Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-461/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, barəsində tibbi xarakterli məcbur i tədbir tətbiq edilmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı6 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyev) 19 may 2022-ci il tarixli, 1(101)-58/2022 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, Azərba ycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Məhkum Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahı pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs1 qarşı nəvələri ilə ünsiyyətdə olmaq hüququnun verilməsinə dair valideynləri - Qanuni nümayəndə və X9 tərəfindən qaldırılmış iddia tələbi ilə əlaqədar məhkəmə baxışında iştirak etmək üçün 05 avqust 2019-cu il tarixdə təxminən saat 10 radələrində valideynlərini etibarnamə əsasında idarə etdiyi «Opel» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı Rayon Məhkəməsinin inzibati binasının yaxınlığına gətirib avtomobildən düşürdükdən sonra bir qədər kənarda məhkəmə baxışının başa çatmasını gözləmiş, təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs1 və sonuncunun anası Zərərçəkmiş şəxs2 birlikdə məhkəmə binasından çıxaraq piyada Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Səlimov küçəsi istiqamətində getdiyini görüb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddət azyaşlı övladları ilə onun ünsiyyətdə olmasına mane olması və buna imkan verməmələrini hesab etməsi səbəbindən hi ddətlənərək, qisas almaq məqsədi ilə onların hər ikisini qəsdən öldürmək qərarına gəlib, idarə etdiyi «Opel» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları təqib edərək, onların ünvan 1 ünvanın qarşısında dayandıqlarını görüb cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını düşünərək, əvvəlcə idarə etdiyi avtomobili onların üzərinə sürüb Zərərçəkmiş şəxs1 qəsdən vuraraq ona sol baldırın əzilmiş-cırılmış yarası, sağ baldırın, hər iki ayağın və sol diz oynağı nahiyəsinin sıyrıqları olmaqla, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 avtomobilin zərbəsindən yayındığı üçün ona hər hansı xəsarət yetirə bilməmiş, bundan sonra Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmə diyini, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə xəsarət almadığını görərək, sonuncuları qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdırmaq üçün məlum olmayan mənbədən və tarixdə əldə edərək idarə etdiyi avtomobilin qabaq sol qapısının əşya qutusunda saxladığı bıçağı götürüb avtomobildən düşərək, həmin bıçaqla Zərərçəkmiş şəxs2nm gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib, sonuncuya xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən ardıcıl çoxsaylı zərbələr vurub əlamətlərinə görə döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd, sağ bel nahiyəsinin bir ədəd, boyunun iki ədəd, sağ bazu oynağı nahiyəsinin üç ədəd, sağ saidin bir ədəd, sol əlin bir ədəd, sol mil-bilək oyn ağı nahiyəsinin bir ədəd, cəmi on bir ədəd olmaqla, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyərin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının döş boşluğuna nüfuz edən bir ədəd, böyük piyliyin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd, cəmi iki ədəd olmaqla, ümumilikdə və hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə, habelə hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib, sonuncuya xüsusi əzab verd iyini dərk edərək, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs2 eyni bıçaqla bədəninin müxtəlif nahiyələrindən ardıcıl çoxsaylı zərbələr vurub əlamətlərinə görə döş və qarın boşluqlarına nüfuz etməyən döş qəfəsinin arxa səthinin beş ədəd, sol bel nahiyəsinin bir ədəd, sol yanaq nahiyəsinin bir ədəd, çənəaltı nahiyənin bir ədəd olmaqla, cəmi səkkiz ədəd deşilmiş-kəsilmiş yaraları və sağ saidin bir ədəd, sağ bud nahiyəsinin bir ədəd, cəmi İki ədəd olmaqla kəsilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, ağır dərəcəli hemorragik şokla müşayiət olunan sol ağciyərin və ürək kisəsinin yaralanmasına, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılma sına) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən bir ədəd, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılmasına), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının sağ döş və qarın boşluqlarına nüfuz edən bir ədəd, sol baldırda ön qamış arteriyasının zədələnməsinə səbəb olan sol baldırın bir ədəd, cəmi üç ədəd deşilmiş-kəsilmiş yaraları olmaqla, ümumilikdə və hər biri ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hər ikisini qəsdən öldürməyə cəhd etmiş, lakin qışqırıq səslərinə hadisə yerinə gələn və ictimai borcunu yerinə yetirən atası Qanuni nümayəndə onu əli ilə itələyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməsinə yönələn hərəkət lərini başa çatdırmasma mane olması, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas olduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək, xüsusi amansızlıqla iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə özünü həmin yerə toplaşmış şəxslərin fövqündə qoyaraq əlindəki bıçağı nümayiş etdirməklə ictimai yerdə, yəni küçədə hadisə zamanı oraya toplaşmış şəxsləri hədələməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgə yaşayış qaydalarına zidd olaraq ictimai qaydanı k obud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Cavid Hüseyn) 25 avqust 2022-cı il tarixli, 1(103)-1549/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-58/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı5 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı6 kassasiya protesti, zərərçəkmiş şəxsləri isə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 25 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı6 kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli iclasında təqsirləndirilən şəxs Məhkum müdafiəçisi vəsatət verərək, sonuncu barəsində məhkəmə-psixiatrik ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə müdafiəçinin vəsatəti təmin etmiş, müvafiq suallar qoyulmaqla iş üzrə 27 oktyabr 2020-ci il tarixdə məhkəmə-psixiatrik ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli 12 saylı rəyinə əsasən yoxlanılan şəxs Məhkum «ŞƏXSİYYƏTİN PARANOYYAL İNKİŞAFİ» kimi xroniki psixi pozuntudan əziyyət çəkdiyi müə yyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsində keçirilən kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 oktyabr 2019-ci il tarixli 1940 saylı rəyində yoxlanılan şəxs Məhkum hər hansı bir psixi xəstəliyin əlamətlərinin aşkarlanmadığı, onda yalnız xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi, həmçinin məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Lakin hal-hazırkı komisyon stasionar məhkəmə psixiatrik ekspertizası zamanı Məhkum «Şəxsiyyətin paranoyyal inkişafı» kimi xroniki psixi pozuntudan əziyyət çəkdiyi qeyd edilir və barəsində tibbi xarakterli məcburi müalicə tədbiri məsləhət görülür. Bu iki rəy arasındakı ziddiyyətlərin səbəblərinin izah edilməsi zərurəti yaranır. Ekspertin rəyində iki əsas amil öz əksini tapmalıdır. Bunlardan biri onun səlahiyyətlərinə aid halların araşdırılmasına dair nəticələr, digəri isə bu nəticələri əsaslandıran tədqiqatlardır. Lakin Məhkum barəsindəki stasionar məhkəmə-psixiatriya ekspertizaların rəylərində ekspertlər gəldikləri nəticələn əks etdirsələr də, həmin nəticələrin kifayət qədər əsaslandırılmasını aparmamış, rəylərdə tətbiq edilmiş üsulların etibarlılıq dərəcəsi öz əksini tapmamış, istinad olunan məlumatların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilməmiş, ekspert qarşısında qoyulmuş bəzi suallara ümumiyyətlə cavab verilməmiş, eləcə də gəlinmiş nəticə ilə bağlı tədqiqat üsulları elmi cəhətdən əsaslandırılmamış (bir çoxları ehtimallara əsaslanıb) və onun elmi əsaslılığı nədən ibarət olması göstərilməmiş, verilmiş bir sıra cavab ların isə həqiqiliyi şübhələr yaradır. Rəydə qeyd edilir ki, “Şəxsiyyətin paranoyyal inkişafı” uzun müddət davam edən, psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F22 kodu altında təqdim edilən «Xroniki sayıqlama pozuntusu» rubrikasına məxsus xroniki psixi patologiyadır. Lakin, ekspert komissiyası əsassız olaraq “Şəxsiyyətin paranoyyal inkişafı” kimi müəyyən etdiyi xəstəliyin F22 kodu altında təqdim edilən «Xroniki sayıqlama pozuntusu» rubrikasına məxsus xroniki psixi patologiya hesab etməklə səhv etmişdir. Belə ki, 25 sentyabr - 2 oktyabr 1989-cu il tarixdə Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən Cenevrə qərargahında keçirilmiş beynəlxalq konfrans zamanı Xəstəliklərin Beynəlxalq Təsnifatının onuncu baxışı üzrə təsnifatı müəyyən edilmişdir. Həmin təsnifatda “Ş izofreniya, şizotipik və sayıqlama pozğunluqları (F20-F29)” rubrikasında F22 kodu altında “Xroniki sayıqlama pozğunluqları” xəstəliyi müəyyən edilmiş, “Şəxsiyyətin paranoyyal inkişafı” kimi psixi xəstəlik müəyyən edilməmişdir. Hazırki cinayət işi ilə əlaqəsi olmayan şəxsiyyət pozuntuları isə 3 əsas kateqoriyalar üzrə təsnifləndirilir; Bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri qeyri-adi və qəribə davranışlarla özlərini büruzə vermələridir. Bunlar aşağıdakılardır: 1.Paranoid şəxsiyyət pozuntusu 2.Şizoid şəxsiyyət pozuntusu 3.Şizotipal şəxsiyyət pozuntusu. Hazırki iş üzrə ekspert rəyinə əsasən müayinə olunan Məhkum düşüncəsinin pozulmadığı, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanıldığı müəyyən edilir. Zahiri görünüşün ə görə səliqəsizdir, düşdüyü vəziyyətə uyğun olaraq bir qədər narahat və gərgin görünür, simasında narazılıq, qorxu, şübhəlilik ifadəsi müşahidə olunur. Söz ünsiyyəti zamanı söhbətə fəal, lakin bir qədər əsəbi şəkildə qoşulur. Suallara yubanmadan cavab verməyə başlayır, lakin onları mahiyyətinə uyğun olmayan, əlaqəsiz şəkildə cavablandırır. Təfəkkürü bir qədər sürətlənmiş tempdə olur. Aparılan sorğu-sual gedişatında produktiv psixopatoloji simptom qismində hədsiz şübhəlilik, özünü böyütmə (özünü başqalarından fərqli hesab etmə, seçilmiş olduğunu bildirməsi), təqib sayıqlama fikirləri qeydə alınır. Mnestik-koqnitiv funksiyalarından yaddaş və diqqətində kobud pozuntu nəzərə çarpmır, həyatına dair anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdıra bilir. İntellektual səviyyəsi, bilik ehtiy atı, təsəvvür zənginliyi və təcrübi imkanları xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlir. Emosional reaksiyalarında enmə müşahidə edilir. Düşdüyü vəziyyətə və yaranmış situasiyaya uyğun olaraq əhvali-ruhiyyə fonunda bir qədər enmə, mimikasında bir qədər donuqluq ifadəsi nəzərə çarpır. İttiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən hadisə zamanı baş verənlərin əslində belə olmadığını qeyd edir: «Keçmiş yoldaşım dedi ki, səninlə uşaqlarının arasında zabor var. Sən onları görə bilməzsən. Mən də dedim, heç olmasa atam görsün onları. Bu vaxt ətrafdakı zaborun o tərəfindən oğlumun səsini eşitdim və həmin zaboru dağıtmaq üçün maşını zaborun üstünə sürdüm. Sonra gördüm Ramidə halsızdı, məndən su istəyir, onda mən bir qızdan su aldım. Həm in vaxt oğlumun üzü gəldi gözümün qabağına...» Hadisələrin mahiyyəti barəsində ətraflı məlumat verməsi tələb edilərkən psixi vəziyyəti iiə əlaqədar olaraq fikir və həyəcanlarını tam açıqlamağı bacarmır. Şərh edilənlərin fonunda ekspert komissiyasının hansı əsaslarla Məhkum “Şəxsiyyətin paranoyyal inkişafı” kimi müəyyən etdiyi psixi pozuntunun psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F22 kodu altında təqdim edilən «Xroniki sayıqlama pozuntusu» rubrikasına məxsus xroniki psixi patologiya olmasını və Məhkum CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsini müəyyən etməsi anlaşılan deyil, əsassız və qanunsuzdur. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmə baxışı zamanı stasionar məhkəmə psixiatrik ekspertizalarının rəylərinin kifayət qədər əsaslı olmaması və onların əsaslılığının şübhə doğurması, həmçinin ekspertlərin əsaslandıqları sübutların etibarsız hesab edilməsi ilə əlaqədar Məhkum barəsində yenidən təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizanın təyin edilməsinə dair 16 avqust 2021-ci il tarixli və 12 may 2022-ci il tarixli vəsatətlə müraciət etməsinə baxmayaraq, məhkəmə kollegiyası əsassız olaraq həmin vəsatətləri təmin etməmişdir. Həmçinin apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı 25 avqust 2022-ci il tarixdə Məhkum barəsində yenidən təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizanın təyin edilməsi barədə vəsatət qaldırılsa da, həmçinin vəsatətdə əvvəllər ekspertiza qarşısında qoyulmamış yeni sualların qoyulmasına, həmin sualların cavablandırılmasının işin həlli üçün mühüm əhəmiyyət daşımas ına baxmayaraq məhkəmə kollegiyası vəsatəti təmin etməyərək iş üzrə yekun məhkəmə qərarını qəbul etmişdir. Göründüyü kimi məhkəmələr Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələbini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutlar təhlilini aparmaqla, onları bir-biri ilə müqayisə etməmiş, yeni sübutlar toplamamış və əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, zərərçəkmiş şəxslər məhkəmələrin mövqeləri ilə razılaşmırlar. Çünki iş üzrə 3 dəfə ekspertiza keçirilsə də, ekspert qoyulan sualların bəzilərinə ətraflı cavab verməmiş, bəzilərinə isə ümumiyyətlə cavab verməmişdir. Bu səbəbdən də, ittiham tərəfi təkrar komisyon məhkəmə ekspertizasının keçirilməsini, zərərçəkmiş şəxslər isə əlavə olaraq ekspertiza rəyini verən ekspertlərin dindirilməsi barədə vəsatət vermişlər. Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin vəsatətlərini rədd edən apellyasiya məhkəməsi hər hansı əsaslandırılmış qərar qəbul etməyib və qərarında bu vəsatətlərin nəyə görə rədd edilməsini əsaslandırmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin, daha sonra Bakı Apellyasiya məhkəməsinin əsas sübut hesab etdiyi məhkəmə psixiatrik ekspertizasının rəyi qanunsuz və əsassız olub, həmin rəyi şübhə altına alan kifayət qədər arqumentləri məhkəməyə təqdim edilmiş dir. Əlavə olaraq, ekspert qarşısında qoyulan 3-cü sual birbaşa təqsirləndirilən şəxsin psixi vəziyyətinin izah edilməsinə yönəlməsinə baxmayaraq, ekspert həmin sualı ümumi cavablandırmış, o cümlədən, məhkəmənin “psixi xəstəlikdən əziyyət çəkən Məhkum müxtəlif vaxtlarda vəziyyəti necə olmuşdur” sualına ümumiyyətlə toxunmamışdır. Ekspert rəylərində təqsirləndirilən şəxsin sayıqlama pozuntusundan əziyyət çəkdiyi qeyd edilsə də, aydın şəkildə həmin xəstəliyin xüsusiyyətlərinin, təqsirləndirilən şəxsdə hansı qaydada inkişaf etməsinin, hazırda xəstəliyin hansı mərhələsində olmasının izahı verilməmişdir. Bununla yanaşı, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X5 xx.xx.2019-cu il qərarına əsasən kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizalar keçirilmiş və həmin eksp ertizaların nəticəsində Məhkum heç bir psixi xəstəliyin əlamətləri aşkar edilmədiyi və onun məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. Məhkum 2013-cü ildə psixi sağlamlıq mərkəzinə müayinə və müalicə üçün müraciət edib, professor Nadir Əliyev tərəfindən yalnız müayinə olunub. Göründüyü kimi, professor tərəfindən Məhkum ümumiyyətlə müalicəsinə ehtiyac görülməyib və sadəcə müayinə edilməsi ilə kifayətlənib. Əlavə olaraq, həmin məktubda ümumiyyətlə hazırda təqsirləndirilən şəxsin orda qeydiyyatda olması və daimi müalicə və müayinə edilməsi qeyd edilməmişdir. Lakin, ekspert nədənsə Məhkum qeyd olunan diaqnoz üzrə müalicə aldığı qənaətinə gəlmişdir. 2013-2021-ci illər aralığında təqsirləndirilən şəxsin aldığı müalicə, qəbul etdiyi dərmanlar və digər müalicə üsulları barədə heç bir ist inad verilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin indiyə qədər saxlanıldığı İstintaq Təcridxanasında onun səhhətinin pisləşməsini təsdiq edən hər hansı sübut təqdim edilməyib. Bu da onu göstərir ki, onun səhhəti onun barəsində cinayət təqibinin həyata keçirilməsinə imkan verir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün hər hansı zərurət yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, işə baxan məhkəmələr komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının və təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının rəylərinin kifayət qədər əsaslı olmamasına baxmayaraq onları sübut kimi qəbul etmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Bununla məhkəmələr Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterin i və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırki cinayət işi üzrə Məhkum barəsində bir neçə məhkəmə-psixiatrik ekspertizaları təyin edilərək ekspert rəyləri alınmış və məhkəmə iclasında tədqiq edilmişdir. Belə ki, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 01 oktyabr 2019-cu il tarixli 1940 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Məhkum həmçinin ona itt iham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X4 məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 15 fevral 2021-ci il tarixli 12 saylı rəyindən görünür ki, Məhkum «Şəxsiyyətin paranoyal inkişafı» kimi xroniki psixi pozuntudan əziyyət çəkir və barəsində tibbi xarakterli məcburi müalicə tədbiri məsləhət görülür. Yoxlanılan şəxs Məhkum müəyyən edilən «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntu təqsirləndirildiyi cinayət əməlini törədən zaman onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Həmin dövrdə Məhkum əziyyət çəkdiyi «Şəxsiyyətin paranoyal inkişafı» kimi xroniki psixi pozuntunun gedişində kompensasiya vəziyyəti olmuşdur. Buna görə Məhkum qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Şəxsiyyətin paranoyal inkişafı» kimi xroniki psixi pozuntudan əziyyət çəkməsinə baxmayaraq, öz hərəkətlərinə cavab vermək və onlara rəh bərlik etmək qabiliyyətinə malik olmuşdur. Odur ki, Məhkum ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməli və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Məhkum cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində məruz qaldığı neqativ təbiətli psixogen amillərin təsiri nəticəsində onun əziyyət çəkdiyi «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntu dərinləşərək ifadəli formaya keçmişdir. Bununla əlaqədar olaraq, Məhkum aşkarlanan «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yaranmışdır. Hal-hazırkı psixi vəziyyətinə görə Məhkum hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum hal-hazırkı psixi durumu on unla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Eyni zamanda ekspert rəyində əvvəlki, yəni 01 oktyabr 2019-cu il tarixli 1940 saylı rəyi ilə olan ziddiyyətlərlə bağlı izahlar verilərək qeyd edilmişdir ki, ambulator məhkəmə psixiatrik ekspertizası rəyində Məhkum barəsində yuxarıda göstərilən şəkildə məlumatın verilməsi heç də onun psixi vəziyyətinin ambulator şəraitdə səthi müayinə olunması kimi başa düşülməməlidir. Aşkara çıxarılan uyğunsuzluğu bir neçə səbəblə izah etmək olar. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola b ilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq, aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Həmçinin, həmin Qanunun 18-ci maddəsində qeyd edilmişdir ki, təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Artıq qeyd edildiyi kimi, 01 oktyabr 2019-ci il tarixli 1940 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi verilərkən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanmışdır. Ambulator məhkəmə psixiatrik ekspertizası keçirilən zaman ekspertə məhdud sayda sənəd təqdim edilmişdir. Məhkəmə və müdafiəçi tərəfindən hal-hazırkı ekspertizaya təqdim edilən sənədlərin çoxu ambulator məhkəmə psixiatrik ekspertizası keçirilən zaman ekspertin ixtiyarına verilməmi şdir. Ekspert rəy tərtib edərkən onun bu mühüm tibbi sənədlərə istinad etmək imkanı olmamışdır. Ambulator məhkəmə psixiatrik ekspertizası çox qısa çəkən bir ekspertizadır. Qısa zaman ərzində baş tutan ambulator məhkəmə psixiatrik ekspertizası zamanı klinik müşahidə metodunun tətbiq edilməsi imkanı olduqca məhdud olur. Belə qısa müddət ərzində «şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntunun əlamətləri aşkar olunmaya bilər. Adətən bu qəbildən olan ciddi psixi patologiyaların diaqnozunun dəqiqləşdirilməsi üçün uzunmüddətli klinik müşahidə aparmağa imkan verən stasionar məhkəmə psixiatrik ekspertizası təyin olunur. «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntunun özünün klinik gedişində əlamətlərin təzahürü baxımından müxtəliflik ola bilir. Həmin psixi pozuntu təzahür etdiyi büt ün dövr ərzində eyni səviyyədə özünü göstərmir. Ola bilsin ki, ambulator məhkəmə psixiatrik ekspertizası zamanı Məhkum psixi durumu klinik cəhətdən parlaq şəkildə təzahür etməmiş, müayinəni aparan ekspertdə onun qənaətbəxş səviyyədə olması təsəvvürünü yaratmışdır. İş materiallarından görünür ki, 15 fevral 2021-ci il tarixli 12 saylı ekspertiza rəyi ilə razılaşmayan ittiham tərəfinin vəsatəti əsasında Məhkum barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 07 iyun 2021-ci il tarixli 66 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Məhkum cinayət əməlini törədən zaman onun əziyyət çəkdiyi «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntunun gedişində kompensasi ya vəziyyəti olmuşdur. Məhkum həmin dövrdə öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Məhkum ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Məhkum cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində məruz qaldığı neqativ təbiətli psixogen amillərin təsiri nəticəsində onun əziyyət çəkdiyi «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntu dərinləşərək ifadəli formaya keçmişdir. Bununla əlaqədar olaraq Məhkum aşkarlanan «Şəxsiyyətin paranoyyal inkişafı» kimi psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yaranmışdır. Hal-hazırkı psixi vəziyyətinə görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Məhkum hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı var. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Məhkum cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Şəxsiyyətin paranoyyal inkişafı» formasında psixi patologiya müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi kifayət qədər ciddi bir patologiyadır. Həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir. Ümumiyyətlə, simulyasiya və imitasiya kimi süni vəziyy ətləri yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır. Təfəkkürün pozulması ilə özünü büruzə verən paranoyal tipli psixi patologiya zamanı sayıqlama fikirləri qeyd olunur. Patoloji təfəkkürün məhsulu olan həmin fikirlər simulyativ və imitativ davranış təzahürləri kimi qəbul edilməməlidir. Beləliklə, Məhkum öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırma, simulyasiya və yamsılama kimi hallar qeyd olunan elmi əsaslarla tamamilə təkzib edilir. Yoxlanılan şəxs Məhkum hal-hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyi, şübhəli fikirlərin, təqib sayıqlamalarının təsiri altında olduğu, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının olduğu nəzərə alı naraq, həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası CPM-in 271.2.6-ci maddəsinə əsasən, ekspert rəyində ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeydlər öz əksini tapmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə keçirilmiş ko misyon stasionar məhkəmə-psixiatrik ekspertizasının və təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyləri ekspertlər tərəfindən kifayət qədər əsaslandırılmış, ekspertiza aparılmasının prosessual qaydaları pozulmamış, ekspert komissiyalarının gəldiyi nəticələri şübhə altına almaq əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə görə şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəməpsixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilməlidir. İttiham tərəfinin daha mötəbər sübut kimi istinad etdiyi 01 oktyabr 2019-cu il tarixli 1940 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının anlaqlılığa dair rəyi isə tə k ekspert-psixiatr tərəfindən verilmişdir. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhələr doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq məhkəmə baxışı zamanı keçirilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının və təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyləri mötəbər sübut kimi qəbul etmiş, apellyasiya protestinin və apellyasiya şikayətinin həmin rəylərinin əsassız olması və şübhə doğurması barədə dəlillər əsassızdır. Kassasiya protestində və kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə istintaqı zamanı təkrar ekspertiza təyin edilməsi barədə vəsatətləri təmin olunmamış və əsassız rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsi həm də apellyasiya instansiyası məhkəmələrinin iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə məhkəmələrə verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Belə ki, iş üzrə keçirilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 15 fevral 2021-ci il tarixli 12 saylı rəyi ilə razılaşmayan ittiham tərəfinin vəsatəti əsasında Məhkum barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik e kspertizası təyin edilmişdir. Bundan başqa məhkəmələr müşavirə otağında verilmiş vəsatətləri müzakirə edərək və proses iştirakçılarının fikirlərini dinləyib iş materiallarını tədqiq edərək belə hesab etmişdir ki, iş üzrə təyin olunaraq keçirilmiş təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2021-ci il tarixli 66 saylı rəyi kifayət qədər əsaslandırılmışdır. Həmin rəyin şübhə altına alınması üçün heç bir əsas yoxdur. İş üzrə təkrar ekspertizanın keçirilməsi məhkəmə baxışının süni surətdə uzadılmasına səbəb olur. Bu səbəbdən məhkəmə dövlət ittihamçısı və zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən qaldırılmış vəsatətlərin təmin olunması üçün əsas görmür və həmin vəsatətlər rədd edilməlidir. İşdən görünür ki, cinayət işi üzrə təkrar komisyon stasionar məhkəmə-psixiatri k ekspertizasının təyin edilməsi üçün əsaslar olmamış, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin və kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə əsasən, anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş ti bbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən: 93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; 93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; 93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinin tələblərini rəhbər tutub əsaslı olaraq Məhkum ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmışdır, məhkəmə hansı səbəbdən məhkəmə-psixiatrik ekspertizaların rəylərini sübut kimi qəbul etdiyini izah etmişdir. Beləliklə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri qərarda göstərilmişdir. Odur ki, kassasiya protestinin və kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Həmçinin iş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlarda n istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-461/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-461/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver