Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-468/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-c i il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əİiyev) 08 iyun 2022-ci il tarixli, 1(039)68/2022 nömrəli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.2 və 177.2. 3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, istintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qəsdən özgənin əmlakını gizli tala ma məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, C.Əzizov küçəsi ev 34-də yaşayan Zərərçəkmiş şəxs1 İsgəndər oğlunun yaşadığı evin həyət qapısını itələyib açmaqla həyətə daxil olub yaşayış evinin birinci mərtəbəsindəki yaşayış yeri hesab olunan otağa qanunsuz olaraq daxil olub oradan diş təmiri və düzəldilməsi avadanlıqları olan Rusiya Federasiyasında istehsal olunmuş işlək vəziyyətdə olan 100 manat dəyərində olan “Samson” markalı aparatı, 80 manat dəyərində “Valis” markalı aparatı, 120 manat dəyərində “Şilif” markalı aparatı, 90 manat dəyərində “Kölük” markalı aparatı, 70 manat dəyərində 5 kq olan dəmir sıxan aləti və 100 manat dəyərində 2 ədəd protez dişi bişirən “Küveyit” qablarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 560 manat dəyərin də maddi ziyan vuraraq qəsdən yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,347 qram narkotik vasitə olan heroini istintaqa müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 19:05-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, M.Müşviq küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:55-dən saat 20:20-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan həmin narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Məhkum təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri, Q.Qarayev küçəsi, 14 B saylı evdə yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə qapını itələyib açmaqla qanunsuz daxil olub həyətdə olan yaşayış evinin birinci mərtəbəsindəki otaqdan diş təmiri və düzəldilməsi avadanlıqları olan 250 manat dəyərində “Odontos LLC” markalı lazer aparatını və 220 manat dəyərində “Dema” markalı, RD-LİWFM modelli kiçik ölçülü aparatı başlığı ilə birlikdə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 470 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar o ğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, 28 saylı evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə olan saxlanc yeri hesab edilən yardımçı tikili olan otaqdan 350 manat dəyərində “Bosch” markalı işlək vəziyyətdə olan laqundanı, 200 manat dəyərində “Bosch” markalı pereferator-drel dəstini, 30 manat dəyərində işlənmiş vəziyyətdə “Fıratterm 2500 W” markalı plastik boruları qaynaq etmək üçün ütü aparatını və 100 manat dəyərində “Porce” markalı açar dəstini qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs Rəşad Abdulova ümumilikdə 680 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Akif Eyvazov) 11 oktyabr 2022-ci il tarixli, 1(107)-322/2022 nömrəli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı onun tərəfindən təqdim edilmiş sübutl ara əhəmiyyət verilmədən ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müə yyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni s übutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayə tlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü qismən təqsirli hesab etsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış və bu barədə müvafiq protokolları tərtib etmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti üzrə dindirilmiş şahid X2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Kriminalistik Tədqiqatlar Qrupunun baş inspektoru vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə Şöbənin baş tədqiqatçısı Şamil Xəlilovun xahişi üzrə Məhkum üzərinə şəxsi axtarış zamanı video çəkiliş aparmışdır. Video çəkiliş zamanı Məhkum təqdim edilmiş müdafiəçi Sevda Bəkirova da orada olmuşdur. Məhkum üzərində ol an əşyaları təqdim etmək təklif olunduqda o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofandan bükülü çıxararaq təqdim etmişdir. Bükülünün içində isə toz formasında kütlə aşkar edilmişdir. Suallara cavab olaraq Məhkum bildirmişdir ki, bükülüdə olan kütlə narkotik maddə olan heroindir, özünə məxsusdur. Həmin zaman Məhkum qarı hər hansı zor tətbiq edilməmişdir, o, sərbəst ifadə vermişdir. Bundan başqa məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 1523 saylı rəyində qeyd olunur ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(səhv 167) Həmçinin, birinci instansiya məhkəməsinin iclası zamanı Məhkum üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Məhkum üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş, içində olan toz halında kütlə olan bir ədəd sellofan bükülünün ona məxsus olduğunu və həmin kütlənin heroin olduğunu etiraf etmişdir. Sadalanan hallar, həmçinin təqsirləndirilən şəxsin həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi verdiyi ifadələrlə də təsdiq olunur. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, Məhkum üzərində bir ədəd sellofan narkotik vasitə olan heroin saxlaması tam sübuta yetirilmiş və onun əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yanaşı, həm də CM-in 234.1-ci maddələrinə tövsif edilməs i barədə işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Həmçinin, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının yüngülləşdirilməsi və yaxud ona həbslə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayə tin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-468/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-468/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver