Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-466/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Zərərçəkmiş şəxsin iştirakları ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Zeynalov) xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan1-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilm iş, CM-nin 69.3-cü maddəsinəəsasən, onun xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı bir güntəyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətəazadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-c u il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla, özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından avtomobil gətirm ək adı ilə 2015-ci ilin iyul ayında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 27, mənzil 242-də valyuta məzənnəsi ilə 7.343 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməklə verdiyi vədə əməl etməyərək, sonuncunun 7.343 manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarında ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin məhkumun əməlinin hüquqi qiymətləndirilməsi ilə bağlı gəldikləri nəticəni mübahisələndirmir və məhkumun əməlinin CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunması ilə razıdır. Məhkəmələrin yalnız məhkuma cəza təyin olunması ilə bağlı gəldikləri nəticə ilə razılaşmır və təyin edilmiş cəzanın yüngüllüyün ə görə açıqdan-açığa məhkumun əməlinə və şəxsiyyətinə uyğun olmadığını hesab edir. Belə ki, Məhkum törətmiş olduğu cinayət əməlinə əmələ görə özünü təqsirli bilməmiş, ona vurduğu ziyanı ödəməmiş, əməlindən peşiman olmamış, istintaqa və məhkəməyə qeyri-səmimi ifadələr vermiş, onunla barışığa hər hansı cəhdlər belə etməmişdir. Hökmdən görünür ki, Məhkum təqsirli bilindiyi əmələ görə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü tətbiq olunmuş və bu cəza növündə ona cəza təyin edilməsinə əsas kimi onun ilk dəfə məhkum edilməsini və az ağır cinayət törətməsini CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə almışdır. Məhkum barəsində təyin edilən cəza növü yüngüllüyünə görə onun əməlinə və şəxsiyyətinə uyğun olmamaqla yanaşı, onun islah olunması üçün yetərli de yildir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışla rını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət ol unmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Daha sonra CPM-nin 145-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onları n kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Nəhayət, Həmin Məcəllənin sübutların kifayət etməsi ilə bağlı 146-cı maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş özgənin əmlakını ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsin xe yli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin yuxarıda qeyd olunan 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində əməlin tövsifi ilə məsələ mübahisələndirilmir. Kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olduğu, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmalı olduğu iddia olunur. Belə dəlillər zərərçəkmiş şəxsin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqəd ar göstərilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasıcinayət işinin materiallarını verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmüdəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdənvə məhkəmə iclaslarının protokollarındangöründüyü kimi, Məhkumözünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindənəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətinin törədilməsi ibtidai istintaq dövründə və məhkəmədə dindirilm iş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə; baxış, götürmə və digər istintaq hərəkətlərin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı başqa mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə kollegiyasıaşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinciinstansiya məhkəməsi tərəfindən məhkum olunmuş Məhkum qanunvericiliyin tələbinə uyğun olaraq ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, iş materialında olan sənədlərdəngörünür ki, Məhkum əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Birinci instansiya məhkəməsicəza məsələsini müzakirə edərkən, Məhkum cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, məhkum olunmamasını və ilk dəfə az ağır cinayət törətməsini - cəzasını yüngülləşdirən hallarkimi nəzərə almışdır. Bununla yanaş ı, məhkəmə kollegiyasıqeyd etməyi zəruri hesab etmişdir ki, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.2-ci bəndinəəsasən, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud olan alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi məhkəmələrin qarşısına qoyulmuşdur. Bu Sərəncamın 8-ci bəndindəkonkret olaraq göstərilmişdir ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilməlidir. Birinci instansiya məhkəməsiMəhkumcəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, məhkumun barəsində azadlığın məhdudlaşdırılmasıcəzasının təyin olunması cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinintələblərinə uyğun olaraq hazırkı cinayət işi üzrə cəza təyin olunmasının məqsədini təmin edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinəəsasən, azadlığın məhdudlaşdırılmasıcəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzası təyinedilmiş məhkumun yaşayış yerini (tam və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Bu Məcəllənin 52-1.2-ci maddəsinəəsasən, azadlığın məhdudlaşdırılmasıcəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, həmçinin cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin göstərimiş cəza təyini ilə əlaqədar dəlillərində münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstə rmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəzanın Azərbaycan Respublikası CMnin 58-ci maddəsinin və digər normaların tələbləri, habelə onun CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından yüngül olması qənaətinə gəlməyə əsas yoxdur). Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun xx xxxx 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən e dilir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkə məsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Şikayətdə məhkuma yüngül cəza təyin olunduğu iddia olunsa da, zərərçəkmiş şəxsin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən ha llar, (iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-466/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-466/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver