Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-462/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi – XXX25nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Qəniyev, hakimlər İ.A.Mahmudov və M.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1994-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan3ndə yerləşən nömrəsiz fərdi evdə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə isə o, təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 14 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 9 (doqquz) il 6 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan4 ərazisindən külli miqdarda - 1043,3 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda – 5010 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 2000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evə daşımış, yuxarıda qeyd edilən çəkidə psixotrop maddədən bir ədəd bükümdə 43,3 qram ç əkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədi ilə üzərində qanunsuz saxlamış, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 09:00-da Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı Məhkum əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 43,3 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra sonuncunun razılığı və iştirakı ilə yaşad ığı Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən evdə 14 yanvar 2022-ci il tarixdə keçirilmiş baxış zamanı evin otağındakı masanın altında olan çantadan Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 1000 qram psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1005 qram, 1005 qram, 1000 qram, 995 qram - ümumi təmiz çəkisi 5010 qram narkotik vasitə heroin, 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 205 qram, 170 qram, 265 qram, 145 qram, 50 qram, 190 qram, 180 qram, 315 qram, 480 qram - ümumi təmiz çəkisi 2000 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsasl andırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılsa da, onun məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış, nəticədə Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Həmçinin, kassasiya şikayətində irəli sürülən digər dəlilə görə Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti olmadığı halda, o, əsassız olaraq həmin maddə ilə təqsirli bilinib cəzalandırılmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il ta rixli qərarının ləğv edilməsini, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsi, ona yalnız CM-in 234.4.3-cü maddəsi ilə, həmin maddənin sanksiyasının aşağı həddində cəzanın təyin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Məhkum irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan hissəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti olmadığı halda əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilindiyini, bu maddə, habelə CM-in 234.4.3-cü maddəsi ilə ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum CM-in 234.4.1-ci maddəsi ilə məhkum olunması hissəsində ləğv edilməsi, Mə hkum yalnız CM-in 234.4.3-cü maddəsi ilə daha az müddətə (maddənin sanksiyasının aşağı həddində) cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi, yəni qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində qanunsuz olaraq satış məqsədi ilə 1043,3 qram - külli miqdarda psixotrop maddəni – metamfetamini, habelə narkotik vasitələri - 5010 qram (külli miqdarda) heroini, 2000 qram (külli miqdarda) qurudulmuş marixuananı əldə edib bir hissəsini üzərində, digər hissəsini yaşadığı evdə saxlaması, həmin əmələ görə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hall ara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü - onun Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə iddiası apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddianın və onun əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə yəni, o cümlədən Məhkum birinci instansiya məhkəməsində də özünü CM-in 234.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda göstərilən cinayətkar hərəkətləri törətməkdə təqsirli bilməsi (xüsusilə də, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək üçün “X25” adlı şəxsin tapşırığı ilə sonuncunun dediyi yerdən həmin predmetləri götürüb müştərilər tərəfindən əldə edilməsi üçün “X25”in müəyyən etdiyi yerlərə qoymalı və narkotik vasitələrin, psixotrop maddələrin qoyulduğu yerlərin şəklini çəkib “Ramil”ə göndərməli olduğunu, məhz bu tapşırığın icrası ilə əlaqədar “X25”in dediyi yerdən külli miqdarlarda narkotik vasitələri və psixotrop maddəni götürüb yaşadığı evə apardığını etiraf etməsi), şahidlər Şahid1, Şahid2, digər şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə ittihamda təsvir edilən narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət hadisəsi və Məhkum hərəkətlərində həmin cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər, o cümləd ən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsifedici əlamət mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apelyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilməklə Məhkum CM-in 234.4.1, 234.4.3cü maddələri ilə cəza təyin edilərkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi hökmlə Məh kum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 10 (on) ildən 9 (doquz) il 6 (altı) aya endirməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları – Məhkum himayəsində azyaşlı uşağının olmasını (CM, maddə 59.1.4), özünü təqsirli bilərək əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsində iştirak etməsini və Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmasını, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailə sinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən (12 ildən) 3 il 6 ay az müddətə, yəni CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanuni və əsaslıdır, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmi şdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair övlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-462/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-462/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver