Məhkəmə qərarları › İş №1(102)-469/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-469/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-469/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfər oğlu Cəfərov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ümid Şahvələdovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs nümayəndəsi Sadıq Hüseyn Abışovun və məhkumun müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Zəfər Ramazanov tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs müdafiəçisi Nümayəndə və məhkum Qabitov Renat Tursuntayeviçin müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əhməd Quliyev (sədrlik edən), Azər Paşayev və İradə Həsənzadə) 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 nömrəli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-in 178.4 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.4-cü maddəsi ilə 10 il müddətə, CM-in 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 12.5-ci maddəsi tətbiq edilməkl ə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə və Məhkum3 qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu 24 avqust 2018-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi) X7 və X1 ibarət tərkibdə) 04 fevral 2021-ci il tarixli, 1(103)149/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü Məhkum3 CM-nin 206.3.2 və 178.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi5, Məhkum3 və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımov) 05 yanvar 2022-ci il tarixli, 1(102)-75/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı Məhkum3 aid hissədə ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi7 ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədim Babayev) 05 avqust 2022-ci il tarixli, 1(103)-62 8/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli, 1(101)-131/2020 saylı hökmü Məhkum3 aid hissədə ləğv edilmiş, Məhkum3 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Məhkum3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, Məhkum3 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli edildiyi 24 avqust 2018-ci il tarixdən hesablanmışdır. Müdafiəçi5 və məhkum edilmiş şəxs Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilımiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini, məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmünün ləğv edilmə sini və Məhkum3 icraatına xitam verilməsini və məhkumun dərhal həbsdən azad olunması barədə qərar qəbul edilməsini, Zərərçəkmiş şəxs müdafiəçisi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli, 1(103)628/2022 nömrəli hökmü Məhkum3 1.450.000 ABŞ dolları məbləğində dələduzluq etməsi epizodu üzrə bəraət verilməsinə dair hissədə ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəməsinin Cinayət kollegiyasına daxil olmuş iş materiallarından görünür ki, dövlət ittihamçısının kassasiya protesti və Zərərçəkmiş şəxs kassasiya şikayəti Azərbaycan dilində tərtib edilmişdir. İş materiallarından görünür ki, məhkum X5 Respublikasının vətən daşıdır. Məhkum Renat Qabitov Azərbaycan Respublikası Ali Məhkəməsinə (rus dilində) ərizə ilə müraciət edərək Qazaxıstan Respublikasının vətəndaşı olmaqla yanaşı tatar milliyyətindən olduğunu bildirmişdir. O, barəsində verilmiş kassasiya protestinin və kassasiya şikayətinin Azərbaycan dilində yazıldığını və həmin protest və şikayətin anlamadığını bildirmiş və həmin sənədlərin ona rus dilinə tərcümə edilməklə verilməsini xahiş etmişdir. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 417.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkumun müdafiəçisinin kassasiya şikayətinin sürətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərmələri haqqında məktublar Ali Məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakıla rı qeyd edir. Azərbaycan Respublikası CPM-in 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Azərbaycan Respublikası CPM-in 417.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan məhkəmə 3 (üç) gün müddətində onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə verir və ya çatdırır və onlara 20 (iyirmi) gün müddətində kassasiya şikayətinə və ya kassasiya protestinə öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu izah edir. Azərbaycan Respublikası CPM-in 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqd im edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. İş materiallarından görünür ki, məhkum X6 Respublikasının vətəndaşıdır, Azərbaycan dili bilmir, onun ana dili rus dilidir. Kollegiya qeyd edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti Azərbaycan dilində tərtib etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CPM-in 26.4 və 417.1-ci maddələrinin tələblərinə görə kassasiya protesti və kassasiya şikayəti Məhkum3 rus dilində təqdim olunmalıdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçisi Müdafiəçi7 kassa siya şikayətinin sürətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 417.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərmələri haqqında məktublar Ali Məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə q aytarır. Odur ki, göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətləri cinayət işi ilə birlikdə Azərbaycan Respublikası CPM-in 418.3-cü maddələrinə əsasən bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cinayət işi məhkəmə baxışından çıxarılsın. Kassasiya protestinin, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətlərinin mümkünlüyünə baxılması üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə gaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar