Məhkəmə qərarları › İş №1(102)-469/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-469/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-469/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1990-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 02 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 iyul 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqib i orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,964 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 23:30-dan 23:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,964 qram narkotik vasitə heroin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa o, qəsdən təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 148,325 qram külli miqdarda, narkotik vasitə olan heroini və külli miqdarda 1595 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində və evində saxlamış, 23 mart 2022-ci il tarixdə, saat 15:40-da yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində həmin narkotik vasitə olan heroini 0,606 qram olan hissəsini tanışı Şahid1 istifadə etməsi üçün pay olaraq vermiş, 23 mart 2022-ci il tarixdə, saat 16:00 radələrində Məhkum Yevlax şəhəri E.Ağayev küçəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Yevlax ra yon polis şöbəsinə gətirilib orada həmin gün saat 16:40-dan saat 17:25-dək olan müddətdə video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi-axtarış keçirilərkən onun əynindəki göy cins şalvarın sol yan cibindən qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 04 (dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,279 qram, 0,641 qram, 0,338 qram və 0,575 qram olmaqla ümumi təmiz çəkisi 1,833 qram olan narkotik vasitə olan heroin, üzərində heroin və metamfetamin hissəcikləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək qablaşdırılmaqla götürülmüş, Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən evə 23 mart 2022-ci il tarixdə, saat 17:40 dəqiqədən 18:15 dəqiqəyədək olan müddət ərzində video çəkiliş və müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman həmin evin yataq otağında olan masanın üzərindən onun qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 145,886 qram olan külli miqdarda narkotik vasitə olan heroin və həmin evin pilləkənin altından isə 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1595 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılaraq götürülmüş, Şahid1 23 mart 2022-ci il tarixdə, saat 16:00 radələrində Yevlax şəhəri E.Ağayev küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində orada həmin gün saat 18:45-dən 19:20-dək olan müddətdə video çəkiliş və müdafiəçinin iştirakı ilə şəxsi-axtarış keçirilərkən onun əynindəki gödəkcənin sol döş cibindən Məhkum Şahid1 istifadə etməsi üçün pay olaraq verdiyi 0,606 qram olan heroin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-171/2022 nömrəli, 29 noyabr 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılmaqla üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 mart 2022-c i il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etməklə sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəzanın verilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-64/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli ilkin baxış qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı məhkəmə istin taqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 02 fevral 2023-cü il tarixə təyin edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,964 qram narkotik vasitə olan heroini məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da Məhkum narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 23:30-dan 23:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bi r ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,964 qram narkotik vasitə heroin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-171/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tar ixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya protestində qeyd edilir ki, Məhkum apellyasiya instansiyası məhkəməsində son məhkəmə iclası zamanı verdiyi ifadəsində evində stolun üzərində aşkar olunmuş təxminən 1,5 qram narkotik vasitə olan heroinin ona məxsus olmasını bildirməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamış, üm umiyyətlə qeyd olunan faktla bağlı heç bir əlavə əsaslandırma aparılmamış, həmin narkotik vasitənin ona məxsus olması faktı ümumiyyətlə qəbul edilməmişdir. Bundan başqa xüsusilə qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan Таrуel Allahverdiyevə məxsus və onun istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Whatsapp” tətbiqində qeyd edilməmiş +98 914 *** **** saylı mobil nömrə ilə arasında çoxlu sayda mesajlaşmalar vardır. Həmçinin Məhkum mobil telefonunda olan “Whatsapp” tətbiqindən +98 914 *** **** saylı mobil nömrəyə ödəniş aparatlarından edilmiş ödənişlərə dair çoxsaylı çek şəkilləri göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aktiv şəkildə müxtəlif növ narkotik vasitələrin alış-ve rişi ilə məşğul olan bir şəxsin cəzadan kənarda qoyulması məhkəmənin işə obyektiv baxması və nəticədə ədalətli cəza təyin etməsinə ciddi şübhələr yaradır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin normalarının pozulması hallarına da yol verilmiş, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarmış, apellyasiya instansiya məhkəməsi isə bir epizodu ittihamdan xaric etmiş və onu həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli yox, dəyişdirilməli idi. Əgər apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma verilmiş ittiham üzrə Azərbaycan Re spublikası CM-nin 234.4.2-ci maddəsi ilə bəraət verilsə və əməl 234.4.3-cü maddədən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş olsa idi, o zaman məhkəmə birinci instansiya məhkəməsinin hökmünü ləğv etməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar çıxarılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilib qiymətləndirilməmiş, məhkum edilmiş şəxsin əməli səhv tövsif edilmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

12. Kassasiy a protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl e dilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydası nda ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkumun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət işində olan materiallarından müəyyən edilir ki, Məhkum qarşı irəli sürülmüş ittihama görə o, 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,964 qram narkotik vasitə heroin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.

20. Verilən ittihamın digər ep izodu üzrə Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 148,325 qram külli miqdarda narkotik vasitə olan heroinin 0,606 qram olan hissəsini tanışı Şahid1 istifadə etməsi üçün pay olaraq vermiş, bundan sonra 23 mart 2022-ci il tarixində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy cins şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib saxladığı 04 (dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,279 qram, 0,641 qram, 0,338 qram və 0,575 qram olmaqla ümumi təmiz çəkisi 1,833 qram olan narkotik vasitə olan heroin aşkar edilmiş, daha sonra həmin gün yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilən zaman həmin evin yataq otağında olan masanın üzərindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 145,886 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.

21. Məhkəmə istintaqı dövründə Məhkum 21 fevral 2022-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu qəbul etsə də, 23 mart 2022-ci il tarixdə üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona aid olmadığını, Şahid1 narkotik vasitə satmadığını və pay olaraq vermədiyini bildirmişdir.

22. Məhkəmə istintaqında Məhkum ifadəsində həmçinin ikinci dəfə tutularkən üzərində narkotik vasitə olmadığını, polis şöbəsində döyüldüyünü, evindən aşkar edilərək götürülən narkotik vasitələrin polis əməkdaşları tərəfindən orada yerləşdirilidiyini və hara qoyulduğunu ona bildirdiklərini göstərmişdir.

23. Məhkum göstərdiyi xüsusatlarla bağlı apellyasiya in stansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, şahidlər dindirilmiş, həmin şahidlərin ifadəsində göstərdikləri hallar cinayət işi materiallarında olan sübutlarla müqayisəli tədqiq olunmuşdur. Nəticə olaraq məhkəmə hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittihamın əsasını təşkil edən sübutlar qəbuledilməzdir.

24. Belə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi ilk öncə nəzərə almışdır ki, cinayət işinin materiallarında Məhkum barəsində olan raportlarda əməliyyat məlumatı onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrini və psixotrop maddələrini satış məqsədilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı olsa və o, Şahid1 ilə birlikdə piyada hərəkət e dərkən saxlanılaraq Yevlax RPŞ-nin inzibati binasına gətirilsə də, bu əməliyyat məlumatı ilə bağlı tərtib edilmiş raport və digər sənədlərdə Şahid1 barədə heç bir məlumat öz əksini tapmamışdır.

25. Təsvir edilən ziddiyyətlə əlaqədar apellyasiya instansiyası məhkəməsi Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinin materiallarını Yevlax Rayon Məhkəməsindən götürərək tədqiq etmiş və müəyyən etmişdir ki, Məhkumlə bağlı tərtib edilmiş raportlarla eyni tarixdə Şahid1 barəsində də raport və digər sənədlər tərtib edilmiş, lakin sonuncuya aid cinayət işinin faktiki hallarında onun Məhkumlə birgə saxlanılması əksini tapmamışdır.

26. Qeyd edilən ziddiyyətlə bağlı X4 baxılan cinayət işi üzrə şahid qismində dindirilmiş və verdiyi ifadəsində polis əmək daşlarının Məhkum yaşadığı evdə axtarış apardıqdan sonra onun yaşadığı evə gələrək evində olan kameraların yaddaş qurğusunu apardıqlarını, sonradan yaddaş qurğusuna yenidən baxdıqda bütün məlumatların silindiyini gördüyünü, halbuki evində quraşdırılan kameralardan birinin Taryelin yaşadığı evin həyəti istiqamətini çəkdiyini bildirmişdir.

27. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həqiqətən də Məhkum yaşadığı evin həyətində Şahid1 ilə birlikdə saxlanılaraq Yevlax rayon polis şöbəsinə aparılsa da, əməliyyat tədbiri ilə bağlı sənədləşdirmə (raportların, məktub və digər sənədlərin tərtibi) ayrı-ayrılıqda həyata keçirilmişdir. Həmçinin, Şahid1 Məhkumlə birgə saxlanılması halının müəyyən olunmasının mümkünsüz edilməsi məqsədilə sonuncunun yaşadığı evin görü ntülərini əks edən müşahidə kameralarının yaddaş qurğusu polis əməkdaşları tərəfindən götürülmüş və yaddaşı silindikdən sonra sahibinə qaytarılmışdır.

28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın başlıca əsasını təşkil edən “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 23 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş video görüntü arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Videogörüntü ilə müəyyən olunur ki, Məhkum hüquq və vəzifələri izah olunmadan üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyulması təklif edilmiş, protokolda Məhkum üzərindən açarların və 101 manat pulun aşkar edilməsi göstərilməsə də, video görüntüdə bu hal öz əksini tapmış, açarla bağlı suala isə M əhkum açarlardan birinin evinin açarı olduğunu bildirmişdir.

29. Həmçinin, “Fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 23 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş video görüntü arasında da əhəmiyyətli ziddiyyətlərin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, protokola əlavə edilmiş video görüntüdən müəyyən olunur ki, Məhkum evə daxil olmağa icazə verdikdən sonra əlində tutduğu açarla qapını açması görüntüsü yaradaraq (video görüntünün 50-ci saniyəsi) faktiki olaraq açıq olan qapıdan evin həyətinə daxil olmuş və evin zirzəmisindən sellofan torbanı götürərək təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə olan torba ilə bağlı rəsmiləşdirmə aparılan zaman (video görüntünün 8.20-ci dəqiqəsi) evin girişinin qarşısında istintaq hərəkətinin iştirakçısı olmayan, polis geyimində olan şəxsin iştirakı müəyyən edilir. Aşkar edilmiş torba ilə bağlı rəsmiləşdirmə tamamlandıqdan sonra kənardan təhqiqatçıya “başqa var?” deyildikdən sonra, təhqiqatçı Məhkum “başqa, əlavə nə isə var, yəni, bundan başqa nə isə də var evdə?” deyərək (video görüntünün 11.15-ci dəqiqəsi) soruşur, Məhkum isə “bəli” deyərək evə daxil olub, evdə masanın üzərindəki bağlamanı götürüb təqdim edir. Eyni zamanda, “Fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, evə baxış zamanı Tariyel Allahverdiyevin ailə üzvlərindən həmin baxışda heç kim iştirak etməmiş, lakin Məhkum ifadəsində video çəkilişlə evdə axtarış aparılan vaxt anasının evdə olduğunu, amma baxış keçirilən va xt iştirakına icazə verilmədiyini bildirmişdir.

30. Qeyd edilən bu ziddiyyətlərlə bağlı dindirilmiş şahidlər X2 və X9 Məhkum ifadəsində göstərdiyi həmin xüsusatla uzlaşan ifadələr vermişlər. Eləcə də, iş üzrə şahid qismində dindirilmiş təhqiqatçı X5 ifadəsində video çəkilişin başlanmasının vaxt və tarixinin elan olunmamasının mexaniki səhv olduğunu, “Fərdi yaşayış evində axtarış aparılması barədə” protokolun onun tərəfindən polis şöbəsində kompüter vasitəsi ilə tərtib olunduğunu, o zaman işinin çoxluğu ilə əlaqədar protokolların tərtib olunmasında ona iş yoldaşlarının kömək etdiyini göstərmişdir. Evdə baxış keçirilən vaxt digər təhqiqatçı Mehman Həsənovun fərdi yaşayış evinə baxış keçirilməsində hansı səbəbdən iştirak etdiyinin səbəbini bilmədiyini bildirmişdir.

31. Apellyasiya instansiy ası məhkəməsinin müəyyən etdiyi daha bir ziddiyyət ondan ibarətdir ki, cinayət işinin materiallarında olan 23 mart 2022-ci il tarixli BNMİ QBRŞ-in əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş raportda Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrini satış məqsədilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsilə məşğul olmasında şübhəli bilindiyi üçün 23 mart 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısında Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq Yevlax RPŞ-nin inzibati binasına gətirildiyi əksini tapmışdır.

32. Lakin, şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində Məhkum evində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğundan Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu ilə Məhkum yaşadığı ünvan 4 ünvanına yerləşən evinə getdiklərini, Taryeli çağırıb polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim edərək evində narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqlarını, sonuncunun könüllü olaraq evində narkotik vasitə saxladığını etiraf etdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, onlar Taryeli tək tutmuşlar, Taryellə birlikdə heç kimi saxlamamış, heç kimi aparmamışlar, Taryeli saxladıqları vaxt onun yanında heç kim olmamışdır, Şahid1 harada saxladıqlarını xatırlamır.

33. Şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid5 Azad oğlu ifadəsində şöbəyə əməliyyat məlumatı daxil olduğundan Yevlax şəhərinə getdiklərini, Məhkum evində, Şahid1 isə küçədə saxlayıb Yev lax RPŞ-nə ayrı-ayrılıqda apardıqlarını bildirmişdir.

34. Yəni, 23 mart 2022-ci il tarixli raporta əsasən X1 və Şahid1 23 mart 2022-ci il tarixdə, saat 16 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində birlikdə piyada hərəkət etdikləri zaman saxlanılaraq Yevlax RPŞ-nin inzibati binasına gətirildikləri göstərilsə də, həm Tariyel Allahverdiyev, həm də ki, Şahid1 ifadələrində küçədə deyil, evin həyətində tutulduqlarını bildirmiş, yaranmış ziddiyyətin dəqiqləşdirilməsi məqsədi ilə ifadələri alınmış, onları saxlamış əməliyyat qrupunun üzvləri olan polis əməkdaşları Şahid3 və Şahid5 Azad oğlu isə Məhkum və Şahid1 ayrı-ayrılıqda saxladıqlarını göstərmişlər.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin o halı da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli 17/283 nömrəli və 15 iyun 2022-ci il tarixli 17/487 saylı rəylərində Məhkum evindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin, eləcə də Şahid1 üzərindən aşkar edilmiş bir ədəd bükülüdə olan narkotik vasitənin tərkiblərinin fərqli olduğu müəyyən edilmişdir.

36. Bütün təsvir edilənləri nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi Məhkum məhkəmə qarşısında verdiyi ifadələrini daha obyektiv, inandırıcı və işin faktiki hallarına uyğun olan kimi qəbul edib hesab etmişdir ki, onun qanunsuz olaraq əldə etdiyi 148,325 qram külli miqdarda narkotik vasitə olan heroindən 0,606 qram olan hissəsini tanışı Şahid1 istifadə etməsi üçün pay olaraq verməsi və 0,279 qram, 0,641 qram, 0,338 qram və 0,575 qram olmaqla ümumi təmiz çəkisi 1,833 qram olan narkotik vasitə olan heroini üzərində saxlaması ilə bağlı istintaq orqanının gəldiyi qənaət inandırıcı deyildir.

37. Apellyasiya instansiyası məhkəməsinin baxılan cinayət işi üzrə müəyyən etdiyi yuxarıda təsvir edilən ziddiyyətli məqamlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən hər hansı məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

38. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedu r daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

39. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən tələblərini rəhbər tutmaqla məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə həmin hissədə razılaşır və həmçinin hesab edir ki, Məhkum qanunsuz olaraq əldə etdiyi 148,325 qram külli miqdarda narkotik vasitə olan heroindən 0,606 qram olan hissəsini tanışı Şahid1 istifadə etməsi üçün pay olaraq verməsi və 0,279 qram, 0,641 qram, 0,338 qram və 0,575 qram olmaqla ümumi təmiz çəkisi 1,833 qram olan narkotik vasitə olan heroini üzərində saxla ması ilə bağlı verilmiş ittiham cinayət işi materiallarında olan və biri digərinə uyğun gəlməyən sübutlarla təsdiqini tapmır.

40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası CMnin 234.4-cü maddəsində eyni Məcəllənin 234.2 və 234.3-cü maddələrdə nəzərdə tutulmuş əməllərin tövsifedici əlamətləri təsvir olunur.

41. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin dispozisiyasına əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətini yaradır.

42. Hazırki cinayət işi üzrə Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodunda onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirinin sübuta yetirilməməsi, əməlində təkrarçılığı istis na etdiyindən ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham da əsassızdır. Bu səbəbdən həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilməlidir.

43. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə, yəni 0,964 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək üzərində saxlamasına dair hissədə onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanılmiş sübutları lazımınca tədqiq etməmişdir.

44. Belə ki, cinayət işinin materiallarında olan Məhkum məxsus və onun istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A10” markalı qızılı rəngli sma rtfona dair “Mobil telefonuna baxış keçirilməsi haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda olan “Whatsapp” ani mesajlaşma tətbiqində olan narkotik vasitələrin alqı-satqısına dair mesajlaşma və səs yazılarının olması müəyyən edilmişdir. Həmin mesajlaşma və səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, Məhkum mobil telefonunun “Whatsapp” tətbiqinə bilinməyən şəxsə məxsus +98 914 *** **** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən 5 mart 2022-ci il tarixdə saat 23:48-də narkotik vasitənin qoyulduğu yerin şəkli, 6 mart 2022-ci il tarixdə saat 13:58də “narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə şəkili, 9 mart 2022-ci il tarixdə saat 19:50-də bank hesab nömrəsinin şəkili, 6 mart 2022-ci il tarixdə saat 13:58-də narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə şəkili, 13 mart 2022ci il tarixdə saat 22:39-da elektron tərəzi üzərində 15 qram narkotik vasitə-heroinə bənzər kütlə şəkili, 14 mart 2022-ci il tarixdə saat 03:22-də qırmızı oxla işarələnmiş olan küçədə yerləşən elektrik dirəyinin şəkili, 14 mart 2022-ci il tarixdə saat 03:22-də narkotik vasitənin qoyulduğu yerin şəkli, 14 mart 2022-ci il tarixdə saat 03:24-də qırmız rəngli qapaq şəkli göndərilmişdir. +98 914 *** **** saylı mobil nömrədən Məhkum mobil telefonunda olan “Whatsapp” tətbiqinə 14 mart 2022-ci il tarixdə saat 03:22-də “Zabrat qəyini kecdin qabaqda kuruqa catanda saga tunele girsen. Tunelden cixan kimi sag qol uste geri con gel piryeze diendin saga duz gel quruntavoy birinci zibil qabi kecdin quruntavoy yolgelirsen sagda 50-60 metr qabada tok direyinin a lti 10 kola qapaq icinde tok paylayici direyin altinda” məzmunlu mesajlar yazılmışdır. Həmçinin, Məhkum mobil telefonunda olan “Whatsapp” tətbiqindən +98 914 *** **** saylı mobil nömrəyə ödəniş aparatlarından edilmiş ödənişlərə dair çoxsaylı çek şəkilləri göndərilmişdir. Bundan başqa +98 914 *** **** saylı mobil nömrədən Məhkum mobil telefonunda olan “Whatsapp” tətbiqinə, eləcə də Məhkum mobil telefonunda olan Whatsapp” tətbiqindən +98 914 *** **** saylı mobil nömrəyə narkotik vasitələrin alq-satqısı barədə çoxsaylı səsli mesajlar gəlmiş və göndərilmişdir. +98 914 *** **** saylı mobil nömrədən Məhkum mobil telefonunda olan “Whatsapp” tətbiqi arasında olan səsli mesajlara video çəkiliş aparılmaqla baxış keçirilmiş, həmin videolar və eləcə də həmin “Whatsapp” yazışmalarında göndərilmiş və qə bul edilmiş fotoşəkillər, eləcə də telefonun galereyasında olan iş üçün əhəmiyyətli fotoşəkillər kompakt diskə köçürülərək protokola əlavə edilmişdir.

45. Göründüyü kimi, Məhkum məxsus mobil telefona baxış keçirilərkən, onun telefonunda olan “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə müxtəlif vaxtlarda narkotik vasitələrin alqı-satqısına dair yazışmaları, buna dair səs yazıları və müxtəlif bank kartlarına köçürmələrin edilməsi barədə qəbzlərin fotoşəkilləri, eləcə də bir neçə başqa şəxslərin adına olan bank kartlarından istifadəsi müəyyən edilmişdir.

46. Bu yazışmaların məzmunu, həmçinin bank kartlarına olan köçürmələrə dair müxtəlif tarixli qəbzlər, müxtəlif şəxslərin adına olan bank kartlarının surəti, narkotik vasitənin məhz satış məqsədi ilə saxlanıldığına dəlalət edən amil kimi qiym ətləndirilməsini istisna etməsə də, Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı dövründə aşkar edilmiş bir halı cinayət təqibi üzrə toplanılmış digər sübutlarla birlikdə müqayisəli şəkildə təhlil etməmiş, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiqini təmin etməmişdir.

47. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasın ı müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun Qərarı, 29 noyabr 2022-ci il).

48. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

49. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması ( maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

50. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin ümumi məzmununa görə, cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilməli, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

51. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

52. Azərbaycan Respublikası CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

53. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.1 maddələrinin ümumi məzmunu ilə müəyyən edilir ki, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nətic əyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

54. Təsvir edilənləri tamamlayaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin tövsifi haqqında qənaəti, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələri ilə müəyyən edilən cinayət işi üzrə toplanılmış sübutların müqayisəli təhlilinə dair tələblərinə, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

55. Qeyd edilənlər isə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

56. Kassasiya protestində qaldırılan digər məsələlərə gəldikdə, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş əsaslara görə mübahisəsi edilən qərarın ləğv edilməsi, cinayət işi üzrə toplanmış sübutların təkrar araşdırılması, təqsirlilik və cəzanın təyin edilməsi kimi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya protestinin təmin edilməsini mümkün hesab etmir.

57. Beləliklə, məh kəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(107)-64/2023 nömrəli, 17 avqust 2023-cü tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar