Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-465/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidovdan və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X27, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayədəsi X32, zərərçəkmiş şəxsin hüquqi varisi X15, bəraət almış şəxs X9 və müdafiəçisi X28 iştirakları ilə, Bakı şəhəri Sə bail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və müdafiəçisi R.R.Rəhimov tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Ramiz Alverdiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Elmar Rəhimov) 30 may 2017ci il tarixli hökmü ilə, X21, 14 oktyabr 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamı ş, işləməyən, ünvan 1 ünvanında yaşayan, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin mövcudluğu və cinayətin törədilməsinə aidiyyatı sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X11 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 22 may 2016-cı ildə saat 17 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "*************** ”markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonunda Salyan Şosesi, Bibiheybət qəsəbəsi istiqamətindən "Bayraq meydanı” istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndi nin, 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini kobud surətdə pozaraq, öz hərəkət yolu ilə hərəkəti təmin etməli, hərəkət hissəsini əks istiqamətli nəqliyyat axınlarından ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək avtomobili qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş qarşı sol hərəkət hissəsinə çıxararaq hərəkət üçün təhlükə yaratmamalı, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək, 80-90 km/saat sürətlə idarə etməməli olduğu halda, buna riayət etməmiş, idarə etdiyi avtomaşınla Salyan Şosesi ilə Bibiheybət qəsəbəsi istiqamətindən "Bayraq meydanı” istiqamətində olan orta qoşa xətti keçib əks yola daxil olduqdan sonra həmin yolda, yəni Səbail rayonunda Salyan şossesi, 20-ci yaşayış sahə sində yerləşən "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 118 saylı yarımstansiyaya yaxınlaşmağa təxminən 150 metr qalmış, Bibiheybət qəsəbəsi istiqamətində orta qoşa xətdən sağda birinci yolla 50-60 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "*********** ** *** dövlət qeydiyyat nişanlı avtomaşınla 5-10 dərəcə bucaq altında toqquşması nəticəsində ehtiyatsızlıqdan, "************ ”markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X1 N-NMV-V qabırğaların ön qoltuq xətti üzrə yerdəyişmiş sınıqları, sağ ağ ciyərin kontuziyası (əzilməsi), sağ böyrəkətrafı yumşaq toxumalarda geniş qansızmalar, sağ bud sümüyünün aşağı 1/3-nin, sağ diz qapağının və diz oynağının oynaq daxili, qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, sifətin, d öş qəfəsinin, qarının və ətrafların çoxsaylı qançır və sıyrıqları ilə müşayiət olunan bədənin küt travması, ağır dərəcəli travmatik şok ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlərdən ölməsinə, həmin maşında olan sərnişin X19 bazu sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ bazu oynağının bayır səthinin, sağ çiyinüstü nahiyənin və döş qəfəsinin ön səthinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına, həmin avtomaşında olan sürücü Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının, qarının sağ yan divarının qançırları, sağ və sol qasıq nahiyələrinin sıyrıqları, sol baldırın yuxarı 1/3-nin iç səthinin qançırı və ön iç səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan bədən xəsarəti almasına, "*********** ” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşında olan sərnişin X4 budun travmatik çıxığı, sağ sirkə kasasının damının, arxa kənarının və dibinin qəlpəli oynaqdaxili yerdəyişən sınığı, sol sirkə kasasının arxa-aşağı kənarının sınığı, solda V daraq sümüyünün boyunun yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına, eləcədə Zərərçəkmiş şəxs məxsus "******** ”minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 17.629,0 (on yeddi min altı yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi X42 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Hilal Abbasov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2017-cİ il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Qail Məmmədov və Abdin Abdinbəyovdan ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasaiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2017-ci il tarixli qərarın dan Zərərçəkmiş şəxs və nümayəndəsi X42 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasını 13 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Hafiz Nəsibov, hakimlər Tahir Kazımov və Əli Seyfəliyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayəti və kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Namiq Məmmədov, hakim lər Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasaiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi X42 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiy a şikayəti və kassasiya protesti təmin edilmiş, Bakı Apellyasaiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışı qaytarılması barədə qərar qəbul edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Qədim Babayev və Kamran Əkbərovdan ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu tarixli qərarından Zərərçəkmiş şəxs, nümayəndəsi X42 t ərəfindən birgə kassasiya şikayəti və dövlət ittihamçısı Ramiz Alverdiyev tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi hökmündə cinayət təqibi orqanının 22 may 2016-cı il tarixli “X49 yerinə baxış keçirilməsi” protokoluna, eyni tarixli “X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemə sübut kimi qiymət verilməməsinin əsaslarını qeyd etmişdir. Lakin iş materiallarında zərərçəkmiş şəxslərin, hadisənin bilavasitə şahidi olmuş şəxslərin ifadələrinə sübut kimi qiymətiəndirməməsini düzgün əsaslandırmamışdır. Maddi sübut kimi tanınmış videogörüntüdə yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxtda hansı avtomaşınların sürücülərinin iştirak etməsi açı q aydın görünür. Nə birinci instansiya, nə də ki, apellyasiya məhkəməsi bu faktları lazımi qaydada qiymətləndirməmiş, əsassız olaraq nəzərə almamışlar. Birinci və apellyasiya instansiya məhkəmələri maddi sübut olan videogörüntüyə heç bir qiymət verməmişlər. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi ədalətsiz mövqe nümayiş etdirmişlər. Onlar qanunvericiliyin normalarına istinad edərək, iş üzrə nəzəri əsaslandırma etmiş, lakin işin faktiki hallarına düzgün qiymət verməmişlər. İş üzrə “X49 yerinə baxış keçirilməsi” protokolu, eyni tarixli “X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemdən əlavə maddi sübut olan videogörüntü mövcuddur ki, həmin görüntüyə baxış keçirilərkən, əlavə şərhə ehtiyac qalmır. Hansı ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri həmin görüntüyə baxış keçirərkən, hadisənin reallıqda necə baş verdiyini görmüşdülər. Kassatorlar göstərmişlər ki, apellyasiya instansiya məhkəməsi CPM-in 416.1.2-ci maddəsinin tələblərini pozmuş, ittiham orqanının təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv surətdə tədqiq etməmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmişdir. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestində gətirilmiş dəlilləri lazımınca araşdırmadan və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli qərarında göstərilən halların ətraflı və obyektiv araşdırılmasını təmin etmədən həmin bəraət hökmünü dəyişdirmədən saxlamış, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Belə ki, X8 “*********** ” markalı minik avtomobilini idarə edərkən sürət həddini aşması, xüsusilə də yolu əks hərəkət zolaqlarına ayıran orta qoşa xətti kəsib qarşı hərəkət zolağına çıxması və toqquşmanın əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “********* ” markalı minik avtomobilinin hərəkətdə olduğu zolaqda baş verməsi, müvafiq olaraq da X8 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması, onun əməlində cinayət tərkibinin olması və cinayətə aidiyyəti sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası 22 may 2016-cı il tarixli baxış protokolunda və sxemdə əks olunmuş, 11 iyun 2016-cı il tarixli məhkəmə ekspertizası zamanı əsas götürülmüş göstəricilərin yenidən müəyyən edilməsini və artıq məhkəmə istintaqının gedişində müəyyən edilmiş yeni məlumatlar əsasında təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsini, beləliklə də ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Kompleks məhkəmə yol nəqliyyat və məhkəmə trassoloji ekspert izasının 11 iyul 2016-cı il tarixli 12128 saylı rəyinə münasibətdə məhkəmələrin mövqeyi əsaslı olmamışdır. Ekspert rəyinə münasibətdə qanunvericiliyin tələbindən görünür ki, müvafiq rəy hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan (o cümlədən məhkəmə) tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası isə həmin ekspert rəyinə yalnız bir hala (sübut kimi qəbul etmədiyi 22 may 2016-cı il tarixli “X49 yerinə baxış keçirilməsi” protokolu və ona əlavə edilmiş sxemə) münasibətdə qiymət vermiş, protestdə istinad olunan və zərərçəkmiş və şahid ifadələrinə, eləcə də hadisə yerinin videogörüntüsünə münasibətdə isə təhlil etməmişdir. Halbuki, sözügedən rəyin verilməsində iştirak etmiş yol nəqliyyat eksperti X43 məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, videogörüntüiəriə istintaqın nəticəsi arasında ziddiyyət yoxdur. Tədqiqat zamanı şahid ifadələrinə onun tərəfindən qiymət verilməyib. Həmçinin qeyd edilməlidir ki, məhkəmələr mübahisələndirilən ekspert rəyi ilə razılaşmasalar da, qanunvericiliyin tələbinə əsasən əsaslandırılmış qərar çıxarmamışlar. Belə ki, məhkəmə həmin şahidlərin ifadələrini ona görə rədd etmişdir ki, onlar şahid kimi, yəni müşahidə etdikləri faktlar barədə deyil, mütəxəssis kimi - xüsusi bilik tələb edən məsələlər; avtomobillərin sürətinin nə qədər olması, yol-nəqliyyat hadisəsində sürücülərdən hansının günahkar olması haqqında məlumatlar vermişlər. Lakin, şahidlər Ş6, S6, F6 ifadələri yalnız q eyd olunan məsələlər haqqında mülahizələrdən ibarət olmamışdır. Onlar ifadələrində hadisədən bilavasitə əvvəl “******” markalı avtomobilin öz yolu ilə getdiyini, onun öz yolu ilə hərəkətini davam etdirməsi üçün hər hansı bir maneənin olmadığını gördüklərini, bu şəraitdə “********* " markalı avtomobil ilə qarşıdan sürətlə gələn avtomobilin toqquşduğunu, yəni toqquşmanın məhz “******* ” markalı avtomolin hərəkət zolağında baş verməsi kimi faktlar haqqında da məlumatlar vermiş və məhkəmə bu şəxslərin (X49 zamanı öz avtomobillərində həmin yoldan keçən, “Təhlükəsiz şəhər” xidmətinin kameralarına düşən təsadüfi sürücülərin) cinayət təqibinin nəticələrində maraqlı olduqlarını, yalan ifadələr verdiklərini inandırıcı şəkildə göstərən əsaslar gətirməmişdir. İş materialları ilə müəyyən olunur ki, had isənin təsadüfi şahidi olmuş “************ - 200” markalı ** *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X34, “******** ***** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X39 və “******* ” yük markalı ** *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X14 və hadisə zamanı onun idarə etdiyi avtomobildə olmuş X12 fərqli olaraq bir birini, eləcə də Zərərçəkmiş şəxs və onun idarə etdiyi avtomobildə olmuş E6 tanımamış və onların qarşılıqlı münasibətləri olmamışdır. Bu isə onların hadisə ilə bağlı vermiş olduqları məlumatların qərəzsizliyinə, obyektivliyinə dəlalət etməklə bərabər, məhkəmələrin gəldiyi nəticədən fərqli olaraq, həmin məlumatların və bu məlumatlarla üst-üstə düşdüyündən öz növbəsində Zərərçəkmiş şəxs və E6 ifadələrində göstərdiklərinin özündə işin faktiki hallarını əks etdirməsinə he ç bir şübhə doğurmur. Lakin, mübahisələndirilən yekun qərardan göründüyü kimi, məhkəmə kollegiyası (o cümlədən birinci instansiya məhkəməsi) kifayət qədər əsaslandırma aparmadan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və E6, habelə yuxarıda qeyd olunan şahidlər Ş6, F6 və S6 ifadələrinin həqiqiliyinə və mötəbərliyinə şübhə ilə yanaşıb onları mümkün olmayan sübut kimi qiymətləndirmiş və CPM-nin 125.2-ci maddəsinə istinad etməklə sübut kimi qəbul etməmişdir. Məhkəmə şahid Ş6 hadisənin bilavasitə görmədiyini qeyd etməsinə baxmayaraq həmçinin qəzanın onun avtomobilinin arxa güzgüsündən görməsinin qeyri mümkünlüyü qənaətinə gəlsə də, Şamil Salmanov bütün ifadələrində “****** markalı avtomobilin öz yolu ilə hərəkət etdiyini, hadisənin həmin maşının yolunda baş verdiyini, onun özünün qəza vəziyyəti y arandığdan qəzadan yayınmaq üçün öz avtomobilini yolun sağına çəkərək saxlaması, hadisədən sonra avtomaşınından düşüb qəza yerinə getdikdə hadisənin məhz “*****” avtomobilinin yolunda baş verməsinə dair ifadələrini nəzərə almayaraq yalnız avtomobilin güzgüsündən yol nəqliyyat haidəsinin görünməsinin mümkün olmaması qənaətinə gəlmiş və bu faktın mümkünlüyünün yoxlanılması üçün istintaq eksperimenti keçirməmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı şahid qismində dindirilən X35 ifadəsinə də qiymət verərək bildirmişdir ki, “******* ” markalı avtomobilin “******** ” markalı avtomobilin yoluna sağ və ya sol tərəfdən daxil olmasını qeyd etməmişdir. Belə olan halda məhkəmə kollegiyası X35 idarə etdiyi avtomobilin qarşısında "****** ” markalı avtomobil, həmin avtomobilin də qarşısında “ ***********” markalı avtomobil hərəkət edərkən “********** ” markalı avtomobilin “***********” markalı avtomobilin yoluna çıxmasını uzaq məsafədən, xüsusilə də Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi qarşıda olan təpəciyin arxasından görməsini inandırıcı hesab etməmiş və bu ifadələri ittihamın əsasına qoyulmasını mümkünsüz hesab etmiş, lakin bu xüsusatla əlaqədar Sənan Rzayevi yenidən dindirməmiş, həmçinin eksperiment keçirilməklə baş vermiş hadisənin həmin şəxs tərəfindən görülə bilinib bilinməməsi müəyyən etməmişdir. Əksinə, məhkəmə zərərçəkimiş şəxs qismində dindirilən X8 dostu və sinif yoldaşı X17 F6 xeyrinə vermiş olduğu ifadəsini yəni, F6 “***********” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu, Salyan şosesi, Bibiheybət yolu istiqamətindən Bayraq meydanı istiqamətində 60 km/s sürətlə hərəkətdə olamaları X56 yaxınlaşanda başı telefona qarışmış və bir an başını qaldırıb yola baxanda qarşı əks yoldan gələn “Mazda” markalı avtomobil onların yoluna daxil olduğunu görməsi, “Mazda”nın sürücüsü hadisədən yayınmaq istəsə də, bu alınmamış və avtomobilin sağ tərəfi ilə onların avtomaşının ortasından vurmasına dair vermiş olduğu ifadəsini əsaslı hesab etmiş, hadisədə hər hansı marağı olmayan hadisə zamanı orada olmuş və hadisəni görmüş şahidlərinin, həmçinin zərərçəkmiş şəxsin ifadələrinin qəbul edilən olmamasını qənaətinə gəlmişdir. Burada bir halı da nəzərə almaq lazımdır ki, hadisə anınadəkƏnvər Mirzəyevintelefona başı qarışmışdır. Yalnız qəza anı başını qaldırıb yola baxan şəxsin yol üzrə orentasiyanı, yəni hansı avtomobilin kimin yolunda hərəkətd ə olmasını həmin an üçün müəyyən edilməsi də inandırıcı deyildir. Bununla da məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən etmək yerinə, əksinə hər vəchlə hadisənin məhz “Mazda” markalı avtomobilinin yolunda baş verməsi faktını ikinci plana keçirmiş, iş üzrə hər hansı marağı olmayan şahidlərin ifadələrinin həqiqiliyini və hadisənin məhz “Mazda" markalı avtomobilin yolunda baş verməsini təkzib mövqeyində dayanmışdır ki, məhkəmənin bu mövqeyi də anlaşılan deyildir. Yol-nəqliyyat hadisəsi baş vermiş yolda quraşdırılmış “Təhlükəsiz şəhər” xidmətinin kameraları ilə çəkilmiş video görüntülərdən də məhkəmə kollegiyası ibtidai istintaq orqanının çıxardığı nəticələrdən fərqli nəticələr çıxarmışdır. Lakin, məhkəmə ibtidai istintaq orqanının və özünün müşahidə etdiyi eyni video görüntüdən, o cümlədən avt omobillərin toqquşması ilə əlaqədar toz qalxmasından bilavasitə əvvəl “Mazda-CX9” markalı avtomobilin öz yolu ilə hərəkətdə olması və öz yolunda olarkən də bu avtomobilin tormoz işıqlarının yanmasına baxmayaraq nəyə görə toqquşmanın “***********” markalı avtomobilin zolağında baş verməsini təsdiq etməməsi haqqında nəticə çıxarmış, cinayət təqibi orqanının qiymətləndirməsini qəbul etməmişdir. Yol-nəqliyyat hadisəsinə dair videogörüntüdən F6 ona istinad edilən cinayət əməlində təqsirli olmasının müəyyən edilməməsi barədə məhkəmə kollegiyasının bu mövqeyi əsassızdır. Kassator protestdə göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini, X8 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işini yeni ape llyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə verdikləri kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Rəşad Rəhimovun, zərərçəkmiş şəxsin hüquqi varisi Yelena Simirovanın və kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə dair bəraət almış şəxs F6 və müdafiəçisi Əlizadə Kazımovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti, zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə verdikləri kassasiya şikayəti təmin edilməməli və X8 barəs indəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayə t və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin və kassasiya şikayətinin əsas dəlili X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiya protestinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinin dəlilləri apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası cinayət işin in materiallarındakı sübutlara müracət etməyi lazım bilir. Belə ki, məhkəmə istintaqı zamanı X18ona istinad olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 22 may 2016-cı ildə saat 17:40 radələrində özünə məxsus "***********” minik markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonunda Salyan şosesi, Bibiheybət yolu istiqamətindən "Bayraq meydanı” istiqamətində hərəkətdə olmuş, həmin zaman maşını özü idarə edərkən maşının sürəti 60 km/saat olmuş və təhlükəsizlik kəmərindən də istifadə etmişdir. Qabaq sağ oturacaqda dostu X29 əyləşmişdir. Qeyd etdiyi yolda, X62nin yanında orta qoşa xəttin sağı ilə, yəni öz yolu hərəkət etmiş, həmin zaman qarşında heç bir avtomobil olmamışdır.Yolun solunda isə digər avtomobillər hərəkət etmişlər. O, ö z yolunda 60 km/saat sürətlə hərəkətdə olan zaman, gözləmədiyi anda qara rəngli "******” markalı avtomobil hərəkətdə olduğu əks yoldan onun yoluna çıxmış, hadisədən sovuşa bilməmiş və nəticədə məcburən avtomobilinin qabaq küncü ilə onun maşınının qabaq orta hissələri toqquşmuşdur. Toqquşmadan sonra özünü itirmiş və ayılanda görmüşdür ki, torpaqlıqda onu və dostu Ənvəri yerə uzatmışlar, kənarda isə tanımadığı şəxslər kömək edirlər. Həmin hadisədən bir neçə dəqiqə sonra X65 Şöbəsinin əməkdaşları, habelə X52 işçiləri gəlmiş və onu X53 aparmışlar. Toqquşma onun hərəkət zolağında baş vermişdir və yola da həmin yerdə qırıntılar tökülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, avtomobili özü idarə etmişdir. Hadisə vaxtı bir anlıq o, t əxminən 10-12 metrdən, 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli "***********” markalı avtomobilin onun yoluna sağ tərəfdən daxil olaraq onun avtomobilinin sağ tərəfindən vurmuşdur. O, qəzanın baş verməsinin səbəbkarı "***********” markalı maşının sürücüsü F6ində görmüşdür. Onun ehtimalına görə, "***********” markalı avtomobil öz yolundan çıxaraq, əks yola daxil olmuş və X62 tərəfindən 20-ci Sahə adlanan qəsəbəyə ara yola daxil olmaq istəmişdir. Lakin nədənsə bunu başa çatdırmamış və yenidən öz yoluna qayıtmaq istəyərkən əks yolla gələn onun avtomaşını ilə toqquşmuşdur. O bir daha qeyd edir ki, hadisə onun hərəkət zolağında baş vermişdir. İş materiallarında zərərçəkmiş şəxs və şahid ifadələrindən müəyyən olunur ki, hadisənin bilavasitə iştirakçıları X18 və Zərərçəkmiş şəxs hadisənin məhz onların hərəkət zolağında baş verməsini və təqsirin qarşı tərəfdə olmasını vurğulamışlar. Onların avtomaşınlarında sərnişin qismində olan zərərçəkmiş şəxslər X50 Zərərçəkmiş şəxs, X30 isə F6 xeyrinə ifadələr vermiş və hadisənin onların hərəkət zolağında baş verməsini göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin TŞ xidmədindən çəkilmiş TŞ-1 217 saylı və TŞ-1 216(2) saylı kameranın 22 may 2016-cı il tarixli saat 17:40-dan saat 17:50-dək olan müddət ərzində olan video görüntüyə məhkəmə zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, 22 may 2016-cı il tarixdə saat 17:42:23 saniyədə Zərərçəkmiş şəxs idarə etdiyi ** *** dövlət qeydiyyat nişanlı "***********” minik markalı avtomaşın Səbail rayonu, Salyan şosesi, Bibiheybət qəsəbəsi istiqamətində orta qoşa xəttin s ağı ilə hərəkət edən zaman X22 birinci zolaqla Zərərçəkmiş şəxs sağı ilə idarə etdiyi "********” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşını ötüb keçir və təxminən bir korpus qabaqda olarkən saat 17:42:26 saniyədə " ***********” markalı avtomaşının qarşısından toz qalxır və daha heç nə görünmür. Bundan başqa iş materiallarında olan 22 may 2016-cı il tarixdə müstəntiq A6 tərəfindən tərtib olunmuş protokola əsasən, 22 may 2016-cı il tarixdə saat 17:55-də X49 barədə məlumat alınmış, hal şahidləri X44 və X25 iştirakı ilə X49 yeri olan Səbail rayonu, Salyan şosesində baxış keçirilmişdir. Baxış 22 may 2016-cı il tarixdə saat 18:10 başlamış və 22 may 2016-cı il tarixdə saat 18:40-da qurtarmışdır. Yol örtüyünün növü, vəziyyəti, eni, hərəkət zolağının sayı, hərəkət hissəsinin eni, hərəkə t hissəsinə soldan və sağdan birləşmələri qeyd edilərək, hadisə yerində izlərin aşkar olunmadığı və xüsusi qeydlərin olmamasını qeyd edilmişdir. İş materiallarında olan 22 may 2016-cı il tarixdə 18:05-18:35-dəq müddətində tərtib edilməsi qeyd olunan "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemdən görünür ki, hadisə yerinin sxemi, ölçülər, toqquşmuş nəqliyyat vasitələrinin yerləşməsi əks olunmuş və müstəntiq Anar Miralayevin, habelə "hal şahidləri” və "iştirakçı”nın imzaları ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, hadisə yerində hadisə baş verdikdən sonra qəzaya uğramış nəqliyyat vasitələrinin fotoşəkilləri iş materiallarına əlavə edilsə də, buna dair istintaq hərəkətini əks etdirən protokolda xüsusi qeyd aparılmamışdır. Birinci instansiya məhkəməsində şahid q ismində dindirilən, 22 may 2016-cı il tarixli yerli baxış protokolunda hal şahidi kimi qeyd olunan X44 və X40 bildirmişlər ki, 22 may 2016-cı ildə baş vermiş hər hansı bir yol-nəqliyyat hadisəsinin şahidi olmamış, heç bir protokolu imzalamamışlar. Göründüyü kimi ittihamın əsas sübutlarından biri olan "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sənədi qanunsuz tərtib edilmiş, protokolda göstərilən hal şahidləri “baxış”da iştirak etməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən müstəntiq X23 ifadə verərək bildirmişdir ki, hadisə yerinin sxemini və hadisə yerinə baxış protokolunu iki nəfər hal şahidinin iştirakı ilə tərtib etmiş, şəxsiyyət vəsiqələri üzərlərində olmamış, onları kim olduğunu bilməmiş və bunlar yoldan keçən şəxslər olmuşlar. Yoldan keçən şəxslər özləri barədə hansı məlumatı veribsə həmin məlumatı da hadisə yerinin sxeminə və hadisə yerinə baxış protokoluna daxil etmişdir. Qəbul edir ki, "baxış protokolu”nu tam doldurmadan və iştirakçıların şəxsiyyət vəsiqələri olmadan onların iştirakını qəbul etmək, hüquq və vəzifələri barədə qeydləri protokola daxil etməmək səhvidir. Hadisə yerinə gəldikdə burada təkər izləri qalmamış, sadəcə yağ tökülmüş, toqquşma yeri torpaq tökülən yer olmuş, həmin yer də müəyyən edilməklə, protokolda öz əksini tapmışdır. Hadisə yeri yağ və benzin tökülən yer deyil, toz tökülən yer olmuşdur. Faktiki olaraq, avtomaşınlara cərimə meydançasında baxış keçirilmiş, burada da baxış keçirəndə hal şahidlərinin iştirakı olmamış, baxışı sürücü ilə birlikdə keçirmişdir. Maşınların saz vəziyyətdə olmasını sürücülərin öz i fadəsinə əsasən müəyyən etmişdir. İzlər aydın olmadığı üçün protokolda yazılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “hadisə yerinə baxış” protokolu və yuxarıda qeyd olunan ziddiyətli ifadələr əsasında təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 iyul 2016-cı il tarixli 12128 saylı rəyinə əsasən "***********” markalı, ******** dövlət qeydiyyat nişanlı və "***********” ** *** dövlət qeydiyyat nişanlı avtomobillərin zədələri rəyin tədqiqi hissəsində təsvir olunmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma "***********” markalı, ** *** dövlət qeydiyyat nişanlı və "***********” ******** dövlət qeydiyyat nişanlı avtomobillərin qabaq sağ hissələri arasınd a təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Nəqliyyat vasitələri üzərində olan əziklərin xarakteri, yerləşmə sahələri, deformasiyaların istiqamətləri və sahələri nəzərə alınmaqla ilkin kontakt anında "***********” markalı, ** *** dövlət qeydiyyat nişanlı və "***********” ** *** dövlət qeydiyyat nişanlı avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətləri müəyyən edilir. İlkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətlərindən belə məlum olur "***********” markalı, ******** dövlət qeydiyyat nişanlı və "***********” ** *** dövlət qeydiyyat nişanlı avtomobilin arasında ilkin kontakt anında toqquşma nəqliyyat vasitələrinin qabaq sağ hissələri arasında təxminən 510 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən göstərilmişdir ki, sürücü Zərərçəkmiş şəxs "** **** ” markalı avtomobili 1.3 üfüqi nişanlanma xəttinin sağı ilə, yəni ikinci zolaqla 50-60 km/saat sürətlə hərəkət etdirərkən qarşıdan əks istiqamətdə 8090 km/saat sürətlə hərəkətdə olan "***********” markalı avtomobilin sürücüsü F6in ötmə əməliyyatı aparmaq üçün hərəkət hissəsini əks istiqamətli nəqliyyat axımlarına ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək onun hərəkət yoluna çıxmış və nəqliyyat vasitələri qabaq sağ hissələr ilə "******* ” markalı avtomobilin hərəkət yolunda, həmin avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin sağ kənarından 6.2 metr, 1.3 üfüqi nişanlanma xəttindən 0.8 metrlik məsafədə toqquşmuşlar. Hər iki nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. "***********” markalı avtomobildə 2 nəfər, *********** markalı avtomobildə isə 1 nəfər sə rnişin olmuşdur. "***********” markalı avtomobilin Zərərçəkmiş şəxs hərəkəti üçün təhlükə "***********” markalı avtomobil 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək onun hərəkət yoluna daxil olduğu andan yaranmışdır və həmin andan toqquşma yerinə kimi "***********” markalı avtomobil 10-12 metr məsafə qət etmişdir. İş materiallarında olan 23 may 2016-cı il tarixli "Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan göründüyü kimi, Səbail Rayon Polis İdarəsinin İŞ müstəntiqi, polis kapitanı X3 Zərərçəkmiş şəxs iştirakı ilə "***********” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirmiş, baxış "toqquşma” ilə əlaqədar aparılmış, xarici zədələrin mövcudluğu göstərilmiş, zədələnmiş hissələr sadalanmış və "toqquşmadan əvvəl texniki cəhətdən saz vəziyyətdə olması” barədə qeyd edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.7-ci maddəsinə əsasən, protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.8-ci maddəsinə əsasən, baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, həm birinci, həm də apellyasi ya məhkəmələri düzgün olaraq o qənaətə gəlmişdir ki, ittihamedici sübut növünün əldə olunması, rəsmiləşməsi, iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi mərhələsində cinayət prosessual qanunvericiliyin tələbləri ümumiyyətlə nəzərə alınmamış, müstəntiq Anar Miralayev Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236-ci maddəsində nəzərdə tutulmuş qaydadan kənar sərbəst qaydada rəsmiləşmə aparmış, protokolda əks edilən zaman rejimində mübahisəli protokol tərtib olunmamış və iştirak etməli olan şəxslərin iştirakı formal göstərilərək, istintaq hərəkətinin keçirilməsini əks etdirən və sübut növü kimi təqdim edilən protokollar şəxsiyyətləri müəyyən olunmayan vətəndaşlar tərəfindən imza edilmişdir. Bununla yanaşı, "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemdə eyni qaydada, yəni göstərilən vaxt rejimində və iştirak etməli olan şəxslərin faktiki iştirakları olmadan tərtib edilmiş, hadisə yeri üzrə faktiki hallar müstəntiq Anar Miralayevin mülahizəsi ilə bir tərəfli qaydada müəyyən olunmuşdur. Bununla bərabər, hadisə yerinin fotoşəkilləri iş materiallarına əlavə edilsə də, bunların mənbəyi barədə məlumat əldə etmək mümkün olmamış və mötəbərliyi şübhə doğurmuşdur. Hökmlə əsasən 22 may 2016-cı il tarixdə saat 17 radələrində Səbail rayonu, Salyan Şosesi, Bibiheybət qəsəbəsi istiqamətindən "Bayraq meydanı” istiqamətində X8 idarə etdiyi "*********** ” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşın 20-ci yaşayış sahədə yerləşən "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 118 saylı yarımstansiyanın yaxınlığında, Bibiheybət qəsəbəsi istiqamətində sağda hər əkətdə olan digər sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "*********** minik” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə, "*********** minik” markalı avtomaşında olan sərnişin X13 aldığı sağlamlığa ağır zərər vuran xəsarətlər nəticəsində ölmüş, həmin maşında olan digər sərnişin X7 az ağır zərər vurmaya aid, bu avtomaşını idarə edən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən, "***********” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşının sərnişini X29 isə sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Cinayət işinin icraatını aparan müstəntiq X23 22 may 2016-cı il tarixli hadisə ilə əlaqədar hadisə yerinin sxemini və hadisə yerinə baxış protokolunu qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirməmiş, hadisəyə aidiyyəti olmayan şəxsləri had isə yerinə baxış protokoluna və hadisə yerinin sxeminə daxil etmiş, maşınların saz vəziyyətdə olması, onların surət hədləri sürücülərin öz ifadəsinə əsasən müəyyən etmiş, protokol real zaman rejimində deyil hadisədən bir neçə gün keçdikdən sonra cərimə meydançasında avtomaşınlara baxış keçirilərək bir tərəfli qaydada tərtib edilmişdir. Həmçinin hökmdən görünür ki, məhkəmə 22 may 2016-cı il tarixli "X49 yerinə baxış keçirilməsi” protokolu, eyni tarixli "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemini, məhkəmə avtotexniki, məhkəmə trosoloji ekspertiza rəylərini, zərərçəkmiş şəxslərin və şahid ifadələri isə hissəvi mümkün olmayan sübut kimi qiymətləndirmiş və Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən, sadalanan sübutları bütövlükdə sübut kimi qəbul edilə bilməsinin mümkünsüzlüyü səbəbindən əhəmiyyətsiz hesab etmişdir. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarına zidd qaydada (və ya onların pozulması) ilə rəsmiləşdirilən sübutlar etibarsız hesab olunmalı və əhəmiyyətsiz sayılmalıdır. Sübutların etibarsızlığı sübutetmə prosesində həmin sübutların qəbul olunmasının yolverilməzliyini ehtiva edir. Dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X39 hər iki instansiyada eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 22 may 2016-cı il tarixdə özünə məxsus olan "BMW” markalı ** AA *** dövlət nömrə nişanlı avtomaşınla Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində hərəkət edərkən ondan 4-5 m-lik məsafədə "*****” markalı maşın hərəkətdə olmuş, onun bir saniyəlik fikri yayınmışdır. Anidən fikri yayındığından, bir də görmüşdür ki, toz qalxmış və konkret olaraq toqquşma anını görməmişdir. Tez maşını sağa çəkib saxlamış, bundan sonra bir nəfəri yola uzandırdıqlarını və ilkin tibbi yardım göstərdiklərini görmüş, daha sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerində olan şahid X5 məhkəmə iclasında ifadə verərək əvvəlki ifadələrində qeyd etdiyi kimi göstərmişdir ki, 22 may 2016-cı ildə saat təxminən 17:40 radələrində özünə məxsus olan "*********** ” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşınla Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində saat təxminən 17:40 radələrində orta qoşa xətdən sağda ikinci yolla hərəkət edərkən qarşında heç bir maşın hərəkət etməmiş, ondan azacıq arxada, orta qoşa xəttin sağı ilə birinci yolla Bibiheybət istiqamətində qara rəngli "***** ” markalı maşı n hərəkət etmişdir. O, hərəkətdə olan zaman qarşı əks yoldan, yəni Salyan yolu, Bayraq meydanı istiqamətində təxminən 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli "***********” markalı maşın ötmə əməliyyatını həyata keçirib qarşısından əks yolda olan dövlət nömrə nişanını bilmədiyi təxminən iki maşının solundan keçib onun hərəkətdə olduğu yola daxil olmuşdur. Hadisədən sovuşmaq üçün öz avtomobilini yolun sağına tərəfə çəkmiş, lakin həmin "***********” markalı maşın isə onun yoluna daxil olduğundan ondan arxada hərəkət edən qara rəngli "Mazda” markalı maşınla orta qoşa xəttin sağında, yəni həmin "****” markalı maşının hərəkət etdiyi yolunda orta qoşa xəttin yanında toqquşmuşdur. Toqquşma anı ondan bir az arxada baş verdiyindən bilavasitə hadisəni görməmişdir. Qara rəngli "***********” m arkalı maşından öz maşınını qaçırtmış, maşınını sağa çəksə də sol yan güzgüdən görmüşdür ki, "***********” markalı maşın "*****” markalı maşını sonuncunun öz yolunda, yəni orta qoşa xəttin sağında vurmuşdur. "****” markalı maşında xəsarət alan şəxsləri, həmçinin də «***********» markalı maşında xəsarət alan şəxsləri maşından düşürüb yerə uzadaraq yardım göstərilmiş, hadisədən bir neçə dəqiqə keçməmiş, hadisə yerinə X65 Şöbəsinin əməkdaşları, həm də X52 işçiləri gəlmişlər. Lakin, Azərbaycan Respublikası DİN-nin TŞ xidmədindən çəkilmiş TŞ-1 217 saylı və TŞ-1 216(2) saylı kameranın 22 may 2016-cı il tarixli saat 17:40-dan saat 17:50-dək olan müddət ərzində olan videogörüntüyə apellyasiya araşdırmaları zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, 22 may 2016-cı il tarixdə saat 17:42:23 sa niyədə Zərərçəkmiş şəxs idarə etdiyi ** *** dövlət qeydiyyat nişanlı "***********” minik markalı avtomaşın Səbail rayonu, Salyan şosesi, Bibiheybət qəsəbəsi istiqamətində orta qoşa xəttin sağı ilə hərəkət edən zaman X22 birinci zolaqla Zərərçəkmiş şəxs sağı ilə idarə etdiyi "********” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşını ötüb keçir və təxminən bir korpus qabaqda olarkən saat 17:42:26 saniyədə" ***********” markalı avtomaşının qarşısından toz qalxır və daha heç nə görünmür. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, videogörüntüyə əsasən hadisə baş verən zaman X22 idarə etdiyi "********” minik markalı avtomaşın artıq arxada idi və sonuncunun sürücüsü Ş6 hadisənin baş verməsini arxa güzgüdən görə bilməzdi. Qeyd edilməlidir ki, məhkəmənin qənaəti əsaslıdır. Məhkəmə iclas proto liundan görünür ki, apellyasiya məhkəmə baxışı zamanı şahid X34 da ifadəsində olan bu ziddiyyəti izah edə bilməmişdir. Eyni zamanda apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəlki ifadələrindən fərqli olaraq X8 onun yoluna 10-12 metr məsafədən iki avtomaşını ötüb keçərək sol tərəfdən daxil olması yox, sağ tərəfdən daxil olması kimi verdiyi ifadələrindəki ziddiyyəti izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, ittiham tərəfi ittiham mövqeyini zərər çəkmiş şəxslər X38, X16, Zərərçəkmiş şəxs ifadələri, Zərərçəkmiş şəxs ilə X18 arasında keçirilmiş üzləşmə istintaq hərəkəti, şahid ifadələri, məhkəmə tibbi, məhkəmə yol nəqliyyat hadisələri və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyləri, Təhlükəsiz Şəhər Xidmətinin TŞ-1 217 saylı ka merasının 22 may 2016-cı il tarixli videogörüntü və ittiham tərəfinin vəsatəti əsasında əlavə dəvət edilmiş şahid X26 ifadəsi ilə sübut etməyə çalışmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi əsaslı olaraq belə qənaətə gəlmişdir ki, 22 may 2016-cı il tarixdə saat 17 radələrində Səbail rayonu, Salyan Şosesi, Bibiheybət qəsəbəsi istiqamətindən "Bayraq meydanı” istiqamətində X8 idarə etdiyi "*********** minik” markalı ** ** dövlət qeydiyyat nişanlı avtomaşın 20-ci yaşayış sahədə yerləşən "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 118 saylı yarımstansiyanın yaxınlığında, Bibiheybət qəsəbəsi istiqamətində sağda hərəkətdə olan digər sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "*********** minik” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə, "***** ****** minik” markalı avtomaşında olan sərnişin X13 aldığı sağlamlığa ağır zərər vuran xəsarətlər nəticəsində ölmüş, həmin maşında olan digər sərnişin X7 az ağır zərər vurmaya aid, bu avtomaşını idarə edən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən, "***********” minik markalı ***** dövlət nömrə nişanlı avtomaşının sərnişini X29 isə sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Cinayət işinin icraatını aparan müstəntiq X23 22 may 2016-cı il tarixli hadisə ilə əlaqədar hadisə yerinin sxemini və hadisə yerinə baxış protokolunu qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirməmiş, hadisəyə aidiyyəti olmayan şəxsləri hadisə yerinə baxış protokoluna və hadisə yerinin sxeminə daxil etmiş, maşınların saz vəziyyətdə olması, onların surət hədləri sürücülərin öz ifadəsinə əsasən müəyyən etmiş, protokol real zaman rejimində deyil hadisədən bir neçə gün keçdikdən sonra cərimə meydançasında avtomaşınlara baxış keçirilərək bir tərəfli qaydada tərtib edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, işin ibtidai istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, hadisə yerinin müayinəsi çox səthi aparılmış, sübutlar qanun pozuntusu ilə toplanmış, F6 qarşı irəli sürülmüş ittiham təsdiqedici mötəbər sübutlara deyil, mülahizələrə əsaslanmış, istintaq araşdırmaları zamanı "ədalətli balans” təmin olunmamış və cinayət təqibinə məruz qalmış şəxsin hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, belə qanun pozuntuları ilə aparılmış istintaq nəticəsində ittiham olunan şəxsə bəraət verilməsinin əsaslılı ğı heş bir şübhə doğurmur. Məhkəmə kollegiyası o xüsusatı da qeyd edir ki, apellyasiya məhkəməsi ittiham orqanı tərəfindən sübut kimi istinad olunan şahidlərin ifadələrini hansı səbəbdən mötəbər sübut kimi qəbul etməməsini əsaslandırmışdır. Belə ki, apellyasiya məhkəməsi zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinə qiymət verərək göstərmişdir ki, ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Namiq Məmmədovun sədrliyi və məruzəsi ilə keçirilən apellyasiya baxışı zamanı məhkəmə iclasında ifadəsində o, hərəkətdə olan zaman qarşı əks yolda, yəni orta qoşa xətdən solda, Bibiheybət yolu istiqamətindən Bayraq meydanı istiqamətində hərəkət edən 2 ədəd markasını və dövlət qeydiyyat nişanı bilmədiyi qara rən gli sedan markalı avtomobillərin dalbadal gəldiklərini görməsini və həmin maşınların arxasından təxminən 10-12 metrdən, 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli "***********” markalı avtomobil ötmə əməliyyatını edərək onun yoluna daxil olaraq düz üstünə gəlməsini, onun qarşısındakı avtomobili vurmamaq üçün onun yoluna çıxmasını və o, hadisədən sovuşmaq üçün əyləci basaraq, siqnaldan istifadə edib maşını sola çəkmək istəsə də, hadisədən heç cür sovuşa bilməməsini, nəticədə həmin "***********” markalı avtomobilin qabaq sağ tərəfi ilə onun avtomobilinin qabaq sağ tərəfinin toqquşmasını qeyd etmişdir. Lakin hazırki apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsinin ona hətta məhkəmə tərkibi və proses iştirakçıları tərəfindən dəqiqləşdirici suallar verilməsinə baxmayaraq onun əvvəlki apellyasiya məhkəməsində verdiyi ifadələri ilə hazırki cinayət işi üzrə verdiyi ifadələr ziddiyyət təşkil edir. Belə ki, o, ifadə verərək təxminən 10-12 metrdən, 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli "***********” markalı avtomobil ötmə əməliyyatı edərək onun yoluna sol tərəfdən deyil sağ tərəfdən daxil olmasını bildirmiş və ehtimal etmişdir ki, "***********” markalı avtomobil ordan X56 yaxınlaşanda 20-ci Sahəyə gedən yolla onun getdiyi yolu birləşdirdirən yola tərəf dönmək istəmiş, lakin dönə bilməmişdir. Bundan əlavə o, "********” minik markalı avtomobili ötmə əməliyyatı həyata keçirərək ondan sağ tərəfdə irəlidə getdiyini bildirmiş, ilk öncə yoluna sonra yoluna çıxdığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni ittihamı təsdiq edən sübut kimi qəbul olunmasını mümkün saymır. Məhkəmə şahid X22 ifadəsinə qiymət verərək qeyd etmişdir ki, "********” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X34 ifadəsində göstərir ki, idarə etdiyi avtomaşının sol yan güzgüsündən görmüşdür ki, "***********” markalı maşın "********** ” markalı maşını öz yolunda, yəni orta qoşa xəttin sağında vurmuşdur. Lakin yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinə dair videogörüntüyə baxış keçirilən zaman "********* ” minik markalı ** *** dövlət nömrə nişanlı avtomaşının hadisə baş verən yerdən arxada olduğu, "*********** minik” markalı avtomaşının onu ötüb keçdikdən sonra hadisənin baş verdiyi müəyyən olunur. Belə olan halda, "********* ” minik markalı avtomobilin sürücüsünün sol yan güzgüdən arxada baş verə n hadisəni görməsi mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası şahid X22 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni ittihamı təsdiq edən sübut kimi qəbul olunmasını mümkün saymır. Məhkəmə şahid qismində dindirilən X35 ifadəsinə qiymət verərək göstərmişdir ki, şahid göstərmişdir ki, "********* ” yük markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində orta qoşa xətdən sağda birinci yolla hərəkət etmiş, orta qoşa xəttin sağı ilə hərəkət edən zaman qarşısında boz rəngli "***** ” markalı avtomobil hərəkət etmiş, həmin avtomobilin də qarşısında qara rəngli "***********” markalı avtomobil öz yolu ilə hərəkət etmiş, o, öz yolu ilə hərəkət edəndə görmüşdür ki, qarşı əks yoldan, yəni orta qoşa xətdən solda olan o nların hərəkətdə olduğu yola qara rəngli "***********” markalı avtomobilin onların yoluna daxil olmuş, sonra onların yolu ilə əks tərəfə hərəkət etməyə başlamış, həmin zaman da qeyd etdiyi qara rəngli "***********” minik markalı avtomobilin üzərinə "*********** markalı avtomobil gəlmiş, nəticədə "***********” markalı avtomobil qara rəngli "***********” markalı avtomobilin qabaq hissəsindən öz yolunda, yəni orta qoşa xəttin sağında vurmuşdur. X24 ifadəsində "***********” markalı avtomobilin "***********” markalı avtomobilin yoluna sağ və ya sol tərəfdən daxil olmasını qeyd etməmişdir. Belə olan halda məhkəmə kollegiyası X35 idarə etdiyi avtomobilin qarşısında "*****” markalı avtomobil, həmin avtomobilin də qarşısında "***********” markalı avtomobil hərəkət edərkən "***********” markalı avto mobilin "***********” markalı avtomobilin yoluna çıxmasını uzaq məsafədən, xüsusilə də Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi qarşıda olan təpəciyin arxasından görməsini inandırıcı hesab etmir və bu ifadələri ittihamın əsasına qoyulmasını mümkünsüz hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər X22 və X35 ifadələrinə verdiyi hüquqi qiymətlə əsaslı olduğu üçün razılaşır və qeyd edir ki, məhkəmənin ifadələr verdiyi qiymət cinayət işinin materiallarındakı sübutlarla uyğunluq təşkil edir. Məhkəmə kollegiyası protestin və şikayətin “apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməməsi” barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya məhkəməsinin qəra rından müəyyən edilir ki, məhkəmə qərarında göstərmişdir ki, “ Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 11 iyul 2016-cı il tarixli 12128 saylı rəyini tədqiq etmiş, ekspertizasının keçirilməsi üçün əsas olmuş 22.05.2016-cı il tarixli "X49 yerinə baxış keçirilməsi” protokolu və eyni tarixli "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemi prosessual qanunvericiliyin tələblətinə uyğun olmayaraq tərtib edilməsi qənaətinə gələrək həmin sübutları etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 22 may 2016-cı il tarixli "X49 yerinə baxış keçirilməsi” protokolu və eyni tarixli "X49 yerinə baxış keçirilməsi haqq ında protokola əlavə” sxemi prosessual qanunvericiliyin tələblətinə uyğun olmayaraq tərtib edilməsi qənaətinə gələrək həmin sübutları etibarsız hesab etməsi barədə qənaətini əsaslı hesab edərək belə hesab edir ki, iş üzrə birinci intansiya məhkəməsi tərəfindən təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün düzgün olaraq yeni bir halın müəyyən edilməsi mümkün olmamış, apellyasiya instansiya məhkəməsində də, təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün hər hansı bir yeni hal müəyyən edilməmişdir”. Kollegiya məhkəmənin təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməməsi barədə gəldiyi nəticəni məntiqli və əsaslı hesab edir və qeyd edir ki, təkrar ekspertiza keçirilməsinə rəvac verə biləcək 22.05.2016-cı il tarixli "X49 ye rinə baxış keçirilməsi” protokol və eyni tarixli "X49 yerinə baxış keçirilməsi haqqında protokola əlavə” sxemi prosessual qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib edildiyindən tam əsaslı olaraq etibarsız hesab edilmişdir. Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün isə yeni hal müəyyən edilməlidir. Belə bir hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzər inə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında haqlı olaraq vurğulamışdır ki, F6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyatı təqsiri sübuta yetirilməsi üçün kifayət edəcək sübutlar müəyyən olumamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə həm birinci instansiya məhəkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə topla nmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, X8 cinayətin törədilməsinə aidiyyatı sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmışlar. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorların dəlillərini təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, apellyasiya instansiyası məhkəməsinin X18 haqqındakı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan məhkəmələr sübut ları məhkum CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi və sübutların hansı səbəbdən sübut kimi qəbul edilməməsinin səbəblərini məhkəmə qərarlarında əsaslı dəlillərlə şərh etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, tərəflərə bərabər şərait yaradılmış, hər bir tərəfin məhkəməyə təqdim etdiyi sübutlar yoxlanılmış və mötəbər sübutlara söykənən qanuni və əsaslı qərar qəbul edilmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı, birinci instansiyası məhkəməsinin hökmünün və apellyasiya instansiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissələrindəki sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir fakta və sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X8 barəsindəki 08 noyabr 2019-cu i l tarixli qərarı kassasiya protestinə, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə bəraət verilmiş X10 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-465/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-465/2020
17.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver