Məhkəmə qərarları › İş №1(102)-468/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-468/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-468/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum1, müdafiəçisi - “Mərkəz” Vəkil Bürosunun vəkili Cavadov Arzu Güləhməd oğlunun, Məhkum - Məhkum2, müdafiəçisi - “Kredo ” Vəkil Bürosunun vəkili Rəşidov Rövşən Xudaşirin oğlunun, Məhkum - Məhkum3, müdafiəçisi -“Mərkəz” Vəkil Bürosunun vəkili Vəliyev Elnur Siyahət oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə, Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən, məhkum X1 m üdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən, Məhkum1 müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-137/2022 saylı, 01 mart 2022-ci il tarixli (hakimlər Fikrət Qəribov (sədrlik edən və məruzəçi) Telman Hüseynov və Əli Məmmədov) hökmü ilə xx xxxxxx 1995-ci il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)172/2022 saylı, 02 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməklə, 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında faktiki yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cina yət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzası tam və azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 23 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 02 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; xx xxxx 1983-cü il tarixdə Quba rayonu, İsnovqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin maliyyə direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, xxx ünvan 3 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 2 (iki) il sınaq müddəti müəyyən edilməsi, ona müəyyən edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulması, onun davranışı üzərində nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməs i; 01 avqust 1962-ci il tarixdə Ermənistan SSR-in, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət M əcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 2 (iki) il sınaq müddəti müəyyən edilməsi, müəyyən edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulması, onun davranışı üzərində nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Qeyd olunan hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-137/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə hökmdəki yanlışlıq aradan qaldırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum3 təqsirli bilinərək məhkum olunmaları barədə olan 1(101)-137/2022 saylı, 01 mart 2022-ci il tarixli hökmünün təsviriəsaslandırıcı hissəsində “Məhkəmə təqsirləndirilən şəxs Məhkum1, Təqsirləndirilən şəxs, Məhkum2 və Məhkum3 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar, habelə həmin cinayət əməlini və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməmələrini istintaq orq anından fərqli olaraq Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə ala bilməz. Çünki bu həmin şəxslərin vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar, habelə həmin cinayət əməlini və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzər alarsa qanunun tələblərini pozmuş olar. Çünki bu hallar həmin maddələrin tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan Cinayət Məclləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə Cinayət Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə riayət etməlidir” kimi qeyd olunmuş abzasın “Təqsirləndirilən şəxslər Məhkum1 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar, habelə həmin cinayət əməlini və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə; Təqsirləndirilən şəxs, Məhkum2 və Məhkum3 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələri həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallardır” kimi oxunması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Rövşən Rəşidov və məhkum edilmiş şəxs Məhkum3 müdafiəç isi Elnur Vəliyev tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlunun sədrliyi ilə, Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və Məhkum3 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü, Məhkum2 müdafiəçisi Rövşən Rəşidov və Məhkum3 müdafiəçisi Elnur Vəliyev tərəfindən ayrı-ayrılıqda verilmiş apel lyasiya şikayətlərinə əsasən Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair hissədə ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Məhkum2 münasibətdə “Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməsi”nə dair müddəa hökmdən xaric edilmiş, Məhkum2 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və təyin olunan azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olar aq tətbiq edilməsi, həmçinin ona 2 (iki) il sınaq müddəti müəyyən olunmasına dair müddəalar saxlanılmış, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Məhkum3 münasibətdə “Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməsi”nə dair müddəa hökmdən xaric edilmiş, Məhkum3 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və təyin olunan azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi, həmçinin ona 2 (iki) il sınaq müddəti müəyyən olunmasına dair müddə alar saxlanılmış, hökm verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən, məhkum X1 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən, Məhkum1 müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində e tibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Məhkum1 aldatma və etibardan sui-istifadə etmə yolu i lə özgə əmlakını ələ keçirmək məqsədilə 2019- cu ilin iyun ayında tanışı Şahid2 özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 2020-ci ilin aprel ayının əvvəllərində özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə Dövlət Vergi “Xidmətinin X16 Fondunun” açıldığını və koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5.000 (b eş min) manat məbləğdə birdəfəlik pul yardımının ediləcəyini, habelə yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin qeyd edilən yardımları təyin etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2020-ci ilin aprel ayının sonunadək müsbət həll edəcəyini, yəni həmin uydurma “Fond”dan "xxxx" ASC-də sonuncunun adına 5.000 (beş min) manat pul vəsaitinin köçürüləcəyini yalandan vəd edərək, Şahid2 razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə özünün cinayətdən xəbərsiz olan at ası Şahid4 adına olan "xxxx" ASC-yə məxsus ********** nömrəli plastik bank kartı hesabına "xxxx" şirkətinə məxsus istintaqla müəyyən edilməmiş MilliÖN ödəmə terminal vasitəsilə Şahid2 göndərdiyi 1.000 (min) manat pul vəsaitini naməlum şəraitdə nağdlaşdırmaqla, həmçinin bir neçə gün sonra Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolundakı 20-ci sahə dairəsi kimi tanınan ərazidə görüşərək sonuncudan 1.500 (min beş yüz) manat pul vəsaitini alaraq, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali aras ında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Məhkum1 təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ünvan 6 ünvanında yerləşən “Şəki Market” ticarət obyektini işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və 26.500 (iyirmi altı min beş yüz) manat vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında köməklik edilməsi məqsədilə 16 avqust 2019-cu il tarixdə Yevlax rayonu ərazisində görüşərək özünə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, həqiqi niyyəti barədə aldadıb görəcəyi işdə əminlik yaratmaq məqsədilə, Zərərçəkmiş şəxslə birlikdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə gedərək yalandan özünü həmin Xidmətin vəzifəli şəxsi kimi nümayiş etdirərək, habelə mühasib kimi də fəaliyyət göstərdiyini bildirib həmin ticarət obyektinin mühasibatlıq sənədləri ilə tanış olmaqla yaranmış etibardan sui-istifadə edərək elə həmin gün, yəni 16 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs vergi borcunun 20.000 (iyirmi min) manatdan yuxarı olduğundan barəsində toplanmış materialların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndəriləcəyini, bu səbəbdən vergi borcunu hissəvi ödəməsi üçün ona 6.000 (altı min) manat məbləğdə pul verməsini yalandan bildirməklə həmin məbləğdə pul vəsaitini yuxarıda qeyd edilən ticarət obyektində ondan almaqla, daha sonra öz cinayətkar niyyətini davam etdirərək 18 avqust 2019-cu il tarixdə qeyd edilən ticarət obyektinə gəlib Zərərçəkmiş şəxs işlədiyi Xidmətin Firdovsi adlı səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Zərərçəkmiş şəxs hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, 20.500 (iyirmi min beş yüz) manat məbləğdə vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd edərək onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 8.300 (səkkiz min üç yüz) manat məbləğdə pul vəsaitini ondan almaqla, daha sonra öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs depozit hesablarına məhdudiyyət qoyulduğundan mağazanın sonuncunun tanışı X10 ******** ** VÖEN-i əsasında fəaliyyət göstərdiyini öyrənərək müvafiq aylıq vergi hesabatlarını gecikdirməklə təsdiqlənməmiş vergi borclarının yaranmasına nail olaraq Zərərçəkmiş şəxs sonuncunun hesablarına məhdudiyyət qoyulmaması üçün həmin vergi borclarının ödənilməsinin zəruriliyinə inandırmaqla yalandan dövlət büdcəsinə ödəmək adı ilə tələb etdiyi 23 avqust 2019-cu il tarixdə "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini qeyriaşkar şəraitdə nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, 25 avqust 2019-cu il tarixdə 3.873 (üç min səkkiz yüz yetmiş üç) manat pul vəsaitini həmin ticarət obyektində ondan şəxsən almaqla, həmçinin, 07 sentyabr 20 19-cu il tarixdə "xxxx" şirkətinə məxsus MilliÖN ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdırmaqla ələ keçirdikdən sonra vergi hesabatlarını verməklə həmin borcların silinməsinə nail olaraq həmin niyyətlə ələ keçirdiyi 8.873 (səkkiz min səkkiz yüz yetmiş üç) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, daha sonra öz cinayətkar niyyətini davam etdirməklə Zərərçəkmiş şəxs ticarət obyektində satış üçün alınacaq malların alışı və dəyərinin ödənilməsi düzgün sənədləşmədiyindən satıcı şirkətlərə pul vəsaitlərini özünün köçürəcəyini yalandan bildirməklə aldadaraq 8 sentyabr 2019-cu il tarixdə qeyd edilən ticarət obyektində Zərə rçəkmiş şəxs 11.000 (on bir min) manat, 10 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Kişmiş” iaşə obyektində görüşüb həmin niyyətlə sonuncudan 4.000 (dörd min) manat, elə həmin gün Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospektində yerləşən “İst Petrol” YDM-də görüşərək 6.000 (altı min) manat olmaqla, cəmi 21.000 (iyirmi bir min) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 44.173 (qırx dörd min bir yüz yetmiş üç) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.300 (səkkiz min üç yüz) manat məbləğdə pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 18.000 (on səkkiz min) manat məbləğdə vergi borcunun silinməsində köməklik edilməsi məqsədilə 2019-cu ilin avqust ayında özünə müraciət etmiş Şahid1 özbaşına özünü Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 18.000 (on səkkiz min) manat məbləğdə vergi borcunun dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə aldadaraq, həqiqi niyyəti barədə aldatmaq, görəcəyi işdə əminlik yaratmaq məqsədilə, qeyd edilən vergi borcunun mühasibin səhvinə görə yarandığını, bununla əlaqədar həmin Xidmətə məktub yazmalı olduğunu yalandan bildirməklə yaranmış inam və etibardan sui-istifadə edərək Şahid1la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin avqust ayında Şahid1la Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən “Çaysaray” iaşə obyektində görüşərək sonuncudan 4.000 (dörd min) manat, ünvan 8 ünvanda yerləşən "xxxx" iaşə obyektində görüşərək 4.000 (dörd min) manat olmaqla, ümumilikdə Şahid1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü qardaşı Şahid2 vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıyan Şahid3 ilə 13 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşərək təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib aldatmaqla ona Dövlət Vergi Xidmətinin “X16 Fondunun” təsis edildiyini və koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara guya 5.000 (beş min) manat məbləğdə birdəfəlik pul yardımının ediləcəyini, habelə yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin qeyd edilən yardımları təy in etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2020-ci ilin aprel ayının sonunadək müsbət həll edəcəyini, yəni həmin uydurma “Fond”dan "xxxx" ASC-də sonuncunun adına 5.000 (beş min) manat pul vəsaitinin köçürüləcəyini yalandan vəd edərək, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək, Şahid3 1.900 (bir min doqquz yüz) manat pul vəsaitini rüşvət qismində verəcəyinə dair razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Neptun Market” mağazasındakı "xxxx" şirkətinə məxsus “MilliÖN” ödəmə terminalı vasitəsilə Şahid3 göndərdiyi özünün cinayətdən xəbərsiz olan atası Şahid4 adına olan "xxxx" ASC-yə məxsus ********** nömrəli plastik bank kartı hesabına 400 (dörd yüz) manat və 1.000 (bir min) manat olmaqla, cəmi 1.400 (bir min dörd yüz) manat, özünün cinayətdən xəbərsiz olan bibisi X6 ********** nömrəli plastik bank kartı hesabına göndərdiyi 500 (beş yüz) manat, ümumilikdə 1.900 (bir min doqquz yüz) manat pul vəsaitini naməlum şəraitdə nağdlaşdırmaqla əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus 1.900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri il ə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 tanışı Təqsirləndirilən şəxs ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əl aqəsinə girərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 07 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş X20 nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilərək barəsində təyin edilmiş 32.000 (otuz iki min) manat məbləğdə maliyyə sanksiyasının silinməsi ndə köməklik göstərilməsi məqsədilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs müraciət etmiş X2 07 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki iş yerində görüşləri əsnasında Təqsirləndirilən şəxs vasitəsilə özünün Dövlət Vergi Xidmətinin X20 Departamentinin rəisinin köməkçisi vəzifəsində işlədiyini yalandan bildirərək barəsində həqiqi olmayan fikir formalaşdırdıqdan sonra sonuncunun istifadəsində olmuş 055-245-47- 45 mobil telefon nömrəsi ilə özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə Zahir Nuralıyevlə aralarında telefon əlaqəsi saxlanmasını təmin etdikdə sonuncuya şəxsən təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsi olan bilavasitə rəisinin maliyyə sanksiyalarını silmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Zahir Nuralıyevin ümumilikdə 32.000 (otuz iki min) manat məbləğdə olan maliyyə sanksiyalarının dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd edərək, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə etməklə Zahir Nur alıyevlə şəxsən razılaşmaqla sövdələşib, həmin gün, yəni 07 sentyabr 2020-ci il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs Zahir Nuralıyevlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 8.000 (səkkiz min) manat, 2020-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Zahir Nuralıyevlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iş yerində görüşüb 2.000 (iki min) manat pul vəsaitini almaqla, habelə cinayətdən xəbərsiz olan tanışı Şahid7 "xxxx" ASC-dəki ******************** nömrəli hesabına Zahir Nuralıyev tərəfindən ünvan 9 ünvanda yerləşən 179 nömrəli “eManat” ödəmə terminalı vasitəsilə 14 sentyabr 2020-ci il tarixdə 110426 nömrəli qəbz əsasında köçürülmüş 2.000 (iki min) manat pul vəsaitini qeyri-aşkar şəraitd ə nağdlaşdırmaqla, bundan başqa 2020-ci ilin noyabr ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsilə Zahir Nuralıyevə qeyd edilən məsələnin müsbət həll edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan əlavə 3.000 (üç min) manat pul vəsaitinin verilməli olduğunu yalandan bildirərək Zahir Nuralıyevlə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsilə razılaşmaqla sövdələşib, sonuncu vasitəsilə Zahir Nuralıyevlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində görüşərək 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb, qabaqcadan, əldə ediləcək 15.000 (on beş min) manat məbləğdə pul vəsaitinin 5.000 (beş min) manat məbləğdə hissəsini aralarında bölüşdürmək barədə razılaşdıqlarından həmin pul vəsaitinin 1.900 (bir min doqquz yüz) manatını qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs verməklə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zahir Nuralıyevə məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradara q hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zahir Nuralıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 tanışı Məhkum3 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək X7 rəhbəri olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyul muş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş, 12 yanvar 2021- ci il tarixdə özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə öz istifadəsində olan ***-*****-** mobil telefon nömrəsindən 2021-ci ilin yanvar ayında zəng edərək tanışı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqəd ar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi, habelə dövlət büdcəsinə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Məmməd Cəfərovun rəhbəri olduğu "xxxx" MMC-nin ümumilikdə hesablarına qoyulmuş məhdudiyyətin ləğv etdirəcəyini, riskli vergi ödəyicisi olan "xxxx" MMC ilə aparılmış maliyyə əməliyyatlarının ləğvi nəticəsində yaranmış 120.000 (yüz iyirmi min) manat məbləğdə vergi borcunun dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq, həqiqi niyyəti barədə aldatmaq məqsədilə cinayətkar qrupun üzvü Məhkum3 isə "xxxx" MMC-nin İnternet Vergi İdarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla əsassız dəqiqləşdirilmiş vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasına nail olmaqla, 15 yanvar 2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasının qarşısında Şahid8 ilə görüşməklə görəcəyi işdə əminlik yaradaraq 16 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində cinayətdən xəbərsiz Şahid10 ilə görüşərək sonuncudan Məmməd Cəfərova məxsus 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitinin 5.000 (beş min) manatını Məmməd Cəfərovun təsisçisi olduğu "xxxx" MMC-nin vergi borcuna ödəsə də, qalan pul vəsaitini qabaqcadan əlbir olduğu cinayətkar qrupu n üzvü Məhkum3lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məmməd Cəfərova məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs qism ində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş, 12 yanvar 2021ci il tarixdə özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 2021-ci ilin fevral ayında Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin və ondan mal almış digər şəxslərin ümumilikdə hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalanda n vəd etməklə yaranmış etibardan suiistifadə edib aldadaraq onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin fevral ayının ortalarında “Azsement ünvan 11 ünvanında yerləşən ofisinin yaxınlığında Şahid8 ilə görüşərək sonuncudan Şahid11 məxsus 40.000 (qırx min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid11 məxsus 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həqiqi niyyəti barədə aldatmaq və görəcəyi işdə əminlik yaratmaq məqsədilə Şahid11la "xxxx" MMC-nin qeyd edilən ünvandakı ofisində görüş əsnasında sonuncuya təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 tanışı Məhkum2 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qaba qcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək tanışı Şahid15 vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında kömək edilməsi məqsədilə cinayətkar qrupun üzvü Məhkum2 2021-ci ilin fevral ayında müraciət etmiş cinayətdən xəbərsiz X11 Məhkum2 guya özünün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Orxan” adlı əməkdaşı olduğunu yalandan bildirməklə özünün tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifə sinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid15 və Amalya Qasımova ilə cinayətkar qrupun üzvü Məhkum2 vasitəsilə razılaşmaqla sövdələşib həmin niyyətlə, sonuncu 2021-ci ilin fevral ayının sonlarında ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə görüşərək sonuncudan Şahid15 məxsus 10.000 (on min) manat məbləğdə pul vəsaitini alaraq əldə edilmiş həmin p ul vəsaitinin 7.500 (yeddi min beş yüz) manatını Məhkum2 alıb, qalan 2.500 (iki min beş yüz) manat pul vəsaiti sonuncuda qalmaqla, öz aralarında bölüşdürmüş, habelə o, öz cinayətkar niyyətini davam etdirərək 21 mart 2021-ci il tarixdə öz istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi ilə Amalya Qasımovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə təkrarən özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib onu aldatmaqla işin həlli üçün ilkin olaraq istədiyi 20.000 (iyirmi min) manat pul vəsaitinin qalan hissəsini tələb etməklə ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə həmin tarixdə görüşərək 1.500 (min beş yüz) manat və 23 mart 2021-ci il tarixdə görüşərək 5.000 (beş min) manat olmaqla, sonuncuya məxsus cəmi 6.500 (altı min beş yüz) manat pul vəsaitini ondan almaqla, həmçinin, 27 mart 2021-ci il tarixdə "xxxx" şirkətinə məxsus “MilliÖN” ödəmə terminal vasitəsilə istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına Amalya Qasımovanın göndərdiyi Şahid15 məxsus 3.500 (üç min beş yüz) manat məbləğdə pul vəsaitini qeyri-aşkar şəraitdə nağdlaşdıraraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 məxsus 13.500 (on üç min beş yüz) manat, o cümlədən 10.000 (on min) manatını Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, habelə, Amalya Qasımovaya məxsus 6.500 (altı min beş yüz) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncu və Şahid15 vahid ni yyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Amalya Qasımovanı vahid niyyətlə təkrarən təhrik etm işdir. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səl ahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Məhkum2 tanışı Məhkum1 ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək tanışı Şahid15 vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında kömək edilməsi məqsədilə özünə 2021-ci ilin fevral ayında müraciət etmiş cinayətdən xəbərsiz X11 guya cinayətkar qrupun üzvü Məhkum1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Orxan” adlı əməkdaşı olduğunu yalandan bildirməklə sonuncunun tanışı olan həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 hesablarına qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyini, vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməkl ə yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid15 və Amalya Qasımova ilə şəxsən razılaşmaqla sövdələşib həmin niyyətlə, 2021-ci ilin fevral ayının sonlarında ünvan 13 ünvanının yaxınlığında Amalya Qasımova ilə görüşərək sonuncudan Şahid15 məxsus 10.000 (on min) manat məbləğdə pul vəsaitini şəxsən alaraq əldə edilmiş həmin pul vəsaitinin 7.500 (yeddi min beş yüz) manatını qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Məhkum1 verib, qalan 2.500 (iki min beş yüz) manat pul vəsaiti özündə saxlayıb, şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə- bilə qanunsuz hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid15 vahid niyyətlə təhrik etmişdir. İstintaq orqanı tərəfindən Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmiş və bi rinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid ni yyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Məhkum3 tanışı Məhkum1 ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək X7 rəhbəri olduğu "xxxx" MMC-nin depozit hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında köməklik göstərilməsi ilə əlaqədar cinayətkar qrupun üzvü Məhkum1 müraciət etmiş, 12 yanvar 2021-ci il tarixdə sonuncunun özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməklə tanış olduğu Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Məhkum1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 2021-ci ili n yanvar ayında zəng edərək tanışı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin vergi borclarını silmək və hesablara həmin Xidmət tərəfindən qoyulmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi, habelə dövlət büdcəsinə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Məmməd Cəfərovun rəhbəri olduğu "xxxx" MMC-nin ümumilikdə hesablarına qoy ulmuş məhdudiyyəti ləğv etdirəcəyini, riskli vergi ödəyicisi olan "xxxx" MMC ilə aparılmış maliyyə əməliyyatlarının ləğvi nəticəsində yaranmış 120.000 (bir yüz iyirmi min) manat məbləğdə vergi borcunu dövlət büdcəsinə heç bir ödəniş edilmədən sildirəcəyini yalandan vəd etməklə yaranmış etibardan sui-istifadə edib aldadaraq, həqiqi niyyəti barədə aldatmaq məqsədilə şəxsən "xxxx" MMC-nin İnternet Vergi İdarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla əsassız dəqiqləşdirilmiş vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasına nail olmaqla, cinayətkar qrupun üzvü Məhkum1 isə 15 yanvar 2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasının qarşısında Şahid8 ilə görüşməklə görəcəyi işdə əminlik yaradaraq 16 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində cinayətdən xəbərsiz Şahid10 ilə görüşərək sonuncudan Məmməd Cəfərova məxsus 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə edilmiş həmin pul vəsaitinin 5.000 (beş min) manatını Məmməd Cəfərovun təsisçisi olduğu "xxxx" MMC-nin vergi borcuna ödəsə də, qalan pul vəsaitini qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Məhkum1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məmməd Cəfərova məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hər əkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Məmməd Cəfərovu vahid niyyətlə təhrik etmişdir. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTLƏRİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamç ısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin hökmü CPM-nin 416.12 və 416.1.3-cü maddələrinə əsasən məhkəmənin bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyindən əsassız və ədalətsiz hesab edilməlidir. Belə ki, apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi haqqında qərardan da göründüyü kimi, istintaq orqanı tərəfindən eyni hərəkətlərə yol vermiş yeddi şəxsin barəsində rüşvət verməyə cəhd etmə əməlinə görə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alındığı halda, hər hansı sübut mövcud olmadan Məhkum2 və Məhkum3 Cinayət Məcəll əsinin 310 və 32.4,312.2-ci maddələri ilə ittihamın verilməsi, birinci instansiya məhkəməsinin isə həmin ittihamı qəbul etməsi əsassızdır. Qeyd edilməlidir ki, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 310-cı maddəsi ilə bəraət verilməsi hissəsi mübahisə doğurmur. Lakin, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi hissəsində məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız hökm qəbul etdiyindən, həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum2 və Məhkum3 Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəs inin icrası ilə əlaqədar müvafiq olaraq Şahid15 və Məmməd Cəfərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid15 vahid niyyətlə təhrik etmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir tanıdığı Vaqif adlı şəxs 2021-ci ilin fevral ayında onunla əlaqə saxlayaraq, Amalya Qasımova adlı tanışına onun ***-***-**-** mobil telefon nömrəsini verdiyini, mühasibatlıqla bağlı işlərə dair onunla əlaqə saxlayacağını bildirmiş, bir müddət sonra Amalya Qasımova həmin nömrəyə zəng vuraraq tanışının adına olan şirkətə blok qoyulduğunu bildirib, blokun və təsdiqlənməmiş borcunun götürülməsi ilə bağlı ona köməklik göstərə b iləcəyi ilə maraqlandıqda o, özünün köməklik göstərə bilməyəcəyini, Dövlət Vergi Xidmətində çalışan Orxan adlı tanışının olduğunu, bununla bağlı Orxanla danışacağını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid14 da ifadəsində göstərmişdir ki, vergilərdə işləyən bir neçə şəxsə müraciət etmiş, lakin hesabın blokdan çıxara bilməyəcəklərini demişlər. Bundan sonra mühasib tanışlarından Qoşqar adlı şəxs ilə söhbət edərkən bu problem barədə demiş, sonuncu isə ona bu məsələni həll edə biləcək bir tanışının olduğunu bildirmişdir. Qoşqar həmin şəxs ilə söhbət elədikdən sonra ona bildirmişdir ki, tanışı olan Orxan adlı şəxs həmin məsələni həll edə biləcəyini bildirib. Qoşqar ona Orxanın Mahirin hesabına daxil olaraq araşdırdığını, məsələnin həllinin mümkün olduğunu, lakin 20.000 manat müqabilində bu məsələni həll edə biləcəyini bildirmişdir. O, isə həmin məbəği hiss-hissə, ilkin olaraq isə 10.000 manat verə biləcəyini demişdir. Bundan sonra Qoşqar Orxan adlı şəxslə danışaraq razılaşmışdır. O, Mahirlə danışaraq vəziyyəti izah etdikdə sonuncu Orxan adlı şəxsə 20.000 manat pul verməklə məsələnin həll olunmasına razılıq vermişdir. Mahir 10.000 manat pulu köçürmə sistemi ilə onun adına göndərmiş və o, həmin pulu "xxxx" ASC-nin 28 may filialından məxaric edərək Qoşqara vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsində ifadəsi elan edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində mühasib kimi tanıdığı Şahid14 müraciət edərək hesablarından məhdudiyyət götürülməsində ona köməklik etməsini x ahiş etmişdir. Bir müddət sonra Amaliya ona zəng edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı vasitəsilə 20.000 manat məbləğdə pul verməklə onun hesablarından məhdudiyyətin götürülməsinin mümkün olduğunu bildirdikdə o, 20.000 manat pulunun olmadığını, 10.000 manat məbləğdə pul göndərə biləcəyini 10.000 manat pulu isə hesablarından məhdudiyyət qaldırıldıqdan sonra verəcəyini bildirmişdir. İş materiallarından da göründüyü kimi, Məhkum2 və Məhkum3 Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şahid15 və Məmməd Cəfərovu vergi borcuna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən depozit hesablarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasında kömək edilməsi adı altında sonuncuları rüşvət verməyə təhrik etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi Məhkum2 və Məhkum3 törətdiyi əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onlara CMnin 32.4, 312.2-ci maddələri ilə əsassız bəraət vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmü Məhkum2 və Məhkum3 CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsini və işin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin hökmü Məhkum2nın Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əs assızdır. Belə ki, Məhkum2 özünü ona vergi xidmətinin əməkdaşı kimi təqdim edən Məhkum1 qarşısında qoyulan məsələnin qanuni şəkildə həll edəcəyinə inanmış, həmin məsələnin, yani Şahid15 bank hesablarına Dövlət Vergi Xidməti tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsi üçün göstəriləcək xidmət haqqının ödənilməli olduğuna inanmış, ona görə də rüşvət kimi deyil, məhz xidmət haqqı kimi vermək üçün Şahid14 vasitəsilə Şahid15 aldığı 10.000 manat pulu hissə-hissə, yəni əvvəlcə 5000 manat, sonra 2500 manat, sonra isə 2500 manatını, cəmi isə 10.000 manatını müxtəlif vaxtlarda Məhkum1 çatdırmışdır. Məhkum1 Şahid14 bilavasitə 10.000 manat alması barədə sonradan eşitmiş, onun həmin pula heç bir aidiyyəti olmamışdır. Lakin, apellyasiya məhkəməsi əsassız olaraq Məhkum2 Azərbaycan Respublikası CM- nin 178.2.1 və 178.2.4-ci maddələri ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişddir. Belə ki, Məhkum1 nə Məhkum2 vasitəsilə aldığı 10.000 manatdan, nə də Şahid14 sonradan bilavasitə aldığı 10.000 manatdan Məhkum2 heçnə verməmiş yaxud da Məhkum2 həmin məbləğdən özünə heçnə götürməmişdir. Dələduzluq cinayətinin tərkib əlamətlərindən biri tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmə və ya həmin əmlaka hüququların əldə edilməsi başa düşülür. Cinayət işinin materialalrından da görünür ki, Məhkum2 Şahid15 məxsus pul vəsaitinin mənimsənilməsi heç bir sübutla təsdiq edilmənmir və bütün iş materialları ilə təkzib edilir. Nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqı zamanı Şahid14 və Şahid15 vergi problemlərinin həlli zamanı Məhkum2 tərəfindən aldadılmalarını, Məhku m2 özünü onlara hər hansı bir vəzifəli şəxs kimi təqdim etməsini yaxud onların pulunu ələ keçirməsi barədə deməmişlər. Məhkum2 irəli sürdüyü dəlil və sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, konkret hansı sübutlarla onun bu cinayətdə iştirakı və rolunun sübut edilməsi ümumiyyətlə göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmənin nə üçün belə nəticəyə gəlməsi heç bir mötəbər sübutlarla təsdiq olunmur və məhkəmənin istinad etdiyi sübutların həqiqiliyi və qərəzsizliyi şübhə doğurur. Məhkum2 məhkəmə iclasında qeyd etdikləri tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə, ona qarşı verilmiş ittihamın əsassızlığı, şübhəli olması məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Məhkum1 və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Odur ki, kassasiya p rotestini təmin etməməyi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmünü Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əsassız olduğuna görə ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkum3 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin hökmü Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü çıxarılarkən tərəfimdən verilmiş apellyasiya şikayətinin dəlillərinə tək-tək, tam halda cavab münasibət bildirilməli olsa da, məhkəmə bunu etm əmiş, əvəzində “həmin maddələrlə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır”, “cinayət əməllərini törətmələri ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir”, “tərkibinin olmaması barədə dəlillərini əsassız hesab edir” kimi ümumi ifadələrlə kifayətlənmişdir. Məhkum3 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda adı çəkilən şəxsləri - "xxxx" MMC-nin rəhbəri X13 və Şahid8 tanımır, onlarla hər hansı münasibət olmamış, onlara heç bir zaman "xxxx" MMC-nin vergi borclarını sildirəcəyi ilə bağlı vədlər verməmiş, onları heç bir zaman heç bir məbləğdə rüşvət verməyə təhrik etməmiş, özünü heç bir zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Cinayət işinin m aterialları da bütün bu xüsusatlar üzrə onun təqsirsiz olduğunu göstərir və materiallarında istintaq orqanı Məhkum3 bu əməlləri törətməsi ilə bağlı sübut göstərə bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə ibtidai istintaq orqanı tərəfindən yol verilmiş qanunsuzluqlar bir qədər də dərinləşdirilmiş, hətta ifadələrin saxtalaşdırılması da aparılmışdır. Belə ki, hökmdə guya Məhkum3 dəqiqləşdirilmiş vergi bəyannaməsi verməklə bank hesabının açıldığına dair ifadə verdiyi göstərilmişdir. Məhkəmədə ifadə verən şahidlərdən heç biri Məhkum3 adını çəkməmiş, ümumiyyətlə onu tanımamış və təbii ki, ona qarşı hər hansı bir ifadə verməmişdir. Məhkum3 törədilməsi iddia edilən cinayətdə "rolu" yalnız bir cümlə ilə göstərilmişdir: “Standart 2005 MMC-in İnternet Vergi İdarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasına nail olmuşdur”. Dəqiqləşdirilmiş vergi hesabatının verilməsi heç bir halda depozit hesabının açılmasına səbəb olmur. Depozit hesabının açılması üçün verilmiş dəqiqləşdirilmiş vergi hesabatı yalnız bütün vergi borcunun götürülməsinə səbəb olmalı idi və vergi orqanı tərəfindən həmin azalma təsdiq edilməli idi. Halbuki sözügedən halda verilmiş vergi hesabatı bütün vergi borcunu əhatə etməmiş və ən əsas da vergi orqanı tərəfindən təsdiq edilmədiyindən depozit hesabının müvəqqəti açılmasına səbəb olmamışdır. Odur ki, kassasiya protestinin təmin edilməməsini, kassaiya şikayətini təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarix li hökmünü Məhkum3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hissədə ləğv edərək və onun barəsində cinayət işi üzrə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin hökmü Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə bağlı tamamilə əsassız olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə ümumi sözlərdən ibarət olmaqla, ittihamların təkzib olunduğu qeyd edilsə də, ona qarşı verilmiş ittihamların konkret hansı sübutlarla təkzib olunması açıqlanmamış və əsaslandırılmamış, formal mülahizələrdən və onun öz subyektiv fikirlərindən ibarətdir. Həmçinin Məhkum1 ifadəsində qeyd etdiyi Şahid1 18 min manat vergi borcunun olmaması və vergi ödəyicisi olmaması, VÖEN-in mövcud olmaması barədə fikirlərinə münasibət bildirərək məhkəmə kollegiyası hesab edir ki, həmin fikirlər əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şahid1 "xxxx" adlı restoranlara sahiblik etməklə sahibkarlıqla məşğul olmuş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin internet vergi məlumatlarından müəyyən olunur ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi ödəyicis i kimi həmin xidmətdə qeydiyyatdan keçmiş və konkret VÖEN-ə malikdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi Məhkum1 ifadəsində heç kimə özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etməməsi, heç kəsi rüşvət verməyə təhrik etməməsi, dələduzluq cinayəti törətməməsi, yalnız mühasibatlıq fəaliyyəti ilə məşğul olması barədə göstərdiyi fikirlərini, cinayət işinin materialları ilə qarşılıqlı şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum1 elan edilmiş ittiham iş materiallarında olan sübutlarla təsdiqini tapdığından, onun ifadəsində göstərdiyi fikirləri cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası məhkum ed ilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edir. Bundan başqa, hüquqlarını müdafiə etdiyim Məhkum1 bildirdiyinə görə, o, tutulduğu andan ibtidai istintaq zamanı onun müdafiə hüququ dəfələrlə kobud surətdə pozulmuşdur. Bu barədə o və müdafiəçisi tərəfindən verilmiş çoxsaylı vəsatətlərə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən tamamilə qərəzli olaraq heç bir əhəmiyyət və hüquqi qiymət verilməmişdir. Bundan başqa, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların təyin edilməsi və ya bəraət verilməsi, onlardan fərqli olaraq hüquqlarını müdafiə etdiyim Məhkum1 azadlıqdan məhrum etməklə əlaqədar olan cəza təyin edilməsi tamamilə qərəzlidir. H esab edirik ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Məhkum1 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edən apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən CM-nin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə qanunsuz və əsassız cəza təyin etmişdir. Bir daha qeyd edirik ki, məhkum tamamilə haqlı olaraq özünü təqsirli bilmir. Bununla belə, təqsirləndirilən şəxs hətta təqsirli bilinsə belə, cinayət işinin materiallarına əsasən, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmünün Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsi hissəsində ləğv edilməsi və məhkum edilmiş şəxs Məhkum1 barəsində həmin maddələr ilə məhkəməyə verildiyi ittiham üzrə CPM-in 39.1.2ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkum1 kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əsassı zdır. Belə ki, ona verilmiş ittiham tamamilə əsassızdır. İttiham aktında yazılanlarla məhkəmə istintaqı zamanı verilən ifadələr bir-birinin tam əksi olduğu halda ona verilən ittihamın əsassız, mümkünsüz olmadığını həm istintaq dövründə, həm məhkəmədə sübut etsə də, şahid qismində adları çəkilən şəxslər məhkəmədə hamısı onun onları aldatmadığını, özünü vəzifəli şəxs kimi təqdim etmədiyini, onları rüşvət verməyə təhrik etmədiyini desələr də, yekunda məhkəmədən ədalətli qərar, bəraət gözlədiyi halda məhkum edilmə cəzası verilmişdir. Barəmdə çıxarılmış hökm ehtimal və yalanlarla tərtib olunmuş, epizodlar üzrə apellyasiya məhkəməsinə təqdim etdiyim vəsatətlərimə cavab olaraq hökmdə qeyd olunmuş məhkəmə tərəfindən araşdırılmalı hallar tam araşdırılmamışdır. Məhkəmə tam, hərtərəfli və obyektiv ar aşdırma aparmamışdır. İttihamı sübut etmək ittiham tərəfinin üzərinə düşsədə vəsatətlərimlə, saxlanıldığım şəraitdən asılı olaraq təqdim etdiyim sübutlar və məhkəmədə yenidən dindirilmiş şahid ifadəsi həm ittihamın, həm də birinci instansiya məhkəməsinin hökmünün əsassız, yalan olaraq, istintaq dövründə ifadələrin hədə-qorxu, aldadılaraq tərtib olunduğunu bir daha təsdiq etmişdir. Odur ki, təqsirsiz olması, əməlində cinayət tərkibinin olmaması, ittihamın fərziyyələr və ehtimallar əsasında verildiyini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmünün Məhkum1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsi hissəsində ləğv edilməsi və onun barəsində həmin maddələr ilə cinayət işi üzrə icraata xitam v erilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumların Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi iş materialları ilə sübuta yetirildiyindən və protestdə göstərilən digər dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmü Məhkum2 və Məhkum3 aid hissədə ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edil məsini, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum1 çıxış edərək, verilən ittihamla razılaşmadığını, ittihamın əsassız olduğunu, birinci instansiya məhkəməsinin hökmündə ifadə verən bəzi şahidlərin ifadəsinin hökmə qeyd olunmadığını, bildirdi. Bu əsasla Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verdiyini, vəsatətlərinin araşdırılmasını, şahidlərin yenidən dindirilməsini xahiş etdiyini, apellyasiya məhkəməsi Şahid8 şahid kimi dəvət etdiyini, onun ifadəsində Çingizi vergi işçisi kimi tanımadığını, ona rüşvət verməyə təhrik etmədiyini, pulu Çingizə xidmət haqqı kimi verdiyini bildirdiyini söylədi və ədalətli qərar verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Cavadov Arzu Güləhməd oğlu çıxış edərək, cinayə t işinin icraatına bərətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Rəşidov Rövşən Xudaşirin oğlu çıxış edərək, apellyasiya protestinin təmin edilməməsini və Məhkum2 əməlində 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığı üçün bəraət hökmü çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum2 çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Vəliyev Elnur Siyahət oğlu çıxış edərək, müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu, qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunduğunu, məhkumun törətdiyi iddia edilən cinayətdə “rolu” yalnız "xxxx" MMC-nin İnternet vergi idarəsindəki şəxsi vərəqəsinə daxil olmaqla də qiqləşdirilmiş, vergi bəyannaməsi verərək depozit hesabının müvəqqəti açılmasıına nail olmuşdur” cümləsi ilə əsaslandırılmışdır, lakin dəqiqləşdirilmiş vergi hesabatının verilməsi heç bir halda depozit hesabının açılmasına səbəb olmadığını, birinci instansiya və apellyasiya məhkəmələrində bu dəlilə münasibət bildirilmədiyini qeyd edərək, Məhkum3 bəraət hökmü verilməsini və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum3 çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin, ona əlavənin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd e dir: İlk növbədə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı c inayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və tərəflərin məhkəmə hökmlərinin mübahisələndirilməsi üçün gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum2 və Məhkum3 barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən q ərarın həmin hissədə ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 təqsirsiz olduğu halda Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qay dasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum3 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum3 təqsirsiz olduğu halda Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsi ni şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində, ona əlavədə və müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 təqsirsiz olduğu halda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğ v edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini, kassasiya şikayətlərini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, ilkin olaraq dövlət ittihamçısının kassasiya protestinin dəlilərinə qiymət verərək aşağıdak ı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə n əticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübut a yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətləri nin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələs ini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə verilmiş ittihamın əsası kimi onların qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özlərini vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının v ə qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmələri, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etmələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına, şahid ifadələrinə, ekspertiza rəylərinə, protokollara və digər sənədlərə nəzər yetirdikdə, Məhkum2 və Məhkum3 vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə kimisə təhrik etmələri, bununla da onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması barədə hər hansı bir sübutun olması müəyyən edilmir, istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilməkdə səhvə yol vermiş, bu barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək v əzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılma sı üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protesti və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əm əl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası həmçinin Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətini, Məhkum3 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən verilmiş kassasiya şikayətini, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətini, ona əlavəni və müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən verilmiş kassasiya şikay ətini parallel yoxlayaraq, dəlillərinə qiymət verərək aşağıdakı xüsusatları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxslərə verilmiş ittiham ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə Məhkum1 törətmiş olduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 törətmiş olduqları əməllərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddələri ilə tövsif edilməsi ilə bağlı hissədə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. İş materiallarında olan, "xxxx" MMC-ə məxsus 88586 nömrəli “MilliÖN” elektron ödəmə sistemi terminalı tərəfindən verilmiş 13 aprel 2020-ci il tarixli ********** nömrəli əməliyyata dair qəbzdən görünür ki, X8 adına olan "xxxx" ASC-ə məxsus ********** nömrəli plastik bank kartı hesabına 500 manat məbləğdə, həmin tarixli ********** nömrəli əməliyyata dair qəbzə əsasən Şahid4 adına olan "xxxx" ASC-ə məxsus ********** nömrəli plastik bank kartı hesabına 400 manat məbləğdə pul vəsaiti köçürülməsi müəyyən edilmişdir. İş materiallarında olan, "xxxx" MMC-ə məxsus 179 nömrəli “eManat” ödəmə terminalı tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli ********** nömrəli əməliyyat a dair 110426 nömrəli qəbzin fotoşəkli ilə müəyyən edilmişdir ki, Şahid7 "xxxx" ASC-dəki ******************** nömrəli hesabına 2.000 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, Məhkum1 götürülmüş bir ədəd mobil telefona baxış keçirilməsi haqqında 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon həssas təzyiqlə (sensorlu) çalışan “İphone 11 pro max” markalıdır. Telefon sağ yan düyməsi vasitəsilə işə salındıqda “İOS” əməliyyat sistemi ilə təchiz edildiyi müəyyən edilmişdir. Telefonun giriş şifrəsi “338121”-dir. *#06# xüsusi şifrəsindən istifadə etməklə mobil telefonun İMEİ **********15215, İMEİ2 **********15215 kodlu olması aşkar edilmişdir. Mobil telefon türk dilli menyu ilə təchiz edilmişdir. Qeyd edilən mobil telefonun “Whatsapp” ani mətn mübad iləsi və internet telefoniya mobil tətbiqinə daxil olaraq axtarış bölməsində “Naile” yazmaqla axtarış verdikdə “X31 Hus” adlı kontaktla yazışmalarım olması müəyyən edilmişdir. Qeyd edilən kontakt Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Şahid8 ilə danışıqlar 05 fevral 2021-ci il tarixdən 12 mart 2021ci il tarixədək olan dövrü əhatə etməklə mətnlərdən, səsli ismarıc və fotoşəkillərdən ibarətdir. Şahid8 05 fevral 2021-ci il tarixdə saat 12:48-də, 08 fevral 2021-ci il tarixdə saat 11:37-də, 10 fevral 2021-ci il tarixdə saat 19:01 və 19:35-də "xxxx" MMC-yə Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış elektron məktubların fotoşəklini, 21:39-da “Sən məni ələ salırsan, Niyə belə edirsən, səndən xəbər gözləyirəm dəqiqləşmiş bəyannamə verim?” məzmun lu mətnlər, saat 12:35-də həmin Cəmiyyətin İnternet Vergi İdarəsinə giriş məlumatlarının əks olunduğu vərəqənin fotoşəklini, 11 fevral 2021-ci il tarixdə saat 17:50də isə Şahid11 satış direktoru olduğu "xxxx" MMC-nin İnternet Vergi İdarəsinə giriş məlumatları və VÖEN-nin əks olunduğu vərəqənin fotoşəklini, 16 fevral 2021-ci il tarixdə saat 09:04-də “Gəl qurtaraq oyunu, sən düzgün adam deyilsən, yaxşılıqla qurtaraq pərdəni götürməyək” məzmunlu mətnlər, 17 fevral 2021-ci il tarixdə saat 12:34-də “Oruc hər dəqiqə zəng vurur, gic elədi məni, dəli olmuşam, qoymur işləməyə, sən neynəmisən orda” məzmunlu mətn, 09 mart 2021-ci il tarixdə "xxxx" MMC-dən mal alan "xxxx" MMC və "xxxx" MMC-nin İnternet Vergi İdarəsinə giriş məlumatları əks olunan mətn göndərmişdir. Həmçinin baxış zamanı "xxxx" MMC-nin satış direktoru Şahid11 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “X32” kimi qeyd edildiyi, həmin kontaktla yazışmaların 06 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək olan dövrü əhatə etməsi, habelə 18 fevral 2021-ci il tarixdə saat 15:25-də Şahid11 Məhkum1 “Salam Çingiz tel açmırsan artıq şikayət edəcəm, sən bilərsən, sən bu yolu seçdin” məzmunlu mənt göndərməsi müəyyən edilmişdir. Bundan başqa “X30” kimi qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə Məhkum1 20 mart 2021-ci il tarixdə saat 01:12-də “Salam. Necəsiz? Yanımdadırlar danışa bilmirəm. Razı olmur, o tək deyil. Hələ bir yerdəyik. Səhər demişəm düzəldin verəcəm pul məndədir. Hələ verdiyinizi heç götürmədilər. Görüm neynirəm. Xəbər edəcəm sizə.” məzmunlu mətn, “Amalya xanım siz Mahir müəllimlə d anışa bilərsiniz ki, sabaha elə bil bunlar vursunlar da, bunlar həmin dəqiqə vururlar, o da hazır eləsin ki, biz də götürək verək də, başa düşdüz necə, mən də qalıram pis vəziyyətdə onlara deyirəm belə, dedim yəni o görməmiş eləmir də, mənim adamın o pulu vermir, dedi mən sabah saat 12-ə hazır edirəm vururam sistemə saat 11-də həmin adam gətirsin lap verməsin sənə yanında dursun hazır olsun götürsün getsin. Bir dənə siz onu danışa bilərsiz Mahirlə” məzmunlu səsli ismarıc, 01:13də “Yoxsa belə eləmirlər balamın canı. Siz danışa bilərsiz Mahirlə ki, səhər tezdən hazırdır. 12-yə girsin baxsın görəcək şəxsi vərəqəsində saat 11-ə pulu çatdırsın sizə” məzmunlu mətn göndərmiş, Amalya Qasımova saat 01:15-də “Səhər qubada olacam axşama gəlirəm inşallah siz həll edin narahat olmayın” məzmunlu mətn gö ndərdikdən sonra o, saat 01:16- da “Yenə deyəcəm, amma eləmirlər. Bir alçaq adamdır bunların rəisi. Heç kimə qardaşına belə deyir eləmirəm inciməyin. Adam bilmir nə desin” məzmunlu mətn göndərmiş, Amalya Qasımova saat 01:17-də “kimdir ki, rəis?” məzmunlu mətn göndərmiş, Məhkum1 saat 01:18-də “Məllimlikdə heçbir şey yoxdur. Yəni qardfaş özü bayuaqdan 5-6 dəfə zəng edinb danışıbda ki, orda 8500 manat pul qalıb orda elə böyük pul qalmayıb bugün həll eləsin sabah versin. Yəni Allaha and olsun şey eləmir də, deyir mən sizə nə demişəm. Bunları da öldür bir sözü deyəsi deyil. Məllim deyir görməmiş o adam pulu verə bilmir, o da deyir gəlsin otursun yanında saat 12-nin yarsında sistemə girsin baxsın hazırdır. Səndə pulunu ordan götür gəl 15 dəqiqə sonra. Yəni onu eləsək Mahir müəllimə desəz onu gət irib versin sizə, lap özü inanmır sizə öz adamına versin gəlsin otursun orda 5 dəqiqəyə həll eləsinlər pulu da versin çıxsın getsin.” Məzmunlu səsli ismarıc, saat 01:25-də “Siz gedin gəlin görüm sabah yenə bizim rəisə deyəcəm danışsın. Görək ona nə deyir.” Məzmunlu mətn göndərmişdir. İş materiallarında olan, "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə SMS_Tarixçəsi **********2534 507708181”,“SMS_Tarixçəsi **********2539__507708181”, “Zənglərin Detallaşması **********4413 ********* 189”, “Zənglərin Detallaşması **********4614 ********* 2021”, X3 **********2940 ********* BKC” adlı “pdf” formatlı faylların olması aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən “Zənglərin Detallaşması_ **********4413 ********* 1819” Zənglərin Detallaşması **********4614 ********* 20-21” adlı fayllarda olan məlumatların iş materialları ilə qarşılıqlı təhlili zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş 050-210- 04-54 mobil telefon nömrəsindən Məhkum1 ***-***-**-** mobil telefon nömrəsinə 16 avqust 2019-cu il tarixdə saat 11:23:19-də Yevlax rayonu, Aşağı Qarğun kəndindəki anten vasitəsilə zəng etmişdir. Habelə həmin gün saat 15:34dən, 18 avqust 2019-cu il tarixdə saat 17:48-dən başlayaraq Məhkum1 Şəki rayonu ərazisindəki antenlərə qoşulmuşdur. Məhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 12 aprel 2020-ci il tarixdə saat 15:10:20-də zəng edə rək 132 saniyə, saat 17:26:15-də zəng edərək 116 saniyə danışıq aparmışdır. Məhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan 050- ***-**-** mobil telefon nömrəsinə 13 aprel 2020-ci il tarixdə saat 16:40:48-də zəng edərkən hər ikisi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki antenlərə qoşularaq danışıq aparmışlar. Bundan başqa müəyyən edilmişdir ki, Məhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 12 yanvar 2021- ci il tarixdə saat 15:54:10-dan Sumqayıt şəhəri ərazisindəki antenlərə qoşulmuşdur. Habelə həmin gün saat 19:06:32-də Məhkum1 həmin mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng etmişdir. Əhməd Xudatzadə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə M əhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 16 yanvar 2021-ci il tarixdə saat 12:41:56-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki antenlərə qoşulmaqla danışıq aparması sonuncuların həmin tarixdə Nərimanov rayonu ərazisindəki görüşlərini təsdiq etmişdir. Məhkum1 həmin mobil telefon nömrəsi ilə 01 fevral 2021-ci il tarixdə saat 15:14:17-də Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək 11 saniyə danışıq aparmış, daha sonra sonuncu ona 15:16:00-da və 15:16:52-də zəng etməklə ümumilikdə 56 saniyə danışıq apardıqdan sonra saat 15:17:46-da o, "xxxx" MMC-nin mühasibi Şahid12 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etməklə 85 saniyə danışıq aparmışdır. Habelə Məhkum1 istifadəsində olmuş 050-770- 81-81 mobil telefon nömrəsi vasitəsilə Məhkum2 istifadəsində olan 055-565- 5105 mobil telefon nömrəsi ilə 03 fevral 2021-ci il tarixdən, Amalya Qasımovanın istifadəsində olan 05059003-73 mobil telefon nömrəsi ilə isə 10 mart 2021-ci il tarixdən başlayaraq əlaqə saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qi ymət verilməlidir. Qeyd edilən normaların tələbləri baxımından məhkəmə kollegiyası qeyd edilən sübutları bir daha təhlil edərək hesab edir ki, onlar məhkum edilmiş şəxslərin təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutların hamısını təkrarən sadalamağa zərurət görmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddələr i ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası məhkumlar və müdafiəçiləri tərəfindən verilmiş kassasiya müraciətlərinə münasibətdə onu da qeyd edir ki, bu müraciətlərdə ittihamların təkzib olunduğu qeyd edilsə də, ona qarşı verilmiş ittihamların konkret hansı sübutlarla təkzib olunması açıqlanmamış və əsaslandırılmamış, müraciətlər formal mülahizələrdən və öz subyektiv fikirlərindən ibarətdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında q eyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Müdafiə tərəfindən verilmiş kassasiya müraciətlərin apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Eyni zamanda, kassasiya şikayətində göstərilən hallar faktiki olaraq apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri il ə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Məhkum edilmiş şəxslərin onlara apellyasiya instansiyası məhkəməsinin hökmü ilə istinad edilən, cinayət əməlini törətmələri kassasiya müraciətlərində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya müraciətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfində n də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək qeyd olunan Cinayət Məcəlləsinin maddələri ilə ittihamın sübuta yetirilməsi ilə bağlı qənaətinə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə göstərilən dəlilləri əsassız hesab edir, həmin dəlillər mübahisələndirilən qərarın ləğv edilməsini üçün əsaslar kimi qiymətləndirə bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya məhkəməsi haqlı olaraq yuxarıda sadalanan normaların tələblərindən çıxış edərək, məhkəmə araşdırması zamanı təsdiqini tapmış işin faktiki hallarına uyğun, Məhkum1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2. 2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddələri ilə tövsif edilməsi barədə qənaətə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış, habelə Məhkum2 və Məhkum3 münasibətdə cəzalarını yüngülləşdirən hallara (gənc olmaları, əvvəllər məhkumluğu olmamaları, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmaları), cəzanı ağırlaşdıran hallara və Azərbaycan Respublika sı CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayəti nə əlavə, Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən, məhkum X1 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu tərəfindən, Məhkum1 müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə və müdafiəçisi Cavadov Arzu Güləhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən kassasiya şikayəti təmin edilməsin. Məhkum X1 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu oğlu tərəfindən kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar