Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-465/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 16 avqust 2021-ci il tarixli, 1(101)984/2021 nömrəli hökmü ilə xx xxxxx 1993-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin böyük mütəxəssisi- operatoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə müvəqqəti yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqs irli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə isə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 2018-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayının 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin Məhkəmənin hakimi X5 icraatında X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin CM-in daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisi Şahid7 2019-cu ili n dekabr ayının əvvəllərində özünə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini Şahid7 yalandan bildirməklə onu inandıraraq, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla Şahid7 bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayı ərzində Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbə yov küçəsində yerləşən Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında Şahid7 iki dəfə olmaqla, birinci dəfə 4.500 (dörd min beş yüz) manat, ikinci dəfə isə 5.500 (beş min beş yüz) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid7 vahid niyyətlə təhrik etmiş, bundan sonra, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Ceyhun Əliyev CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və Şahid7 10.000 (on min) manat məbləğində pul vəsaitini geri qaytarmasını özündən təkidli şəkildə tələb etməsindən sonra ələ keçirdiyi göstərilən məbləğdə pul vəsaitini özü barəsində hüquq- mühafizə orqanlarına şikayət edilməsinin qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla sonuncuya qaytarıb, guya həmin məsələnin özündən asılı olmayan səbəbdən alınmamasını, həmin məsələni apellyasiya instansiyasında müsbət həll etmək imkanına malik olduğunu eyni, yəni qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əml akını ələ keçirmək məqsədilə Ceyhun Əliyevin qohumları, o cümlədən, qardaşı Şahid6 bildirib, həmçinin, guya özünün Bakı Apellyasiya Məhkəməsinin yüksək vəzifəli şəxsləri ilə də etibarlı əlaqələrinin olmasını sonuncuya yalandan deyib, Ceyhun Əliyevin barəsində olan cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünün cəzanın həddinə dair hissədə yüngülləşdirilməklə dəyişdirilməsini həmin əlaqələri vasitəsilə həll edəcəyini Şahid6 yalandan vəd verib, həmin məhkəmənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla bildirərək, Bakı Apellyasiya Məhkəməsində özünün vəd etdiyi qa ydada qərar çıxdığı təqdirdə Şahid6 həmin məbləğdə pul vəsaitini almaq məqsədilə guya 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini özünün qabaqcadan həmin səlahiyyətli vəzifəli şəxsə verəcəyini, qərar çıxdıqdan sonra həmin pulu ondan götürəcəyini Şahid6 yalandan bildirib, sonuncu ilə həmin şərtlərlə razılaşmaqla sövdələşmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü dəyişdirilməməklə qüvvədə saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini Şahid6 ala bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X3 icraatında X4 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1, 228.4-cü maddələri, X7 həmin Məcəllənin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə və qeyrilərinin təqsirləndirilmələrinə dair məhkəmə baxışında olan cinayət işi üzrə Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncuların atası Şahid1 2020-ci ilin may ayında özünə istintaqa məlum olmayan ünvanda etdiyi müraciətlə əlaqədar məhkəmənin yüksək vəzifəli şəxsləri ilə əlaqələrinin olmasını sonuncuya yalandan bildirib köməklik göstərəcəyinə inandıraraq həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyd edilən təqsirləndirilən şəxslərin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin r üşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may-noyabr ayları ərzində Şahid1 ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında 30.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsində yerləşən Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında 10.000 manat, ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 20.000 manat, Bakı şəhəri, Binəqədi rayonu ərazisində 12.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsində isə 8.000 manat olmaqla, ümumilikdə 80.000 (səksən min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 80.000 (səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyd edilən təqsirləndirilən şəxslərin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 02 noyabr 2021-ci il tarixli 1(103)-1616/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun CM-in 178.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin həmin Məcəllənin 178.2-ci maddəsinə tövsif olunması, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinməsi haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və kassasiya şikayətinə əlavələrdə isə dəymiş ziyanın ödənildiyi üçün təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qərəzli, əsassız, qanunsuz, birtərəfli, subyektivdir, tərəf lərin bərabərlik hüququnun və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkum həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı hər hansı sübut olmadan, sadəcə zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının ifadələrinə əsaslanmaqla, məhkəmə tərəfindən təqsirli elan edilmiş və törətdiyi əmələ mütənasib olmayan cəza aldığını qeyd etmişdir. Belə ki, məhkumun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması özü cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması faktı olmuşdur və əslində məhkəmə işi ibtidai istintaqa rəhbərlik edən prokurora qaytarmaqla, cinayət işinə xitam verilməli idi. Məhkum birinci instansiya məhkəməsi tərəfindən onun barəsində qüvvədə olan qanunvericiliyin tələblərinin tətbiq olunmalı olduğunu bildirmişdir. Beləlikl ə, Azərbaycan Respublikası CPM-in 303.3.1, 303.3.3 və 303.3.8-ci maddələrində göstərilən hallar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkumun cinayət-prosessual hüquqları kobud və sistematik şəkildə pozulmuşdur. Məhkum həmçinin özünün Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olduğu və törətdiyi əməllə həmin məhkəmənin hakimlərinin imicinə zərər vurduğunu əsas götürərək, onun işinə müvafiq məhkəmə tərəfindən obyektiv şəkildə baxılmasının mümkünsüzlüyünü vurğulamışdır. Bakı Apellyasiya Məhkəməsi isə elə formal olaraq birinci instansiya məhkəməsinin hökmünü təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə baxışı zamanı və apellyasiya şikayəti verilərkən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, cinayət qanunun norması dü zgün tətbiq edilməmiş, apellyasiya instansiya məhkəməsinin təsdiq etdiyi cəza sərtliyinə görə məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Məhkum kassasiya şikayətinə əlavələrdə qeyd edir ki, onun tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş, onların məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhk um kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin hallarının və sübutların qanunla müəyyən edilmiş qaydada araşdırılmaması nəticəsində o, əsassız olaraq məhkum olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə topl anmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun g əldikdə. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündə göstərilən hallarda dələduzluq cinayət əməllərinin törətməsi onun özünün ifadələri ilə yanaşı şahidlərin ifadələri, o cümlədən barəsində dələduzluq əməlləri törədilmiş şəxslərin ifadələri ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlar əsasında məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkumun əməllərinin CM-in 178.3.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 32.4,312.2-ci maddəsi ilə tövsi f edilməsi ilə əlaqədar qeyd edir ki, məhkəmələrin bu mövqeyi “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında verilmiş izahlara uyğun gəlir. Belə ki, həmin qərarın 36-cı bəndində qeyd edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Bund an başqa, cinayət işinin materiallarında görünür ki, Məhkum dələduzluq əməlləri nəticəsində Şahid7 10000 (on min) manat, Şahid1 (Şahid2 atası) 80000 (səksən min) manat miqdarında ziyan vurulmuşdur. Ona görə də məhkəmələr tərəfindən onun əməlinin həm təkrar, həm də külli miqdarında ziyan vurmaqla törədilmiş dələduzluq kimi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı və qanuna müvafiq olmuşdur. Beləliklə, məhkəmələrin məhkumun əməllərin tövsifi ilə əlaqədar gəldiyi nəticələr işin hallarına və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticələri ilə razılaşır və kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab etmir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq za manı Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsi ilə nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmiş, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması isə CPM-in 109-cu maddəsinin tələblərinə zidd olmuş, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi cinayət işinin baxılmasına xitam verilməsi barədə qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası məhkumun bu dəlilləri əsaslı hesab etmir. Belə ki, məhkum İ.E.Xələfsadə Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsi ilə nəzərdə tutulmuş kobud qanun pozuntularının konkret olaraq nədə ifadə olunması göstərməmiş, cinayət işinin materiallarından isə belə pozuntulara yol verilməsi müəyyən olunmur. Həmçinin hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasına mane edən Azərbaycan Respublikası CPM-in 109-cü maddə si ilə nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzasının əsaslılığı ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsi nə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən birinə - Şahid6 vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışlar. İşə kassasiya qaydasında baxılarkən Şahid2 və Şahid1 notarial qaydada təsdiq olunmuş ərizələr verərək, onların hər birinə dəymiş maddi ziyan məhkum tərəfindən tamam ilə ödənildiyini bildirmişlər. Dələduzluq cinayətlərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar aldatma yolu ilə əmlakını talamaqla mülkiyyət münasibətlərinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi dələduzluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən dələduzluq yolu ilə talanmış əmlakın dəyərinin könüllü olaraq ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır və bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalır. Bu növ cinayətlərin xarakteri nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş m addi zərərin könüllü olaraq tamamilə ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması məhkumun həm də əməlindən peşman olub artıq islah yoluna düşməsini də göstərir. Məhkum əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü çıxarıldığı vaxt Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 312.2 maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəym iş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.13cü maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən, yalnız cəzaya aid hissəsində təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərar ı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(101)-984/2021 nömrəli hökmü ilə CM-in 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzaları qismən toplamaqla və əlavə cəzanı isə tam birləşdirməklə Məhkum qəti olaraq 2 (iki) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərarın qalan hissəsi dəyidirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-465/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-465/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver