Məhkəmə qərarları › İş №1(102)-466/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-466/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-466/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın oğlu Əhmədovun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 y anvar 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin (hakim M.Ə.Qasımov) 17 oktyabr 2017-ci il tarixli hökmü ilə 06 iyul 1978-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 azyaşlı uşağı olan, 2-ci qrup əlil, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1, 234.1, 67.1-ci maddələri ilə 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə və 9 ay 24 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmiş, 30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarı ilə əsas cəzasının qala n hissəsindən və 5000 manat cərimə cəzasından azad edilmiş, bundan başqa hökm üzrə onun 9 ay 24 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi hissəsi də icra olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 29.06.2017-ci il tarixdən 01.07.2017-ci il tarixədək həbsdə qaldığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 oktyabr 2017-ci tarixdən hesablanmışdır. İşin halları: Birinci in stansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib üzərində saxlamış və 2017-ci il iyunun 29-da Salyan RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan şəhəri ərazisində, yaşadığı küçədə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə dəvət olunub üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın arxa sol yan cibindən sellofan kəsiyi bükümünün içərisindəki təmiz çəkisi 3,37 qram olan narkotik maddə həşiş qətranı aşkar olunaraq götü rülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) 04 yanvar 2018-ci il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza ədalətsiz və ağırdır. Belə ki, cəza təyin edilərkən 2-ci qrup əlil olması, 2 azyaşlı uşağın, ahıl v ə yaşlı 1-ci qrup əlil anasının, heç bir əmək qabiliyyəti olmayan yaldaşının, dünyasını dəyişmiş qardaşının övladları onun himayəsində olması nəzərə alınmamışdır. Bundan əlavə yeddi nəfərdən ibarət ailəsi atasından qalan 28 kv.metrlik bir otaqlı evdə qalırlar və ailənin heç bir əlavə gəlir gətirən qazanc yeri yoxdur. Kassator qeyd olunanları nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilmədən saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlük əlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunm asına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndi rilən şəxs Məhkum törətdiyi cinayəti etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, özünün 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 3 ilədək azadlıqda məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən də ona əməlində cinayətlərin residivi olması da nəzərə alınmaqla maddənin sanksiyası həddində olan cəza təyin edilmişdir. Belə cəzanı da heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğu ndur. Ona görə də kassasiya şikayətinin təyin edilmiş cəzanın ağır olması barədəki dəlili ilə də razılaşmaq olmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzə rə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin məhkum X4 bar əsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2018-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsas lı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar