Məhkəmə qərarları › İş №1(102)-47/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-47/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-47/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Onun üzərində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə təy in edilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və bu cəza ilə tam toplanmış 3000 manat cərimə cəzası saxlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci İl tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında xx xxxx 2018-ci il tarixdə baxılaraq apelyasiya şikayət təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər:R.M.Abdulov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və Q.X.Babayevdən ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, müddətin buraxılmasını üzürlü səbəbdən hesab edərək kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müddəti özündən asılı olmayan səbəblə əlaqədar buraxmışdır. Cəzaçəkmə müəssisəsində cəza çəkərkən ağır xəstələnmiş, cəzaçəkmə müəssisəsindən çıxandan sonra müalicəsini davam etdirmiş, qanunsuz həbs olunması na dair sənədlər toplaması müddətin buraxılmasına səbəb olmuşdur. Xeyli vaxtdır başından aldığı zədə ilə əlaqədar müalicə alır. Ona görə də bu halları üzürlü səbəb kimi nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tə tbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, müddəti özündən asılı olmayan səbəblə əlaqədar buraxmışdır, cəzaçəkmə müəssisəsində cə za çəkərkən ağır xəstələnmiş, cəzaçəkmə müəssisəsindən çıxandan sonra müalicəsini davam etdirmiş, qanunsuz həbs olunmasına dair sənədlər toplaması müddətin buraxılmasına səbəb olmuşdur. Xeyli vaxtdır başından aldığı zədə ilə əlaqədar müalicə alır. Ona görə də bu halları üzürlü səbəb kimi nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtınd a kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Məhkum kassasiya şikayəti vermə müddətini ötürməsininin səbəbini ağır xəstəliyə tutulması ilə izah etsə də onun ağır xəstəliyə tutulmasını və stasionarda hansı müddətə müalicə olunmasını təsdiq edən sübutu nə apelyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, nə də hazırda baxılan kassasiya şikayətinə əlavə etməmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müddətin buraxılmasını üzürsüz səbədən hesab edərək, müddətin bərpası barədə məhkumun vəsatətini təmin etməmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini r əhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması haqda Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar