Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-468/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarından Azərbaycan Respubl ikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X80 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) Məhkum (7 oktyabr 1987-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan3ində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhr um etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 il müddətində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 9 (doqquz) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Məhkum üzərində əlavə cəzası ilə yanaşı 6 (altı) il 2 (iki) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum barəsind ə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə üzrə XXX80nə həvalə edilmiş, onun üzərinə sınaq müdətində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökm qanuni qüvvəyə minənədək Məhkum barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Bundan başqa hökmlə ittihamdan Məhkum vəzifə saxtakarlığı edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs15 məxsus xeyli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq etməsi və X1 mənzil üzərində mülkiyyət hüququnu pozub onu faktiki olaraq məzilindən məhrum etməklə ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi epizodu xaric edilmişdir. Həmçinin, həmin hökmlə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi Şahid4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş apel lyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum tərəfindən vurulmuş maddi ziyana görə 25000 (iyirmi beş min) manat məbləğində pulun Məhkum alınaraq Zərərçəkmiş şəxs14 verilməsi, Zərərçəkmiş şəxs14 mənəvi ziyana görə 40000 manat məbləğində pulun Məhkum alınaraq ona verilməsinə dair tələb hissəsində isə apellyasiya şikayətinin təmin edilməməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Kərimov, hakimlər G.L.Rzayeva və İ.T.Hacıqayıbovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı3 tərəfindən ver ilmiş kassasiya protesti, zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi Şahid4 və zərərçəkmiş Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində göstərilən əsasla – Məhkum şərti məhkum etmə kimi cinayət-hüquqi xarakerli tədbir edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadığına görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim R.K.Səfərov, hakimlər Q.X.Babayev və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) z ərər çəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmdən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa və bununla bağlı olan göstərişlər xaric edilmiş, Məhkum üzərində saxlanılan 6 (altı) il 2 (iki) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 6 noyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır, Həmçinin həmin qərarla zərər çəkmiş Zərərçəkmiş şəxs14 apellyasiya şikayəti qismən təmin edilmiş, hökm zərər çəkmiş Zərərçəkmiş şəxs14 maddi ziyana görə 25000 (iyirmi beş min) manat məbləğində pulun ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, həmin iddia təmin edilmiş, Məhkum 25000 (iyirmi beş min) manat məbləğində pulun alınaraq zərər çəkmiş Zərərçəkmiş şəxs14 verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs14 mənəvi ziyanla bağlı tələbinə aid hissədə isə apellyasiya şikayəti təmin edilməmiş, hökm onun mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması hissəsində ləğv olunmuş, həmin iddia əsassız olduğundan təmin edilməmiş, hökm Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, kooperativin 07 yanvar 2005-ci il tarixli Nizamnaməsinə əsasən mənzillərin satışını həyata keçirmək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs kimi, həmin vəzifələri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, kooperativ tərəfindən ünvan4də inşa edilən 19 mərtəbəli yaşayış binasının 1 a blok, 19-cu mərtəbə, 1-ci korpusunda yerləşən, ümumi sahəsi 108 kv.m olan 2 (iki) otaqlı 54-1 saylı mənzilin Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirildiyini bildiyi halda, qohumluq münasibətində olduğu X12 tanışı X6 ilə arasındakı borc münasibəti ilə əlaqədar, “xxxx” mənzil tikinti kooperativi t ərəfindən inşa edilmiş binalardan 108.000 manat dəyərində olan mənzillərdən birini XX45in adına rəsmiləşdirməsi barədə etdiyi xahişinə əsasən, eyni mənzilin XX45in qızı Şahid5 adına 108.000 manata satılaraq rəsmiləşdirilməsi barədə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədi 16 fevral 2015-ci il tarixli 36-2 saylı müqavilə, həmçinin mənzilin dəyərinin Şahid5 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs18 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzi fə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, həmin kooperativ tərəfindən ünvan6ndə inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 2-ci korpus, 2-ci blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m olan, 3 (üç) otaqlı 133 saylı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs19 arasında bağlanmış 17 iyun 2009-cu il tarixli 210 saylı müqaviləyə əsasən sonuncuya 121360 manata satılaraq rəsmiləşdirildiyini bildiyi halda, göstərilən mənzili yenidən 09 oktyabr 2015-ci ildə Zərərçəkmiş şəxs13 119.000 manata qanunsuz satmaq barədə razılaşıb, kooperativi n ünvan10ndə yerləşən ofisində həmin məbləğdən 85.000 manat pul vəsaitini dərhal, qalan hissəsini isə müxtəlif tarixlərdə hissə-hissə almaqla şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin borcundan çıxılması şərti ilə Zərərçəkmiş şəxs13 900 manat dəyərində sement məhsulu götürərək, sonuncuya məxsus ümumilikdə 98.400 manat - külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs13 adına satılaraq rəsmiləşdirilməsi haqqında, məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədi, 09 oktyabr 2015-ci il tarixli 271 saylı müqaviləni tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib vəzi fə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs19 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanış olduğu qeyrisi ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan7ndə inşa olunmuş yaşayış binalarında müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi ba rədə köhnə tarixli saxta müqavilələr tərtib edilərək, sonradan həmin mənzillərin yenidən satışına dair adından elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, həmin kooperativ tərəfindən ünvan9ndə inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 2-ci korpus, 2-ci blok, 1n, ümumi sahəsi 151 kv.m olan, 3 (üç) otaqlı 109 saylı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs12 arasında bağlanmış 21 sentyabr 2010-cu il tarixli 226 saylı müqavilə ilə 121.360 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan mənzilin X14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər i, müqavilə və həmin mənzilin dəyərinin XXX60 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra, həmin mənzili yenidən 08 iyul 2016-cı ildə Zərərçəkmiş şəxs5 106.647 manat dəyərində 69.000 ABŞ dollarına qanunsuz sataraq, kooperativin ünvan10ndə yerləşən ofisində həmin pul vəsaitinin XXX60 tərəfindən Zərərçəkmiş şəxs5 alınmasına nail olub, göstərilən məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs5 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd ol unan mənzilin Zərərçəkmiş şəxs5 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 08 iyul 2016-cı il tarixli, 300/2 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs5 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs12 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqs ədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan10ndə inşa olunmuş yaşayış binalarındakı, müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin yenidən satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, ünvan10 955-ci məhəllədə yerləşən yaşayış evinin (2-ci korpus), 3-cü blok, (yaşayışın) 16cı mərtəbəsindəki, ümumi sahəsi 172,0 kv.m olan, 4 (dörd) otaqlı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə X8 arasında bağlanmış 21 iyun 2012-ci il tarixli 207 saylı müqavilə ilə 120.820 manata sonuncuya satılaraq rəsmiləşdi rildiyini bildiyi halda, qeyd edilən mənzilin XX99un adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 30 may 2013-cü il tarixli, 300/2 saylı müqaviləni və həmin mənzilin dəyərinin XXX60 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra göstərilən mənzili yenidən 26 avqust 2016-cı ildə Zərərçəkmiş şəxs6 130.000 manata qanunsuz satıb, kooperativin ünvan10ndə yerləşən ofisinin yaxınlığında XXX60 tərəfindən həmin pul vəsaitinin Zərərçəkmiş şəxs6, sonuncuya məxsus olan “Mersedes C” klass markalı, “** xx xx xx ***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alınmasına nail olub öz aralarında bölməklə, məbləğin özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcl əyib, Zərərçəkmiş şəxs6 külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs6 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 26 avqust 2016-cı il tarixli, 302/3 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs6 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs9 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qan uni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanış olduğu qeyrisi ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan10ndə inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, ünvan10ndə yerləşən yaşayış evinin (2ci korpus), 2-ci blok, 13-cü mərtəbəsindəki ümumi sahəsi 151, 0 kv.m olan, 3 (üç) otaqlı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs10 arasında bağlanmış 10 iyul 2009-cu il tarixli 208 saylı müqavilə ilə 113.775 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 30 may 2013-cü il tarixli, 300/4 saylı müqaviləni və həmin mənzilin dəyərinin XXX60 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonar qeyd edilən mənzili yenidən X3 107.000 manata satmaq barədə razılaşıb, həmin puldan əvvəlcə 3.000 manat pul vəsaitinin beh kimi XXX60, 07 oktyabr 2016-cı ildə isə kooperativin ünvan10ndə XXX95ya məxsus “HYUND Aİ ELANTRA” markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda XXX75 və XXX60 tərəfindən daha 67.000 manat, 2017-ci ilin mart ayının 16dək isə daha 37.000 manat pul vəsaitinin XXX60 və XXX75 tərəfindən alınmasına nail olub, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, XXX95nın külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin XXX95nın adına satılması haqqında məzmununa biləbilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 07 oktyabr 2016-cı il tarixli, 304/3 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq ol unmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs10 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqsədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan10ndə inşa olunmuş yaşayış binalarındakı, müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillə rin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, ünvan10 955-ci məhəllədə yerləşən yaşayış binasının (2-ci korpus), 2-ci blok, (yaşayışın) 21-ci mərtəbəsindəki, ümumi sahəsi 151,0 kv.m olan, 3 (üç) otaqlı 141-1 saylı mənzilin XXXX75 mənzil tikinti kooperativinin sabiq sədri X9 ilə Zərərçəkmiş şəxs11 arasında bağlanmış 24 yanvar 2013-cü il tarixli 225 saylı müqavilə ilə 138.000 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 10 oktyabr 2015-ci il tarixli 300/9 saylı müqaviləni və həmin mənzilin dəyərinin XXX30 tərəfindən tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möh ürü ilə təsdiq etmiş, bundan sonra, qeyd olunan həmin mənzili yenidən 08 noyabr 2016-cı ildə Zərərçəkmiş şəxs3 117.000 manata qanunsuz satıb, kooperativin ünvan12ndə ofisində həmin pul vəsaitinin XXX60 tərəfindən Zərərçəkmiş şəxs3 alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs3 külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs3 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 08 noyabr 2016-cı il tarixli, 300/9 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs3 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs11 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin, o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, tanışı X19, eləcə də sonuncunun vasitəsi ilə tanıdığı X17 ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan11ndə inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxsl ərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən ünvan11ndə inşa edilmiş yaşayış binasının 2-ci korpus, 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 151.6 kv.m olan, 3 (üç) otaqlı, 89 saylı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs7 arasında bağlanmış 30 iyun 2011-ci il tarixli, 12 saylı müqavilə ilə sonuncuya 40.959 manata satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 10 oktyab r 2013-cü il tarixli 300/12 saylı müqaviləni və həmin mənzilin dəyərinin XXX73 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra, qeyd edilən mənzili yenidən 01dekabr 2016-cı ildə Zərərçəkmiş şəxs4 110.000 manata qanunsuz satıb, kooperativin ünvan11ndə yerləşən ofisində həmin pul vəsaitinin XXX60 tərəfindən alınmasına nail olmaqla, əldə etdikləri məbləği öz aralarında bölərək, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs4 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs4 anası X10 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 01 dekabr 2016cı il tarixli 300/14 saylı müqavilə və mənzilin dəyərinin XXX25 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs4 verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs7 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Eyni zamanda, o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən ey ni məqsədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “xxxx” mənzil tikinti kooperativi tərəfindən ünvan11ndə inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, XXX60un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən ünvan11 955-ci məhəllədə yerləşən yaşayış binasının (2-ci korpus), 3-cü blok, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 172,6 kv.m olan, 4 (dörd) otaqlı, 167 saylı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sədri kimi özü ilə Zərərçəkmiş şəxs8 arasında bağlanmış 16 fevral 2016-cı il tarixli 159 saylı müqavilə ilə 1 31.176 manata sonuncuya satılaraq rəsmiləşdirildiyi halda, həmin mənzilin X14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - müqaviləni və həmin mənzilin dəyərinin XXX60 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra qeyd edilən mənzili yenidən 10 yanvar 2017-ci ildə X5 147.000 manata qanunsuz satıb, kooperativin ünvan12ndə yerləşən ofisinin qarşısında həmin məbləğdən 117.000 manat pulun XXX60 tərəfindən alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, ondan özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyərək, Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 10 yanvar 2017-ci il tarixli, 300/28 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs2 verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs8 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin o, “xxxx” mənzil tikinti kooperativinin sədri vəzifəs ində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən ünvan11ndəki 20 mərtəbəli yaşayış binasının 2-ci blok, 2-ci korpus 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 111.9 kv.m olan, izolə olunmuş 2 otaqlı, 116 saylı mənzilin “xxxx” mənzil tikinti kooperativinin sabiq sədri X11 ilə Zərərçəkmiş şəxs17 arasında bağlanmış 30 sentyabr 2006-cı il tarixli 27 nömrəli müqavilə ilə 60.986 ABŞ dollarına sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin XXX45un adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri müqaviləni və həmin mənzilin dəyərinin XXX45 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışın ı tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra qeyd olunan mənzili yenidən 16 yanvar 2017-ci ildə Zərərçəkmiş şəxs14 90.000 manata qanunsuz satıb, kooperativin ünvan11ndə yerləşən ofisində həmin pulun XXX45 tərəfindən alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs14 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 16 yanvar 201 7-ci il tarixli, 221/1 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs14 verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs17 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə Məhkum “xxxx” Mənzil Tikinti Kooperativinin sədri olduğu dövrdə vəzifə səlahiyyətlərinə sui-istifadə edərək “xxxx” MMC tərəfindən əvvəl XXX22ya satılmış iki otaqlı mənzilin M MC-nin vəfat etmiş direktorunun imzası saxtalaşdırılmaqla XXX45na və sonuncu tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs15 satılmasına dair saxta müqavilələrin və müvafiq ödəniş sənədlərinin hazırlanmasına nail olması, bu yolla qabaqcadan əlbir olduğu XXX45la birgə Zərərçəkmiş şəxs15 aldadaraq onun həmin iki otaqlı mənzilə görə ilkin olaraq ödədiyi 31.100 manat məbləğində pulu ələ keçirib XXX45la bölmələri, XXX22nı mənzilindən məhrum etməklə, yəni onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ibtidai istintaqda toplanmış və məhkəmədə baxılmış materiallarla kifayət qədər sübuta yetirildiyi halda, həmin epizod təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə əsassız və qanunsuz olaraq birinci instansiya məhkə məsi tərəfindən ittihamdan xaric edilmiş, bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Kassasiya protestinin həmin məsələ üzrə digər dəlili isə odur ki, cinayətin iştirakçısı olan XXX45nun barəsində cinayət işinə ayrıca icraatda baxılarkən o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Zərərçəkmiş şəxs15lə bağlı epizod üzrə də məhz “xxxx”-ın sədri, yəni Məhkum ilə qabaqcadan əlbir olmaqla dələduzluq etməkdə təqsirli bilinmiş və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılarkən məhkəmə təkibində Məhkum barəsində qərar çıxarmış hakimlərdən iki nəfəri – sədrlik edən və məruzəçi Rizvan Səfərov və Əflatun Qasımov iştirak et mişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1 və 416.0.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qrarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestindən görünür ki, dövlət ittihamçısı məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə kifayət qədər sübuta yetirildiyi halda Zərərçəkmiş şəxs15lə bağlı dələduzluq və vəzifə saxtakarlığı, habelə X1 faktiki olaraq məzilindən məhrum edilməsi ilə əlqədar ağır nəticələrə səbəb o lmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmə epizodlarının əsassız olaraq ittihamdan xaric edildiyini iddia etməklə, həmin hissədə mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1 və 416.0.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Lakin, eyni dəlillərlə və bunlarla yanaşı Məhkum barəsində Cinayət Məcəlləsinin 70ci maddəsində nəzərdə tutulmuş şərti məhkum etmənin təqsirkarın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan - əsassız olaraq tətbiq edilməsi barədə dəlillə əsaslandırılmış dövlət ittihamçısının və Zərərçəkmiş şəxs15 nümayəndəsinin hazırki iş üzrə bundan əvvəl çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından verdikləri kassasiya protestinə və kasssasiya şikayətinə (eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs14 kassasiya şikayətinə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış və kollegiya 23 iyul 2019-cu il tarixli qərarı ilə müstəsna olaraq şəri məhkum etmənin əsassız olaraq tətbiq edilməsinə (cəzanı yüngüllləşdirən halların əsassız olaraq müəyyən edilib nəzərə alınmasına görə) – yəni, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş əsasla apellyasiya məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərarını ləğv edərək cinayət işin i yeni apellyasiya baxışına təyin etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Qeyd olunan cinayət-prosessual norma faktiki olaraq yeni apellyasiya baxışının hədlərini göstərməklə, qəbul ediləcək qərarı əvvəlki qərarın mübahisələndirilməsinə həsr olunmuş kassasiya müraciətlərinin xarakterindən və onların kassasiya instansiyası məhkəməsində həllindən asılı etmiş dir. Məhkəmə heyətinin fikrincə, həmin normanının mənasına görə apellyasiya instansiyası məhkəməsi yeni baxışda məhkumun vəziyyətinin əvvəlki qərarla müqayisədə pisləşdirilməsi barədə qərarı buna dair verilmiş kassasiya müraciəti təmin olunduğu hissədə çıxara bilər. Başqa sözlə, yenidən işə baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki baxışın pozuntularını müəyyən etdiyi məsələlər üzrə məhkumun vəziyyətinin pisləşməsi barədə yeni qərar çıxarmağa haqlıdır, kassasiya instansiyası məhkəməsinin pozuntuları müəyyən etmədiyi məsələlər üzrə isə (kassasiya müraciəti ilə razılaşmadığı hissədə) məhkumun vəziyyətini pisləşdirmək səlahiyyətinə malik deyil. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da yeni apellyasiya baxşında çıxardığı 06 noyabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 420.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam şəkildə nəzərə almış, Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinə dair müddəaları hökmdən xaric etmiş, Məhkum hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsi barədə qərar qəbul etmişdir. Kassasiya protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsinin kassasiya şikayəti ilə mübahisələndirilən Zərərçəkmiş şəxs15la bağlı dələduzluq və vəzifə saxtakarlığı epizodlarının, XXX22 ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə epizodunun ittihamdan xaric edilməsi məsələsi isə (Ali Məhkəmənin Cinayət kollegiyasının qərarında kollegiyanın bu məsələdə kassasiya müraciətləri ilə razılaşdığını göstərən bir dəlil belə gətirilmədiyindən), apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarında olduğu kimi həll edilmiş, yəni sözügedən epizodların ittihamdan xaric edilməsi hissəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, dövlət ittihamçısının yeni apellyasiya baxışı nəticəsində çıxarılmış 06 noyabr 2019-cu il tarixli yekun qərarı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs15 və XXX22 ilə bağlı epizodlarda təqsirli bilinməməsinə görə mübahisələndirməsi əsaslı və qanuni mövqe kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, kassasiya protestində göstərilənlərin əksinə olaraq birinci instansiya məhkəməsində ittihamın sözügedən epizodları üzrə faktiki hallar müəyyən edilərkən və onlard an hüquqi nəticələr çıxarılarkən məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum şərh edilən epizodlarda təqsirliliyinin sübuta yetirilməməsi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Hökmdə sübutlar, o cümlədən təqsirləndirilənlərin, XXX45nun, Zərərçəkmiş şəxs15, onun qızı - Şahid4, digər şa hidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallar təsvir edilib ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması və yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin sözügedən məsələ (ittihamdan xaric edilmiş Zər ərçəkmiş şəxs15 və XXX22 ilə bağlı epizodlar) üzrə yekun nəticələrini şübhə altına almaq üçün əsas görmür. Zərərçəkmiş şəxs15lə bağlı dələduzluq epizodunda XXX45nun Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə təqsirli bilinməsi və hökmdə onun həmin cinayəti “xxxx” Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyən tanışı ilə qabaqcadan razılaşmaqla əlbir olub” törətməsinin əks olunması da hazrki işdə Məhkum həmin epizod üzrə təqsirli olduğunu müəyyən edən xüsusat (XXX45un barəsində olan hökm Məhkumun təqsirliliyini müəyyən edən akt) kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən “cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir”. Lakin, həmin norma təfsir edilərkən Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, cinayət mühakimə icraatının prinsipləri, cinayət-prosessual qanunun ümumi hissəsinin digər müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən “cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır” (İ hissə). “Məhkəmənin hökmü olmazsa, kimsə cinayətdə təqsirli sayıla bilməz” (V hissə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 21.1-ci maddəsində də “təqsirsizlik prezumpsiyası” prinsipi Konstitusiyanın 61-ci maddəsinə müvafiq şəkildə təsbit edilməklə şəxsin təqsiri cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda müvafiq (onun barəsində çıxarılmış) hökmlə təqsirli bilinməsini ehtiva edir. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilmiş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinə görə “hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər” (maddə 33.1). “Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəm iyyət verilməsi yolverilməzdir” (maddə 33.4). Cinayət-prosessual qanunun sübutların qiymətləndirilməsi məsələlərini tənzimləyən 145-ci maddəsində də nəzərdə tutulmuşdur ki, “təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət-Prosessual Məcəllənin 318.1ci maddəsinə əsasən “məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır”. Göründüyü kimi, milli qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları məhkəmə baxışı nın hədlərini, o cümlədən tədqiq olunan, qiymətləndirilən sübutların dairəsini məhkəməyə verilən ittiham və bu ittiham üzrə təqsirləndirilən şəxslə məhdudlaşdırmaqla həmin məhkəmə baxışının yekununda çıxarılan hüquqi əhəmiyyətli nəticələri də (o cümlədən, təqsirlilik məsələsi üzrə) müstəsna olaraq baxılan ittiham və təqsirləndirilən şəxslə məhdudlaşdırır, beləliklə də, şəxsin tərəf olmadığı cinayət prosesində onun təqsirliliyi barədə nəticələrin çıxarılmasını istisna edir. Məhkəmə hökümünün preyudisiallığına dair məsələnin məhz bu cür həll edilməli olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2 020-ci il tarixli qərarında ifadə etdiyi mövqeyə görə “qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Bundan çıxış edərək Konstituisya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır ”. Odur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs15 qarşı başqa şəxslə qabaqcadan əlbir olmaqla dələduzluq etməsi ilə əlaqədar XXX45nun barəsində ayrıca icraatda çıxarılmış ittiham hökmünə həmin icraatda iştirak etməyən Məhkumnin da təqsirliliyini təsdiq edən akt kimi baxmaq olmaz. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarının çıxarılmasında iştirak etmiş hakimlərdən Rizvan Səfərovun və X18 XXX45un barəsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətinə baxılmasında R.Səfərovun sədrlik edən, Ə.Qasımovun hakim kimi iştirak etmələri özü-özlüyündə hazırki işdə şərh edilən məsələ üzrə çıxarılmış nəticəyə təsir etmədiyindən (bu nəticənin düzgün olmaması barədə fikir yürütmək üçün əsas vermədiyindən), apellyasiya instansiyası məhkəməsinin 06 noyabr 201 9-cu il tarixli qərarının ləğvini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan pozuntuya bü cür yanaşarkən şərh edilən epizodun bərəatverici əsasla (bu epizod üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsinə görə) ittihamdan xaric edildiyini və analogiya üzrə cinayət-prosessual qanunun 399.2, 399.3-cü maddələrinin müddəalarını nəzərə alır. Bütün bunlara görə məhkəmə kollegiyası baxılan işdə kassasiya protestində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin əsasları kimi qeyd olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi, müvafiq olaraq da mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi, kassasi ya protestinin təmin edilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-468/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-468/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver