafiə etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm məhkum edilmiş şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir n övü zəmin yaratmış olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə b ilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxsl ərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə isti nad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, 2-ci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya pr otestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.akimi İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar