Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-466/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və zərərçəkmiş X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2020-ci il tarix li hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər X34 oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 2 21.2.2 və 127.2.3cü maddələri ilə təqsirli bilinərək 20 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, onun ev dustaqlığında saxlanıldığı müddət islah işləri cəzası ilə əvəz olunmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq cəzasını çəkib qurtarmış hesab edilmiş,ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, CM-nin 178.3.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.3.1-ci maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 44.2.1-ci maddəsinə əsasən isə, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona CM-nin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin X19 da CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli b ilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X19 və Məhkum digər səxslər tərəfindən yaradılmış, mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X14 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 25.000 manat təşkil edən “XX XXX” markalı KNAPC811DC7270330 ban nömrəli, 2011-ci il buraxılışlı, AZ **-XX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarmı ödəmək şərti ilə Məhkum aldıqdan sonra X12in verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxsin avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək X12 tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “xxxx” ASC tərəfindən verilmiş “_” fevral 2017-ci il tarixli 42 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla X12in adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra X12 avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta e tibarnamə və bank arayışlarından bilə-bilə qanunsuz istifadə etmişdir. Bundan başqa, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin rkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun üəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında İməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ eçirmək məqsədi ilə X3 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 19.000 manat təşkil edən “XXX” markalı JMZBL12F711535051 ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-XX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka Ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Məhkum ald ıqdan sonra X12in verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 2017 fevral 317-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək X20 tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 43 saylı Arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla A1 adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra X12 avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-b ilə qanunsuz istifadə etmişdir. Daha sonra, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X5 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 50.000 manat təşkil edən “XXX” markalı, XXXXXXXXXXX ban nömrəli, 2009-cu il buraxılışlı, AZ **-XX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Məhkum aldıqdan sonra X12in verdiyi şəxsiyyət vəsiq əsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək X12 tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə xxxx ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 86 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla X12in adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra X12 avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə imişdir. Bundan sonra, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X9 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqavilərinə əsasən yüklü edilmiş, qiyməti 15.000 manat təşkil edən “XXXX narkalı XXXXXXXXX ban nömrəli 2012-ci il buraxılışlı, AZ **-XXX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Məhkum aldıqdan sonra X12in verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək X12 tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 35 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla X12in adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra X12 avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Bundan başqa, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X4 mülkiyyətində olan və “xxxx)” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 18.000 manat təşkil edən “XXXX” markalı XXXXXXXXX ban nömrəli, 2013-cü il buraxılışlı, AZ **-XXXXX-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Məhkum aldıqdan sonra X12in verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək X12in tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 41 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla X12in adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra X12 avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Hökmdən məhkum X13in müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızı, Məhk um və onun müdafiəçisi X28 qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun cinayət əməlinin CM-nin 178.3.1-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və bu maddələr əsasında yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan cinayət işi üzrə ibtidai araşdırma düzgün aparılmamış, həmçinin məhkəmələr də öz növbəsində əhəmiyyətli sübutlara düzgün qiymət verməyərək, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarın tövsiyyələrini nəzərə almayaraq nəticədə onun barəsində adalətsiz qərar qəbul etmişlər. Məhkum bildirir ki, o mütəşəkil dəstə yaratmamış, digər məhkum olunmuş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməllərini törətmiş və buna görə, onun cinayət əməlləri CM-nin 178.3.1-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü mad dələrinə tövsif edilməli, həmin maddələr əsasında isə ona yüngül cəza təyin olunmalıdır. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərər çəkmiş şəxslər X26, X21, X25 və X15 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, zərər çəkmiş şəxslər isə həmin iclasda naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kas sasiya şikayətində məhkəmələr tərəfindən onun əməlinin CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti kimi tövsif edilməli olduğu halda, əsassız olaraq CM-nin 178.3.1-ci maddəsi ilə tövsif edildiyini, həmin maddə ilə ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, onun əməlinin CM-nin 178.3.1-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələrlə yüngül cəzanın təyin edilməsi haqqında tələbini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti a ğırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da o nların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual q anunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Res publikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbayca n Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərək ət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə təsvir edilən cinayə t əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini, yəni özünün də daxil olduğu mütəşəkkil dəstənin tərkibində hər bir zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla tək rarən dələduzluq cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün əvvəla məhkəməlr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, habelə dələduzluq cinayətinin qanunvericilikdə nəzərdə tutulmuş anlayışına və bu anlayışla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun verdiyi izaha müraciət etməyi zəruri sayır. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları ondan ibərtdir ki, Məhkum digər şəxslər tərəfindən yaradılmı ş və özünün də üzvü olan mütəşəkkil dəstənin tətkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək məqsədi ilə X14 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 25.000 manat təşkil edən “XXXX” markalı XXXXXX ban nömrəli 2011-ci il buraxılışlı, AZ **-XXX-*** qeydiyyat nişanlı, X3 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 19.000 manat təşkil edən “Mazda 3” markalı XXXXXX ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-XXX-*** qeydiyyat nişanlı, X5 m ülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 50.000 manat təşkil edən “XXXXX” markalı, XXXXXXban nömrəli, 2009-cu il buraxılışlı, AZ 90-ZC- 759 qeydiyyat nişanlı, X9 mülkiyyətində olan və “xxxx” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 15.000 manat təşkil edən “XXXX” markalı, XXXXX ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-XXX-*** qeydiyyat nişanlı, eləcə də X4 mülkiyyətində olan və “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 18.000 manat təşkil edən “Kia Cerato” markalı XXXXX ban nömrəli, 2013cü il buraxılışlı, AZ **-XXX-*** qeydiyyat nişanlı avtomobilləri aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər bor clarını ödəmək şərti ilə Məhkum əldə etdikdən sonra digər şəxsin verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında mütəşəkkil dəstənin digər üzvü avtomobilləri idarə etmək hüququ verən saxta etibarnamələri və yuxarıda qeyd edilən avtomobillərin idarə edilərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “xxxx” ASC tərəfindən verilmiş fevral 2017-ci il tarixli 42 saylı arayışı, “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 43 saylı arayışı, “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 86 saylı arayışı, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 41 saylı arayışı və “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 35 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla həmin dəstənin üzvlərinin adları na hazırladaraq həmin avtomobilləri ələ keçirib zərərçəkmiş şəxslər X22, X6, X13, X16 və X7 hər birinə ayrıayrılıqda xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. CM-nin 178.1-ci maddəsinin dispoziyasında dələduzluq cinayətinin əsas tərkibi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sa hibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əməl ə gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmə k məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hü quqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi CM-nin 178.1-ci maddəsində dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niy yətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. İşin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsb it olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan Məhkum hərəkətlərində məhz mütəşəkkil dəstə tərəfindən zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədilmiş dələduzluq cinayətinin tərkibinin mövcud olması görünür. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 178.3.1-ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Belə ki, Məhkum dələduzluq cinayətinin mütəşəkkil dəstə tərəfindən törədilməsinin mübahisələndirilməsi üzrə dəlillər həmçinin apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məh kəməsi tərəfindən də yoxlanılmış və məhkəmə həmin dəlillərin araşdırılmış sübutların məcmusu ilə, o cümlədən məhkumların, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gətirilən dəlilin ziddiyyətli olduğunu vurğulamaqla yanaşı bununla əlaqədar həmçinin aşağıdakıları qeyd edir. Şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, CM-nin 34.3-cü maddəsinə əsasən, bir və ya bir neçə cinayətin t örədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Dələduzluq cinayətinin mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə məsuliyyət isə CM-nin 178.3.1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkum kassasiya şikayətinin məzmununa görə, o, digər şəxslərlə birlikdə, özünün də iddia etdiyi kimi, onlarla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə ittiham olunduğu cinayət əməllərini törətməsini inkar etmir, lakin onun da daxil olduğu cinayətkar qrupun mütəşəkkil dəstə deyil, həmin qrupun qabaqcadan əlbir olmuş bir qrup şəxs olmasını iddia edir (buna görə məhkum kassasiya şikyətində onun bununla bağlı əməlinin CM-nin 178.2.1-ci maddəsinə tövsif edilməsi barədə tələb irəli sürür). Lakin iş materiallarının, o cümlədən iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, zərər çəkmiş şəxslərin mülkiyyətində olan, lakin ipoteka ilə yüklənmiş avtomaşınların saxta sənədlər əsasında ələ keçirilməsi və sonradan qaçaqmalçılıq yolu aparılıb Gürcüstan Respublikasında satılaraq qazanc əldə edilməsi üçün cinayətkar dəstə yaradılmış, həmin dəstənin hər bir üzvünün ayrı-ayrılıqda vəzifələri müəyyən edilmiş, bu dəstənin tərkibinə daxil olan Məhkum isə zərərçəkmişlərin banklara olan borclarının ödənilməsi barədə yalan vədlərin verilməsi və banklara təqdim olunması üçün saxta sənədlərin əldə edilməsi tapşırılmış, qrupun digər üzvləri isə Məhkum həmin hərəkətləri müsbət nəticə verdikdən sonr a həmin onların üzərlərinə qoyulmuş digər vəzifələri yerinə yetirərək avtomaşınların qaçaqmalçılıq yolu Gürcüstan Respublikasının ərazisinə keçirilməsini və orada satılmasını həyata keçirimişlər. Beləliklə, Məhkum elan olunmuş ittihama görə, onun da daxil olduğu, eyni şəxslərdən ibarət olan cinayətkar dəstə tərəfindən eyni üsulla, lakin müxtəlif vaxtlarda beş epizod üzrə dələduzluq cinayətləri törədilmiş və bu cinayətlər nəticəsində zərər çəkmiş şəxslərin hər birisinə xeyli miqdarda ziyan vurlumuşdur. İşin müəyyən olunmuş bu faktiki halları ona dəlalət edir ki, Məhkum və digər şəxslər (ikidən çox) yuxarıda göstərilən üsullarla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək və bu yolla qazanc əldə etmək məqsədilə sabit cinayətkar qrupa birləşmiş və bunun üçün həmin qrupun hər bir üzvünün ed əcəyi hərəkətlər əvvəlcədən müəyyən edilmiş, yəni qrup üzvləri arasında rollar bölüşdürülmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında xx xxxxx 1999-cu il Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “mütəşəkkil dəstə” anlayışına şərh verəkən öz hüquqi mövqeyini aşağıdakı qaydada ifadə etmişdir: “Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə digər cəhətlərlə yanaşı aşagıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsin ə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uygün olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması. Mütəşəkkil dəstənin ümumi əlamət və xüsusiyyətlərini göstərməklə yanaşı qeyd etmək lazımdır ki, bu cinayətkar qrupun müxtəlif formaları özünü əlavə xüsusiyyətlərlə biruzə verir. Belə ki, banda mütəşəkkil dəstənin ən təhlükəli təzahürüdür. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli Qərarının 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulur ki: "Bandanın zəruri əlamətləri bunlardır: iki və ya daha çox şəxslərdən ibarət olması; iştirakçılar arasında möhkəm təşkilati birlik olması; iştirakçılardan birində odlu və ya soyuq silah olması və digər iştirakçıların bunu bilməsi; iştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə əvvəlcədən birləşməsi". Göründüyü kimi, bu izahat mütəşəkkil dəstənin yuxarıda göstərilmiş bütün əlamətlərinin bandaya da məxsus olduğunu nümayiş etdirir. Bandanı başqa mütəşəkkil dəstədən ayırmaq üçun isə, iştirakçıların hər hansı cinayət törətmələri yox, bir və ya bir neçə basqınlar etmək məqsədi güdmələri, habelə bandanın sil ahlanması kimi xüsusiyyətlərin mövcud olması zəruridir. Beləliklə, mütəşəkkil dəstənin təhlil olunmuş bütün əlamət və xüsusiyyətləri bu cinayətkar qrupun növünü kifayət qədər səciyyələndirir və buna əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq muddəalarına lazımi şərh vermək imkanı yaradır.” Şərh olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsi həmin Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə, bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir; Mütəsəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi ucün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi. Göründüyü kimi, ibtidai araşdırma orqanı ilə yanaşı həm də məhkəmələr Məhkum məhz mütəşəkkil dəstənin tərkibində dələduzluq cinayətlərini törətməsi və buna görə onun bu əməllərinin CM-nin 178.3.1-ci maddəsi ilə tövsif edilməli olması haqda nəticəyə gələrkən həm CM-nin 34.3-cü maddəsində “mütəşəkkil dəstəyə” verilmiş anlayışdan, həm də Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında həmin anlayışa verdiyi şərhdən çıxış etmiş və məhkumun cinayətkar fəaliyytini həyata keçirdiyi dəstənin qabaqcadan əlbir olmuş br qrup şəxs kimi qiymətləndirilməsi üçün əsaslar görməmişlər. Məhkəmə kollegyiası da bu qiymətləndirməni qanuni və əsaslı hesab edərək təhlill edilən məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini və bu dəlillər əsasında irəli sürülmüş tələbi qəbul edilməz sayır və buna görə Məhkum cinayət əməllərinin CM-nin 178.3.1-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edlməsini mümkün bilmir. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən məlumatlardan, Məhkum himayəsində azyaşlı uşaqların olmasından, CMnin 61-ci maddəsində cəzanı ağırlaşdıran halların olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, məhkumun hökmlə CM-nin 178.3.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, CM-nin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olmadıqda cəzanın təyin edilməsinə dair CMnin olaraq 59, 61, 58.3, maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab verən cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Təsvir olunanlar, ü mumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş X22un və dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli və onun CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-466/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-466/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver