Məhkəmə qərarları › İş №1(102)-467/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-467/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-467/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, cinayət məsuliyyətindən azad olunmuş Məhkum3 və müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarı il ə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum3 və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X10) 7 aprel 2022-ci il tarixli qərarı ilə xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-2 küçəsi, ev 4-də qeydiyyatda ol ub Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi 29, mənzil 8- də yaşayan Məhkum3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərarla Məhkum2 barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə) 20 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum3 tərəfindən verilmiş apelyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2022ci il tarixli, 1(011)-37/2022 saylı qərarı cinayət məsuliyyətindən azad edilmiş Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətinə (əlavə daxil olmaqla) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(011)-37/2022 saylı hökmü zərərçəkmiş şə xs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, tanışı Məhkum1 və qohumu Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən xx.xx.2019-cu il tarixində Məhkum2 başqa şəxsin mülkiyyətində olmaqla satışa çıxarılmamış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ndə hərracdan sərfəli qiymətə alınacağına iş yoldaşı Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra xx.xx.2019-cu il tarixində, saat 13 radələrində ünvan 1 ünvanının qarşısında o, qohumu Məhkum2 ilə tanışı Məhkum1 Əmlak Məsələləri Dövlət Xidmətində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək birlikdə həmin obyekti Zərərçəkmiş şəxs1 göstərmiş, həmin vaxt Məhkum1 aralarında olan sövdələşməyə əsasən həmin obyektin sərfəli qiymətə özəlləşdirilib Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsini vəd edərək sonuncunu buna tam inandırmış, o isə danışıq zamanı həmin obyektin 105000 (yüz beş min) manata alınmasının mümkün olduğunu dedikdən sonra obyektə dair sənədləşdirmə işlərinin operativ həyata keçirilməsi görünüşünü yaradaraq həmin gün saat 15 radələrəndə Bakı şəhəri 21 saylı notariat ofisində Zərərç əkmiş şəxs1 arvadı Şahid7 adından öz adına etibarnamə alaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixində saat 16 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin qarşısında Məhkum2 yanında ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 40000 (qırx min) manat pulunu alıb ələ keçirərək 7800 (yeddi min səkkiz yüz) manatı özünə götürüb, 2200 (iki min iki yüz) manatı Məhkum2, 30000 (otuz min) manatı isə Məhkum1 vermiş, daha sonra xx.xx.2019cu il tarixində, saat 17:30 radələrinə ünvan 3 ünvanında - Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində o, Məhkum2 yanında Aydın Əlyarovun daha 10000 (on min) manat pulunu alıb ələ keçirərək 7200 (yeddi min iki yüz) manatı özünə götürmüş, 2800 (iki min səkkiz yüz) manat ı isə Məhkum2 vermiş, bununla da, o, Məhkum1 və Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, cinayət üzrə cinayət əməlini törətmiş şəxs təqsirləndirilən şəxs Məhkum1 qanunsuz olaraq, əldə etdiyi və aşkar şəkildə Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərini pozub, qanunların tələblərinə hörmətsiz yanaşaraq, naməlum qurğudan istifadə edərək, qeydə alınmış səs yazılarını sübut növü kimi Bakı şəhəri Xətai rayon Prokurorluğuna guya hüquqlarını müdafiə etdiyim şəxslə aralarında olmuş telefon danışıqlarını gizlincə yazmasını özündə əks etdirən səs yazısı kimi təqdim etmişdir, Bakı şəhəri Xətai rayon Prokurorlu ğunun müstəntiqi Mahmud Mehdiyev həmin səs yazıları əsasında cinayət işi üzrə məhkəmə-fonoskopik ekspertizası təyin etmişdir. Lakin müstəntiq Mahmud Mehdiyev məhkəmə-fonoskopik ekspertizasının təyin olunması barədə qərarla Məhkum3 və onun müdafiəçisini tanış etməmiş, həmin qərarın Məhkum3 maraq və mənafelərinə toxunmasına baxmayaraq, surətini onlara verməkdən qəti imtina etmişdir. Bundan əvvəl Məhkum3 dəfələrlə şahid qismində dindirilmiş, lakin çoxsaylı rəsmi müraciət və şikayətlərə baxmayaraq, zərər çəkmiş şəxs kimi tanınmamışdır. Cinayət işi üzrə dələduzluq əməllərini törətməkdə təqsirləndirilən Məhkum1 iddia etdiyi kimi guya hüquqlarını müdafiə etdiyi Məhkum3 ilə aralarında olmuş telefon danışıqları və onunla ünsiyyəti zamanı guya onun səsini gizlincə yazmasına dair prokurorluğa sübut q ismində təqdim etdiyi səs yazısı qanunsuz əldə edildiyi üçün ibtidai araşdırma üzrə sübut kimi qəbul oluna bilməzdi və həmin səs yazısı ibtidai araşdırmanın predmeti kimi qəbul edilməməklə araşdırmanın obyektivliyinin və qanuniliyinin təminatı üçün araşdırma üzrə sübutların siyahısından xaric olunmalı, habelə iş üzrə dələduzluq əməlini törətməkdə təqsirləndirilən Məhkum1 qanunsuz səs yazmasından ibarət qeyd olunan əməlləri müstəntiqin tapşırığı ilə olsa da, özbaşına vəzifəli şəxsin səlahiyətlərini mənimsəyib, fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməsi kimi, yəni Məhkum3 Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozması kimi qiymətləndirilərək, gizli səs y azısını həyata keçirmiş şəxslərin barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət işi başlanılmalı və həmin cinayət işi üzrə Məhkum3 zərərçəkmiş şəxs qismində tanınmalı idi. İstintaq və məhkəmənin ilkin gedişi zamanı yalan ifadələr vermiş Məhkum1 İsə Bakı səhəri Xətai ravon Məhkəməsində baxılarkən, məhkəmənin sonuna yaxın Məhkum3 Əvvar odluna qarsı etdiyi haqsızlıqlardan peşiman olduğunu sonuncuya bildirib, bu haqda məhkəməyə xüsusi bir teleqram vurmuş və məhkəmə iclasında açıqcasına bildirmişdir ki, müstəntiqin ona kömək edəcəyi müqabilində, müstəntiqin sözlərinə qulaq asıb, müstəntiqin təkidi ilə Məhkum3 heç bir cinayət əməli törətmədiyi halda, onu törətmədiyi cinayət əməllərində haqsız yerə şərləyibdir. Bundan sonra, Məhkum1 Məhkum3 ona qarşı etdiy i şər və haqsızlıqlara görə dəfələrlə üzr istəmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X19 İran İslam Respublikasının vətəndaşıdır və müdafiə tərəfində olan məlumata görə fars dilində təhsil almaqla, azərbaycan dilində latın və kiril qrafikalarında yazıb-oxumağı bilmir. Lakin çox maraqlıdır həmin şəxs ifadələr vermiş, prosessual hərəkətlərinin keçirilmələrində iştirak etmiş, hətta prosessual qanunu bilən şəxs kimi apellyasiya şikayəti vermiş, hətta buraxılmış müddətin bərpası ilə bağiı ərizə yazmışdır. Məhkəmələr tərəfindən Məhkum1 imzaladığı «Beh mügaviləsi», «Qəbz» nəzərə alınmamış və Məhkum3 Əvvar oğluna tam bəraət verməli olduğu halda təqsirli bilinmişlər. Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası məhkəmə istintaqının aparılmaması ilə işə baxılma qərarını qəbul etməklə, müdafi ə tərəfinin hüquqlarını qəsdən kobud surətdə pozmuşlar. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1(011)-037-2022 saylı yekun qərarı tam qeyri-obyektiv, qanunsuz və əsassız olduğundan müdafiə tərəfi qeyd olunan yekun qərarından apeilyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(103)-1050-2022 saylı yekun qərarına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1(011)-037-2022 saylı yekun qərarı dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Məhkəmələr üçün cinayətin kim tərəfindən, cinayət əməlinin nə vaxt, necə və harada törədilməsi əhəmiyyətli olmamışdır. Nə birinci instansiya məhkəməsinin yekun qərarında, nə də ki, apeilyasiya məhkəməsinin yekun qərarında tədqiq edilmiş mötəbər, mümkün və ə saslı sübutlar yoxdur, yekun qərarlar ancaq subyektiv ehtimal, fikir və hakimlərin şəxsi fərziyyələrinə əsaslanır. Cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirlərin xarakterləri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirini, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və məhkəmələr tərəfindən digər sübutların rədd edilməsinin motivlərini, təqsirləndirilən şəxslərin məhkəməyə verildikləri ittihamın mahiyyətini və məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş halları da axtarmağa dəyməz, yalnız yekun qərarlarda yalnız hakimlərin şəxsi istəklərini əks etdirən nəticələr vardır. Hüquqları müdafiə olunan şəxsin hər hansı bir cinayəti törətməsi haqqında nəinki kifayət olmayan sübutlar əsasınd a, barəsində yanaki olsa belə, sübut olmadığı halda, onun cinayət əməli törətməkdə təqsirli olması haqqında yekun məhkəmə qərarları çıxarılmışdır. Kassasiya şikayətində Məhkum3 barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 1 (011 )-037-2022 saylı yekun qərarı və Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(103)-1050-2012 saylı yekun qərarı tamamilə qeyri-obyektiv, qanunsuz, ədalətsiz və əsassız olduqlarından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarının, o cümlədən müdafiə hüquqlarının kobud surətdə pozulmaları nəticəsində qəbul olunduqlarından, ləğv olunması və Məhkum3, heç bir cinayət əməli törətmədiyinə, onun hərəkət və ya hərəkətsizliklərində heç bir cinayət əməlinin t ərkibi olmadığına görə, tam bəraət verilməsi, bəraət verilmədiyi təqdirdə, qanunun, obyektivliyin, haqq və ədalətin bərpası naminə- Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(103)-10502012 saylı yekun qərarı Məhkum3 müdafiə hüquqlarının kobud surətdə pozulmaları ilə qəbul olunduğundan, ləğv olunması və cinayət işinin Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə cinayət məsuliyyətindən azad olunmuş şəxsin və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllən in 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi mübahisələndirilir və ona bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsi z bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cin ayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlə rindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyə n edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğ un olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və Məhkum3 cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək sonuncunun Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törətmiş olduğunun sübuta yetirildiyi qənaətinə gəlmiş, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq etməklə onu cinayət məsuliyyətindən azad etmiş və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam vermişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.2.1 və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, y axud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedik də, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə dələduzluq cinayət əməlinin mahiyyəti Məhkum3, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında müvafiq rol bölgüsü ilə mülkiyyətçisini belə tanımadıqları və heç bir formada satışa çıxarılmamış da şınmaz əmlakın zərərçəkmiş şəxsə guya hərraca çıxarılmış həmin əmlakın ucuz qiymətə satışının təşkili və həyata keçirilməsi və bununla əlaqədar sənədləşdirmə işlərinin aparılması ilə bağlı aldatma yolu ilə zərərçəkmiş şəxsin əmlakının ələ keçirilməsi olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Məhkum2 təxminən 2010- cu ildən etibarən tanıyır. Məhkum3 2019-cu ilin iyul ayından Məhkum2 vasitəsi ilə tanımışdır. Natiq ona xx.xx.2019-cu il tarixdə saat 20:06-da zəng etmişdir ki hərraca çıxardılan obyektləri aşağı qiymətə ala bilər. xx.xx.2019cu il tarixdə saat 12:09-da Natiq təkrarən ona zəng vuraraq Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən fotoatelyenin hərrac yolu ilə özəlləşdirilməyə çıxarıldığını söyləyib çox aşağı qiymətə alaraq özəlləşdirmək mümkün olduğunu qeyd etmişdir. O bildirmişdir ki, həmin obyekt 59 kvadrat metrdir. O, Natiqin təklifi ilə həmin gün, 13:00 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında Natiq və Şirvan ilə görüşmüşdür. Həmin görüş zamanı onlar obyekt barəsində danışmışlar. xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində yenə də Məhkum2 və Məhkum3 ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, Metroparkın yaxınlığında görüşmüşlər. xx.xx.2019-cu il tarixdə saat 12:33-də Məhkum3la danışmış, Şirvan həmin telefon zəngi zamanı tələsmək lazım olduğunu bildirmiş və qeyd etmişdir ki, tələsməsələr həmin obyekti başqa bir şəxs özəlləşdirə bilər. Onlar xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Qara Qarayev prospekti, 70 ünvanında yerləşən obyektin qarşısında yenidən görüşmüşlər. Həmin görüşə ona Əmlak komitəsində işləyən İntiqam kimi tanış etdikləri sonradan adının Məhkum1 olduğunu öyrəndiyi şəxs də gəlmişdir. Həmin görüşdə Məhkum1 sənədləşmə işini həll edərək həmin obyekti onun üçün alacağını bildirmişdir. O, xx.xx.2019- cu ildə axşam 18 radələrində Natiqlə yenə də Nərimanov rayonu F.X.Xoyski küçəsində kafelərin birində görüşüb çörək yemiş və həmin obyektlə bağlı söhbət etmişdir. Bu zaman Natiq onu tam əmin etmişdir ki, obyekti onun adına özəlləşdirəcəklər, lakin obyekti almaq istəyən çoxdur və pulu tez vermək lazımdır. xx.xx.2019-cu il tarixdə saat 15:40 radələrində Məhkum2la zəngləşmişlər və Ağa Neymətulla ilə Təbriz küçələrinin ətrafında, daha dəqiq Nərim anov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 52 saylı poçt şöbəsinin qarşısında görüşmək barədə razılaşmışlar. Həmin görüşdə Məhkum3 da olmuşdur. Həmin yerin ünvanının ünvan 6dur. O, ilk olaraq 40000 manat təşkil edib Məhkum3 vermişdir. Şirvan pulu alıb bildirmişdir ki, 20- 25 gün ərzində obyekti onun adına özəlləşdirəcək və bütün bu işləri Məhkum1 vasitəsilə edəcək. xx.xx.2019-cu ildə Məhkum2 ona zəng vuraraq sənədləşdirmə işlərinin getdiyini demiş, o, isə narazılığını bildirmişdir ki, iş gecikir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək dövrdə onların dəfələrlə telefon danışıqları olmuşdur. Həmin danışıqlar zamanı o, məsələnin həllinin gecikməsi ilə bağlı iradını bildirəndə Məhkum2 cavabında obyektin özəlləşdirilməsi üçün ilkin olaraq 50000 manat tələb olunduğu halda, 40000 manat verdiy inə görə özəlləşdirmənin yubandığını söyləyib təcili olaraq 10000 manat da təşkil edib məsələni həll etmək üçün Şirvana verməli olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 10:05-də Şirvan və saat 10:21-də Natiq ona zəng edərək pulun qalan 10000 manatının çatdırılmasını istəmişlər. xx.xx.2019-cu il tarixdə 17:15-dən saat 17:32 radələrinə kimi Nərimanov rayonu, Nəriman Nərimanov adına parkda yerləşən «La Vita» restoranının həyətində o, Məhkum3 və Məhkum2la görüşərək sözügedən obyekti özəlləşdirmək üçün Şirvana qalan 10000 manat pulu vermiş, Şirvan pulu alıb sayaraq 5 gün müddətində sözügedən fotoatelyenin adına özəlləşdirilməsi ilə bağlı sənədin hazır olacağını və obyektin şəxsi mülkiyyətinə keçiriləcəyini vəd etmişdir. İstintaq zamanı ifadəsi yerində yoxlanılarkən bu yerin ünvanını n ünvan 7rdə də onlar dəfələrlə bir birlərinə zəng edərək danışmışlar. Bu məsələyə isə Şahid9 2019-cu ilin noyabr ayında qoşulmuşdur. xx.xx.2019-cu il tarixində Şirvan Natiqin iştirakı ilə onu Nərimanov rayonunda yerləşən «Metropark» ticarət mərkəzinin yanındakı «Margarita» kafesində Xanlarla görüşdürmüşdür. Söhbət əsnasında Xanlar «demaqoq» olduğunu və uzun müddət ərzində yazı-pozu, şikayət işləri ilə məşğul olduğunu söyləyib öz adından Qabilin barəsində polisə şikayət edərək 50000 manat pulunu alıb ona qaytaracığını vəd etmişdir. Telefonların danışıq və antenna məlumatları ilə da təsdiq olunur ki, xx.xx.2019-cu il tarixində Məhkum3 ona 12:47-də zəng etmiş, görüş yeri barədə danışmışlar, 13:38-də onun Ağa Neymətulla, 44, Metropark TM antenasında olduğu qeydə alınmışdır. xx.xx.2019-cu ildə onun Şahid9 ilə ilk telefon danışıqları olmuş, xx.xx.2019-cu ildə Xanlar ona "salam Aydın müəllim, İntiqam yalan danışdığına görə işi araşdırılır” mesajı yazmışdır, bundan əvvəl isə o, Xanları tanımamışdır. Məhkum2 ona bildirmişdir ki, ondan pul aldıqlarına görə çox peşmandır. Natiq ona demişdir ki ondan alınmış 50000 manat puldan Şirvan 30000 manatı Məhkum1 vermiş, 15000 manat Şirvanda qalmış, onun özünə isə 5000 manat verilmişdir. Bununla bağlı Məhkum2 ondan üzr istəmiş və 5000 manat pulu ona geri qaytaracağına söz vermişdir. Bununla bağlı həmçinin qeyd etmək istəyir ki, xx.xx.2019-cu il tarixdə Xanlar bu məsələyə ilk dəfə qoşulan gün onlar görüşəndə Xanlar xahiş etmişdir ki, Şirvanın polis əməkdaşı olaraq adının bu işdə hallandırılmaması üçün o, əlyazma yazsın ki, guya obyektin alınm asına görə 50000 manatı Məhkum2 vermişdir və bu pulu sonuncudan tələb edəcəkdir. Bu əlyazmanı yazdıqdan yarım saat sonra o, onu Şirvandan alaraq əslini cırmışdır və bununla həmin əlyazmanı Natiqin yanında ləğv etmişdir. Bütün bu işlərə onu inandırmaq üçün, yəni Şirvanın, Natiqin və Qabilin əlbir olaraq pulunu ələ keçirtmək üçün qurduqları plana əsasən, onun adına obyektin alınaraq özəlləşdirmənin aparılacağına inandırmaq üçün Şirvan ona demişdir ki, adına etibarnamə versin ki, X13 Xidmətində səlahiyyətli nümayəndəsi kimi onu təmsil edərək operativ qaydada bütün sənədləşdirmə işlərini aparsın və obyektin çıxarışını alıb ona verə bilsin. Şirvan demişdir ki, hər yerdə adamı var, hər yerə əli girir, əslən Cəlilabaddandır, Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənov da Cəlilabaddandır, Şirvanın onl arla yaxın əlaqəsi var, o, heç hara getməsin və Şirvan özü bütün məsələləri həll edəcəkdir. O, ilk olaraq obyekti həyat yoldaşı Şüküfə Əliyarovun adına sənədləşdirmək istəmişdir. Ona görə də, Şirvan ona şəxsiyyət vəsiqəsinin surətini vermişdir ki onun adına yoldaşının adından etibarnamə versin. xx.xx.2019-cu il tarixdə Şirvan, Natiq və Qabil ilə görüşüb saat 13 radələrində obyektə baxdıqdan sonra, 15 radələrində arvadı Şahid7 ilə Nərimanov rayonu, «Metropark» ticarət mərkəzinin yanındakı notariusa gəlib Şüküfənin adından Şirvanın adına iki aylıq etibarnamə rəsmiləşdirmişdir. Həmin vaxtı onu inandırmışlar ki tezliklə obyekt onun adına rəsmiləşdiriləcək. O, gedib həmin notariusdan etibarnamənin verilməsinə dair çıxarış almışdır və həmin çıxarışı istintaq orqanlarına təqdim etmişdir. Apellyas iya məhkəməsi qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 tam təfsilatı ilə hadisələri təsvir edərək vermiş olduğu ifadəsindən göründüyü kimi, Zərərçəkmiş şəxs1 keçmiş birgə işlədiyi şəxs olan Məhkum2 vasitəsilə ittihamda qeyd olunan qeyri-yaşayış sahəsinin satılması barədə məlumat aldığını, daha sonra sonuncu vasitəsilə Məhkum3la görüşdüyünü, həmin şəxslə də obyektin satılması ilə bağlı danışdığını, bundan sonra sonuncuların vasitəsilə İntiqam kimi tanış etdikləri Məhkum1lə görüşdüyünü bildirmiş, habelə Məhkum3 təklifi ilə arvadı Şükufə Əliyarovanın adından sonuncuya etibarnamə də verdiklərini göstərmişdir. İş materiallarına zərərçəkmiş şəxs tərəfindən təqdim olunmaqla əlavə edilmiş "Elektron notariat” avtmatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Mə hkum3 AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi və digər istənilən ərazi idarəsində səlahiyyətli nümayəndəsi olması və s. etibar edilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Məhkum3 dələduzluq cinayət əməlində iştirak etmədiyini bildirsə də, iştirak etmədiyi bir cinayət əməlinin törədilməsinin gedişatında, heç bir başqa tanışlıqları olmayan zərərçəkmiş şəxsin arvadı tərəfindən birbaşa olaraq ona etibarnamənin məhz AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi və digər istənilən ərazi idarəsində səlahiyyətli nümayəndəsi olması üçün verilməsi onun bu dəlillərinin əsassız olmasını təsdiq edir. Belə ki, telefon məlumatları olan CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, istintaq zamanı məhkəmə qərarları əsasında Zərərçəkmiş şəxs1, təqsirləndir ilən şəxslər Məhkum1, Məhkum3, Məhkum2 və Şahid9 01.07.20l9-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində istifadələrində olan mobil telefonlarına daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnlərinin yazılı mətnləri, həmin zəngləri edən nömrələrin və SMS mətnlərinin göndərildiyi nömrələrinin sahiblərinin şəxsiyyətləri və ünvanları, habelə, həmin nömrələrin qeyd edilən dövr ərzində anten dairələri barədə məlumatlar müvafiq mobil operatorlarından əldə olunaraq onlara baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum3 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəngi xx.xx.2019-cu ildə saat 12:33-də olmuş; Məhkum2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng xx.xx.2019-cu ildə saat 20:06-da olmuş; Məhkum1 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng xx.xx.2019-cu ildə saat 12:02-də olmuş; Şahid9 istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng xx.xx.2019-cu ildə saat 16:49-da olmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən başlayaraq qeyd edilən dövr ərzində təqsirləndirilən şəxs Məhkum1 mobil nömrəsindən Məhkum2 ***-***-**-** mobil nömrəsinə cəmi 346 zəng olmuşdur, ilk zəng xx.xx.2019-cu ildə olmuşdur. Məhkum2 həmin mobil nömrəsi ilə Məhkum3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə cəmi 3973 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa, müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid9 istifadəsində olan ***-*****-** n ömrəsi ilə ilk danışıq xx.xx.2019-cu ildə saat 12:24-də olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən başlayaraq qeyd edilən dövr ərzində təqsirləndirilən şəxs Məhkum1 həmin mobil nömrəsindən Məhkum3 ***-***-**-** mobil nömrəsinə cəmi 2557 zəng, Zərərçəkmiş şəxs1 mobil nömrəsinə isə cəmi 13 zəng olmuşdur. Həmin dövrdə Məhkum1 Şahid9 ilə cəmi 11 dəfə telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2000ci il tarixdə keçirilmiş hərracda özəlləşdirilərək həmin obyektin işçiləri olmuş X4, X5 və digərləri tərəfindən satın alınmışdır. Bununl a da həmin obyektin 2019-cu ildə hərraca çıxarılmaması və başqasına satılmaması təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hadisələrin məhz ittihamda və məhkəmə qərar və hökmündə göstərildiyi kimi cərəyan etmiş olması nəinki digər təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 və iş üzrə dindirilmiş digər şahidlərin ifadələri ilə, o cümlədən telefon danışıq məlumatları, anten dairələri və digər obyektiv sübutlarla da təsdiq olunmuşdur. Məhkum3 cinayət əməli törədildikdən sonra əmisi Şahid9 zərərçəkmiş şəxslə görüşdürmüş, bu zaman sonuncu da Zərərçəkmiş şəxs1 onun pulunu Məhkum1 alacağını bildirmiş, sonrakı müddətdə isə Məhkum1 barəsində müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir. Cinayət işinin materiallarında olan ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Məhkum3 qardaşı X7 22000 manat pulu Zərərçəkmiş şəxs1 təqdim etmiş, sonuncu həmin məbləğdə pulu qəbul etmişdir. Həmçinin iş materiallarında olan ərizələrdən görünür ki, təqsirləndirilən şəxs Məhkum2 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məbləğdən 5000 manat məbləğdə pulun onun götürdüyünü, 15000 manat məbləğin Məhkum3 götürdüyünü, 30000 manat məbləğin isə Məhkum1 götürdüyünü göstərmişdir. Məhkum1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məbləğdən 30000 manat məbləğdə pulun onun götürdüyünü, 15000 manat məbləğin Məhkum3 götürdüyünü, 5000 manat məbləğin isə Məhkum2 götürdüyünü göstərmişdir. Məhkum3 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək zərərçəkmiş şəxsdən götürülən 50000 manat məb ləğdən 15000 manat məbləğdə pulun onun götürdüyünü, 30000 manat məbləğin Məhkum1 götürdüyünü, 5000 manat məbləğin isə Məhkum2 götürdüyünü göstərmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Kapitalbank ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Məhkum3 hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmişə vurulmuş ziyanın 25%-i olaraq 3752 manat dövlət büdcəsinə ödənilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 kassasiya şikayətində qeyd edilən hallardan fərqli olaraq birinci instansiya məhkəmə sində nəinki törətdiyi cinayət əməlində təqsirinin olmasını etiraf etmiş, hətta özü tərəfindən ələ keçirilmiş pulun miqdarını da məhkəməyə bildirməklə, cinayət məsuliyyətindən azad edilməsi üçün tərəfindən dövlət büdcəsinə tələb olunan məbləği ödəmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Belə ki, Məhkum3 tərəfindən birinci instansiya məhkəməsində məsuliyyətdən azad edilməsi üçün əsas müəyyən edildikdən və müvafiq qərar çıxarıldıqdan sonra, işin faktiki hallarını təhrif edilərək sadalanmış şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qanunsuz və ya əsassız olması və həmin qərarı qüvvədə saxlamış apellyasiya instansiyası məhkəm əsinin mövqeyi ilə razılaşmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq Məhkum3 cinayət məsuliyyətindən azad olunması barədə qərarı mübahisələndirilməsini məhz barəsində həmin qərara münasibətdə onun üçün xidməti fəaliyyəti ilə əlaqədar (keçmiş polis əməkdaşı olaraq) daha da əlverişli olan bəraət hökmünün çıxarılması üçün atılmış uğursuz cəhd kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində əsaslandıqları məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1139, 4/1163 nömrəli rəyinin mötəbər sübut olmaması, Məhkum1 həmin səs yazılarını qanunsuz olaraq yazmış olması, bu baxımdan həmin ekspert rəyinin sübutlar siyahısından xaric edilməsinə dair dəlillərini də əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməs i işin qeyd edilən hallarını, iş materialları ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək əsaslı olaraq məhz həqiqətin aşkara çıxarılması üçün Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs Məhkum1 (bütün təqsirin onun üzərində qalmaması üçün) istintaqdan gizlədilən və yalnız aidiyyəti şəxslərin birlikdə olduqları zaman açılan mövzuların müzakirəsi zamanı texniki vasitələrin köməyi ilə audio və video yazı aparmaları və həmin faktları istintaq orqanına təqdim etmələri qənaətinə gəlmişdir. Həmçinin düzgün olaraq qeyd etmişdir ki, əldə edilmiş səs yazılarında hər üç məhkum edilmiş şəxslərin səs yazıları olmuş və qeyd olunan səs yazıları Məhkum3 təqsirliliyini təsdiq edən yeganə sübut olmamışdır. Belə ki, "Yallo (Yalloh) Almaniyaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə görə, gizli yolla ə ldə edilmiş informasiyanın sübut qismində qəbul olunması işin halları baxımından 6-cı maddənin 1 -ci bəndi ilə təmin edilən ədalətlilik tələblərinə zidd deyildir. "Şenk İsveçrəyə qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi ədalətli mühakimə olunma hüququnu təmin etsə də, bu kimi sübutların qəbul edilə bilməsi ilə bağlı hər hansı bir qayda qoymur, bu da ilk növbədə milli qanunvericiliklə tənzimlənməlidir. Buna görə Məhkəmə, prinsipcə və mücərrəd olaraq qanunsuz olaraq əldə edilmiş bu cür dəlillərin qəbul edilə biləcəyini istisna edə bilməz. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır və aşağı instansiya məhkəmələri toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında Məhkum3 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd etdiyi ibtidai istintaq və məhkəmə baxışı zamanı yol verilmiş olan prosessual qanunvericiliyin normalarının tələblərinin pozulmasına dair dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən maddi v ə prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11 -ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1. 1 -ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 4 3.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qə rarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum3 əməlinin tövsifi barədə gəldikl əri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərədindən Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün olaraq təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum3 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum3 müdafiə və ədalətli məhkəmə araşdırması h üquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q ərara aldı: Məhkum3 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar