Məhkəmə qərarları › İş №1(102)-467/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-467/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-467/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxx 1974-cü il tarixdə Masallı rayonu Tatyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin (bundan sonra CM -in) 95-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: A.Hacıyev (sədrlik edən), M.Abdullayev və E.Əliyev) Məhkum Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 94-cü maddəsinin 6-cı bəndi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 14 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 6 6.5-ci maddəsinə əsasən Məhkum Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin xx xxxxx 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkdiyi 12 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), Ə.M.Novruzov və R.M.Cəfərov ) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-146/2018 №-li, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum xx.xx.2000-ci ilədək qüvvədə olmuş CM-nın 94-cü maddəsinin 6-cı bəndi ilə təyin olunmuş 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3 və 66.5-cü maddələrinə əsasən Məhkum Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin xx xxxxx 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 il 9 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin xx xxxxx 2005-ci il tarixli hökmü ilə təyin-olunmuş və çəkilmiş 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və Məhkum üzərində 1 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azəraycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: G.L.Rzayeva (sədrlik edən), F.A.Kərimov və İ.T.Hacıqayıbov) kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), İ.H.Əhmədov və F.K.Soltanov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Xaliq oğlunun əməli Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6cı bəndindən həmin Məcəllənin 95-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 1997-ci ild ə, saat təxminin 09 radələrində Masalı rayonundakı Yeyənkənd meşəbəyliyinin 10-cu dolayının 46-cı kvartalının 13-15-ci bölmələrinin ərazisində əvvəllər yaxın münasibətdə olduğu X5 ilə birlikdə olarkən axırıncı ondan aralarındakı münasibəti nikaha çevirmək və birlikdə yaşamaq barədə tələb irəli sürdüyü, o isə bu niyyətdə olmadığı üçün müxtəlif bəhanələr gətirərək Xnı aldadıb özündən kənarlaşdırmağa çalışmış, lakin sonuncunun təkid etdiyini görüb ondan yaxa qurtarmağın çıxış yolu kimi Xnı boyun fəqərəsini sındırmaqla öldürmək qərarına gəlmiş və bu niyyətlə əlverişli məqam gözləməyə başlamış, X onun yanında əyləşərək başını sağ tərəfə çevirdikdə isə o, dərhal sol əli ilə sonuncunun çənə, sağ əli ilə isə başının təpə nahiyəsindən tutub zorla özünə tərəf çevirməyə başlamış və bu zaman X həyatın ı xilas etmək üçün başını olduğu kimi saxlamağa çalışaraq, sol əli ilə də onun sağ ayağının bud nahiyəsindən tutub sıxmaqla müqavimət göstərdiyini görüb bununla Xya xüsusi ağrı yetirməklə müstəsna dərəcədə iztirab verdiyini dərk etsə də, buna məhəl qoymayıb, öz əməllərini davam etdirərək Xnın boynunu sındıraraq onu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum edib ağırlaşdırıcı halda qəsdən adam öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndindən həmin Məcəllənin 95-ci maddəsinə tövsif etmiş, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə qiymət verməmiş, hökmü dəyişdirərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin bir hissəsinə münasibət bildirməmiş, təqsirləndirilən şəxsin barəsində müddətin keçməsi ilə əlaqədar cinayət təqibi üzrə icraata xitam verilməsi ilə əlaqədar cinayət prosessual qanunvericiliyin müddəalarını pozmuşdur. Belə ki, dövlət ittihamçısının fikrincə, Məhkum zərərçəkmiş şəxs Xnın boynunu sındırmaqla qətlə yetirməsi və bu prosesin 30-35 saniyə çəkməsi zərərçəkmiş şəxsə xüsusi iztirablar verən əzablı bir proses olmaqla xüsusi amansızlıq kimi qi ymətləndirilməlidir. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti olmasına baxmayaraq apellyasiya məhkəməsi həmin şikayətə baxmamış, bununla da təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Həmçinin, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, bununla belə CM-nin 66.5-ci maddəsinin tətbiqinə və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə dair müddəaları hökmdən xaric etməmişdir. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin hökmünün dəyişdirildiyi göstərilsə də, qərarla hökmün dəyişdirilməyən hüquqi nəticələrinə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi həmçinin Məhkum Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95- ci maddəsi ilə təqsirli bilərkən, özünü həmin maddə ilə təqsirli bilən və apellyasiya şikayətində cinayət təqibi üzrə icraata xitam verilməsi xahiş edilən təqsirləndirilən şəxsin buna etiraz edib-etmədiyini müəyyənləşdirməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməmiş, bununla da cinayət-prosessual qanunvericiliin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və cin ayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları m əhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Həmçinin, apellyasiya instansiya məhkəməsinin əsassız olaraq cinayət təqibi üzrə icraata xitam verilməsi xahiş edilən təqsirləndirilən şəxsin buna etiraz edib- etmədiyini müəyyənləşdirməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilmədiyini qeyd edir. Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsin in 94cü maddəsində “Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə”yə, həmin maddənin 6-cı bəndində isə “xüsusi amansızlıqla və ya bir çox şəxsin həyatı üçün təhlükəli olan üsulla adamöldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsində “Bu Məcəllənin 94-cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər olmadan qəsdən adamöldürmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir və həmin cinayəti törətməyə görə yeddi ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44cü maddəsinin 4-cü bəndinə əsasən şəxsin qanuna görə beş ildən çox olmayaraq azadlıqdan məhrumetməyə nisbətən daha ciddi cəza təyin edi lə bilən cinayət törətdiyi gündən on il keçdikdə, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qüvvədə olan CM-nin 75.1.4-cü maddəsinə əsasən xüsusilə ağır cinayətin törədildiyi gündən on beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallard a müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şə rh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öy rənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, əd alət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X3 şəxsi münasibətlər zəminində qəsdən öldürməsi ilə təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya protestinin təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X3 xüsusi amansızlıqla qətlə yetirməsi və ona görə də onun əməlinin Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6cı bəndi ilə tövsif olunması ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsinin Məhkum xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 94-cü maddəsinin 6-cı bəndi ilə nəzərdə tutulan cinayəti törətməsinin təsdiqi olaraq əsaslanmış olduqları əsas sübut kimi ibtidai araşdırma zamanı Məhkum özünün cinayət hadisəsinin törədilməsinin mexanizmi ilə bağlı müstəntiqə vermiş olduğu etiraf edici ifadəsi olmuşdur. Məhkum cinayət təqibinin sonrakı mərhələlərində həmin əməlin onun tərəfindən xüsusi amansızlıqla, yəni zərərçəkmiş şəxs Xnı 30-35 saniyə ərzində qətlə yetirdiyini qətiyyətlə inkar etmiş, həmin cinayət hadisəsini, bir an ərzində törətdiyini, bu zaman məhrum Xnın da ona heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin başqa şəxsin həyatdan məhrum edilməsinə yönələn hərəkətləri özü-özlüyündə onun amansızlığına dəlalət edən faktordur. Lakin şəxsin əməlinin xüsusi amans ızlıqla qəsdən adam öldürmə kimi tövsif edilməsi üçün təqsirkarın hər hansı bir sıradan olan amansızlığını deyil, müstəsna dərəcədə rəhmsizliyini, qəddarlığını təsdiq edən sübutların olması zəruridir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızl ıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında təqsirkarın əməlinin xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif edilməsinə dair qeyd edilənlərlə, hazırkı cinayət işində mövcüd olan dəlilləri müqayisəli şəkildə təhlil edərkən, Məhkum əməlində xüsusi amansızlığın heç bir əlamətinin mövcüd olmadığı müəyyən olur. İş materia lları ilə təsdiq olunur ki, Məhkum Xnı, onunla yaranmış mübahisə zəminində, yəni faktiki nikah münasibətlərinə girərək onunla birlikdə yaşamaq barədə tələbinə əməl etmək istəmədiyindən qəsdən öldürmüşdür. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün, olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sü buta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkə məsinin xx xxxxx 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Məhkəmə kollegiyası cinayət işi materiallarını tədqiq edərkən Məhkum Xaliq oğlunu təqsirli bildiyi xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi üzrə onun cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyni müəyyən edir. Belə ki, cinayət işi materiallarından görünür ki, Məhkum Xaliq oğlu ittiham olunduğu cinayət əməlini xx xxxxxx 1997-ci il tarixdə törətmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinin 4-cü bəndinə əsasən şəxsin cinayət törətdiyi gündən beş ildən çox olmayaraq azadlıqdan məhrumetməyə nisbətən daha ciddi cəza təyin edilə bilən cinayəti törətdiyi gündən on il keçmiş olarsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinin 7-ci abzasının son müddəasında göstərilir ki, əgər təqsirləndirilən şəxs gizlənərsə, cəlb etmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan yenidən başlanır. Həm də əgər cinayət törədildiyi vaxtdan on beş il keçərsə və müddət yeni cinayətin törədilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət i şinin materiallarından göründüyü kimi Məhkum əməlinin tövsif olunduğu xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CMnin 95-ci maddəsi üzrə nəzərdə tutulan cinayətin baş verdiyi xx xxxxxx 1997-ci ildən işin apelyasiya instansiyası məhkəməsində baxılan vaxta kimi 22 (iyirmi iki) il müddət keçmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinin yuxarıda şərh olunan müddəalarına əsasən müəyyən olunur ki, Məhkum həmin Məcəllənin 95-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bütün hallarda keçmişdir. Məhkəmə kollegiyası kassasiya protesinin apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə təqsirli bilərkən, özünü həmin maddə ilə təqsirli bilən və apellyasiya şikayətində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edən təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməsinə dair qərar qəbul etməsi ilə bağlı dəlilini əsaslı sayır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikasının 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə olan ittihamla razılaşdığını və cinayət təqibinə xitam verilməsini xahiş etməsini nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi nə xitam verilməlidir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.11-ci maddəsinin nəzərdə tutduğu pozuntunu (məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxardıqda) müəyyən edir və həmin əsasla məhkum edilmiş şəxsin barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Xaliq oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı, Məhkum Xa liq oğluna cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Məhkum barəsində Azərbaycan Respublikasının 2000ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar