Məhkəmə qərarları › İş №1(102)-461/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-461/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-461/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023- cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim Şövkət Nəcəfova) 09 dekabr 2022-ci il tarixli, 1(012)-628/2022 nömrəli hökmü ilə xx xxxxx 1991-ci ildə Şamaxı rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Birinci Çaylı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, onun ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 08 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,264 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə sa xlamaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində daşımış, həmin gün saat 06 radələrində Abşeron rayon polis idarəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılıb Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir bükümdə 0,264 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 20 iyun 2023-cü il tarixli 1(105)-237/2023 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(012)-628/2022 nömrəli hökmü apellyasiya pr otestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 1(001)-622/2022 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü CM-in 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 gününə hesablanmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki qərarla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla, Məhkum üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası s axlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmaqla onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 01 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmiş, Məhkum cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 02 iyun 2023-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya protestin də irəli sürülən təklif məhkum barəsində çıxarılmış iki hökm üzrə təyin edilmiş cəzaların cinayətlərin məcmusu qaydasında toplanılması olsa da, məhkəmə kollegiyası qərar qəbul edərkən protestin tələblərindən kənara çıxaraq, təyin edilmiş cəza növünü daha ağırı ilə əvəz etməklə məhkumun vəziyyətini ağırlaşdırmışdır. Məhkəmənin qeyd olunan mövqeyi qanunun tələblərinə uyğun olmamış, məhkəmə baxışının hədləri barədə CPM-nin tələblərinə zidd olmuşdur. Belə ki, apellyasiya məhkəməsi hazırki iş üzrə düzəldilməsi lazım olan pozuntu kimi qəbul etməklə zərurət olmadığı halda, eyni zamanda apellyasiya protestində göstərilmədiyi halda təyin edilmiş azadlığın məhdudlaşdırması cəzasını daha ağır cəza növünə - azadlıqdan məhrum etmə növünə dəyişdirib məhkumun vəziyyətini ağırlaşdırmaqla qanunu düzgün tət biq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin yuxarıdakı məsələləri tənzimləyən müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qan unda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göst ərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Dövlət ittihamçısı4 kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu barədə apellyasiya protestində tələb irəli sürülməsə də, Məhkum azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə əlaqədar əsassız və qanunsuz olaraq məhkumun vəziyyətinin ağırlaşdırılmasıdır. Məhkəmə kollegiyası bildirir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin təlıəblərinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellya siya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. İş materiallarından görünür ki, Məhkum Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron Rayon Məhkəməsində hazırki işə baxılarkən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü qüvvədə olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən CM-in 66-cı maddəsinin tələbləri nəzərə alınmamış, öz hökmü ilə hazırki iş üzrə və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə toplanmamış və ona qəti cəza təyin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə CM-in 66.5-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar verilmiş apellyasiya protestinə baxarkən yuxarıda qeyd edilən hökmlərlə Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəza ilə əvəz etməklə onun vəziyyətini əsassız olaraq ağırlaşdırmışdır. Göründüyü kimi, Məhkum daha ağır cəza təyin edilməsi barədə apellyasiya protestinin tələbi olmadığı halda birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhdudlaşdırılması cəzasının apellyasiya instansiyası məhkəməsinin qərarı ilə azadlıqdan məhrum e tmə cəzası ilə əvəz edilməsi onun vəziyyətini aşkar surətdə pisləşdirir bu isə CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə uyğun gəlmir. Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hal mövcuddur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq protestin təmin edilməsini, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-ci il tarixli qərarı dəyişdirilsin. Qərarla Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəs inə əsasən hazırki qərarla və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırki cinayət işi üzrə tutulduğu 2 (iki) gün və Binəqədi Rayon Məhkəməsinin hökmü çıxarıldığı cinayət işi üzrə tutulduğu 2 (iki) gün, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkdiyi 10 (on) ay 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması c əzası saxlanılsın. Məhkum təyin edilmiş cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsində həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Məhkum üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, yaşayış yerini isə saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Məhkum Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Kassasiya protesti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar