Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-469/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Baloğlanov Tural Yusif oğlunun iştirakları ilə xx xxxxxxx 1959-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 sentyabr 2024-cü il tarixli 1(105)-606/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 1(074)-30/2024 nömrəli hökmü ilə (hakim Natiq İsmayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 gün müddət CM-in 69.4-cü maddəsinə əsasən, nəzərə alınmaqla ona təyin edilmiş cərim ə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 8200 (səkkiz min iki yüz) manat cərimə cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 1(074)-30/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, 2019-cu ilin payız aylarından başlayan ağacların əkilməsi mövsümündən etibarən davamlı olaraq vahid niyyətlə Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin mülkiyyəti nə aid olmaqla rayonun Birinci Çaylı kəndi ərazisində yerləşən və özünün evinin qarşı tərəfindəki ərazidə 0,068 (sıfır tam mində altmış səkkiz) hektar ölçüdə ictimai tikili altı torpaq sahəsini dəmir torla hasarlayaraq, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qəsdən özbaşına tutub hasarlamış, həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkib becərmiş, yəni torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər araşdırılma aparılmadan qəbul edilməklə qanunsuz və ədalətsizdir. Belə ki, o, heç bir torpaq sahəsini özbaşına zəbt etməmişdir. Zəbt edildiyi deyilən torpaq sahəsi Şamaxı rayon Birinci Çaylı kənd Bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona verilmişdir. Həm də ona məxsus torpaq sahəsi rayon icra hakimiyyətinin təklifi və onun razılığı ilə kənd məktəbinin ərazisinə əlavə edilmiş və əvəzində bələdiyyənin qərarı ilə qeyd edilən 0,7 sot torpaq sahəsi ona verilmişdir. O vaxtdan 18 il keçməsinə baxmayaraq bu barədə heç bir mübahisə olmamış, hazırkı bələdiyyə sədri ilə onun arasında münasibətlər kəskinləşdiyindən əsassız olaraq torpağın ona məxsus olmaması və özbaşına tutulması məsələ si qaldırılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi T.Baloğlanovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cina yət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsaslılığı mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəs inin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizl iyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarı lmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa m ümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik p rezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə tə sdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Birinci instansiya məhkəməsinin və bununla razılaşan apelyasiya instansiya məhkəmələrinin mövqeylərinə əsasən: “Məhkum Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, onun 2019-cu ilin payız aylarından başlayan ağacların əkilməsi mövsümündən etibarən davamlı olaraq vahid niyyətlə Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla rayonun Birinci Çaylı kəndi ərazisində yerləşən və özünün evinin qarşı tərəfindəki ərazidə 0,068 (sıfır tam mində altmış səkkiz) hektar ölçüdə ictima i tikili altı torpaq sahəsini dəmir torla hasarlayaraq, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qəsdən özbaşına tutub hasarlaması, həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkib becərməsi, yəni torpaq üzərində mülkiyyət hüququnu pozması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini isə məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir və hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 188.1-ci m addəsi ilə düzgün olaraq tövsif edilmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hasarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdi rilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür.” Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə elan olunmuş it tiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, bir neçə il əvvəl onun evinin qarşı hissəsində yolun kənarında kənd bələdiyyəsinə aid istifadə edilməyən və zibil tökülmüş 0,07 ha (07 sot) torpaq sahəsi daim zibilli olduğuna görə, Birinci Çaylı kənd icra nümayəndəsi olan Şahid2 ona 10 ədəd yolka ağacı verib, həmin 0,07 ha (07 sot) torpaq sahəsində əkib qeyd edilən ərazini abadlaşdırmağını bildirmiş, bununla bağlı kəndin məktəb direktoru və X10 də ona bu barədə bildirmişdilər ki, həmin ərazi zibillik olduğundan ərazini təmiz saxlasın. O da buna görə həmin 10 ədəd yolka ağacını qeyd edilən əraziyə əkib zibilləri təmizləmiş, daha sonra özü bazardan aldığı 10 ədəd üzüm, 10 ədəd heyva, 02 ədəd ərik və 02 ədəd gilas ağac tinglərini həmin əraziyə əkmiş, əkdiyi ağacları becərib yetişdirmiş, e ləcə də ərazini təmizləyib abadlaşdırmışdır. Bundan sonra, həmin əkdiyi ağaclara yol ilə keçən heyvanların dəyib ağacları yeməməsi üçün, əkdiyi ağacların yol tərəfdən ətrafını metal tel çəpərlə (setka) düzəldib çəpərləmişdir. Bundan sonra hər il ağaclara qulluq etmiş, o, həmin ərazini bilərəkdən özü istifadə etmək üçün zəbt etməmişdir. Həmin ərazidə özü heyvanlarının peyinini həmin çəpərlədiyi əraziyə 2023-cü ildə töküb yığmışdır. O, həmin ərazidə 2019-cu ildən sonra şam ağacları, şaftalı və bu tipli ağacları əkmişdir. Kəndin icra nümayəndəsinin birbaşa xahişi ilə, eləcə də kəndin məktəb direktoru, X10 adlı şəxslərin sifarişi ilə o, 07 sot torpaq sahəsində həmin ağacları əkmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin sahəni zəbt etməmiş, həmin sahə ona Birinci Çaylı Bəl ədiyyəsi tərəfindən verilmişdir. Belə ki, 2004-2005-ci illərdə Birinci Çaylı kəndində məktəb tikilərkən o, özünə məxsus olan torpaq sahəsini məktəbə vermiş, bələdiyyə isə onun yerinə bu torpağı ona vermişdir. Bununla bağlı bələdiyyənin aktı da olmuşdur ki, onu da istintaqa təhvil vermişdir. Ona torpaq ayrılmasına dair bələdiyyə aktı uzun müddətdir ki ondadır. xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən həmin aktla bağlı heç bir izahat verməməsinin və təqdim etməməsinin səbəbi bu barədə ondan soruşulmamasıdır. Bu torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə aktının əsli onda yoxdur, harada olmasını isə bilmir. Onda yalnız həmin aktın surəti var. Həmin torpaq sahəsini imkanı olmadığından indiyədək adına rəsmiləşdirməmişdir. Ümumiyyətlə bu cinayət işi başlananadək ona bu torp ağı zəbt etməsi ilə bağlı heç bir söz deyilməmişdir. Hazırda da həmin torpağı əkir, həmin torpağı təhvil verməmişdir. Həmin torpaq sahəsi ona 2006-cı ildən verildiyi halda kəndin icra nümayəndəsi Şahid2 4-5 il əvvəl ona ağac verib həmin torpaq sahəsi apablaşdırmasını tapşıranadək həmin torpaq sahəsini abadlaşdırmamasının səbəbini bilmir. Kənd bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi 2006-cı ildən ona verilsə də, oranı yalnız son illər abadlaşdırmağa başlamışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs Şamaxı rayon Birinci Çaylı Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, hazırda Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin sədri işləyir. Məhkum onun həmkəndlisidir və onunla münasibəti normal olmuşdur. O, bələdiyyə sədri işlədiyi müddətdə və ond an əvvəl, digər həmkəndliləri kimi, Məhkum ilə da arasında heç vaxtı ədavət və düşmənçilik olmamışdır. Məhkum Birinci Çaylı kəndində evinin qarşı tərəfində olan, bələdiyyəyə məxsus 0,07 ha torpaq sahəsini təxminən 4 ildir ki, istifadə etmişdir. Belə ki, həmin torpaq sahəsində Məhkum bir çox ağacları əkərək həmin torpaq sahəsinin ətrafını da tor çəpərlə əhatələyib çəpərləmişdir. Məhkum həmin torpaq sahəsini mütəmadi olaraq ağacları sulayıb qulluq edir. O, da bununla bağlı Məhkum dəfələrlə bələdiyyəyə məxsus olan həmin torpaq sahəsini boşaltmasını və tor çəpəri sökməsini bildirsə də, o, onun tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirirdi. O, xx.xx.2006-cı il tarixli 10 saylı qərardan çıxarış və həmin çıxarışa aid “Torpaqların alqı-satqısına dair” AKT-la tanış olmuşdur. Rəhbərlik etdiyi bələdiyyədə belə bir sənəd yoxdur, ümumiyyətlə belə bir çıxarış və akt tərtib edilməmişdir. Həmin sənədlərin haradan əldə edilməsi və saxlanmasını bilmir. Məhkum 0.07 ha, 0.08 ha torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir qeydiyyat yoxdur, yəni torpaq sahəsi ayrılmamışdır. Həmçinin həmin 0,07 ha torpaq sahəsi bələdiyyəyə məxsus olmaqla bələdiyyə mülkiyyətinə aid, yəni ictimai tikili altı torpaq sahəsidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.4cü maddəsinə əsasən ictimai tikili altı torpaqların xüsusi mülkiyyətə verilməsinə yol verilmir. Bu da qeyd edilən alqı-satqının mümkünsüzlüyünü təsdiqləyir. Məhkum istifadə etdiyi 07 sot torpaq sahəsi bələdiyyə torpağıdır, icra nümayəndəsinin həmin torpaq sahəsi ilə bağlı hər hansı bir qərar vermək, istifadə edilməsinə göstəriş vermək hüququ yoxdur. Görünür ki, Məhkum yalandan həmin torpaq sahəsi ilə bağlı həmin məlumatları bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məhkum onun icra nümayəndəsi olduğu Birinci Çaylı kəndinin sakinidir. Münasibəti normal olmuşdur. Dəqiq dörd il bundan əvvəl rayon icra hakimiyyətindən onların nümayəndəliyə, eləcə də başqa nümayəndəliklərə abadlaşma üçün yolka ağacları əkilməsi üçün verilmiş, həmin vaxtı Məhkum özü nümayəndəliyə gəlib dəqiq xatırlamadığı sayda, ola bilsin 10 ədəd yolka ağacı götürmək istədiyini bildirmiş, o, da ona yolka ağaclarından götürməsinə icazə vermiş, lakin ona ağacları konkret harada əkməsini bildirməmiş, sadəcə söyləmişdir ki, “Mahir, a ğaclardan götür, harada məsləhət bilirsən yolqırağı yerdə abadlaşma üçün ək”. Lakin, o, Məhkum konkret olaraq evin qarşı əks tərəfində olan bələdiyyəyə məxsus 0.07 ha torpaq sahəsində ağac əkməsini bildirməmiş, çünki həmin torpaq sahəsi bələdiyyənin ərazisi olmuşdur və onların icra nümayəndəliyi kimi həmin torpaq sahəsi ilə bağlı qərar vermək hüququ yoxdur. Həmin torpaq sahəsində ağac əkilməsini o, Məhkum bildirməmişdir. Onun barəsində bildirdikləri yalan məlumatlardır. Ola bilsin ki, Məhkum özünə haqq qazandırmaq üçün onun barəsində belə bir məlumat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı rayon Ərazi Şöbəsinin Torpaqların İdarə Edilməsi v ə İstifadəsinə Nəzarət Sektorunun müdiri işləyir, hazırki cinayət işi üzrə mütəxəssis qismində dəvət edilmiş və həmin iş üzrə Məhkum torpaq sahələrini zəbt etməsi ilə bağlı tərəfindən aparılmış tədqiqat zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahələrinə keçirilmiş baxışlara əsasən tərəfindən müəyyən olunmuşdur ki, Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinə məxsus olmaqla Məhkum tərəfindən özünün evinin qarşı tərəfindəki ərazidə təxminən 0.07 ha torpaq sahəsi dəmir torla çəpərlənərək müxtəlif növ ağaclar əkilmişdir, həmin torpaq sahəsindən istifadəyə dair Məhkum hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq istifadə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsa sında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən 2019-cu ilədək Birinci Çaylı kənd icra nümayəndəsi işləmişdir. Onun işlədiyi dövrdə bu torpaq söhbəti olmuşdur. Belə ki, 2004 və 2005-ci ildə kənddə məktəb binasının təməli qoyulanda məktəbin tikilməsi üçün torpaq sahəsi az idi. Həmin vaxt icra başçısı məsləhət görmüşdür ki, həmin məktəbin tikilməsi üçün ən azı 1 ha torpaq sahəsi ayrılsın. Həmin vaxt Məhkum öz torpağının bir hissəsini məktəb tikintisinə ayrılmasına razılıq vermişdir. Həmin vaxt danışıq olmuşdur ki, bunun yerinə Mahirə kənddə evinin yaxınlığındakı torpaq verilsin. Lakin sonradan Məhkum torpaq sahəsinin verilib-verilməməsini, həmin torpağın onun adına sənədləşdirilib-sənədləşdirilməməsindən məlumatı yoxdur. İşlədiyi vaxt belə bir şey eşitm əmişdir. Həmin dövrdə Birinci Çaylı kəndinin bələdiyyəsi işləmiş şəxs sonradan dünyasını dəyişmişdir. Vətəndaşa torpaq sahəsinin ayrılması bələdiyyənin səlahiyyətindədir. Torpaq sahəsinin ayrılması barədə göstəriş və tapşırıq bələdiyyədə olmuşdur. Həmin torpaqlar bələdiyyənin mülkiyyətində olan torpaqlar idi. Sənədləşmə bələdiyyə ilə vətəndaş arasında olur. İş materiallarında olan Azərbaycan Respublikası Birinci Çaylı bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərarından çıxarışın surətindən görünür ki, Məhkum 0,08 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayonu, 1-ci Çaylı kəndi ərazisində Məhkum yaşadığı evin qarşısıdır. Həmin əraziyə baxı ş keçirilən zaman təxminən 0,07 hektar torpaq sahəsinin dəmir setka ilə çəpərləndiyi, həmin çəpərlənmiş ərazinin daxilində müxtəlif növ ağaclar əkildiyi, həmçinin divarın dibinə və ağacların yanına heyvan peyini töküldüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Məhkum adına Şamaxı rayonunun Çaylı kəndində JN 0109 nömrəli dövlət aktına əsasən 0,09 ha kənd təsərrüfatı təyinatlı, JN 103A nömrəli şəhadətnaməyə əsasən 0,35 ha ümumbirgə həyatyanı torpaq sahəsi vardır. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində görünür ki, *** ****** nömrəli cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahəsinə keçirilmiş baxışlara əsasən müəyyən olunmuşdur ki, Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinə məxsus olmaqla Məhkum tərəfindən özünün evinin qarşı tərəfindəki ərazidə təxminən 0,07 ha torpaq sahəsi dəmir torla çəpərlənərək müxtəlif növ ağaclar əkmiş, həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli **********70 nömrəli məktubundan görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsində istintaq edilən ********* nömrəli cinayət işinin materialları ilə bağlı daxil olmuş müraciətdə Məhkum Şamaxı rayonunun Birinci Çaylı kəndi ərazisində özünün evinə yaxın ərazidə təxminən 0,07 ha torpaq sahəsini dəmir torla çəpərləyərək müxtəlif növ ağaclar əkmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi göstərilmişdir. Həmin torpaq sahəsinin konkret olaraq hansı ərazidə yerləşməsi, əvvəllər icarəsində olan torpaq sahəsinin ərazisində yerləşib-yerləşməməsi, dəqiq koordinatlarının müəyyən olunması məqsədilə torpaq sahəsinin yerləşdiyi əraziyə ibtidai istintaqı aparan müstəntiqin iştirakı ilə xüsusi qurğudan istifadə etməklə baxış keçirilməsilə əlaqədar nümayəndənin ayrılması barədə məktubunuza "Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahələrinə naturada baxış keçirilmiş və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada aparılmış çöl ölçmə işlərinin nəticəsi Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən araşdırılaraq aşağıdakılar müəyyən olundu: məktubda qeyd olunan 0,07 ha torpaq sahəsi naturada 0,068 ha təşkil etməklə bələdiyyə mülkiyyətinə aid (ictimai tikili altı torpaqlar) torpaq sahəsidir. 0,01 ha kimi qeyd olunan torpaq sahəsi naturada 0,011 ha təşkil etməklə bələdiyyə mülkiyyətinə aid (ictimai tikili altı torpaqlar) torpaq sahəsidir. 4,0 ha kimi qeyd olunan torpaq sahəsi naturada 3,70 ha təşkil edir və bələdiyyə mülkiyyətinə aid kəndin pe rspektiv inkişafı üçün ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahələrinə aid Ərazi İdarəsində heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmadı. İş materiallarında olan Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 02 saylı məktubdan görünür ki, Şamaxı rayonu Birinci Çaylı kənd sakini Məhkum adına Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsi tərəfindən torpaq sahəsi satılmamışdır, torpaq sahəsi ayrılmamışdır, onun adına torpaq sahəsinin satılmasını göstərən alqı-satqı sənədi bələdiyyədə qeydiyyata alınmamışdır, həmin sənədin necə tərtib edilməsi barədə məlumat yoxdur. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.4-cü maddəsinə əsasən, ictimai tikilialtı torpaqların xüsusi mülkiyyətə verilməsinə yol ve rilmir, bu da qeyd edilən torpaq sahəsinin alqı-satqının mümkünsüzlüyünü təsdiqləyir. Eləcə də 2010-cu ildən əvvəlki illərə aid bələdiyyə sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon 1-ci Çaylı bələdiyyəsinin torpaq sənədləri Dövlət Arxivi Şamaxı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, DTXK-nın Şamaxı rayon şöbəsi ləğv edildikdən sonra torpaqayırma sə nədləri və ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsinin möhürü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin 15 aprel 2024-cü il tarixli, 12 saylı məktubundan görünür ki, Məhkum satıldığı qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsinə aid göstərilən 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərar barədə məlumat Birinci Çaylı bələdiyyəsində mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon 1-ci Çaylı bələdiyyəsinin heç bir sənədi Dövlət Arxivi Şamaxı filialına təhvil verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini n dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, aşağıda sadalanan səbəblərə görə apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz. Belə ki: -işin faktiki hallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, mübahisəli torpaq sahəsini özbaşına zəbt etdiyini və orada əkin və hasarlanma işləri apardığını düşünməmiş, əksinə həmin torpaq sahəsinin ona Birinci Çaylı Bələdiyyəsi tərəfindən verilməsinə görə həmin sahənin özünə aid olduğunu hesab etmiş və buna görə də torpaq sahəsində əkin və hasarlanma işlərini aparmışdır. Bu cür davranmağa isə onun kifayət qədər əsasları, yəni Birinci Çaylı bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərarından çıxarışın surəti olmuşdur. - iş materiallarından görünür ki, yerli Aqrar İslahat Komissiyasının 30 oktyabr 2000-cı il tarixli qərarı ilə bəzi vətəndaşlara, həmçinin Məhkum torpaq sahəsi verilmişdir. 2005-ci il tarixdə dövlət nümayəndəsinin Çaylı kəndində olarkən ərazidə məktəb tikiləcəyi bildirilmiş və Məhkum xahiş olunmuşdur ki, onun payına düşən həmin hissəni bağışlasın, əvəzində ona bələdiyyəyə məxsus torpaq sahəsindən verilsin. Həmin hal həmin dövrdə icra nümayəndəsi vəzifəsində işləmiş Şahid3 ifadəsində də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun “Mötəbərlik prezumpsiyası” adlanan 19-cu maddəsinə əsasən: “19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tə qdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.” Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı kifayət qədər araşdırma aparmadan, o cümlədən Məhkum təqdim etdiyi sənədlərlə əlaqədar istinad edilən “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsindən irəli gələn zəruri istintaq hərəkətləri yerin ə yetirilmədən Məhkum Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli olması nəticəsinə gəlinmişdir. Qeyd olunan araşdırmaların aparılması həm də ona görə zəruri idi ki, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilən cinayətlərə aiddir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına tutduğunu, hasarladığını və ya əkib becərdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum satıldığı qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsinə aid göstərilən 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərar barədə məlumatın Birinci Çaylı bələdiyyəsində mövcud olmaması və Dövlət Arxivi Şamaxı filialına təhvil verilmə məsi onun CM-nin 188.1-ci maddəsi ilə ittiham olunması üçün kifayət hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona təqdim olunmuş sənədə əsasında sahəni əkib hasarlaması, onun həmin sənədlərin mötəbər olmasına inanması onun torpaq sahəsini özbaşına tutmasına yönələn birbaşa qəsdinin olmaması kimi qiymətləndirilməlidir. Şərh olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirs iz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qəra r, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməs i təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işin ə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 4 sentyabr 2024-cü il tarixli 1(105)-606/2024 nömrəli qərarı ləğv edilməli və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası
Məhkəmə qərarları › İş №1(102)-469/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-469/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver