Məhkəmə qərarları › İş №1(102)-467/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-467/2017

08.06.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-467/2017 08.06.2017 ALİ MƏHKƏMƏ İş №1(102)-467/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ 08 iyun 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X109, Məhkum, müdafiəçisi X78, zərər çəkmiş şəxs X55, müdafiəçisi X29 iştirakı ilə, Bakı Ağı r Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarından zərər çəkmiş şəxs X55 və müdafiəçisi X44 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə (hakimlər X63-sədrlik edən, X56 və https://courts.gov.az/az/bakugravecrimes/judge/Mikayilov-Eldar-li-oglu_243X123, 1(101)69/2014 saylı iş), xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, “xxxx” MTK-nin təsisçi lərindən olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 127/131 nömrəli evin, 57 nömrəli mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2012-ci il tarixdən hesablanmışdır, hökmlə digər zərər çəkmiş şəxslərlə birlikdə X40 da mülki iddiası təmin olunaraq X133 və Məhkum zərər çəkmiş şəxs X40 xeyrinə 31.725,40 manat tutulması qərara alınmışdır. Həmin hökmlə X133 da təqsirli bilinib məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il ta rixli hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2015-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi X110, hakimlər X45 və X79, 1(103)-41/2015 saylı iş) Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014cü il tarixli hökmü ona aid hissədə dəyişdirilmiş və ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2015-ci il tarixli qərarı ilə (sədrlik edən X34, hakimlər X111 və X46, 1(102)-606/2015 saylı iş) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi X26 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2015-ci il tarixli qərarı Məhkum dair hissədə ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi X112, hakimlər X113 və X64, 1(103)-32/2016 saylı iş) məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü Məhkum barəsində dəyişdirilərək Məhkum “xxxx” MTK-nın təsisçisi kimi 2006-2010-cu illərdə “xxxx” MTK-nın sədri olan qaynatası X133 və istintaqa məlum olan digər şəxslə özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə «xxxx» MTK tərəfindən ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasından həmin və «xxxx» Mənzil Tikinti Kooperativləri adından ümumilikdə 12.621,9 kv.metr sahəsi olan 159 (yüz əlli doqquz) mənzili və 01 (bir) qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 119 (yüz on doqquz) nəfərə sataraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müv afiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4.635.738,67 manat pulun 2.022.359,00 manatını inşa edilən binanın tikintisinə sərf edərək, qalan 2.613.379,67 manat məbləğində özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etməsi barədə Məhkum elan olunmuş ümumi ittihamdan onun 30.11.2006-cı il tarixli saxta müqavilələrlə binanın 3-cü blok 6, 8, 9-cu mərtəbələrində yerləşən hər birinin ümumi sahəsi 58 kv.metr, 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67,6 kv.metr, 20.02.2007-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 73 kv.metr olan mənzilləri X93 sataraq ondan 117.410 ABŞ dolları (99.328,86 manat), 07.01.2007-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 108,7 kv.metr olan mənzili X11 ondan 43.480 ABŞ dolları (36.784 manat), 04.05.2007-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 51,4 kv.metr olan mənzili X4 ondan 23.130 ABŞ dolları (19.567,98 manat), 22.09.2008-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr olan mənzili X15 ondan 27.053 manat, 27.10.2008-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr olan mənzili X16 ondan 19.600 manat, 25.09.2008ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan mənzili X23 ondan 12.813,85 manat, 25.09.2008-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,6 kv.metr olan mənzili X17 ondan 13.132 manat, 06.10.2008-ci il tarixli saxta müqavilə ilə binanın 4cü blok 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 73 kv.metr olan mənzili X18 ondan 30.106 manat, 08.10.2008-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr olan mənzili X10 ondan 26.341 manat, 08.10.2008-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 186 kv.metr olan mənzili X2 ondan 66.960 manat, 27.07.2009-cu il tarixli saxta müqavilələrlə binanın 3-cü blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 111,3 kv.metr, 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,3 kv.metr, 3-cü blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr, 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr, 3-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr, 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr olan mənzilləri X1 ondan 202.409,2 manat, 27.07.2009-cu il tarixli saxta müqavilələrlə binanın 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kv.metr, 3cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 111,3 kv.metr olan mənzilləri X12 ondan 77.376 manat, 14.10.2009-cu il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr olan mənzili X13 ondan 27.850 manat, 26.10.2009-cu il tarixli saxta müqavilələrlə binanın 3-cü blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr, 4-cü blok, 13-cü mərtəbəsində yerləşən üm umi sahəsi 108,5 kv.metr, 4-cü blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68 kv.metr, 4-cü blok 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr, 4-cü blok 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr, 4-cü blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr, 3-cü blok 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr, 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr, 4-cü blok 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr, 4-cü blok 3 mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr, 4-cü blok 3 mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr olan mənzilləri, binanın 3-cü blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr ticarət obyekti olan qeyri-yaşayış sahəsini X58 Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, 4-cü Yavər Əl iyev küçəsi 17-də 4 mərtəbəli fərdi yaşayış evinin müqabilində sataraq ondan 543.770 manat, 10.11.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71,3 kv.metr olan mənzili X8 ondan 28.520 manat, 10.11.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58 kv.metr olan mənzili X24 ondan 23.200 manat, 12.12.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,0 kv.metr olan mənzili X19 ondan 11.950 manat, 12.12.2009-cu il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr olan mənzili Əliyev Natiq Hüseyn oğluna onun idarə etdiyi “Mersedes S klass” avtomobilinin əvəzləşdirilməsi müqabilində sataraq ondan 43. 400 manat, 13.01.2007-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 71,5 kv.metr, 23.07.2007-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.metr olan mənzilləri X20 ondan 70.727 manat, 04.05.2007-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 68 kv.metr olan mənzili X3 ondan 26.316 manat, 11.01.2010-cu il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 73 kv.metr olan mənzili X9 ondan 11.000 manat, 16.12.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan mənzili X5 ondan 19.200 manat, 12.12.2009-cu il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,6 kv.metr olan mənzili X25 ondan 16.400 manat, 12.12.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58 kv.metr olan mənzili X6 ondan 12.500 manat, 08.05.2010-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan mənzili X21 ondan 5.500 manat alıb qeyd edilən zərərçəkmiş şəxslərin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etməsi barədə epizodlar Məhkum ümumi ittihamından və ona aid hissədə hökmdən xaric edilmiş, Məhkum ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamın qalan digər epizodları üzrə cinayət əməlləri onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən C inayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum verilmiş ittihamın hazırkı qərarla xaric edilən epizodları üzrə dəymiş ziyana görə mülki iddiaçılar (zərərçəkmişlər) X77 xeyrinə 117.410 ABŞ dolları (99.328,86 manat), X59 xeyrinə 43.480 ABŞ dolları (36.784 manat), X32 xeyrinə 23.130 ABŞ dolları (19.567,98 manat), X68 xeyrinə 27.053 manat, X69 xeyrinə 19.600 manat, X87 xeyrinə 12.813,85 manat, X70 xeyrinə 13.132 manat, X71 xeyrinə 30.106 manat, X48 xeyrinə 26.341 manat, X27 xeyrinə 66.960 manat, X14 xeyrinə 202.409,2 manat, X60 xeyrinə 77.376 manat, X49 xeyrinə 543.770 manat, X38 xeyrinə 28.520 manat, X131 qızının xeyrinə 11.000 manat, X88 xeyrinə 23.200 manat, X72 xeyrinə 11.950 manat, X89 xeyrinə 43.400 manat, X28 xeyrinə 26.316 manat, X73 xeyrinə 5.500 manat pulun məhkumlar X133 və Məhkum tutulması barədə göstərişlər Məhkum münasibətdə hökmdən xaric edilmiş, hökm Məhkum barəsində qalan hissələrdə, o cümlədən onun cəzaçəkmə müddətinin başlanğıcının 20 fevral 2012-ci il tarixdən hesablanması hissəsində qanuni və əsaslı olduğundan onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, iş materiallarından mübahisəsiz müəyyən olunur ki, istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci madd əsi ilə elan olunmuş ittiham üzrə onun X133 və istintaqa məlum olan, barəsində axtarış elan edilmiş digər şəxslə bir qrup şəxs halında iş üzrə zərərçəkmiş X107, X99, X50, X114, X115, X124, X116, X117, X90, X42, X33, X100, X67, X91, X61, X74, X125, X118, X126, X119, X43, X51, X127, X52 və X92 aldatma və etibarlarından sui-istifadə etmək yolu onların əmlaklarını ələ keçirməsi barədə epizodlar iş üzrə toplanmış sübutlarla, o cümlən həmin zərərçəkmişlərin, Məhkum, eləcə də Nəsib Əliyevin ifadələri və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə öz təsdiqini tapmır və buna görə də həmin epizodlar Məhkum elan olunmuş ümumi ittihamın əsasına qoyula bilməz. işin halları: İbtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə Məhkum “xxxx” MT K-nın təsisçisi kimi 2006-2010-cu illərdə “xxxx” MTK-nın sədri olan qayınatası X133 və istintaqa məlum olan digər şəxslə özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə “xxxx” MTK tərəfindən ünvan 1 ünvanda inşa olunan çox mərtəbəli yaşayış binasından həmin və “xxxx” Mənzil Tikinti Kooperativləri adından, ümumilikdə 12.621,9 kv.metr sahəsi olan 159 mənzili və 01 (bir) qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 119 nəfərə sataraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4.635.738,67 manat pulun 2.022.359,00 manatını inşa edilən b inanın tikintisinə sərf edərək, qalan 2.613.379,67 manat məbləğində özgənin küllü miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə, aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Zərər çəkmiş şəxs X75 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Cahangir Alışanovun təsisçisi olduğu “xxxx” MMC-də mühəndis işləmiş, 2005-ci ilin yanvar ayında Cahangir Alışovla “xxxx” MTK-nın təsisçisi Nəsib Əliyevin arasında podrat müqaviləsi imzalanmış və müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” massivində hündürmərtəbəli yaşayış binasının 3,4-cü girişlərini “xxxx” MMC inşa etməli olmuşdur. Cahangir Alışovun ona 20.000 ABŞ dolları borcu olmuş, sonuncuya mənzil almaq istədiyini demiş, Cahangir Nəsib Əliyevlə danışıb öz payından bir mənzilini ona satacağını demiş və X132 Alışovun razılaşmasına görə Nəsib Əliyev ona həmin binanın 4-cü giriş, 9-cu mərtəbəsində, 108.5 kv.m sahəsi olan mənzili bir kv.m-i 340 manata olmaqla 37.000 ABŞ dollarına almağa razılaşmışlar. Cahangir Alışov da 17.000 ABŞ dollarını gətirib ona verməyi, qalan 20.000 ABŞ dollarını da ona borclu olduğu pul ilə verməli olacağını bildirmişdir. 2007-ci ilin iyun ayının əvvəllərində 17.000 ABŞ dolları məbləğində pulu arvadı Ləzifə Rəcəbova ilə birlikdə Bakı şəhəri, “N.Nərimanov” metrostansiyasının yanında Cahangir Alışova vermiş, 11 iyun 2007ci ildə “xxxx” MTK-nın ofisində X142 Əliyevə 3 otaqlı mənzil satdığını demiş, Nəsib Əliyevin göstərişinə əsasən mühasib Alim Rəhimov alqı-satqı müqaviləsini və maliyyə arayışını hazırlayaraq, orada olan MTK-nın sədri Telman Səfərova imzalatdırıb, möhürlətdirərək ona vermişdir. Həmin müqavilə 11.06.2007-ci il tarixdə “xxxx” MTK-nın sədri Telman Səfərovla onun arasında bağlanmış, müqavilədə həmin binanın 4-cü giriş, 9cu mərtəbəsində üç otaqlı 108,5 kv.m sahəyə malik mənzilin bir kv.m-i 340 manat olmaqla mənzilin ümumi dəyəri 31.725,40 manata olması qeyd edilmiş, müqavilədə payçı qrafasında arvadı Ləzifə Rəcəbova imza etmişdir. 2009-cu ilin sonlarında oğlu Emil Nəsibov ona zəng edərək vergi ilə bağlı biraz probleminin olduğunu, binada tikinti işlərinin dayandırıldığını demişdir. Bununla əlaqədar Cahangir Alışovdan soruşduqda, sonuncu ona narahat olmamasını, mənzilinin yerində olduğunu, Nəsib Əliyev vergini ödəmədiyi üçün, vergidən yayındığına görə müvəqqəti problemlərinin yarandığını bildirmiş, bu b arədə Nəsib Əliyevdən soruşduqda o da mənzilimin yerində olduğunu, vergi ilə biraz probleminin olduğunu demişdir. 2010-cu ilin fevral ayında “xxxx” MTK-nın sədri Ədalət Qənbərovun mühasibi Naibə Rzayevanın yanına getdikdə ona Nəsib Əliyevin onları aldadıb saxta sənəd verdiyini, həmin binada mənzillərimizin olmadığını, pulu Nəsib Əliyevdən tələb etmələrini demişdir. Məhkumla heç bir münasibət, əlaqəsi və danışığı olmamış, ona hər hansı məbləğdə pul verməmiş, onun imzası ilə hər hansı bir sənəd almamışdır. Ona görə də onun Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur. X134rşıdır və hazırda Nəsib Əliyevdən 31.725,40 manat məbləğində dəymiş zərərin ödənilməsini və ya həmin binadan mənzillə təmin təmin edilməsini tələb edir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyası tərəfindən Məhku m əməlləri Azərbaycan Respublikası CM-in 178,3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsinə tövsif edilmiş, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası tamamilə əsassız olaraq Məhkum əməllərini qeyd edilən maddələrə tövsif edərək yüngül cəza vermişdir. Məhkəmə kollegiyası qərarında güya Məhkum tərəfindən zərərçəkmişlərin bir qisminin zərərinin ödənilməsini yüngülləşdirici hal kimi nəzərə almışdır. Lakin qərardan görünür ki, Məhkum özünü təqsirli bilməmiş və bəraət verilməsini tələb etmişdir. Belə olan halda onun tərəfindən zərərçəmişlərin zərəri ödəməsi imkansızdır. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Məhk um cəza təyin edilərkən yalnız onun cəzasını yüngülləşdirən hallar nəzərə alınmış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran hallar nəzərə alınmayaraq, yəni Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməyərək ona aşkar surətdə yüngül cəza təyin edilmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 62-ci maddəsində bəhs edilən istisna halların nədən ibarət olduğunu göstərməmiş, yalnız ümumi şəkildə cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hal hesab edilə biləcəyini qeyd etmişdir. Halbuki, iş materiallarına əsasən Məhkum qəsdən ağır cinayətlər kateqoriyasına aid olan dələduzluq cinayətini törətmiş, bunun nəticəsində zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsin dələduz luq cinayətini törətməsi zamanı davranışı onun şəxsiyyətini xarakterizə etmək baxımından əhəmiyyətli olmaqla CM-in 62-ci maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 61.1.2-ci maddəsinə əsasən cinayətin ağır nəticələrə səbəb olması və 61.1.13-cü maddəsinə görə cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi - cəzanı ağırlaşdıran hallara aiddir. İş materiallarından göründüyü kimi, Məhkum cinayəti törədərkən öz qulluq mövqeyini istifadə etmiş və törətdiyi cinayəti ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurulmaqla ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegiyası isə Məhkum ağırlaşdırıcı halları nəzərə almamış və əsassız olaraq yüngül cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyi n edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 8-ci bəndində göstərilir ki, “CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası isə müstəsna halların mövcud olmadığı və təqsirləndirilən şəxsin cinayətin açılmasında fəal kömək göstərmədiyi halda, əksinə öz təqsirini bilmədiyi halda Məhkum CM-in 62-ci maddəsini tətbiq edərək ona həddindən artıq yüngül cəza vermişdir. prosessual məsələlər: Zərər çəkmiş şəxs X39 müdafiəçisi X44 məhkəmə kollegiyasının iclasına kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkum olunmuş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət kollegiyasına göndərdiyi kassasiya şikayətinə dair etirazda və məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. hüquqi məsələlər: Kassas iya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş P.Nəsirov kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən düzgün olmayaraq həmin Məcəllənin 32.5, 178.3.2-ci maddəsinə tövsif edilməsini və CM-in 62-ci maddəsinin tətbiq edilməli olmadığını bildirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. CPM-in 143.1-ci maddəsinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, bax ış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (CPM-in 144-cü maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (CPM-in 145.1-ci maddəsi). Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına gö rə sübutları qiymətləndirirlər (CPM-in 145.2-ci maddəsi) İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Bəhs olunan hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb qiymətləndirərək Məhkum qaynatası N.Əliyev və istintaqa məlum olan digər şəxslə özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə “xxxx” MTK tərəfindən ünvan 2 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasından saxta müqavilələr tərtib etməklə ayrı-ayrı şəxslərə sataraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etməmişdir, o, dələduzluq cinayətinin törədilməsində iştirak etsə də, hər hansı bir şəxslə qabaqcadan əlbir olub birbaşa cinayət əlaqəsinə (yəni birgə icraçı kimi) girməmiş, heç kimin əmlakını ələ keçirməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Məhkum, qaynatası N.Əliyev və istintaqa məlum olan digər şəxsdən ibarət olan qabaqcadan əlbir olub tərəfindən özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə saxta müqavilələr tərtib edilməklə ayrı-ayrı şəxslərə satılaraq, öz qulluq səlahiyyətlərindən qulluq məna feyinə qəsdən zidd olaraq istifadə etməklə müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma yolu ilə ələ keçirilməsində iştirak etmişdir, lakin dələduzluq maddi tərkibli cinayət olduğundan o cinayətin xüsusi subyekti olmamış, onun iştirakı birgə icraçı kimi özgənin küllü miqdarda əmlakının dələduzluq yolu ilə ələ keçirilməsində deyil, həmin niyyətdə olmuş, özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməkdə təqsirli bilinərək məhkum olunmuş N.Əliyev və barəsində axtarış elan edilmiş istintaqa məlum olan digər şəxsə koməkçilikdən ibarət olmuşdur. Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır (CM-in 32.5ci maddəsi) Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir (CM-in 33.1-ci maddəsi). Bu Məcəllən in Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur (CM-in 33.4-cü maddəsi). Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq Məhkum özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş N.Əliyev və istintaqa məlum olan digər şəxsə köməkçiliyinin nədə ifadə olunması ilə bağlı qeyd edir ki, işin faktiki hallarından, o cümlədən məhkumlar N.Əliyev, Məhkum, zərərçəkmişlərin və şahidlərin ifadələrinin müqayisəli təhlilindən göründüyü kimi, Məhkum “xxxx” MTK-nın təsisçisi kimi “xxxx” MTK-nın sədri olan qaynatası N.Əliyev tə rəfindən ünvan 2 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının tikinti işlərinə cəlb edilməklə, mənzil almaq üçün MTK-ya müraciət etmiş şəxslərə mənzilləri göstərməklə, mənzil sahələrinin N.Əliyev tərəfindən müəyyən olunmuş qiymətlərini müştərilərə bildirməklə, bəzi hallarda müştərilərin mənzil almaları üçün ödəniş etdikləri pulları alıb MTK-nın xəzinədarlığına keçirməklə, bəzi alqı-satqı müqavilələrini və maliyyə arayışlarını tərtib etməklə, eləcə də imzalamaqla köməklik etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, N.Əliyev MTK-da olmadığı bəzi hallarda onun tapşırığına əsasən işlərinə kömək etmək məqsədilə Məhkum mənzillərin bəzi alqı-satqı müqavilələrini və maliyyə arayışlarını özü imzalamışdır. Məhkum sözügedən bəzi alqı-satqı müqavilələri və mali yyə arayışlarını kiminsə əmlakını ələ keçirmək məqsədilə deyil, məhz qayınatası N.Əliyevin göstərişi ilə ona işlərində kömək etmək məqsədilə imzalamış və bunu etməklə Məhkum hər hansı bir şəxsin əmlakını ələ keçirmək niyyəti və məqsədi olmamış, hər hansı bir şəxsin əmlakını ələ keçirməmişdir. Bu xüsusat N.Əliyevin və Məhkum, eləcə də zərərçəkmişlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə olan halda, Məhkum tərəfindən bəzi alqı-satqı müqavilələrinin və maliyyə arayışlarının onun tərəfindən imzalanması və bir sıra zərərçəkmişlərin mənzil almaları üçün ödədikləri pulu alıb MTK-nın xəzinədarlığına təhvil verməsi qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək dələduzluğun törədilməsi kimi qiymətləndirilə bilməz. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gə lən müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hall ar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək mə qsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Həmin qərarın 23-cü bəndinə görə şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə Cinayət Məcəlləsinin 178.2.3-cü madd əsi ilə tövsif edilir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası cinayət işinin Məhkum aid hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, o, “xxxx” MTK-nın təsisçisi kimi, özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş “xxxx” MTK-nın sədri olan qaynatası N.Əliyev və istintaqa məlum olan digər şəxs tərəfindən 2006-2010-cu illərdə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə “xxxx” MTK tərəfindən ünvan 2 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasından həmin və ”xxxx” Mənzil Tikinti Kooperativləri adından ayrı-ayrı şəxslərlə yanaşı, 11.06.2007-ci il tarixli saxta müqavilə ilə binanın 4-cü blok 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 108,5 kv.metr olan mənzilin X7 ondan 31.725,40 manat alıb başqa şəxslərə sataraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib edilmədən əldə olunmuş 3.226.560,06 manat pulun 2.022.359,00 manatını inşa edilən binanın tikintisinə sərf edilərək, qalan 1.204.201,06 manat məbləğində özgənin külli miqdarda əmlakının qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş N.Əliyev və istintaqa məlum olan digər şəxs tərəfindən aldatma yolu ilə ələ keçirilərək təkrarən dələduzluq edilməsində N.Əliyevə P.Nəsirov da daxil olmaqla zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə onların aldadılmasına yönəlmiş məsləhətlər verməklə, eyni məqsədilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmə sinə köməklik göstərməklə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxsin aldatma yolu ilə ələ keçirilməsinə, yəni dələduzluğa köməklik etmişdir. Odur ki, Məhkum cinayət əməli düzgün olaraq CM-in 178.3.2-ci maddəsindən CM-in 32.5, 178.3.2-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə cəza təyin edilmişdir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8-ci maddəsi). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə t ətbiq edilir (CM-in 41.2-ci maddəsi). Cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır (CM-in 64.1-ci maddəsi). Kassasiya şikayəti vermiş zərərçəkmiş P.Nəsirov ibtidai istintaq və məhkəmə baxışı zamanı “xxxx” MTK tərəfindən ona satılmalı olan mənzilə dair alqı-satqı müqavi ləsinin Məhkumla bağlaması, ödənilən pulun müqabilində Məhkum ona maliyyə arayışı verməsi, Məhkum ona mənzili göstərməsi barədə ifadə verməmişdir. P.Nəsirov apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi ifadəsində də Məhkumla heç bir münasibət, əlaqə və danışığı olmadığı, ona hər hansı məbləğdə pul vermədiyi, onun imzası ilə hər hansı sənəd almadığı, Məhkum qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş P.Nəsirova aid hissədə işin faktiki hallarına, habelə Cinayət Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına müvafiq olaraq Məhkum törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkum müsbət xarakterizə edilir, əvvəllər məhkumluğu olmayıb, himayəsində 24.09.2007-ci il və 21.08.2009-cu il təvəllüdlü iki uşağı vardır. Cəzanı ağırlaşdıran hallar olmamışdır. Bəzi zərərçəkmişlər mənzillərlə təmin olunmaqla onların mülki iddiaları üzrə icraata xitam verilmişdir. CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai tə hlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, həmin halları nəzərə alıb Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirci halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barə də qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi CM-in 62-ci maddəsinin tətbiqi zamanı gəldiyi nəticəni qərarında əsaslandırmış, törədilmiş cinayətin zərərçəkmiş P.Nəsirova aid hissəsində Məhkum şəxsiyyətini, yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib, törədilmiş cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı davranışlarını, cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini nəzərə alaraq, haqlı olaraq barəsində CM-in 32.5, 178.3.2-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, kass asiya məhkəməsi işə mahiyyəti üzrə baxmır, işin mahiyyətini araşdırmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara qiymət verilmir. Kassasiya qaydasında apellyasiya instansiyası məhkəməsinin qərarının yalnız hüquqi baxımdan qanuniliyi, yəni apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən qərar qəbul edilərkən maddi və prosessual normalara, yəni Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəllənin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslar CPM-in 416-cı maddəsində nəzərdə tutulmuşdur. Zərərçəkmiş P.Nəsirovun kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri müəyyən edi lməmişdir. Odur ki, zərərçəkmiş P.Nəsibovun şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1 və 419.10.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: X108 Nəsrəddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 12 fevral 2016-cı il tarixli 1(103)-32/2016 saylı qərarı X108 Nəsrəddin oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar