Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-464/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1. 1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Nizami Hafiz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə (hakim Vüsal Qurbanov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-in 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rə hbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 320.1-ci maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, həmin hökmlə Məhkum1 təyin edilmiş aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən, islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-in 66.2 və 66.4- cü maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə d övlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da Azərbaycan Respublikası CM-in 139-1.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), Q.X.Babayev və R.M.Abdulov) verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə məh kum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü Məhkum1 aid hissədə ləğv edilmişdir. Məhkum1 əməlində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 139-1.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona CM-in 139-1.1-ci maddəsi ilə 2500 manat məbləğində, CM-in 320.1-ci maddəsi ilə 3000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum1 üzərində qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 əsas fəaliyyət növü turi zm xidmətlərinin göstərilməsi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tanışları Məhkum2, X2, X3 və qeyriləri ilə hüquq verən rəsmi sənəd hesab edilən “Covıd-19” analizlərinin nəticələrini qanunsuz hazırlamaqla saxtalaşdırıb satmaqla gəlir əldə etmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun üzvləri Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasından xaricə və ya əksinə səfər etmək istəyən və onların vasitəsi ilə bilet alan şəxslərə 60-90 manat müqabilində analiz vermədən “Covid19” analizinin cavabının neqativ olması ilə b ağlı sənəd verəcəyini bildirərək həmin şəxslər razılaşdıqdan sonra onların pasport və biletlərinin fotoşəkilini “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə qrupun üzvləri X10 və X11 göndərmiş, onlar da özləri şəxsən və ya digər şəxslərin vasitəsilə Türkiyə Respublikasında həmin şəxslərə “Covid-19” analizlərinin nəticələrinin neqativ olmaları ilə bağlı Azərbaycan Respublikasında “İnci” Laboratoriyaları, Türkiyə Respublikasında isə “Memorial Bahçelievler” xəstəxanasının adından hüquq verən digər rəsmi sənəd hesab edilən analiz cavablarını istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla saxtalaşdırıb, “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə X12 və Məhkum2 PDF sənəd (daşınan sənəd formatı) formasında göndərmiş, sonuncular həmin saxta sənədi 60-90 manat müqabilində 2021-ci ilin yanvar ayından etibarən Bakı şəhəri ərazisində Şahid3, həmçinin təkrarən Şahid2 və qeyrilərinə, sonuncu dəfə 9 mart 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Şahid1 sataraq onların “Covid19” infeksiyasına yoluxub-yoluxmadığı müəyyən edilmədən Azərbaycan Respublikasından getmələrinə və ölkəyə gəlmələrinə şərait yaradaraq “Koronavirus (COVİD-19)” pandemiyası dövründə “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli qərarı ilə müəyyən edilmiş uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi olan sərnişinlərin uçuşa qəbul edilməsi kimi tələbinə riayət e tməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavırus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum1 barəsində daha yüngül cəzanın təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təy in edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almayaraq ağır cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsə lələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum un müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində hökmün ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qeyd edilsə də, şikayətin dəlillərində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də, məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 139-1-ci maddəsində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinə əsasən, “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yar atdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən, “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya di gər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalı dır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törə dilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında gös tərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun ş əxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunması na təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 barəsində CM-in 139-1.1 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-464/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-464/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver