Məhkəmə qərarları › İş №1(102)-469/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-469/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-469/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 və CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Zəfər Ramazanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: O.Y.Cəlilov (sədrlik edən və məruzəçi), N.F.Quliyev və X.A.Nuriyev) xx xxxxx 2019-cu İl tarixli hökmü ilə, x1- xx xxxx 1986-cı ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və ünvan 2 yaşayan, Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. x2 - xx xxxxxxxx 1982-ci ildə ü3 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ü3 qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bili nərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay müddət təyin edilmiş cəzaya hesablanıb həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. x2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs x1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə zor tətbiq etməklə, xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, təkrarən, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, o, xx xxxxxx 2017-ci il tarixdə, saat 13-14 radələrində Ü4 özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək barədə qohumu x2 oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, sonuncunun idarə etdiyi VAZ-21074 markalı, 07-BF- dövlət qeydiyyat nişanlı avtomobillə x3 yaşadığı ünvana gələrək, X3 evindən küçəyə çağırıb Ukrayna Respublikasında yaşayan övladlarının sovqat göndərməsi bəhanəsi ilə aldadara q avtomobilə oturmasına nail olandan sonra, onunla eyni niyyətlə hərəkət edən X2 avtomobil ilə Ü2 istiqamətində hərəkətə başlamış, yol boyu üstündəki naməlum nümunəli bıçağı X3 boğaz nahiyəsinə dirəyib şəxsiyyəti üzərində sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyərək həmin tarixdə satış məzənnəsinə görə 8500 manat 50 qəpiyə bərabər olan 5000 ABŞ dolları verməsini tələb etmiş, x3 onlara həmin miqdarda pulunun olmadığını bildirdikdə isə sonuncuya qarşı zor tətbiq edərək, əvvəl avtomaşında X2lə birgə hərəkətləri ilə yumruqla başına və digər nahiyələrinə zərbələr vurmuş, sonra avtomobil ilə Ü2 ərazisinə gətirib yoldan kənarda avtomaşından düşürdükləri X3 yumruqla vurub yerə yıxaraq halsız vəziyyətə düşdüyünü görüb paltarlarını soyundurmuş və siqaretin odu ilə sağ ayağını n İ barmağını qəsdən yandırıb hədə-qorxu ilə pul tələblərini davam etdirərək, x3a ayrı-ayrılıqda, başına vurduqları yumruq zərbələri ilə baş-beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət, habelə birgə hərəkətləri ilə vurduqları zərbələrlə sağ almacıq nahiyəsinin qançırı, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları, sağ ayağın İ barmaq nahiyəsinin yanıq yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında, zor tətbiq etməklə X3 xeydi miqdarda pulunu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs x1 xx xxxxxx 2017-ci il tarixdə, saat 13-14 radələrində x3 gətirdikləri Ü2 ərazisində, qohumu X2 özgənin əmlakının hə də-qorxu ilə tələb etmə barədə ümumi niyyətindən kənara çıxan hərəkətlər edərək, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə, təkrarən, üstündə olan naməlum nümunəli bıçaqla vurulmaq qorxusunun təsiri altında saxladığı x3 doğrayacağı və avtomobildə olan torbaya yığacağı barədə həyat üçün təhlükəli olan zorakılıqla hədələyib avtomobildən düşüdükdən sonra sonuncuya basqın edib köynəyinin cibində saxladığı 50 manat pulu ələ keçirərək, quldurluq etmişdir. Təqsirləndirilən şəxs x2 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə zor tətbiq etməklə, xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələ b etmişdir. Belə ki, o, xx xxxxxx 2017-ci il tarixdə, saat 13-14 radələrində Ü4 özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək barədə qohumu x1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, idarə etdiyi VAZ-21074 markalı, 07-BF- dövlət qeydiyyat nişanlı avtomobillə x3 yaşadığı ünvana gələrək, onunla eyni niyyətlə hərəkət edən x1 X3 evindən küçəyə çağırıb Ukrayna Respublikasında yaşayan övladlarının sovqat göndərməsi bəhanəsi ilə aldadaraq avtomobilə oturmasına nail olandan sonra, idarə etdiyi avtomobillə Ü2 istiqamətində hərəkətə başlamış, x1 yolboyu üstündəki naməlum nümunəli bıçağı X3n boğaz nahiyəsinə dirəyib şəxsiyyəti üzərində sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələyərək, həmin tarixdə satış məzənnəsinə görə 8500 manat 50 qəpiyə bər abər olan, 5000 ABŞ dolları verməsini tələb etmiş, x3 həmin miqdarda pulunun olmadığını bildirdikdə isə sonuncuya qarşı zor tətbiq edərək, avtomaşında x1 ilə birlikdə yumruqla başına və digər nahiyələrinə zərbələr vurmuş, sonra idarə etdiyi avtomobildə Ü2 ərazisinə gətirib yoldan kənarda avtomaşından düşürdükləri X3n, onunla eyni niyyətlə hərəkət edən x1nin yumruqla vurub yerə yıxaraq halsız vəziyyətinə düşdüyünü görüb onun paltarlarını soyundurmuş və siqaretin odu ilə sağ ayağının İ barmağını qəsdən yandırıb hədə-qorxu ilə pul tələblərini davam etdirərək, x3a ayrı-ayrılıqda başına vurduqları yumruq zərbələri ilə baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət, habelə birgə hərəkətləri ilə vurduqları zərbələrlə sağ almacıq nahiyəsinin qançırı, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları, onunla eyni niyyətlə hərəkət edən x1nin yanan siqaretlə yetirdiyi sağ ayağın İ barmaq nahiyəsinin yanıq yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında, zor tətbiq etməklə X3n xeyli miqdarda pulunu hədəqorxu ilə tələb etmişdir. x1 müdafiəçisi Əzimov x3həsən Əliş oğlu və x2 müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13n noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və Ə.Ə.İ.Novruzovdan ibarət tərkibdə) x1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismə n, x2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayət tam təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə yeni hökm çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündə göstərilmişdir ki, x1 Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair mqddəalar x1na qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.2.1-ci maddəsinə əsasən x1na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablansın. x2 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.2.1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü maddələri ilə əməlində həmin cinayətlərin tərkibinin olmaması əsası ilə bəraət verilsin. x2 oğlu dərhal məhkəmə zalından həbsdən azad edilsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-ci il tarixli hökmündın dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protestini onunla əsaslandırmışdı r ki, apellyasiya instansiyası məhkəməsi bəraət hökmü qəbul edərkən ümumi, yayğın,heç bir sübuta əsaslanmayan hallara istinad etmiş, ittihamın əsasını təçkil edən sübutları şübhə altına almağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunun tələblərini bir kənara qoyaraq zərərçəkmiş şəxsin ifadələrinin nümayəndəsinin və müstəntiqin təsiri ilə yazıldığını göstərmişdir. hökmün 9-cu səhifəsində qeyd edilmişdir ki, zərərçəkmiş şəxs X3n həqiqi ifadəsi yalnız x4 ilə söhbətdə verdiyi məlumatlardan ibarət olmuş, qalan bütün başqa izahat və ifadələri isə nümayəndəsi x5 tərəfindən tərtib edilməklə və x1nin ailə üzvləri ilə əvvəldən ixtilafda olan X3 oğlu x6 və müstəntiqin səyləri nəticəsində hadisənin təhrif edilməsinə yönəlmişdir. Zərərçəkmiş şəxs x3 ibtidai istintaq və məhkəmə prosesləri boyunca verdiyi ifadələrində göstərmişdir ki, o, maşına oturandan sonra x1 sürücüyə -«sür» demiş və x2 maşını birdən sürətlə sürərək evlərindən uzaqlaşmağa başlamış, və yola çıxıb Astara istiqamətində getməyə başlamışdır. O, bu hərəkətlərdən dərhal şübhələnmiş və təəcüblənmiş, çünki əvvəldən x1 ona harasa gedəcəklərini deməmiş, sadəcə uşaqlarının «veş» göndərdiklərini və göndəriləni ona verəcəyini bildirmişdir və o da inanıb maşma oturmuşdur. Onlar maşını tələsik sürüb sürətlə uzaqlaşaraq onu da özləri ilə aparanda soruşmuşdur ki, hara gedirlər. Onda x1 demişdir ki, -«səni aparırıq ətini kəsib doğramağa» və maşındakı torbalara işarə edərək ətini oradakı kisələrə dolduracaqlarını demişdir. Bu zaman x2 maşını idarə edərək hər şeyi eşitmiş və ona tərəf baxıb x1 x1ərini sözlə və ba şının işarəsi ilə təsdiq etmişdir. Onlar Ü2 ərazisini keçərkən x7 yeməkxanasına yaxınlaşanda o, təkrar-təkrar maşını saxlamağı və onu düşrümələrini tələb -etmiş, x1 əvvəl başına bir yumruq vurmuş, o, soruşanda ki, -«bu nədir, nə edirsən, mənim canımdan nə istəyirsiniz?», bundan sonra x1 ardıcıl yumruqla vurmağa başlamış, sonra bıçağı çıxardıb boğazına dirəyərək demişdir ki, -«oğlun Elçinin günahlarına görə cavab verəcəksən». O tiyəsi orta ölçülü, təxminən 25-30 sm, dəstəyi taxta kimi qəhvəyi rəngli bıçaq görmüş, x1 onu yumruqla vurandan sonra x1ə tərəf dönəndə görmüşdür ki, həmin bıçağı arxa sağ qapı tərəfdən sağ əli ilə üstünə qaldırmış, amma bıçağı öz cibindən və ya maşının həmin hissəsindən götürdüyünü bilmir. x1 onu vurduqca x2a da qışqırıb demişdir ki, maşını tez sürsün. x2 maşın sürd üyünə görə onu vurmağa tam qoşula bilməmiş, amma arabir üstünə qışıqırıb səsini kəsməyi, x1 x1ərini etməyi tələb etmiş və sağ əli ilə ona yumruq atmışdır. O, bacardığı kimi əllərini qabağa verib çalışmışdır ki, zərbələr ona dəyməsin, amma zərbələrin qabağını ala bilməmiş, yenə də demişdir ki, -«düşürdün məni, ayıbdır, mən qoca kişiyəm, mənimlə nə işiniz var, məndən nə istəyirsiniz?». Həmin vaxt x1 demişdir ki, -«səndən pul istəyirik, oğlun ləpə gətirib satıb, bizə 5000 dollar verməlisən, yoxsa səni doğrayacağam». O, pulunun olmadığını, pensiyaya yaşadığını demiş, amma x1 dediklərinə əhəmiyyət verməmiş, qışqıra-qışıqra ondan pulu alacağını demişdir. x2 isə həmin vaxt demişdir ki, -«beş min bunun üçün çox olar, əvvəl beş yüz gətirsin, sonra baxarıq». Bu qayda ilə onu vuraraq aparanda x2 bird ən əsəbləşib sifətinə güclü yumruq zərbəsi vurmuş, zərbədən birdən-birə başı fırlanmış və huşsuz olmuşdur. Bundan sonra x1 əl atıb qollarını qaldıraraq onun səs vermədiyini görüb x2ın üstünə qışqırmış ki,-«ədə oğraşın oğlu oğraş, maşını saxla, bu ölüb, saxla maşını». Onlar qabaqdakı sol döngəyə çatanda çayın kənarında maşını saxlamışlar, həmin vaxt huşunu itirmiş, yəni halsız vəziyyətdə onların səsini eşitsə də heç bir hərəkət edə bilməmişdir, eyni zamanda səsini qorxudan çıxartmamışdır ki, aparıb doğramasınlar, ölmüş bilib atsınlar. Bundan sonra onu maşından çıxartmışlar və əynindəki paltarları, yəni şalvarı və maykanı da soyundurub çıxartmışlar və öz aralarında danışıqlarından eşitmişdir ki, biri onu kanala atmağı təklif etmiş, digəri isə demişdir ki, -«yox, yox, kanala atmayaq, bu ölüb, qoy qalsın burada, ona heç kim yiyə durmaz, görən deyər ki, narkomandır ya da alkaşdır, soyunub burada sonra soyuq vurub». O qorxusundan səsini çıxartmamış, özünü ölmüş kimi aparmışdır. Bundan sonra x1 siqaretlə sağ ayağının baş barmağını yandırmağa başlamış, barmağına sıxdığı siqaret onu yandırıb incitsə də, o səsini çıxartmamış, çünki onun ölmədiyini görüb onu öldürəcəklərini fikirləşmişdir. Onlar onu saxlayıb maşına oturaraq getmişlər. Aradan təxminən yarım saata qədər vaxt keçəndən sonra yavaş-yavaş tərpənmiş, ətrafa baxanda görmüş ki, şalvarı, köynəyi və maykası hərəsi bir tərəfdən kolların üstünə atılmışdır. O paltarlarını götürüb geyinmiş, paltarlarını geyinəndə görmüşdür ki, köynəyinin cibindən 50 manat pulu götürmüşlər. Cinayət prosessual qanunvericliyin əksinə olaraq məhkəmə kol legiyası zərərçəkmiş şəxsin sıradan bir şəxs ilə söhbətində işlətdiyi x2 tərəfindən ona qarşı hər hansı bir hərəkət edilməməsinə dair ümumi kontekstdən çıxarılmış hala istinad etməsi əsaslı deyildir. Təqsirləndirilən şəxs x1 ifadəsində zərərçəkmiş şəxs x3la avtomaşında dalaşmasını inkar edib yolda x3ə oğlu Elçinə verdiyi qızıl əşyalarını qaytarmamasmdan şikayət etməsini, x3ün isə bu səbəbdən səs-küy saldığını, avtomaşında zərərçəkmiş şəxsi vurmadığını, ancaq Ü2ndə avtomaşından düşəndən sonra yerdə x3ün onun sinəsinə yumruq vurduğuna görə o da x3ü itələdiyini və x3ün yerə yıxılaraq özünü halsız göstərdiyini bildirsə də, zərərçəkmiş şəxs X3n və təqsirləndirilən şəxs X2in ifadələri ilə, eləcə də məhkəmə-tibbi ekspertizasının rəyi ilə x1nin x3a qarşı zorakılıq hərəkətləri etməsi təsdiq olunu r. Həmçinin təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində (x xxxxxx 2018-ci il tarixli) x1nin məhz avtomaşının salonunda hərəkətdə olduqları zaman x3a yumruq atdığını və x3ün də ona qarşılıqlı əl-qol atmasını, onları ayırmaq üçün qolunu ortaya atanda zərbəsinin x3a dəydiyini, buna görə də x3ün onun hərəkətini vurmaq kimi qəbul edildiyini bildirmişdir. Habelə təqsirləndirilən şəxs R.Rzayev xx xxxxxx 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında verdiyi ifadəsində avtomaşınında Məhkum ilə X3n mübahisə edib biri-birinə əl-qol atmalarını, həmin vaxt onları sakitləşdirərkən onun əlinin kişinin (X3n) sifətinə dəyməsini göstərmiş, eyni zamanda həmin məhkəmə iclasında zərərçəkmiş şəxs x3 bildirmişdir ki, evinin yanma gəlib onu çağırmış Məh kum təklifi ilə maşına oturandan sonra X2 avtomaşını sanki təyyarə sürəti ilə yerindən sürərək onu evindən uzaqlaşdırmış, onu hara apardıqlärını soruşanda x1 əvvəl çayxanaya gedib söhbət edəcəklərini bildirmiş, o, olduğu geyimdə çayxanaya gedə bilməyəcəyini deyəndə x1 onu və ailəsini söymüş və arxadan yumruqla onu vurmuş, o, vəziyyətinin pisləşdiyini görüb x2dan maşını saxlamasını tələb etmiş, x2 isə onun sifətinə yumruqla zərbə vurmuş, zərbənin təsirindən halsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs R.Rzayevin cinayəti törədən zaman qabaqcadan əlbir olduğu x1 ilə birbaşa və bilavasitə zərərçəkmiş şəxs X3n yaşadığı ünvana getməsi, sonuncunun maşına oturmasına nail olandan sonra dərhal, həmin məhəllədə yaşayan x8 yanma getmədən və sonuncu ilə əlaqə saxlamadan oradan uzaqlaşması, habelə sonradan da x8 yanma getməməsi və onunla əlaqə saxlamaması, onun Xolmili kəndinə x8 yanına gəlməsinə dair dəlillərini təkzib edir. Bundan başqa, iş üzrə müəyyən edilmiş hallarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər Məhkum və R.Rzayevin x3la normal danışıq aparmaq, yəni öz mülahizələrinə əsasən x3ə oğlu Elçin barəsində narazılıqlarını bildirmək üçün x3la evinin yanında danışa bilmələrinə kifayət qədər imkan və şərait olmasına baxmayaraq, onlar bunu etməmiş, əksinə faktiki etdikləri hərəkətlərindən görünür ki, onlar qabaqcadan əlbir olub razılaşdıqları kimi hərəkət edərək, yaşlı adam olan zərərçəkmiş şəxs X3 avtomaşına qoyub öz razılığını soruşmadan və heç bir fikrini nəzərə almadan, etirazlarına məhəl qoymadan hədə-qorxu ilə 5000 ABŞ dolları tələbini təsirli etmək və zərərçəkmiş şəxs də vahimə yaratmaq üçün sonuncu avtomaşına oturan kimi heç bir zərurət olmadan kənd yolu ilə avtomaşını yüksək sürətlə idarə edərək evindən uzaqlaşdırmış, x1nin istifadə etdiyi naməlum nümunəli bıçaqla doğrayıb ətini avtomaşmdakı torbalara yığacaqları ilə hədələmiş, həm də birgə hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı digər zorakılıqlar etmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyi ilə müəyyən olunur ki, x3nda baş-beyin silkələnməsi, sağ almacıq nahiyəsində qançır, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları, sağ ayağının İ barmaq nahiyəsinin yanıq yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi, sağ almaıq nahiyəsində qançır, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları bərk kü əşyanın (əşyalar ın) təsirindən törənmişlər, həmin xəsarətlər şəxsin özünün göstərdiyi şəraitdə əmələ gələ bilərdi, sağ ayağın İ barmağının yanı yarası ilə yüksək hərarətin termiki təsirindən əmələ gəlmişdir, müddəti müayinədən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən tarixə, yəni xx xxxxxx 2017-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə baş-deyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, x3nda baş-beyin silkələnməsi, sağ almacıq nahiyəsində qançır, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları, sağ ayağını n İ barmağı nahiyəsinin yanıq yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən baş-beyin silkələnməsi, sağ almaıq nahiyəsində qançır, döş qəfəsi, sağ baldır, sol dirsək nahiyələrinin sıyrıqları bərk kü əşyanın (əşyaların) təsirindən törənmişlər, aşkar edilmiş sıyrıqlar müxtəlif əşyaların təsirindən törənə bilərdi, bıçaqla yaranıb-yaranmamasmm daha dəqiq istintaq yolu ilə aydınlaşdırılması məqsədə uyğundur. Xəsarətlərin yaranma müddəti qərarda göstərilən tarixə, yəni xx xxxxxx 2017-ci ilə uyğun gəlir və hər hansı xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə baş-beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. x3da aşkar edilmiş xəsarətlər şəx sin özünün göstərdiyi şəraitdə əmələ gələ bilərdi, o cümlədən sağ ayağının 1-ci barmağının yanıq yarası yüksək hərarətin termiki təsirindən əmələ gəlmişdir, həmin yanığ yarasının ölçüsünü nəzərə alaraq qaynar suyun təsirindən yaranması inindırıcı deyildir, daha çox közərmiş siqaretin sağ ayağın 1-ci barmağına sıxılması (basılması) nəticəsində yaranması uyğun və inandırıcıdır. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarının 12-13-cü vərəqində göstərilən başqa bir səs yazısına istinadən göstərilmişdir ki, məhkəmənin istinad etdiyi audioyazıda danışan tərəflərin iş üzrə məhkəmə-tibbi eksperti və təqsirləndirilən şəxsin qohumları yəni konkret olaraq kim olması müəyyən edilməmiş, bu xüsusat üzrə ekspert dindirilməmişdir. Belə olduğu halda hesab edirəm ki, audioyazıda səslə ndirilən fikirlərə məhkəmənin istinad etməsi tamamilə əsassızdır. Əbdul Əhmədovun arvadı Gülxanım Əhmədova məhkəmədə x3ün qaloşunun sağ yox sol ayağında yanıq izi olması barədə ifadə verməmişdir. Digər bir məsələ qaloşun maddi sübut kimi götürülməməsidir. İş materiallanndan aydın şəkildə görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi soyundurmuş, ona köynəksiz, maykasız, şalvarsız vəziyyətdə xəsarət yetirmişlər. Belə olduğu halda X3n ayağında qaloş olması mümkün idimi? Üzərində hər hansı bir əlamət daşımayan əşyanın maddi sübut kimi götürülməsinə nə zərurət var idi? Qərarın məzmunundan görünür ki, məhkəmə kollegiyası X3n üzərindən 50 manat pulun götürülmədiyi qənaətinə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası x3 birbaşa, ardıcıl olaraq ifadələr verməsinə baxmayaraq onun arva dı Gülxamm Əhmədovanın ifadəsinə istinad etməklə Əhməd Əhmədovun üzərində 50 manatın olubolmaması və yaxud götürülməməsi barədə fikir yürütmüşdür. Məhkəmə kollegiyası əsassız olaraq təqsirləndirilən şəxslərdən başqa hadisə yerində yeganə şəxs olan zərərçəkmiş şəxsin ibtidai istintaqın əvvəlindən hadisə vaxtı üzərindən 50 manat pulun götürülməsinə dair ifadələri şübhə altına alınaraq qəbul edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə yekun olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ləğv edimiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair müddəalar Məhkum qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş, CPM-nin 42.1.2-ci maddəsinə əsas ən x1na CM-nin 182.2.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərkibi olmaması əsası ilə bəraət verilmiş Məhkum CM-nin 182.2.3-cü və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrlə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, R.Rzayevə CPM-nin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirildiyi CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə əməlində həmin cinayətlərin tərkibinin olmaması əsası ilə bəraət verilmiş, iş üzrə olan mülki iddia 50 manat pulun tələb edilməsi hissəsində rədd edilmiş, mülki iddia qalan hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı CM- nin 182.2.3 və 182.2.4-ci maddələrində nəzərədə tutulmuş cinayət əməli törədilmiş və həmin cinayət əməli X2in gözləri qarşısında törədilm işdir. Belə olan halda məhkəmə kollegiyası R.Rzayevin CM-nin 307.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət məsuliyyətinə münasibət bildirməmişdir. Bundan başqa məhkəmə kollegiyası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə Məhkum ittihamından xaric edib, CM-nin 180.2.1-ci maddəsi ilə bəraət verərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 42-ci maddəsinə əsasən “məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda irəli sürülmüş cinayətin törədilməsində onun təqs irsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Hazırkı işdə məhkəmə kollegiyası eyni hadisə üzrə Məhkum CM-nin 182.2.1-ci maddəsi üzrə bəraət verdiyi halda CM-nin 182.2.3 və 182.2.4-cü maddələri ilə cəza təyin etmişdir. Eyni əsaslarla CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkəmə kollegiyası əsassız olaraq ittihamdan xaric edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası CM-ninn 181.2.2 və 181.2.5-ci maddələri üzrə bildirdiyi başqa bir mühakimə də qanunun tələbləri ilə uzlaşmır. Belə ki məhkəmə kollegiyası gəstərmişdir ki, əgər doğurdan da Ə.Əhmədovun cibində pul olmuşdursa və bu pulun doğurdan da Məhkum tərəfindən quldurluq yolu ilə götürülmüş olması barədə işdə sübut olsaydı belə, bunun quldurluq kimi qiymətləndirilməsi düzgün olmazdı. Belə ki, Məhkum x3a qarşı zor tədbiq etməsi və bunun 5000 manatın tələb edilməsi üçün edilməsi qəbul edilirsə, həmin zorun eyni zamanda x3a qarşı edilmiş quldurluq əməlinin əlaməti kimi qəbul edilməsi məntiqə və cinayət qanununa uyğun deyil.” Belə ki, CM-nin 35-ci maddəsinə əsasən ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çxmaqla, yəni cinayətin digər iştirakçlarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçmn ekstsessi hesab olunur. İcraçnın ekstsessinə görə cinayətin digər iştirakçlan cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Habelə CM-nə əsasən quldurluq (CM-nin 181-ci maddəsi) cinayəti dedikdə özgə əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zor akılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın başa düşülür. Bu əməllər təkrar törədildikdə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə CM-nin 181.2.2 və 181.2.5- ci maddələrinin tərkibini yaradır. Bundan başqa, məhkəmə hökmünün nəticə və əsaslandırıcı hissələrində biri-biri ilə ziddiyyət təşkil edən mühakimələr mövcuddur. Belə ki, məhkəmə kollegiyası hökmün nəticə hissəsində R.Rzayevə cinayət tərkibiin olmaması əsası ilə bəraət versə də hökmün 16-cı səhifəsinin 4-cü abzasında qeyd etmişdir: “CPM-in 346.1.1-ci maddəsinin tələb etdiyi kimi x2 oğluna münasibətdə cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilməməsi sualına təstiqedici cavab vermək mümkün olmadığı vəziyyətdə, məhkəmə x2 təqsirliliyini CPM-in 351.3-cü maddəsinin tələb etdiyi q aydada sübuta yetirilmiş hesab etmişdir.” Həmçinin məhkəmə kollegiyası hökmün nəticə hissəsində Məhkum CM-nin 182.2.1ci maddəsi ilə bəraət verilməsi nəticəsinə gəlsə də hökmün 17-ci səhifəsinin 1-ci abzasında “x1 əməlinin tövsifi istintaqın əvvəlindən olduğu kimi CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinə dəyişdirilməli, ona həmin maddələrlə işin halları nəzərə alınmaqla cəza təyin edilməli” olması nəticəsinə gəlmişdir. Göstərilən qaydada tərtib edilmiş və əsalandırılmış məhkəmə hökmü şəxsin təqsirsizlik prezumpsiyası, məhkəmə hökmünün qanuni və əsaslı olması tələbi, konstitusiyamızın məhkəmə qərarlarının sübuta və qanuna əsaslanması müddəas və hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin olunmasını xahiş etmişdir. Kassasiya protestinə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış məhkum x1 məhkəmə iclasında iştirakının təmin olunması barədə vəsatət verməmiş, müdafiəçisi isə məhkəmə iclasında iştirak etməmişdir, eyni zamanda bəraət almış x2 oğlu və müdafiəçisi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya protestinin dəlillərinə aşağ ıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya protestində yuxarıda sadalanan dəlillərlə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, işdə X2 x1niqabaqcadan əlbir olmaqla hər hansı cinayət törətmək niyyətlərinin olmalarını hesab etməyə heç bir əsas olmadığı halda istintaq hər iki şəxsin qabaqcadan əlbir olaraq kimdənsə hədə qorxu ilə əmlak hüququnu tələb etmək niyyətində olaraq birgə hərəkət etmələri qərarına gəlmiş, birinci instansiya məhkəməsi də bu nəticə ilə eyni əsassızlıqla razılaşmışdır. Belə ki, X2in x1 ilə zərərçəkmiş şəxs X3n Ukraynada yaşayan oğlu arasındakı votsap danışıqlarının yalnız sırf təsadüf nəticəsində şahid olması, on un x1 yaşadığı küçədən təsadüfən, daha doğrusu Topaz mərc oyunuda üzləşdiyi problemlə əlaqədar Bakı şəhərinə getmək istədiyi, bundan məlumatı olan onun müdiri x8 Bakıya gedərkən x8 tapşırığı ilə ondan bəzi göstərişlər almaq üçün onun yaşadığı evə gedərkən x1 kiminlə isə bərkdən danışdığını görməsi barədə X2in özünün ifadəsi, onun qardaşı x9 izahatı, x1nin ifadələri və nəhayət işdə olan x3 jurnalist x4 x2 söhbəti zamanı dedikləri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası CPM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanunun mənasına görə qabaqcadan əlbir olma cinayət əməli törədilənədək, cinayətin törədilməsi zamanı və ondan sonra qr upa daxil olan şəxslərin hərkətlərinin istiqaməti, bir-birinə uyğunluğu, ümumi niyyətin təmin edilməsinə yönəlməsi əlamətləri ilə müəyyən edilir. X2in x1 ilə təsadüfən görüşməmələri, zərərçəkmiş şəxsi ev geyimində olmasına baxmayaraq x1 tərəfindən aldadılaraq avtomobilə mindirildikdən sonra X2in sonuncunun göstərişi ilə avtomobili sürətlə idarə edib zərərçəkmiş şəxsin yaşayış yerindən uzaqlaşdırması, onun çağırışlarına baxmayaraq avtomobili saxlamaması, avtomobilin qapısını açıb özünü atmaqla hədələdikdən sonra məcburiyyət qarşısında saxlaması, x1nin hərəkətlərinə dəstək verərək avtomobildə zərərçəkmiş şəxsi vurması, qış fəslində soyuq havada yaşayış yerindən onun tərəfindən uzaqlaşdırıldığı halda hadisə yerində paltarları soyundurulmuş huşunu itirmiş vəziyyətdə tənha qoyub x1 ilə birlikdə tərk etməsi kimi işin faktiki halları sübut olunduğu halda X2in x1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bu cinayət əməlini törətmələri sübut olunmuş hesab edilməlidir. Məhkum X2 ibtidai araşdırma müddətində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi eyni məzmunlu ifadələrdə göstərmişdir ki, bir qədər avtomobili idarə etdikdən sonra x3 maşının qapısını açaraq dedi ki, “özümü ataram yola saxla”. Bndan sonra mən x3ün özünü avtomobildən yerə atmasından qorxub avtomobili Ü2 ərazisində olan yarımtikili limanın yaxınlığında saxladım. İfadəsinin başqa bir yerində göstərmişdir ki, x3 üzləşmə zamanı mənim hadisə baş verdiyi gün avtomobili idarə etdiyim zaman sağ əlimlə onu vurduğumu və onun ünvanına nalayiq ifadələr işlətdiyimi bildirdi, lakin, b ildirirəm ki, mən onun ünvanına nə nalayiq ifadələr işlətmişəm, nə də ki ona yumruq atmamışam, sadəcə olaraq x1 x3ün boynundn tutub boğazını sığırdı və mən əlimlə x1ə vurub onu ayırmaq istəyəndə əlim ola bilsin ki, x3ə dəymiş və ola bilsin ki, x3 mənim bu hərəkətimi ona yumruq atmaq kimi qəbul etmişdir. İfadəsində daha sonra suallara cavablandırarkən göstərmişdir ki, x3 maşından düşəndən sonra x1 ilə əlbəyaxa olub dalaşırdı, mən gördüm ki, x3 kişi yerə yıxılıb, yaxınlaşıb x1i ondan ayırıb maşına tərəf itələdim. Özüm isə x3ə yaxınlaşdım və onu kəndə evinə aparmağı təklif etdim, həmin vaxt x3ün əynində köynəyi yox idi, qaloşlarının biri ya ikisi də ayağından çıxmışdır. Mən köynəyini yerdən götürüb ona geyindirmək istədim, x3 kişi imkan verməyərək mənimlə getməkdən imtina edib dedi ki, “onu d a apar burdan gedin, yoxsa gicgahıma bir daş vurub özümü öldürərəm və səni də şərə salaram”. Bundan sonra mən avtomobilə oturub oradan uzaqlaşdım. X2 xx xxxxxx 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında verdiyi ifadəsində avtomaşınında x1 ilə X3n mübahisə edib biri-birinə əl-qol atmalarını, həmin vaxt onları sakitləşdirərkən onun əlinin kişinin (X3n) sifətinə dəyməsini göstərmişdir. Həmin məhkəmə iclasında zərərçəkmiş şəxs x3 bildirmişdir ki, evinin yanına gəlib onu çağırmış x1 təklifi ilə maşına oturandan sonra X2 avtomaşını sanki təyyarə sürəti ilə yerindən sürərək onu evindən uzaqlaşdırmış, onu hara apardıqlärını soruşanda x1 əvvəl çayxanaya gedib söhbət edəcəklərini bildirmiş, o, olduğu geyimdə çayxanaya gedə bilməyəcəyini deyəndə x1 onu və ailəs ini söymüş və arxadan yumruqla onu vurmuş, o, vəziyyətinin pisləşdiyini görüb x2dan maşını saxlamasını tələb etmiş, x2 isə onun sifətinə yumruqla zərbə vurmuş, zərbənin təsirindən halsız vəziyyətə düşmüşdür. Məhkumun ifadəsində göstərdiyi bu hallar zərərçəkmiş şəxsin ifadəsində göstərilən halların həqiqiliyini qismən təsdiq edən hallardır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs x3 ifadəsində göstərmişdir ki, onlar Ü2nin ərazisində x7 yeməkxanasına yaxınlaşanda o, təkrar-təkrar maşını saxlamağı və onu düşürmələrini tələb etmiş, bu zaman x1 başına bir yumruq vurmuşdur... x2 maşın sürdüyünə görə onu vura bilməmiş, amma arabir üstünə qışıqırıb səsini kəsməsini, x1 dediklərini etməyi tələb etmiş, sonra isə sağ əli ilə ona yumruq atmışdır. O, əllərini qabağa verib özü nü müdafiə etmiş, qışqıraraq onlara «saxlayın maşını, düşürdün məni, ayıbdır, mən qoca kişiyəm... Bu zaman x2 da «beş min bunun üçün çox olar, əvvəl beş yüz gətirsin, sonra baxarıq» demişdir. O, qışqıraraq onlara verməyə pulu olmadığını və maşını saxlamalarını tələb etdikdə x2 birdən onun sifətinə güclü yumruq zərbəsi vurmuş, zərbədən birdən-birə başı fırlanıb huşsuz hala düşmüşdür. Bundan sonra x1 əl atıb qollarını qaldıraraq onun səs vermədiyini görüb x2ın üstünə qışqıraraq «ədə oğraşın oğlu oğraş, maşını saxla, bu ölüb, saxla maşını» demiş və x2 maşını yolun solunda olan döngəyə çatıb çayın kənarında maşını saxlamışdır... Bundan sonra onlar onu maşından yerə düşürmüş və əynindəki paltarları, yəni şalvarı və maykanı da soyundurub çıxartmışlar. x1 və x2ın öz aralarında danışıqlarından eşi tmişdir onlardan biri onu kanala atmağı təklif etmiş, digəri isə «yox, yox, kanala atmayaq, bu ölüb, qoy qalsın burada, ona heç kim yiyə durmaz, görən deyər ki, narkomandır ya da alkaşdır, soyunub burada sonra soyuq vurub» demişdir. O, yenə də qorxusundan səsini çıxartmamış, özünü ölmüş kimi aparmışdır ki, onlar onu «ölmüş» bilib çıxıb getsinlər. Lakin onlar getməmiş, sonra x1 siqaretlə onun (X3n) sağ ayağının baş barmağını yandırmış, barmağını siqaret yandırıb bərk incitsə də, o qorxusundan səsini çıxartmamış, çünki onun ölmədiyini görüb onu öldürəcəklərini fikirləşib buna dözmüşdür... Xəstəxanada olarkən arvadına köynəyinin cibində 50 manat pulun olub-olmamasını soruşanda arvadı ona köynəyinin cibində 50 manat pul olmadığını bildirmiş, bu zaman o, 50 manat pulun x1gilin götürdüyünü bil mişdir. Hadisədən əvvəl ayağında rezin qaloş olmuş, lakin hadisə baş verən vaxt ayağından qaloş çıxdığından ayaqyalın olmuş, sonra x1 siqaretlə sağ ayağının barmağını yandırmışdır. Zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, o, təkrar-təkrar maşını saxlamağı və onu düşürmələrini tələb etmişdir. X2 isə ifadəsində göstərir ki, x3 maşının qapısını açaraq dedi ki, “özümü ataram yola saxla”. Bndan sonra mən x3ün özünü avtomobildən yerə atmasından qorxub avtomobili Ü2 ərazisində saxlamağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs təkrar-təkrar maşını saxlamağı və onu düşürmələrini tələb etməmişdirsə onda nə üçün qapını açıb özünü atmaq istəmişdir. X2in bu ifadəsi zərərçəkmiş şəxsin avtomobildə gedərkən təkrar-təkrar maşını saxlamağı və onu düşürmələrini tələb etdiyini təsdiq edibetməməsinə düzgün hüquq i qiymət verilməmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, x2 birdən onun sifətinə güclü yumruq zərbəsi vurmuş, zərbədən birdən-birə başı fırlanıb huşsuz hala düşmüşdür. X2 isə ifadəsində göstərmişdir ki, ona yumruq atmamışam, sadəcə olaraq x1 x3ün boynundn tutub boğazını sığırdı və mən əlimlə x1ə vurub onu ayırmaq istəyəndə əlim ola bilsin ki, x3ə dəymiş və ola bilsin ki, x3 mənim bu hırıkıtimi ona yumruq atmaq kimi qəbul etmişdir. X2in bu ifadəsi zərərçəkmiş şəxsin ifadəsini, məhkəmə-tibb ekspertizalarının rəyini də nəzərə almaqla təsdiq edib-etməməsinə düzgün hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, onlar onu maşından yerə düşürmüş və əynindəki paltarları, yəni şalvarı və maykanı da soyundurub çıxartmışlar. X2 ifadəsində göstərmişdir ki, x3 maşından düşəndən sonra x 1 əlbəyaxa olub dalaşırdı, mən gördüm ki, x3 kişi yerə yıxılıb yaxınlaşıb x1i ondan ayırıb maşına tərəf itələdim. Özüm isə x3ə yaxınlaşdım və onu kəndə evinə aparmağı təklif etdim, həmin vaxt x3ün əynində köynəyi yox idi, qaloşlarınınm biri ya ikisi də ayağından çıxmışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ifadələrində belə uyğunluq olduğu halda apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin qanuna müvafiq alınmış izahat və ifadələrini, eləcə də təqsirləndirilən şəxs X2in məhkəməyəqədər verdiyi ifadələrini nə üçün mötəbər hesab etmədiyini hökmdə əsaslandırmamışdır. Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi hallar məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq olunmuş çoxsaylı xəsarətlərin lokalizasiyası ilə də təsdiq edilir. Həmin xəsarətlərin təqsirləndirilən şəxslərin göstər dikləri kimi, zərərçəkmiş şəxs yalnız yıxılması nəticəsində alınması həqiqəqətə uyğun deyil və işin faktiki halları ilə də təkzib edilir. X2in x1 ilə təsadüfən görüşmələri və onların qabaqcadan əlbir olmamaları barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr də mübahisə doğurur. X2 x8 tapşırığı ilə ondan bəzi göstərişlər almaq üçün onun yaşadığı evə gedərkən x1 ilə təsadüfən görüşmüşdürsə, bu görüşdən sonra İbrahimxəlil Əliyevdən tapşırıq almaq üçün getməmişdirsə, onda həmin görüşün bu məntiqlə təsadüflüyü və X2in ifadəsinin həqiqiliyi şübhə döqurur. Məhkəmə kollegiyası işin bu halı ilə bağlı nə X2in və nə də x8 ifadələrini tədqiq etməmiş, həmin ifadələrin məntiqiliyinə hüquqi qiymət vermədən X2in ifadəsini həqiqət kimi qiymətləndirmişdir. Kassasiya protestində bununla əlaqə dar göstərilən dəlil də əsaslıdır. Zərərçəkmiş şəxsin məhkəmə iclasında müdafiə tərəfinin suallarına cavab verməkdən yayıması, apelyasiya məhkəmə kollegiyasının iclasına gəlməməsi barədə apelyasiya məhkəmə kollegiyasının hğkmündə göstərilənlər yoxlanılarkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə vermiş və xx xxxxxx 2019-cu ul tarixli məhkəmə iclasında müdafiəçi İbarət Həsənovun suallarını cavablabdırmışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs x3 Krivoy Roq şəhərində stasionarda müalicədə olmasını təsdiq edən sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası bu sənədləri araşdırıb hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddə sinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Apellyasiya instansiya məhkəməsi x3 jurnalist x4 x2 söhbəti zamanı dedikləri səs yazısının Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsində nəzərdə tutulmuş sübut növlərindən hansına aid etdiyini qərarında şərh etməsə də, onun həmin söhbət zamanı ehtimal edilən dediklərini əvvəlki ifadə və izahatlarından ən mötəbəri kimi qəbul etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi jurnalistlə söhbət zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxsin dediklərinin sübut kimi, həm də əvvəlki izahat və ifa dələrindən daha mötəbər sübut kimi qəbul edilməsinin qanuna uyğun olub-olmamasına, mümkünlüyünə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-nin 28.6-cı maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. CPM-nin 125.2.5-ci, 125.2.7-ci və 125.2.9-cu maddələrinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işi üzrə zərərçəkmiş şəxs x3 jurnalist x4 x2 söhbəti zamanı dediklərindən alındığı ehtimal edilən məlumatların hazırkı iş üzrə sübut kimi istifadə olunması yuxarıda istinad edilən cinayət-prosessual normaların tələblərinə uyğun hesab edilmir. Belə məlumatlar zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı müstəntiqə və məhkəmə iclasında yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş və həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı ona məlum olan bütün halları məhkəməyə söyləyəcəyinə and içmiş zərərçəkmiş şəxsin ifadəsinə bərabər tutula bilməz. Qanunla müəyyən edilmiş şəxslərdən başqa kimsənin, o cümlədən jurnalistin zərərçəkmiş şəxsdən cinayət təqibi ilə bağlı ifadə almaq səlahiyyəti qanunla müəyyən edilməmişdir. İşdən görünür ki, həmin söhbət barədə məhkəməyə təqdim edilmiş səs yazısındakı səslərin hansı subyektlərə aid olunması müvafiq ekspertiza aparılması ilə müəyyən edilməmiş, bu səs yazısının hansı şəraitdə əldə olunması araşdırılmamış, həmin səsyazısına zərərçəkmiş şəxsin münasibəti müəyyən edilməmişdir. Məhkəmə-tibb eksperti ilə aparılmış söhbət barədə səs yazısına istinad etməklə də apellyasiya məhkəmə kollegiyası eyni pozuntuya yol vermişdir. Beləliklə səs yazıları ilə bağlı apellyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticələr subyektiv mülahizələrlə əsalandırıldığından qanuni hesab edilə biləz. İşə baxan apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 143.3-cü, 92.9.5 və 92.9.9-cu maddələrinə istinadən belə nəticəyə gəlmişdir ki, müdafiəçinin özünün mümkün hesab etdiyi üsullarla sübut toplamaq haqqı vardır. Lakin, qanunun mənasına görə sübutlar qanunla müəyyən edilmiş qaydada toplanmalı və qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunla şahidin, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri növündə sübutların əldə olunması üsulu və qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 143.3-cü maddəsində nəzərdə tutulmuş müdafiəçinin fərdi şəxslərdən izahat almaq hüququ, onu nəzərdə tutur ki, müdafiəçinin fərdi şəxslərdən aldığı həmin izahatl arı məhkəmə iclasında tədqiq edilməli və işə aidiyyəti olan məlumatlar olduqda həmin şəxslərin məhkəmə iclasında qanunda nəzərdə tutulmuş qaydada ifadəsi alınmalıdır. Yalnız bu halda həmin məlumatlar sübut kimi qiymətləndirilə bilər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi öz qərarında zərərçəkmiş şəxsin əvvəlki izahat və ifadələrini məhkəmə iclasında elan edib çəkişmə prosesində tədqiq etmədən onları mötəbərsiz hesab etmişdir. Onun ifadələrinin təqsirləndirilən şəxslərin ifadələri ilə müqyisə edib uyğunluğunu yoxlamamışdır. Təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələri qanuna müvafiq olaraq müdafiə hüquqları təmin edilməklə alınmışdırsa sonradan məhkəmə iclasında həmin ifadələrin onların sözlərindən düzgün yazılmadığı nıticəsinə gəlməyə əsas verən mötəbər sübutlar ol malıdır. Belə sübutlar cinayət işinin materiallarında müəyyən edilməmiş, ibtidai istintaqı aparmış müstəntiq bu mülahizələrlə əlaqədar dindirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə sasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sonradan təqsirləndirilən şəxsin təqsirsizliyi istiqamətində dəyişdirilmiş ifadləri əsas götürən məkəmənin şahidin, zərərçəkmiş və təqsirləndirilən şəxsin əvvəlki ifadələrini “müstəntiq tərəfindən düzgün yazılmayıb”, “oxumadan imzalamışam”, “təzyiq altında imzalamışam” kimi heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizələrlə mötəbərsiz hesab etməsi qanuna uyğun nəticə deyildir. Apellyasiya məhkəmə kollegiyasının hökmündə göstərilmişdir ki, nə ittiham aktında nə də birinci instansiya məhkəməsinin hökmündə x3 Əmədovun ziddiyyətlərlə dolu ifadələrindən başqa X2in və x1nin x2 x9 hadisədə heç bir təqsirinin olmaması barədə verdiyi ifadəsini təkzib edəcək heç bir sübut göstərilməmişdir. bunu təsdiq edəcək sübut yalnız X3n ifadəsi ola bilərdi ki, onun da düzgün ifadə verməsinin qarşısı nümayəndəsinin və oğlunun təsiri ilə, həmçinin onlar qədər qərəzli olan müstəntiqin x3ün hadisə yerində ona qarşı baş verənlərlə bağlı düzgün ifadə vermək istəyinin qarşısı isə onun düzgün ifadə verəcəyi təqdirdə əvvəl yalan ifadə verdiyinin aydınlaşacağı və 2000 manat cərimə edilə biləcəyi ilə təhdid etməsi nəticəsində alınmışdır. Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müstəntiqin şahidi və zərərçəkmiş şəxsi yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar etməsi müstəntiqin qərəzli hərkəti kimi deyil qanuni hərkəti kimi qiymətləndirilməlidir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə vermədən onun istintaqdakı ifadəsinin və ya bundan əvvəlki məhkəmə iclasında verdiyi ifadəsinin həqiqiliyinin şübhə altına alınması qanunsuzdur. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya məhkəmə kollegiyasının qərarında, cinayət işinin istintaqını aparmış müstəntiqin hansı qanun pozuntusuna yol verdiyi göstərilmədən, qeyd edilmişdir ki, “müstəntiq araşdırma zamanı X2 və x1nin əməlinin tövsifinin və aqibətinin mümkün qədər daha ağır formada və mütləq qabaqcadan əlbirlik formasında təqdim etməkdə zərərçəkmiş şəxs və onun nümayəndələri ilə eyni dərəcədə səy göstərmiş olduğu görünür”. Məhkəmənin gəldiyi bu nəticə də subyektiv mülahizə xarakterlidir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmündə göstərilmişdir ki, işdən göründüyü kimi x3 xəstəxanaya qəbul edilənədək onun cibindəki pulun yerində olubolmaması barədə məlumatı olmamaışdır. Məhkəmə hesab etmişdir ki, X3n cibində olan 50 manatın hansı şəraitdə yox olması barədə istintaq və məhkəmənin sərəncmında hec bir mötəbər sübut olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası cinayət işinin bu hissəsi ilə bağlı da sübutları tam, hərətərəfli araşdırmamış və x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair müddəaları ittihamdam xarisc edilməsi barədə, öz hökmünün əsaslandırıcı hissəsinə uyğun olmayan nəticəyə gəlmişdir. Bəraət hökmünün Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən qəbul edildiyi göstərilsə də, iş üzrə gəlinmiş nəticələrin kollegial müzakirə edilməklə qəbul edilməsini təsdiq edə biləcək müşavirə otağının protokolu cinayət işinin materiallarına əlavə edilməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsinin cinayət k ollegiyasının hökmündə şərh edilmiş nəticələrin kollegial qəbul edilməsi də şübhə doğurur. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmü bu Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin 347.7-ci maddəsinə əsasən bu Məcəllənin 347.1 —347.6-cı maddələrinin tələblərinin yerinə yetirilməsi barədə məhkəmə iclasında sədrlik edən protokol tərtib edir və bu protokolda hakimlərin soyadları qeyd edilməklə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edil miş məsələlər və məsələlərdən hər birinin həll edilməsi zamanı hakimlər tərəfindən verilmiş səslərin sayı göstərilməlidir. Həmin protokol yalnız apellyasiya və kassasiya instansiyası məhkəməsində icraat zamanı açıla bilən möhürlənmiş zərfdə məhkəmə icraatının materiallarına əlavə edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi qaydasında hökm çıxardığı üçün qanunda nəzərdə tutulmuş qaydada müşavirə otağının protokolu işə əlavə edilməli olduğu halda əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci m addəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də, kassasiya protestinin dəlilləri əsaslı hesab edilərək təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilərək cinayət işi nəmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Zəfər Ramazanovun kassasiya protesti təmin edilsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə və x2 oğluna bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin və cinayət işinin yeni apelyasiya baxışına həmin məhkəmədə təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar