Məhkəmə qərarları › İş №1(102)-463/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-463/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-463/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X11 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 04 avqust 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 Həsən oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Oruc Cəlilov, hakimlər Xamməd Nuriyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)-8/2021 nömrəli 16 dekabr 2021-ci il tarixli hökmü ilə, 24 oktyabr 1977-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla Astara şəhəri, Qum küçəsi, 251 №-li fərdi yaşayış evində yaşamış X8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, X5 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi xaric edilmiş, X8 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanın mövqeyinə görə X8 2019-cu ilin dekabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Fərqan” adlı şəxslə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu “Fərqanın” vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitə və psixotrop maddəni İpək yolu adlanan Ələt-Astara avtomagistral yolunun Astara rayonun Ərçivan qəsəbəsindən keçən hissəsində yerləşən körpünün altından 3 bükümdə, külli miqdarda təmiz çəkiləri 180,484 qram, 199,636 qram, 150,015 qram, ümumi təmiz çəkisi 530,135 qram narkotik vasitə heroini və 2 bükümdə külli miqdarda təmiz çəkiləri 60,006 qram və 280,005 qram, ümumi təmiz çəkisi 340,011 qram psixotrop maddə metamfetamini əvvəlcədən razılaşdırdıqları qaydada “Fərqandan” qəbul etməklə əldə edərək üzərində daşıyaraq saxlamış, 19 dekabr 2019-cu il tarixdə, saat 16 radələrində Astara şəhəri, Qum küçəsində yerləşən evinə baxış keçirilərkən həyətində yerləşən tövlədən 2 bükümdə təmiz çəkiləri 180,484 qram, 199,636 qram, ümumi təmiz çəkisi 380,120 qram narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi 280,005 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sol cibindən 1 bükümdə təmiz çəkisi 150,015 qram narkotik vasitə heroin, sağ cibindən isə təmiz çəkisi 60,006 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə X8 təqsirli bilinmişdir ona görə ki, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 530,135 qram narkoti k vasitə olan heroini və külli miqdarda - 340,011 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb daşıyaraq yaşadığı Astara şəhəri, Qum küçəsi, 251 №li fərdi yaşayış evinə aparmış, bundan sonra həmin maddələrin bir hissəsini yaşadığı evin həyətindəki tövlədə saxlamış, digər hissələrini isə üzərində saxlayıb daşımışdır. Daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 19 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Teymur Baxşiyev yaşadığı Astara şəhəri, Qum küçəsi, 251 №-li fərdi yaşayış evinin həyətində şübhəli şəxs kimi tutulmuş və bundan sonra evin həyətindəki tövləyə baxış keçirilən zaman 2 ədəd bükümdə 180,484 qram və 199,636 qram olmaqla cəmi 380,120 qram narkotik vasitə olan heroin, 1 ədəd bükü mdə 280,005 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, habelə Teymur Baxşiyevin üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol cibindən 1 ədəd bükümdə 150,015 qram narkotik vasitə olan heroin və sağ cibindən 60,006 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Əhmədov İsmayıl) 04 avqust 2023-cü il tarixli 1(106)-9/2023 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(099)-08/2021 saylı hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikasının CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələ ri ilə bəraət verilmiş, X8 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Dövlət ittihamçısı5 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı5 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş və ona həmin maddə ilə əsassız olaraq bəraət verilmişdir. Belə ki, məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı prosessual qanunvericiliyin tələblərinə müvafiq əldə edilmiş Teymur Baxşiyevin CM-in 234.4.3-cü maddəsi ilə təqsirini təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyası Teymur Baxşiyevin təqsiri sübuta yetirilməməsinə dair qənaətə gələrkən, onun apellyasiya instansiyası məhkəməsində dindirilərkən, CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, ona qarşı irəli sürülmüş bu ittihamı tamamilə rədd etməsi, narkotik maddələrlə bağlı hər hansı cinayət əməli törətməməsi, cinayət işinə maddi sübut kimi əlavə edilmiş narkotik vasitələr və psixotrop maddələrdən heç bir xəbəri olmaması, həmin narkotik vasitələr və psixotrop maddələri onun həyətindəki tövləyə və videoçəkiliş zamanı özgə şəxsin əynindən çıxarılaraq onun əyninə zorla geyindirilmiş gödəkcənin yan ciblərinə narkotik vasitələri və psixotrop maddələri Astara RPŞ-in əməkdaşları tərəfindən yerləşdirilməsi barədə ifadəsində göstərilənlərə əsaslanmışdır. Kassator qeyd edir ki, ibtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da Teymur Baxşiyevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddə əldə edərək daşıması və saxlaması tam sübuta yetirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi, ibtidai istintaq orqanı tərəfindən Teymur Bəxşiyevin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olunması təsdiq edən kifayət qədər mötəbər sübutların toplanılmasını nəzərə almamışdır. Belə ki, cinayət işi üzrə ibtidai isti ntaq zamanı Teymur Bəxşiyevin etirafedici ifadələrində, ifadəsinin yoxlanılması haqqında protokolda, axtarış və götürmə haqqında protokollarında, onların videogörüntülərində Teymur Bəxşiyev etdiyi cinayəti etiraf etməklə narkotik vasitə və psixotrop maddənin saxladığı yerləri özü göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin baxışlarında, ibtidai istintaq zamanı Teymur Bəxşiyevin fiziki təzyiqlər altında etirafedici ifadələr verməsi də təsdiq edilməmişdir. Belə ki, axtarış və götürmə zamanı aparılan vidoçəkilişin görüntülərində Teymur Bəxşiyevin üzərində xəsarət və ya xəsarət izləri olmamış, o, bu barədə şikayət etməmiş, könüllü olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi Teymur Bəxşiyevin CM-in 234.4.3 -cü maddəsində nəzərdə tutulmuş əməlinin törədilməsində bir başa təqsiri olduğunu müəyyən etdiyi halda, onun barəsində bəraət hökmünün çıxarılması anlaşılmazdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kas sasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunduğu halda apellyasiya insta nsiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X5 qarşı sürülmüş ittihamdan görünür ki, o, 2019-cu ilin dekabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Fərqan” adlı şəxslə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu “F ərqanın” vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitə və psixotrop maddəni İpək yolu adlanan Ələt-Astara avtomagistral yolunun Astara rayonun Ərçivan qəsəbəsindən keçən hissəsində yerləşən körpünün altından 3 bükümdə, külli miqdarda təmiz çəkiləri 180,484 qram, 199,636 qram, 150,015 qram, ümumi təmiz çəkisi 530,135 qram narkotik vasitə heroini və 2 bükümdə külli miqdarda təmiz çəkiləri 60,006 qram və 280,005 qram, ümumi təmiz çəkisi 340,011 qram psixotrop maddə metamfetamini əvvəlcədən razılaşdırdıqları qaydada “Fərqandan” qəbul etməklə əldə edərək üzərində daşıyaraq saxlamış, 19 dekabr 2019-cu il tarixdə, saat 16 radələrində Astara şəhəri, Qum küçəsində yerləşən evinə baxış keçirilərkən həyətində yerləşən tövlədən 2 bükümdə təmiz çəkiləri 180,484 qram, 199,636 qram, ümum i təmiz çəkisi 380,120 qram narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi 280,005 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sol cibindən 1 bükümdə təmiz çəkisi 150,015 qram narkotik vasitə heroin, sağ cibindən isə təmiz çəkisi 60,006 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı X5 Azərbaycan Respublikası CM-206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İttiham tərəfi X5 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadə, “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” və “Şəxsi axtarış və götürmə aparılması barədə” 19 dekabr 2019-cu il tarixli protokolları, həmin istintaq hərəkətlərində iştirak etmiş şəxslərin şahid ifadələri, ekspertiza rəyləri və maddi sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə X8 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ona bəraət verilmiş, CM-in 234.4.1-ci maddəsi isə onun ittihamından xaric edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən X5 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsi və onun ittihamından 234.4.1-ci maddəsinin xaric edilməsi əsaslı olmuş, həmçinin onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində də təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, X4 yaşadığı evin həyətindəki tövləyə baxış və onun üzərində axtarış qanun pozuntuları ilə keçirilmiş, həmin istintaq hərəkətlərində iştirak edən polis əməkdaşları ziddiyyətli ifadə vermişlər. Ona görə də, həmin sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X4 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həq iqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Hə min Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X5 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı tərəfindən X1 miqdar da narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsdən əldə etməsi, həmin narkotik vasitəni və psixotrop maddəni kiməsə satması və ya satmaq barədə hər hansı bir şəxslə sövdələşməsi faktları müəyyən edilməmişdir. X4 barəsində CM-in 234.4.3-cü maddəsi ilə ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X4 yaşadığı Astara şəhəri, Qum küçəsi, 251 №-li fərdi yaşayış evinin həyətində şübhəli şəxs kimi tutulması, bundan sonra evin həyətindəki tövləyə baxış keçirilən zaman 2 ədəd bükümdə 180,484 qram və 199,636 qram olmaqla cəmi 380,120 qram narkotik vasitə olan heroin, 1 ədəd bükümdə 280,005 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməsi, habelə həmin vaxt Teymur Baxşiyevin üzərində şəxsi axtarış zamanı əynindəki gödə kcənin sol cibindən 1 ədəd bükümdə 150,015 qram narkotik vasitə olan heroin və sağ cibindən 60,006 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməsi barədə protokollara və həmin istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşları X6, Şahid2 və X12 ifadələrinə əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Apellyasiya icraatı zamanı təqsirləndirilən X8 verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göst ərmişdir ki, özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş bu ittihamı tamamilə rədd edir, o, narkotik maddələrlə bağlı hər hansı cinayət əməli törətməmiş, cinayət işinə maddi sübut kimi əlavə edilmiş narkotik vasitələr və psixotrop maddələrdən heç bir xəbəri yoxdur, həmin narkotik vasitələr və psixotrop maddələri onun həyətindəki tövləyə Astara Rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hikmət Ağayevin özü və onun tapşırığı əsasında hərəkət edən polis əməkdaşları, video çəkiliş zamanı özgə şəxsin əynindən çıxarılaraq onun əyninə zorla geyindirilmiş gödəkçənin yan ciblərinə isə həmin narkotik vasitələri və psixotrop maddələri Astara Rayon Polis Şöbəsinin sabiq müstəntiqi X17 yerləşdirmişdir. Bu halların səbəbini izah edərək X8 göstərmişdir ki, onunla həmkəndli olan, Şahid3 adlı şəxs 2019- cu ilin noyabr ayında, yəni, onun tutulmasından bir müddət əvvəl ailəsində baş vermiş problemi ilə əlaqədar olaraq özünün qohumu və onun qonşusu və ailə sürücüsü olan Ehtiram Hüseynovun vasitəçiliyi ilə ondan 4000 manat pulu borc almışdır. Həmin pulun muqabilində Şahid3 özünün “Mersedes 600” markalı avtomobilini onun həyətində girov qoymuşdur. Lakin borcun qaytarılması tarixinə az qalmış Şahid3 ondan həmin avtomobilin özünə qaytartılmasını, borc pulu isə sonradan ona verəcəyini bildirmişdir. O, razılaşmamış və pulunun qaytarılmasını Şahid3 tələb etmişdir. Bu səbədən, Şahid3 Astara Rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hikmət Ağayevə 2000 manat pul verərək, onun 4000 manat borcunu qaytarmadan özünün “Mersedes 600” markalı avtomobilini onun həyətindən götürməsini sifariş vermişdir. Şahid 3 sifarişi əsasında, Hikmət Ağayevin tapşırığına uyğun olaraq 19 dekabr 2019-cu il tarixdə saat 17:30 radələrində o və onun Astara şəhəri, Qum küçəsindəki həyətində olan X3 Rayon Polis Şöbəsinin sabiq rəis müavinləri Hikmət Ağayev və Ramil Hüseynov tərəfindən zorla həmin polis şöbəsinə aparılmışlar. Ehtiram Hüseynov bir neçə saat polis şöbəsində saxlanıldıqdan sonra elə həmin axşam evinə buraxılmış, lakin, o polis şöbəsində məcburi saxlanılmışdır. Polis şöbəsində Hikmət Ağayev və digər polis əməkdaşları onu məcbur edirdilər ki, Şahid3 4000 manat borc pulunu geri alması barədə izahat yazsın. Onu hədələyirdilər ki, əgər o, həmin izahatı yazmasa, onlar T.Baxşiyevi külli miqdarda narkotik satışı ittihamı ilə həbs edəcəklər. O, Şahid3 tərəfindən pul qaytarılmayana qədər həmin pulunu alması barə də izahat yazmayacağını polis əməkdaşlarına bildirdiyindən polis əməkdaşları ona qəzəblənərək onu bir sutka müddətində X21 saxlayıb, ona qarşı qeyriinsani fiziki işgəncələr tətbiq etdikdən, həyat yoldaşı və iki körpə övladlarını polis şöbəsinə gətirib orada saxlayacaqlarını ona bildirdikdən və onun iradəsini sındırdıqdan sonra növbəti gün, yəni 20 dekabr 2019-cu il tarixdə təxminən 14-15 radələrində əlləri qandallı vəziyyətdə yenidən Astara şəhəri Qum küçəsindəki həyətinə gətiriblər və Hikmət Ağayev, Ramil Hüseynov, Bəhruz Qulamov və digər polis əməkdaşları, onun əyninə, heç özünə məxsus olmayan, özgə şəxsin əynindən çıxardılaraq geyindirilmiş gödəkcənin ciblərinə və onun həyətindəki tövləyə yerləşdirdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri guya “aşkar etdikləri” kimi sənədləşdirərək, onu qanunsuz və əsassız ittiham və həbs ediblər. Məhkəmə kollegiyası X5 qarşı irəli sürülmüş ittihamının əsasını təşkil edən “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” və “Şəxsi axtarış və götüremə haqqında” 19 dekabr 2019-cu il tarixli protokolların mötəbərliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 236.4-cü maddəsinə əsasən müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı iki hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı iki hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsindən görünür ki, hal şahidi aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istintaq hərəkətlərində iştirak edir. Qanunun yuxarıda qeyd edilən normalarından aydın olur ki, baxış və şəxsi axtarış zamanı hal şahidləri iştirak etmədikdə həmin istintaq hərəkətləri ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin videoçəkilişlə təsdiq olunması tələb olunur. Qanun bu tələbi istintaq hərəkətinin çəkilişinin fasiləs iz və tam həcmdə aparılmasını, istintaq hərəkətinin gedişi və nəticəsi videoçəkilişdə tam olaraq əks etdirilməsini tələb edir. Əks halda istintaq hərəkətinin gedişi, məzmunu və həmin hərəkət nəticəsində aşkar edilən faktlar cinayət prosesi tərəfinin nümayəndəsi tərəfindən mübahisələndirildikdə həmin istintaq hərəkətinin protokolu mötəbər və mümkün sübut kimi çıxış edilə bilməz. “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” 19 dekabr 2019-cu il tarixli protokolda X19 şəhəri, Qum küçəsində yerləşən fərdi yaşayış evində yerləşən tövlədən 2 bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələrin, 1 bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlənin və 1 ədəd elektron tərəzinin müstəntiq tərəfindən aşkar edilib götürülməsi, həmin kütlələrin elektron tərəzidə çəkilərək 2 bükümdə narkotik vasitə heroinə oxşar kütlələrin təxmini çəkisinin 380 qram və psixotrop maddə metamfetaminə oxşar kütlənin təxmini çəkisinin 280 qram olması müəyyən edilib həmin kütlələrin qablaşdırılaraq, Astara RPŞ-nin 84 nömrəli möhürü ilə möhürlənməsi qeyd edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması barədə” 19 dekabr 2019-cu il tarixli protokolda isə X4 üzərindən şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sol cibindən 1 bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə və sağ cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlənin aşkar edilib müstəntiq tərəfindən götürülməsi və qablaşdırılması qeyd olunmuşdur. Qeyd olunan istintaq hərəkətləri ilə bağlı aparılmış və iş materiallarına əlavə edilmiş videoçəkilişlərə nəzər yetirdikdə isə görünür ki, çəkiliş 3 ayrı hissədən ibarətd ir. Birinci hissədə Astara RPŞ-nin İB-nin müstəntiqi Bəhruz Qulamov baxış keçirilməsi barədə elan edir və baxış tövlədən başlamaqla bağlı göstəriş verir və həmin yerdə videoçəkiliş başa çatır. İkinci videoçəkiliş aparıldığı yerdə, yəni tövlədə narkotik vasitənin kim tərəfindən, nə zaman və harda aşkar olunduğu əks etdirilmir. Həmin videoçəkiliş başlanan zaman müstəntiq Bəhruz Qulamov ağ rəngli torbanın içərisində olan tərəzinin və əşyaların nə olduğunu və kimə məxsus olduğunu əllərinə qandal vurulmuş Teymur Baxşiyevdən soruşur. Daha sonra Bəhruz Qulamov həmin narkotik vasitəni haradan əldə etməsi ilə bağlı Teymur Baxşiyevə sual verərkən “İran vətəndaşı sənə zəng eləmişdi ki əraziyə qoymuşam, gedib ərazidən götürərsən. Düzdü?” formasında Teymur Baxşiyevə yönəldici sual verir. Həmçinin video çəkilişlərdən açıq-aşkar görünür ki, “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” və “Şəxsi axtarış və götürmə aparılması barədə” protokollarda aşkar olunmuş kimi qeyd olunan narkotik vasitə və psixotrop maddənin tərəzidə çəkilməsi, qablaşdırılması və möhürlənməsi ilə bağlı heç bir çəkiliş aparılmamışdır. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırki iş üzrə ittihamın əsasını təşkil edən X4 istintaq zamanı verdiyi ifadə, “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” və “Şəxsi axtarış və götürmə aparılması barədə” 19 dekabr 2019-cü il tarixli protokolları qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Göründüyü kimi, məhkəmələr hazırki cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Ə.Ə.Mahmudzadənin, Şahid2, R.V.Şəriflinin, B.Ə.Qulamovun və T.A.Əzizlinin ifadələri də iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin ifadələr məhz Teymur Baxşiyevin üzərində və onun yaşad ığı evin tövləsində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi ilə əlaqədar verilmişdir. Əşyanın aşkar edilməsi və götürülməsi bu barədə tərtib edilmiş axtarış, götürmə və ya baxış protokollarla təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə görə istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal-şahidlərinin ifadələri ilə aradan qaldırıla bilməz. Qanunun bu normasından görünür ki, protokol tərtib edildiyi istintaq hərəkətində iştirak edən şəxslərin protokolda əks etdirən hallar barədə ifadələri protokoldan törəmə xarakter daşıyır və istintaq hərəkətinin qanun tələblərinin pozulması ilə aparıldığı səbəbindən protokolun sübut kimi qəbul edilə bilmədiyi halda, istintaq hərəkətində iştirak edən şəxslərin ifadələrinə də sübut kimi istifadəsinə yol verilməsi məhdudlaşdarılmışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Teymur Baxşiyevin üzərində axtarış və onun yaşadığı evin tövləsində baxış protokollarının Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən sübut kimi qəbul edilməməsi ilə əlaqədar həmin istintaq hərəkətlərində iştirak etmiş şəxslərin protokollarda əks etdirilən istintaq hərəkətlərinin keçirməsi barədə ifadələri də cinayət işi üzrə mümkün və mötəbər sübut kimi hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası şahidlər Ə.Ə.Mahmudzadənin, Şahid2, R.V.Şəriflinin, B.Ə.Qulamovun və T.A.Əzizlinin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxs T.Ə.Baxşiyevin tut ulmasında iştirak edən, onun qanunsuz narkotik vasitənin əldə edilməsi və saxlanmasının sübut etməsində maraqlı olan polis əməkdaşlarıdır. Belə ki, adları qeyd olunan şahid ifadələrində Teymur Baxşiyevin yaşayış sahəsində və üzərində aparılan baxış və şəxsi axtarış istintaq hərəkətlərinin 19 dekabr 2019-cu il tarixdə aparılması, həmin vaxt Teymur Baxşiyevin əllərinin bağlı olmaması, X15 Hüseynovla birgə 19 dekabr 2019-cu il tarixdə Astara RPŞ-nə aparılmaması, həmçinin Şahid3 məxsus “Mercedes” markalı avtomobildən məlumatlarının olmaması qeyd olunmuşdur. Halbuki iş üzrə həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəməsində şahid ifadələrində göstərilən həmin hallar digər sübutlarla təkzib olunmuşdur. Belə ki, şahid qismində ifadə vermiş polis əməkdaşı Şahid4 həmkəndlisi və qon şusu Şahid3 Teymur Baxşiyevə 3000 manat pul borclu olduğunu və Teymurun da onun Mercedes markalı maşınını girov saxladığını, İzzətullanın ondan polis əməkdaşı kimi kömək istədiyini və onu Astara RPŞ-nə aparmasını istədiyini, Samir Hüseynovun isə onun adından rəis müavini Ramil Hüseynovun yanına getməsini, həmin gün axşam saatlarında düzülüş zamanı Ramil Hüseynovla söhbət edərkən onların razılığa gəldiyini, Ramil Hüseynov ona maşının Polis şöbəsinə gətirildiyini və arxada olduğunu bildirdiyini, həmin gün Polis şöbəsinin həyətində Şahid3 məxsus maşını gördüyünü göstərmişdir. Şahid3 ifadəsində Teymur Baxşiyevdən 2019-cu ilin noyabr ayında 3000 manat borc pul aldığını, bunun müqabilində maşını Teymur Baxşiyevin həyətinə girov qoyduğunu, daha sonra tanışı Şahid4 vasitəsi ilə polis rəisinin müav ini işləmiş Ramil Hüseynova həmin maşının Teymur Baxşiyevdən geri alınması üçün şifahi qaydada müraciət etdiyini, 19 dekabr 2019-cu il tarixdə polis şöbəsinə çağırılarkən şöbənin dəhlizində Ehtiram Hüseynov və Teymur Baxşiyevin hər ikisini də gördüyünü bildirmişdir. Həmçinin, 19 dekabr 2019-cu il tarixdə X16 Baxşiyevin hər ikisinin də Şahid3 şikayəti əsasında həmin gün saat 17:30 radələrində polis şöbəsinə aparılması, 20 dekabr 2019-cü il tarixdə günorta vaxtı Teymur Baxşiyevin əlləri qandallı vəziyyətdə evinə gətirib çəkilişin aparması barədə Teymur Baxşiyevin həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə baxışı zamanı verdiyi ifadə, şahidlər Ehtiram Hüseynovun, mərhum Günay Baxşiyevanın, Elnur Baxşiyevin, Ramil Seyfullayevin və İxtiyar Əliyevin ifadələr i ilə də təsdiq olunur. Cinayət işində olan Astara RPŞ-in İB-in müstəntiqi Bəhruz Bədəlovun raportundan da görünür ki, Bəhruz Bədəlov polis rəisinə məruzə etmişdir ki, onun tərəfindən X4 üzərində və yaşadığı evin həyətindəki tövlədə narkotik vasitə və psixotrop maddə 20 dekabr 2019-cu il tarixdə aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş SD diskində olan Teymur Baxşiyevin yaşayış sahəsində və üzərində aparılan baxış və şəxsi axtarış istintaq hərəkətlərinin videoyazıları əks etdirilən fayların yaratma tarixi də 20 dekabr 2019-cü il kimi qeyd edilmişdir. Bundan əlavə Astara rayon Polis Şöbəsinin rəisi Azər Cəfərovun 05 oktyabr 2021-ci il tarixli məktubunda da X4 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ilə əlaqədar X8, X10 və Şahid3 rayon polis şöbəsinə gətirilmələri və bu barədə “Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda müvafiq qeydiyyat aparılması, X4 19 dekabr 2019-cu il tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-nə təhvil verilməsi, X7 və Şahid3 isə həmin gün MSY-nə yerləşdirilmədən sərbəst buraxılmaları öz təsdiqini tapır. Qeyd edilən hadisənin təfərrüatları və baş vermə mexanizmi açıq-aydın göstərir ki, X2 İzzətulla Əziz oğlunun müraciəti əsasında aralarında olan borc məsələsinə görə həmkəndlisi Ehtiram Hüseynovla birgə 19 dekabr 2019-cu il tarixdə saat 17:30 radələrində polis şöbəsinə gətirilmiş, daha sonra həmin gün Ehtiram Hüseynov axşam saatlarında sərbəst buraxılsa da, Teymur Baxşiyev polis şöbəsində saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə kim yəvi ekspertizasının rəyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy ilə ekspert tədqiqinə təqdim edilmiş narkotik vasitənin və psixotrop maddənin növü və miqdarı müəyyən edilmişdir. Həmin rəy Teymur Baxşiyevin təqsirini təsdiq edən sübut kimi yalnız rəylə tədqiq edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması mötəbər sübutlarla təsdiq edildiyi halda çıxış edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlu matların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hans ı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl edilmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsaslanır. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikas ı CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təqdim edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan ver sin. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri yalnız onun üzərində və yaşadığı evin həyətindəki tövlədə narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi ilə əlaqədar müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi həmin narkotik vasitəsinin təhqiqat orqanı tərəfindən kobud qanun pozuntuları ilə keçirilmiş istintaq hərəkətinin nəticəsində aşkar edilməsi faktına qiymət verməmiş, Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələblərinə zidd olaraq qanun tələblərinin pozulması ilə əldə edilmiş, mümkün və mötəbər olmayan sübutlara əsasən ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi isə əsaslı olaraq nəticəyə gəlmişdir ki, X4 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəm ə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hök mü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış süb utları düzgün qiymətləndirmiş, X4 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X8 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da m əhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2023-cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar