Məhkəmə qərarları › İş №1(102)-463/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-463/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-463/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Mülki iddiaçının nümayəndəsi X1 iştirakları ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 192.1 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, CM-in 213.1-ci maddəsinin tərkibi olmadığına görə xitam verilmiş və Cinayət məsuliyyətindən azad edilmiş şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.C.Məmmədov) xx xxxxxx 1958-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllə r Cinayət məsuliyyətindən azad edilmiş şəxs olunmamış, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, Ünvan1 ünvanda yaşayan Cinayət məsuliyyətindən azad edilmiş şəxs Azərbaycan Respublikası CM-nin 192.1 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə və CM-in 213.1-ci maddəsinin tərkibi olmadığına görə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, Cinayət məsuliyyətindən azad edilmiş şəxsə qarşı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 45703,44 manat məbləğində mülki iddianın qismən təmin edilməsi, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin 7186,07 manat məbləğində dövlət büdcəsinə ödənilməli olduğu məbləğin və ona hesablanmış 3593,03 manat maliyyə sanksiyasın ın, yəni cəmi 10779 manat 10 qəpik pulun alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan mülki iddiaçı – Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.G.Abdullayev, hakimlər E.İ.Xasməmmədov və Ş.M.Əliyevadan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından mülki iddiaçı tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koll egiyasının (sədrlik edən hakim T.L.Kazımov, hakimlər H.Q.Nəsibov, Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə mülki iddiaçı tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Mülki iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ş.Q.Rzaquliyev, hakimlər S.B.Hüseynov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı mülki iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, mülki iddi a tam təmin edilmiş, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 45703,44 (qırx beş min yeddi yüz üç manat qırx dörd qəpik) manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Cinayət məsuliyyətindən azad edilmiş şəxs təqsirləndirilmişdir, ona görə ki, o, «xxxx» VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin uçotun un aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 82.3, 83.4, 101.1, 103-105, 150.1.7, 150.2, 150.3.3, 153-156, 159, 167-168, 173-174, 178, 218, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə və bəyannamə təqdim etməməklə, xeyli miqdar təşkil edən 45703,44 manat məb ləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış və 2013-cü il fevral ayının 1dən 2014-cü il mart ayının 31-nə kimi olan müddətdə İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri, o cümlədən torpaq işləri, daş-hörgü işləri, monolit beton və dəmir-beton konstruksiyaların quraşdırılması, dam örtük işləri və sair işlər üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan həmin fəaliyyətlə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdar təşkil edən 42326,67 manat məbləğində gəlir əldə etmişdir. Belə ki, Cinayət məsuliyyətindən azad edilmiş şəxs Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2006-cı il tarixli 510 nö mrəli Fərmanına əsasən «İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri» üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən xüsusi razılıq (lisenziya) almalı olduğu halda, belə razılıq (lisenziya) almadan Şəmkir rayonunun Təhsil şöbəsinin tabeçiliyindəki orta məktəblərdə və Şəmkir rayon Mənzil İstismar Kontorunda xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə əsaslı təmir-tikinti işləri görərək külli miqdar təşkil edən 42326,67 manat məbləğində gəlir əldə etmişdir. Bundan başqa, Cinayət məsuliyyətindən azad edilmiş şəxs direktor olduğu, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1in əldə etdiyi gəliri 217082,02 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 180901,69 manat, ve rgiyə cəlb olunan mənfəəti 36.180,33 manat, həmin məbləğdən 20 faiz dərəcə ilə dövlət büdcəsinə ödənilməli mənfəət vergisi 7236,07 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin əldə etdiyi gəlirini 217082,02 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 216832,02 manat vergiyə cəlb olunan mənfəətini 250,00 manat, mənfəət vergisini manat, mənfəət vergisini 50,00 manat hesablayaraq, 7186,07 manat məbləğində mənfəət vergisini; - 2014-cü ilin mart ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 88898,31 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV-si 16001,91 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 16001,91 manat məbləğində ƏDV-ni; - həmçinin Cinayət məsuliyyətindən a zad edilmiş şəxs, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini təqdim etməyən fiziki şəxslərin cəmiyyətə göstərdikləri xidmətlərə (işlərə) görə, həmin fiziki şəxslərə 2014-cü ilin 1-ci rübü üzrə ödədiyi 4326,00 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 605,64 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 605,64 manat, - 2014-cü ilin 2-ci rübü üzrə ödədiyi 4326,00 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 605,64 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 605,64 manat, - 2014-cü ilin 3-cü rübü üzrə ödədiyi 1 38060,93 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 19328,53 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 19328,53 manat, - 2014-cü ilin 4-cü rübü üzrə ödədiyi 14113,29 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 1975,86 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 1975,86 manat olmaqla cəmi 22515,68 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə 45703,44 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağ ayeva Rüstəmə Sədiyar qızı birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi orqanı vergi ödəyicisinə bir neçə məlumat mənbəyinə əsaslanaraq vergilərin hesablanmasını nəzərdə tutsa da, vergi orqanı qeyd olunan mənbələrin heç birinə əsaslanmadan hesablama aparmışdır. Belə ki, «xxxx» MMC tərəfindən görülmüş işlər və çəkilmiş xərclərlə əlaqədar kifayət qədər sənədlər yoxlamaya təqdim edildiyi halda, həmin sənədlər yoxlama tərəfindən nəzərə alınmamışdır. Həmçinin, vergi orqanı, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə nəzərdə tutulan əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ olduğu halda, əlaqəli məlumatlardan istifadə etməmişdir. Ödəmə mənbəyindən tutulan vergi hesablanarkən də qanu nsuzluğa yol verilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, ödəmə mənbəyindən tutulan vergi hesablanarkən vergi orqanı Sənaye və Ticarət Palatasının «Azərekspertiza» Birliyi tərəfindən verilmiş rəyə əsaslanmışdır. Həmin mütəxəssis rəyi əsassız və qanunsuz olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz, çünki rəy kifayət qədər əsaslandırılmamışdır. Həmçinin, ƏDV hesablanarkən həmin rəyə istinad olunmuşdur ki, bununla da vergi orqanı tərəfindən qanunsuzluğa yol verilmişdir. Departamentin nümayəndəsinin izahatından da açıq-aydın görünür ki, müəssisənin əldə etdiyi mənfəəti müəyyən etmək mümkün olmadığından hesablama formal olaraq aparılmışdır. Həmçinin, ittiham səyyar vergi yoxlaması aktına və mütəxəssis rəyinə əsasən verilmişdir. İstintaq zamanı ekspertiza keçirilməmişdir. İn zibati-İqtisadi Məhkəmədə işə baxılarkən səyyar vergi yoxlaması aktı araşdırılmamış və mübahisə predmeti olmamışdır. Çünki, Departamentin səyyar vergi yoxlaması aktı mütəxəssis rəyi əsasında hazırlanmışdır, həmin akt müstəqil şəkildə inzibati akt hesab olunmadığına görə inzibati icraatın araşdırma predmeti ola bilməzdi. Məhkəmədə səyyar vergi yoxlamasının nəticələri araşdırılmamış, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin həqiqətən 45703.44 (qırx beş min yeddi yüz üç manat qırx dörd qəpik) manat məbləğində pulun dövlət büdcəsinə ödəməkdən yayındırması məhkəmə qərarı ilə sübuta yetirilməmişdir, qərarda yalnız Vergi Məcəlləsinin, «İnzibati icraat haqqında» Qanunun inzibati aktla əlaqədar müvafiq maddələrinə istinad olunmuş, belə nəticəyə gəlinmişdir ki, o, vergi qanunvericiliyinə görə m əsuliyyətə cəlb olunmalıdır. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsində keçirilmiş təkrar-komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 23362 saylı rəyində də göstərilir ki, «xxxx» MMC üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 7186,07 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Göründüyü kimi, hər üç ekspertiza rəyində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 7186,07 manat mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının məcburiliyini qeyd etmiş, Azərbaycan Respublikası CPM- nin 142.2-ci və 65.7-ci maddələrinə əsaslanaraq mülki iddiaçının iddiasını tam təmin etmiş, Cinayət məsuliyyətindən azad edilmiş şəxsdən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 45703.44 (qırx beş min yeddi yüz üç manat qırx dörd qəpik) manatın alınıb dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. İnzibati-iqtisadi Məhkəmədə mülki iddiaya dair məsələ araşdırılmadığına görə apellyasiya məhkəməsi tərəfindən həmin qərarın məcburi xarakterli olmasına əsaslanaraq mülki iddianın tam təmin edilməsi qanunsuz və əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının mülki iddiaya aid hissədə ləğv edilməsinə və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya məhkəmə baxışında mülki iddiaçının nümayəndəsi X2 çıxış edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuni və əsaslı olduğunu qeyd edib kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı kassasiya şikayətində qərarın mülki iddiaçının iddiasının tam təmin edilməsi hissəsini mübahisələndirmiş və qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “məhkəmə baxışı zamanı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. M əhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir”. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən, mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin t övsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir: - tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda; Lakin, məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, Cinayət məsuliyyətindən azad edilmiş şəxs CM-nin 192.1 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə və CM-in 213.1-ci maddəsinin tərkibi olmadığına görə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq, mülki iddiaçı tərəfindən verilmiş apelyasiya şikay ətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı mülki iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, mülki iddia tam təmin edilmiş, Cinayət məsuliyyətindən azad edilmiş şəxsdən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 45703,44 (qırx beş min yeddi yüz üç manat qırx dörd qəpik) manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Müəyyən olunduğu kimi birinci instansiya məhkəməsi şəxs barəsində verilmiş ittiham üzrə xitam qərarı qəbul etməsinə baxmayaraq dövlət ittihamçısı tərəfindən həmin qərar mübahisələndirilməmiş, yalnız mülki iddiaçı hökmün mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermişdir. Belə vəziyyətdə - yəni həm birinci instansiya, hə m də apellyasiya məhkəməsi tərəfindən nə qədər ki, mülki iddianın təmin edilməsi dövlət ittihamçısının mübahisələndirmədiyi ittihamın həcminin artırılmasına gətirib çıxarırsa, məhkəmələrin (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) Cinayət məsuliyyətindən azad edilmiş şəxsdən tutulmalı olan məbləğlərə dair mülki iddiaçının iddiasına baxılmasını qanuni və əsaslı hesab etmək olmaz. Əvvəla, Cinayət Prossesual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən Cinayət məsuliyyətindən azad edilmiş şəxsin vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısın ın kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Göründüyü kimi prosessual qanunvericilik qeyd edilən halda ümumiyyətlə mülki iddiaçının şikayəti əsasında Cinayət məsuliyyətindən azad edilmiş şəxsun vəziyyətini pisləşdirən qərarın apellyasiya icraatı zamanı qəbul edilməsini imperativ qaydada qeyrimümkün hesab edir. Daha aydın desək yalnız dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edilmiş qərar apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən Cinayət məsuliyyətindən azad edilmiş şəxsin vəziyyətinin pisləşdirilməsi barədə apellyasiya məhkəməsi qərar qəbul edə bilər. Müəyyən olunduğu kimi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından (kassasiya protesti olmadığı halda) yalnız mülki iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə yalnız mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bundan əlavə, Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Və yaxud CPM-nin 181.2-ci maddəsində də eyni anlayışlara (cinayət əməli nəticəsində vurulmuş ziyan) istinad olunaraq - bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduğu halda, həmin şəxslərin ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər.... Göründüyü kimi, cinayət prosessual qanunvericiliyin istinad olunan normaları yalnız cinayət əməlinin mövcud olması barədə məhkəmələrin gəldiyi nəticəyə əsasən həmin cinayət əməli nəticəsində mülki iddiaçıya vurulmuş maddi ziyana uyğun mülki iddianın təminin mümkünlüyünü ehtiva edir. Başqa sözlə nə qədər ki, baxılan cinayət işi üzrə məhkəmələr (birinci instansiya və ape llyasiya məhkəməsi) Cinayət məsuliyyətindən azad edilmiş şəxs barəsində cinayət işinin icraatına xitam verərək, onu cinayət məsuliyyətindən azad etmişlər, bu halda həmin cinayət işi üzrə mülki iddiaya məhkəmələr tərəfindən baxılması cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun hesab edilə bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki iddia üzrə məsələyə baxılarkən həm birinci instansiya, həmdə apellyasiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun tələblərinə əməl olunmamış, həmin pozuntuların kassasiya şikayətinə münasibətdə cinayət-prosessual qanunun 416.1-cı maddəsində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsinə, ləğv edilməsinə əsas yaradan) hallar kimi müəyyən edir və bu səb əbdən həmin şikayətin qismən təmin edilməsini mümkün sayır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Kassasiya instansiya məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Cinayət məsuliyyətindən azad edilmiş şəxs və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Cinayət məsuliyyətindən azad edilmiş şəxs qarşı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfind ən verilmiş 45703,44 manat məbləğində mülki iddianın Cinayət məsuliyyətindən azad edilmiş şəxs 7186,07 manat məbləğində dövlət büdcəsinə ödənilməli məbləğin və ona hesablanmış 3593,03 manat maliyyə sanksiyasının, yəni cəmi 10779 manat 10 qəpik pulun alınaraq dövlət büdcəsinə ödənilməsinin qismən təmin olunması hissəsində, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə Cinayət məsuliyyətindən azad edilmiş şəxs dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 45703,44 manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsinə dair mülki iddanın tam təmin olunması hissəsində ləğv edilməli, qeyd edilən mülki iddia baxılmamış saxlanılmalı, qərarlar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cinayət məsuliyyətindən azad edilmiş şəxs və və müdafiəçisi Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı Cinayət məsuliyyətindən azad edilmiş şəxs qarşı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 45703,44 manat məbləğində m ülki iddianın Cinayət məsuliyyətindən azad edilmiş şəxs 7186,07 manat məbləğində dövlət büdcəsinə ödənilməli məbləğin və ona hesablanmış 3593,03 manat maliyyə sanksiyasının, yəni cəmi 10779 manat 10 qəpik pulun alınaraq dövlət büdcəsinə ödənilməsinin qismən təmin olunması hissəsində, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Cinayət məsuliyyətindən azad edilmiş şəxs dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 45703,44 manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsinə dair mülki iddianın tam təmin olunması hissəsində ləğv edilsin. Cinayət məsuliyyətindən azad edilmiş şəxs qarşı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 45703,44 manat məbləğində mülki iddia baxılmamış saxlanılsın. Kassasiya şikayətinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar