Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-464/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə 02 fevral 1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə məh kum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), R.M.Cəfərov və X.A.Nuriyev) Məhkum – CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin 23 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X6 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Məhkum və X6 qabaqcadan əlbir olub bir qrup şəxs halında, 20 noyabr 2016cı il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanında yerləşən Məhkum bibisi Zərərçəkmiş şəxs1 məxsus mənzilə gəlmiş, aralarında olan razılığa əsasən onlar mənzilin arxa giriş qapısının dəmir barmaqlığını özləri ilə əvvəlcədən gətir dikləri mişar, dəmir çəkic və dəmir parçası ilə sındıraraq mənzilə qanunsuz daxil olmuş, mənzilin yataq otağında olan şkafın içərisindən Zərərçəkmiş şəxs1 məxsus olan, həmin dövr üçün məzənnə ilə 10.254,60 manat məbləğində olan 6000 ABŞ dollarını, 9500 manat pulu, 109 manat dəyərində bir ədəd "Samsung GT-C3222W" markalı mobil telefonu, 339 manat dəyərində bir ədəd qızıl üzüyü, 329 manat dəyərində bir ədəd qızıl kulonu, 428 manat dəyərində bir ədəd qızıl boyunbağını, 363 manat dəyərində bir ədəd 10 qramlıq qızıl qolbağı, 827 manat dəyərində bir ədəd qızıl qolbağı, 843 manat dəyərində bir ədəd qızıl qolbağı, zərərçəkmiş şəxsin qiymətləndirdiyi 400 manat dəyərində “JVS GR SXM 930” markalı video kameranı, 5000 manat dəyərində bir ədəd qızıl komplekti, 2000 manat dəyərində bir ədəd qızıl komple kti, 4500 manat dəyərində bir ədəd qızıl komplekti, 1200 manat dəyərində bir ədəd qızıl qolbağı, 1150 manat dəyərində bir ədəd qızıl qolbağı, 1000 manat dəyərində bir ədəd qızıl qolbağı, 850 manat dəyərində bir ədəd qızıl qolbağı, 800 manat dəyərində bir ədəd qızıl qolbağı, ümumi dəyəri 2760 manat olan 46 qramlıq qızıl sep və qızıl qolbaqdan ibarət dəsti ümumi dəyəri 1800 manat olan 3 ədəd qızıl onluğu, ümumi dəyəri 700 manat olan 2 ədəd qızıl beşliyi, 2 min manat dəyərində bir ədəd brilyant qaşlı üzüyü, 1680 manat dəyərində üzərində bir ədəd 8 qramlıq gül klonu olan bir ədəd 10 qramlıq qızıl sepi, 1260 manat dəyərində bir ədəd qızıl kulonu ilə birlikdə bir ədəd 10 qramlıq qızıl sepi, 1050 manat dəyərində bir ədəd 15 qramlıq qızıl qolbağı, Zərərçəkmiş şəxs1 əri Zərərçəkmiş şəxs2 məxsus, hə r birinin dəyəri 500 manat, ümumi dəyəri 1000 manat olan iki ədəd qızıl üzüyü, oğlu Zərərçəkmiş şəxs3 məxsus, 500 manat dəyərində olan bir ədəd qızıl üzüyü ümumilikdə 52.942,60 manat (əlli min doqquz yüz qırx iki manat 60 qəpik) məbləğində özgənin külli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində bildirmişdir ki, təqsiri yoxdur. Buna baxmayaraq iş üzrə sübut və dəlillər, o cümlədən onun təqsi rsiz olduğunu sübuta yetirəcək sübutlar kifayət qədər araşdırılmamış, şahidlər dindirilməmişdir. Odur ki, məhkum hesab edir ki, şikayətdə göstərilən məsələlər yoxlanılmalı, işə obyektiv qiymət verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olma yaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlər inə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kolle giyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçıl arının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin icl asında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, şahidlər X2, X3 ifadələri, “İfadənin yerində yoxlanması barədə» 25 noyabr 2016-cı il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə, «Hadisə yerinə baxış keçirilməsi barədə» 20 noyabr 2016-cı il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə, «Təqdim olunmuş əşyanın götürülməsi barədə» 25 noyabr 2016-cı il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2017- ci il tarixli rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların dü zgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamlarla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun o laraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası he sab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-464/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-464/2019
17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver