Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-464/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Məhkum tərəfindən verilmiş vəsatətin təmin e dilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 1(101)-514/2020 nömrəli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər Ə.İ.Məmmədov və S.H.Hacıyevdən ibarət məhkəmə tərkibi) xx xxxxx 1968-ci ildə Yardımlı rayonu, Soğulcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 318.1, 234.4.1, 234.4.3, 206.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan m əhrum etmə cəzasına məhkum olunmuş, Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatda olmaqla, yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakim E.H.İsmayılov) Məhkum 10 sentyabr 2020-ci il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2023-cü il tarixli, 1(105)-293/2023 saylı qərarı ilə (sədrlik edən: E.M.Əhmədov, hakimlər: E.G.Rəhimov və M.Ə.Rzayev), Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 1(101)-514/2020 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtinaya dair Bak ı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2023cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli 1(102)-293/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdan ibarət məhkəmə tərkibi) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2023-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış m üddətin bərpa edilməsi barədə Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(102)-293/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(102)-293/2023 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sum qayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərar ona gec təqdim olunduğundan o həmin qərardan vaxtında kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək imkanından məhrum olunmuşdur. Müraciət müəllifi hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 411-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında məsələyə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından— onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. CPM-in 410.1-1-ci maddəsinə görə, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Öyrənilmiş cinayət işi materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarı məhkəmə iclasında Məhkum iştirakı ilə elan edilmiş, qərarın surəti Məhkum təqdim edilməsi üçün Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinə 29 may 2024-cü il tarixdə göndərilmişdir. Məhkum tərəfindən tərtib olunmuş 22 iyul 2024-cü il tarixli kassasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliy inin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 3-16-17/27/2-2386 saylı məktubu ilə 07 avqust 2024-cü tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarının məhkuma rəsmi qaydada verildiyi vaxtdan 1 ay 23 gün müddət keçəndən sonra həmin qərardan kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Məhkum kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətdə 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarın ona gec təqdim olunduğundan o, həmin qərardan vaxtında apellyasiya şikayəti verə bilməməsi ilə əsaslandırsa da, bununla bağlı hər hansı bir sübut vəsatətə əlavə etməmiş, əksinə öyrənilmiş cinayət işi materiallarından müəyyən olunmuşdur ki, məhkum nəinki hazırkı mübahisələndirdiyi qərardan kassasiya şikayətinin vermə müddətini, eləcə də birinci instansiya məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddəti (vəsatəti 2023-cü il tarixdə vermiş), apellyasiya məhkəməsinin 04 may 2023-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin vermə müddətini də ötürmüşdür. Məhkum kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq müddət ərzində kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq kassasiya şikayətini qərarın ona rəsmi qaydada verildiyi vaxtdan 1 ay 23 gün sonra yəni 23 gün ötürməklə vermiş və bu müddətin üzrlü səbəblərdən buraxılması hər hansı sübutla təsdiq olunmur. Göründüyü kimi məhkum hər hansı üzürlü səbəb olmadan müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 4 11.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərp a edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən 22 may 2024-cü il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş h eç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin x şikayəti ilə əlaqədar qəbul etdiyi 02 oktyabr 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini izah verərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Həmçinin Avropa Məhkəməsi «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadında xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını t ələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1 -ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və i crası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 11 sentyabr 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarı nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəh bər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə verdiyi vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(105)-293/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-464/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-464/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver