Məhkəmə qərarları › İş №1(102)-465/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-465/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-465/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-465/19 AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə, müda fiəçi X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) 14 sentyabr 2016-cı İl tarixli hökmü ilə, Məhkum -xx xxxxxx 1993-cü ildə ********* rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ******* rayonunun ******** kəndində qeydiyyatda olmaqla yaşaya n, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddələri ilə təqsirlibilinərəkcəzasını ciddi rejimlicəzaçəkməmüəssisəsindəçəkməklə,əvvəli 27 avqust 2015-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinəazadlıqdanməhrumetməcəzasına məhkumedilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 2015-ci ilin iyun ayının 7-8 tarixlərindən birində saat 18 radələrində ******** rayonunun Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırda buynuzlu heyvanları otaran Zərərçəkmiş şəxs yaxınlaşaraq zor tətbiq edib onu yerə yıxdıqdan sonra əllərini saman kəndiri ilə bağlamış, onu otlaq sahəsinin yaxınlığında «qarğılıq» adlanan yerə aparıb, orada Nümayəndə köməksiz vəziyyətindən istifadə edərək sonuncunun əynindəki şortiki dartıb aşağ ı çəkərək cinsiyyət orqanını on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi 11.08.2006-cı il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs anus dəliyinin ətrafına sürtməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, məhkuma bəraət verilməsin i xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham cinayət işinin faktiki hallarına uyğun deyildir. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqın əvvəlindəki ifadələrində Məhkum cinsiyyət orqanını onun arxa keçəcək hissəsinə yeridərkən o ağrı hiss etdiyindən qışqırmışdır və ondan qan gəlmişdir. Bundan sonra ayaqlarının arasında şirə kimi maye görmüşdür, yəni ona qarşı uşaqbazlıq edilmişdir. Zərər çəkmiş şəxs bu ifadələrinin həqiqiliyinin yoxlanması üçün məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji ekspertizalar təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 13.07.2015-ci il tarixli 182 saylı və təkrar məhkəmə-tibbi ekspertizasının 21.07.2015-ci il tarixli 226 say lı, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 14.08.2015 tarixli rəylərindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs anus dəliyi, onun ətrafında və düz bağırsağının girəcəyində hər hansı xəsarət və dəyişiklik aşkar edilməmiş, şalvar və şortik üzərində qana və spermaya şübhəli ləkələr aşkar edilməmişdir. Bu onu göstərir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum qarşı böhtan atır. Bu onu sübut edir ki, Məhkum zərər çəkmiş şəxsə qarşı hər hansı seksual xarakterli hərəkət etməmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs və qardaşı R6 ziddiyyətli ifadələr vermişlər. V6 göstərmişdir ki, guya hadisədən sonra onun əllərini M6 açmışdır. R6 isə göstərmişdir ki, E6 adlı şəxs gəlib V6 əllərini açmışdır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş və məhkəmə iclasında həmin şəxsi dindirməmişdir, yəni məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış, yalnız zərər çəkmiş şəxsin ifadələrinə və şəxsi mülahizələrinə əsaslanıb ittiham hökmü çıxarmışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə b axmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma bəraət verilməsi barədədir. Şikayətdə göstərilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqın əvvəlindəki ifadələrində Məhkum cinsiyyət orqanını onun arxa keçəcək hissəsinə yeridərkən o ağrı hiss etdiyindən qışqırmışdır və ondan qan gəlmişdir. Bundan sonra ayaqlarının arasında şirə kimi maye görmüşdür, yəni ona qarşı uşaqbazlıq edilmişdir. Zərər çəkmiş şəxs bu ifadələrinin həqiqiliyinin yoxlanması üçün məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji ekspertizalar təyin edilmişdir. Məhkəmə-tibbi eksp ertizasının 13.07.2015-ci il tarixli 182 saylı və təkrar məhkəmə-tibbi ekspertizasının 21.07.2015-ci il tarixli 226 saylı, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 14.08.2015 tarixli rəylərindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs anus dəliyi, onun ətrafında və düz bağırsağının girəcəyində hər hansı xəsarət və dəyişiklik aşkar edilməmiş, şalvar və şortik üzərində qana və spermaya şübhəli ləkələr aşkar edilməmişdir. Bu onu göstərir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum qarşı böhtan atır. Bu onu sübut edir ki, Məhkum zərər çəkmiş şəxsə qarşı hər hansı seksual xarakterli hərəkət etməmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs və qardaşı R6 ziddiyyətli ifadələr vermişlər. V6 göstərmişdir ki, guya hadisədən sonra onun əllərini M6 açmışdır. R6 isə göstərmişd ir ki, E6 adlı şəxs gəlib V6 əllərini açmışdır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş və məhkəmə iclasında həmin şəxsi dindirməmişdir, yəni məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış, yalnız zərər çəkmiş şəxsin ifadələrinə və şəxsi mülahizələrinə əsaslanıb ittiham hökmü çıxarmışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Ambulator məhkəmə-psixoloji ekspertizasının 06.01.2016-cı il tarixli 24833 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunm ur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi xüsusiyyətlərinə, hadisə şəraitinə görə onunla edilən hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi xüsusiyyətlərinə, keçirdiyi qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə hadisə zamanı ona qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslərə müqavimət göstərə bilmək qabiliyyətinə malik olmamışdır. Ekspertizanın həmin rəyinə görə Zərərçəkmiş şəxsəqli və psixi inkişafına, yaş və fərdi xüsusiyyətlərinə, hadisə şəraitinə görə onunla edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmadığından onun ona qarşı edilən hərəkətləri uşaqbazlıq və ya Məhkum elan edilmiş ittihamda təsvir edilən seksual hərəkətlə r olması barədə ifadə verməsi ağlabatandır. Bunu həqiqətə uyğun olmayan ziddiyyətlər kimi qiymətləndirilməsi əsassızdır. Bundan başqa həm V6 və həm də qardaşı R6 ifadələrində evə gəldikdən sonra valideynlərinə qorxularından baş verənlər barədə heç nə danışmadıqlarını göstərmişlər. Buna görə də hadisədən bir müddət keçdiyindən, onların bədənlərində və paltarlarında yuyulduğuna görə hər hansı iz qalmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs və qardaşı X5 cinayət işinin faktiki hallarına dair ifadələri bir-birinə uyğun olmaqla, onların ifadələrində göstərdiyi hallar digər şahidlərin ifadələri ilə də təsdiq edilməklə yanaşı, ifadələrin yerində yoxlanması və üzləşmələr zamanı da bu ifadələrin həqiqiliyi yoxlanılmış və ifadələrin həqiqiliyi təsdiq edilmişdir. Bundan başqa məhkəmə-psixoloji eksper tizanın rəyləri ilə də V6 və R6 qardaşlarının fərdipsixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən zərər çəkmiş şəxsin yalan ifadə verməsi, onlara qarşı edilmiş seksual hərəkətlərin bədənlərində və paltarlarında heç bir izin qalmaması səbəbindən əslində belə halların olmaması barədə dəlillər əsassızdır. Göstərilənlərə və birinci instansiya məhkəməsi iclasında tədqiq edilib hökmün əsasına qoyulmuş Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun toplanıb, tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusuna əsalanaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının ləğv edilməsi və məhkuma bəraət verilməsi barədə ka ssasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı cinayət və cinayət-prosessual qanun normalarının kobud pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müə yyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar