Məhkəmə qərarları › İş №1(102)-47/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-47/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-47/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 1(106)-230/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 27 fevral 1970-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kənarmeşə kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 25 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.4,312.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum rüşvət verməyə təhrik etməklə, aldatm a yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin iyul-avqust aylarında, dəqiq tarixləri məlum olmayan vaxtlarda həmkəndlisi Həsənova Kəmalə Şirməmməd qızına səlahiyyətli vəzifəli şəxslərlə yaxın əlaqələrinin olması görüntüsünü yaratmaqla, sonuncunun oğlu Murad Rəhimli barəsində cinayət təqibindən imtina edilməsi müqabilində qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə - Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroruna guya rüşvət verməkdə vasitəçilik edəcəyi vədini verməklə Kəmalə Həsənovanı ələ almış, lakin, rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan onu rüşvət verməyə təhrik edib, bu adla aldatma yolu ilə Kəmalə Həsənovadan 2017-ci ilin avqust ayında dəqiq məlum olmayan tarixdə onun yaşadığı Lənkəran rayonu, Şilim kəndində yerləşən fərdi yaşayış evinin həyətində 1.000 manat alaraq, özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, 2017-ci ilin iyul-avqust aylarında, dəqiq tarixləri məlum olmayan vaxtda təkrarən rüşvət verməyə təhrik etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək məqsədi ilə Kəmalə Həsənovanın həbsdə olan əri Rasim Rəhimovun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə irəli sürülmüş ittihamı məhkəmə baxışı zamanı daha yüngül ittihama tövsif elətdirməklə onun məhkəmə zalından azadlığa buraxdıracağı müqabilində cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə Ağır cinayətlər məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruna guya rüşvət verməkdə vasitəçilik edəcəyi vədini verməklə Kəmalə Həsənovanı ələ almış, lakin, rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan təkrarən onu rüşvət verməyə təhrik etmiş, bu adla aldatma yolu ilə Kəmalə Həsənovadan 2017-ci ilin iyul-sentyabr aylarında sonuncunun yaşadığı Lənkəran rayonu, Şilim kəndində yerləşən fərdi yaşayış evinin həyətində vahid niyyətlə 300 manat, 2.000 manat, 100 manat, 20.150 manat, 150 manat pul olmaqla cəmi 22.700 manat pul alaraq, ona xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-62/2020 saylı, 10 fevral 2020ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 312.2, 178.2.2 v ə 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2020-ci il tarixdən hesablanmışdır.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu tərəfindən apelyasiya şikayət i verilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü qanunsuz və əsassız olduğundan, həmçinin Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmədən təqsiri sübuta yetirilmədiyindən Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 1(106)-230/2020 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 312.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlə r Məhkəməsinin 1(099)-62/2020 saylı, 10 fevral 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum kassasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, o əməlində cinayət tərkibinin olmadığını nəzərə alaraq ona bəraət verilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müə yyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum əməlində cinayət tərkibinin olmadığını nəzərə alaraq ona bəraət verilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsin də Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

17. Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məh kumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 32.4,312.2, 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tə sbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 32.4,312.2, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu madd ələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndir miş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

21. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 oktyabr 2020-ci il tarixli, 1(106)-230/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəm ə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 oktyabr 2020-ci il tarixli, 1(106)-230/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar