Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-47/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X2 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-124/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından Məhkum və zərərçə kmiş şəxsin hüquqi varisi XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1976-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” yaşayış massivi, 16-cı dalan, nömrəsiz ev ünvanında yaşamışdır. 2. 31 iyul 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona gö rə ki, o, 30 may 2021-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində, 16-cı dalan ünvanında yerləşən özünə məxsus olan yaşadığı nömrəsiz bağ evinin birinci mərtəbəsinin qonaq otağında arvadı Zərərçəkmiş şəxs ona mütəmadi spirtli içki qəbul etməsi ilə əlaqədar irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində Zərərçəkmiş şəxs odlu silahla atəş açaraq vurmaqla hədələdikdə, arvadının ona “ata bilməzsən!” deməsindən əsəbiləşib bunu özünə qarşı təhqir kimi qəbul edib qanunazidd yolla, yəni arvadı Zərərçəkmiş şəxs cəzalandıraraq ondan qisas almaq qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirməkdən ötrü evin ikinci mərtəbəsində yerləşən yataq otağına gedərə k, 31 dekabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 2084 nömrəli şəhadətnamə əsasında əldə edib paltar şkafının yanında saxladığı yivsiz odlu ov silahı hesab edilən, 2012-ci ildə Rusiya Federasiyasında, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “MP-27EM” markalı, ********* qeydiyyat nömrəli, daxili çaxmaqlı, qoşalüləli, yivsiz ov silahını götürüb güllə yuvasına patron yerləşdirməklə döyüş vəziyyətinə gətirib lülələri bağlandıqdan sonra avtomatik qoruyucu bölməyə keçən silahın qoruyucusunu açaraq atəşə hazır vəziyyətə gətirib Zərərçəkmiş şəxs olduğu və sonuncu ilə mübahisə etdiyi birinci mərtəbədəki otağa qayıtmış, əlində saxladığı atəşə hazır vəziyyətdə olan o dlu silahı həmin otaqda divanın üzərində oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs həyatı üçün vacib orqanlarının, o cümlədən məhz ürəyinin yerləşdiyi sol sinə nahiyəsinə dirəməklə arvadını qəsdən öldürmək məqsədilə silahın ön tətiyinə ən azı 3,2 kiloqram qüvvə ilə təsir etməklə alt lüləsindən 1 (bir) dəfə atəş açmış, nəticədə döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçən bir ədəd kor odlu silah (qırma) yaralanması, ürək kisəsi və mədəciklərinin, sol ağ ciyərin, diafraqmanın, peritonun, mədəaltı vəzin, dalağın, sol böyrükətrafı yumşaq toxumaların yaralanması, sol tərəfli pnevmohemotoraks (sol plevra boşluğuna qan və havanın yığılması), hemoperitonium (qarın boşluğuna qanın yığılması), sol tərəfli 3, 4, 5 6, 7, 8, 9, 10-cu qabırğaların qəlpəli sınıqları kimi dərəcəsi nə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs daxili orqanların zədələnməsinə, daxili və xarici qanaxmaya səbəb olan bir ədəd kor odlu silah (qırma) yaralanması səbəbindən baş vermiş ağır travmatik və hemorragik şok nəticəsində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1505/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həllini tapmışdır.
4. Bi rinci instansiya məhkəməsinin həmin hökmündən Müdafiəçi3 apellyasiya şikayəti verərək Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməsi və cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
5. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlu apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 124.1ci maddəsi ilə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-124/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayə tləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1505/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 07 (yeddi) il müddətə endirilmiş, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, birinci və apellyasiya instansiyaları məhkəmələrinin hüquqi mövqeyinə görə o, arvadı mərhum Zərərçəkmiş şəxs yivsiz odlu ov silahından istifadə etməklə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası bu məsələ ilə bağlı başqa mövqe nümayiş etdirmişdir. Belə ki, qərarın 12-ci səhifəsində apellyasiya məhkəməsi kollegiyası “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 12 dekabr 2002ci il tarixli 3 saylı qərarına istinad etməklə, sözügedən cinayətin həm birbaşa, həm də dolayı qəsdlə törədilməsi mümkünlüyünü qeyd etmiş, əməlin ehtiyatsızlıqla törədilməsi ilə bağlı müdafiə tərəfi olaraq dəlillərini rədd edərək cinayətin dolayı qəsdlə törədilməsi qənaətinə gəlmişdir. Yəni o, öz hərəkətinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəti cələrini əvvəlcədən görmüş, lakin bunları arzu etməmiş və belə nəticənin baş verməsinə şüurlu surətdə yol vermişdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq əməlin birbaşa qəsdlə deyil, dolayı qəsdlə törədilməsi mövqeyini nəyə əsasən müəyyən etdiyini əsaslandırmamışdır. Əsaslandırma olmasa da, əməlin dolayı qəsdlə törədilməsinin təsdiqi birbaşa olaraq onun bu əməlin ictimaitəhlükəli nəticələrini «arzu etməməsi» faktını tanımışdır. «Arzu etməmək» anlayışı isə birbaşa insanın hiss və həyəcanları ilə bağlı olduğundan cinayət tərkibinin subyektiv cəhətinin müstəqil elementləri kimi «motiv», «məqsəd» və «emosional vəziyyət» əlamətlərinin bu işə tətbiqi baxımından araşdırıb qiymətləndirmək ehtiyacı yaranır. Cinayət Məcəlləsinin Ümumi hiss əsində qeyd olunan bu 3 (üç) əlamətdən bəhs edilib, tərif verilməsə də, Xüsusi hissənin bir çox maddələrində cinayət tərkibinin məcburi subyektiv cəhət əlaməti kimi dispozisiyalara daxil edilmişdir. «Motiv» dedikdə şəxsi cinayət törətməyə sürükləyən, sövq edən daxili psixoloji istək və tələbat başa düşülür. «Məqsəd» dedikdə şəxsin ictimai təhlükəli əməli törətməsi nəticəsində əldə edəcəyi maddi və qeyri-maddi nəticələr başa düşülür. «Emosional vəziyyət» isə şəxsin cinayətin törədilməsindən öncə, eləcə də törətdiyi zaman və sonra keçirdiyi hiss və həyəcanlar formasında psixoloji reaksiyalardır. Motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlərdə mövcud olur. Emosional vəziyyət isə həm qəsdən, həm də ehtiyatsızlıqla törədilən cinayət əməllərində özünü büruzə verir. Qəsdən törədilən bütün ci nayətlərdə subyektin motivi olur. Məhz formalaşdırılmış daxil psixoloji tələbat şəxsi cinayət törətməyə həvəsləndirir. İş üzrə motiv və məqsədlə bağlı apellyasiya instansiya məhkəməsi öz müstəqil mövqeyini bildirməyərək yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticəni formal olaraq təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün 19-cu səhifəsində konkret olaraq ikinci abzasında qeyd edilmişdir ki, «30 may 2021-ci il tarixdə, saat 23 radələrində Məhkum sərxoş vəziyyətdə olması və Zərərçəkmiş şəxs ona bu səbəbdən yenidən irad bildirməsi nəticəsində təqsirkar bunu özünə təhqir kimi qəbul edərək onda qisas hissinin yaranmasına səbəb olmuşdur». Yəni onun cinayətkar motivi qisas niyyətidir. İbtidai araşdırma orqanı və işə baxan məhkəmələrin mövqeyinə görə o, ali təhsili hüqu qşünas, 11 (on bir) il hakim vəzifəsində olmaqla, 27 ildən artıq məhkəmə sistemində çalışan şəxs, 15 (on beş) illik həyat yoldaşı, 3 (üç) övladının anasını içki ilə bağlı xırda ailə-məişət məsələsinə görə öldürmüşdür. Bütün qəsdən törədilən cinayətlərdə törədilmiş cinayətin nəticəsi olaraq subyektin konkret məqsədi mövcud olur. İşə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin aktlarında məqsədlə bağlı hər hansı ifadə və cümlə yoxdur. Yuxarıda istinad etdiyi Ali Məhkəmənin Plenum Qərarının giriş hissəsinin 3-cü (üçüncü) hissəsində qeyd edilmişdir ki, «bu cür cinayətlər üzrə qanunun tətbiqində yol verilən nöqsanlar sırasına məhkəmələrin qəsdən adanı öldürmə cinayətlərini ehtiyatsızlıqla adam öldürmədən... fərqləndirməsi... kimi halları aid etmək olar». Bu müddəa ilə bir daha tə sdiq olunur ki, bu tip işlərdə ən böyük problemlərdən biri əməlin tövsifi məsələsidir. Çünki baş vermiş hadisə ilə bağlı cinayət tərkibi əlamətlərində bir çox hallarda fərq yalnız subyektiv cəhətlə bağlı olur. Ona görə də işin ibtidai istintaqını aparan orqan və işə baxan məhkəmələrin üzərinə cinayətin subyektiv cəhətinə aid edilən əlamətləri ciddi araşdırmaq vəzifəsi və məsuliyyəti düşür. Bunun əksinə olaraq mübahisələndirdiyi cinayət işində işə baxan məhkəmələr tövsiflə bağlı ibtidai araşdırma orqanının əsassız fərziyyələrini sadəcə təsdiq etməklə kifayətlənmişlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin töv sifini qanunamüvafiq surətdə izah etməlidir». Lakin cinayət işinə baxan məhkəmələr yalnız ibtidai istintaq orqanının ehtimallarını əsas götürməklə, onun qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması barədə nəticəyə gəlmişlər. Cinayət işi üzrə mövcud sübutlarla təsdiq olunur ki, onun hadisədən əvvəl odlu silahla diqqətsiz davranması, onu həyat yoldaşına tuşlaması, həmin anda həyat yoldaşının əli ilə silahdan tutması və bundan sonra atəşin açılması nəticəsində əvvəlcədən arzu etmədiyi, lakin cinayətkarcasına etinasızlıqla şüurlu surətdə yol verdiyi ictimai təhlükəli nəticə baş vermişdir. Onun hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra davranışı ilə bağlı qeyd edilməlidir ki, hadisədən əvvəl həyat yoldaşı ilə söhbət etmiş, zarafat laşmış və məhz yersiz zarafatın nəticəsində bu hadisə baş vermişdir. Hadisədən sonrakı peşmançılıqdan doğan emosional vəziyyəti də bir daha təsdiq edir ki, o, bu hadisəni əvvəlcədən arzu etməmiş və ona şüurlu surətdə yol verməmişdir. Emosional vəziyyətinin qiymətləndirilməsinin davamı olaraq bildirir ki, hadisədən əvvəl və hadisə anında tərəflər arasında hər hansı bir mübahisə və münaqişə olmaması iş üzrə kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 iyul 2021-ci il tarixli 5/567 nömrəli rəyində göstərilənlərlə də təsdiq edilmişdir. Beləliklə, cinayət tərkibinin subyektiv cəhətinə daxil olan əlamətlərin təhlili onu təsdiq edir ki, baş vermiş hadisə və törətdiyi əməl ehtiyatsızlıqla adam öldürmə kimi qiymətləndirilərək Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tövsif edilməli idi. İşə baxan məhkəmələr heç bir hüquqi əsaslandırma olmadan onun əməlini qəsdən adam öldürmə kimi tövsif etmişlər. Cinayət mühakimə icraatında «cinayət» və «cəza» anlayışları təməli xarakter daşıyırsa, bu anlayışlardan doğan hüquqi nəticələrin realizə mexanizmi cinayətprosessual qanunvericilik əsasında müəyyən olunur. Müdafiə tərəfi olaraq verdiyi apellyasiya şikayətində konkret faktlara, sübutlara, cinayət işinin materiallarına və hökmün müvafiq vərəqlərinə istinad etməklə, birinci instansiya məhkəməsinin hökmünün qanunsuz, əsassız və qeyri-obyektiv olduğu əsaslandırılsa da, ibtidai araşdırma orqanının hüquqazidd, qanunsuz və qərəzli mövqeyini təsdiq edən birinci instansiya məhkəməsinin hökmünü və mövqeyini olduğu kimi öz qərarına köçürən apellyasiya instansiyası məhkəməsi cin ayət-prosessual qanunvericiliyin məcburi göstərişlərinə, tələblərinə əməl etməmiş, qanun pozuntuların baş verməsini hüqııqi cəhətdən rəsmiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının «Hüquqi məsələlər» hissəsinin 3-cü abzasında qeyd edilir ki, «ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən Məhkum tərəfindən törədilməsi iş üzrə şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri, sənədlər, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Baxmayaraq ki, cinayət işi üzrə o, öz təqsirsizliyini sübut etməyə borclu deyil, ittiham tərəfinin g uya onun qəsdən adam öldürmə cinayətini törətməsini təsdiq edən sübutlarına öz münasibətini bildirməyi özünə borc bilir. Belə ki, iş üzrə ibtidai istintaqda və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlu mərhum qızı Zərərçəkmiş şəxs ilə onun mehriban olduğu, ailənin qarşılıqlı hörmət və sevgi əsasında qurulduğunu və həmişə belə münasibətdə olduğunu bildirmiş və hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyinə əminliyini öz ifadəsində qeyd etmişdir. Birinci instansiya məhkəməsi öz hökmündə zərərçəkmiş şəxsin hüquqi varisi ilə onun barışdığı və ona qarşı heç bir tələbinin olmadığı ilə bağlı qeyd yazmışdır. Hesab edir ki, burada «barışmaq» ifadəsinin işlədilməsi əsassızdır. Çünki hadisənin ilk saatlarından zərərçəkmiş tərəfin hüquqi varisi şikayətçi olmadığını qəti şəkildə bildirdiyindən burada «şikayətçi olub sonradan barışmaq» münasibətlərindən söhbət gedə bilməz və belə bir görüntü yaradılması tamamilə səhvdir. İş üzrə şahid qismində dindirilmiş qayınanası Şahid1 da zərərçəkmiş şəxsin hüquqi varisi ilə eyni məzmunlu ifadə vermişdir. Bundan əlavə iş üzrə anası və qardaşı şahid qismində dindirilmiş, birbaşa hadisənin şahidi olmadıqlarından sübut əhəmiyyətli heç bir fakt barədə məlumat verə bilməmişlər. Həmçinin digər şahidlər Şahid5 və Şahid6 Səbhüseyn oğlunun ifadələri də formal xarakter daşıyır. Əlavə olaraq iş üzrə şahid qismində dindirilmiş oğlu Şahid2 ifadələri xüsusi yanaşma tələb edir. Böyük oğlu olan Rövşən hadisə vaxtı evdə olduğundan yeganə bilavasitə şahiddir. O, hadisənin səhəri günü, yəni 31 may 2021-ci il tarixdə müstəntiqlər tərəfindən səhər dən axşama kimi fasiləsiz dindirilmiş və onun ifadəsi ilə müəyyən edilmişdir ki, hadisədən əvvəl atası və anası arasında hər hansı mübahisə baş verməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən oğlu məhkəmədə ifadə vermiş və ibtidai istintaqda verdiyi ifadə zamanı soruşulmadığı üçün qeyd etmədiyi bir neçə xüsusatı bildirmişdir. Belə ki, o, apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində evlərində silah olduğunu əvvəllər gördüyünü, silah bağ evində atasının otağında, şifonerin yanında olduğunu, özünün də bir neçə dəfə atası işdə, uşaqlar bayırda olduğu zaman silahı maraq üçün götürərək oynatdığını, qoruyucunu 2-3 dəfə irəli, geri etdikdən sonra uşaqların evə girdiyini eşitdiyini, onu görməmələri üçün silahı yerinə qoyub otaqdan çıxdığını, bundan əlavə, bir dəfə də a tası işdə uşaqlar isə bayırda olduğu vaxt silahı götürərək qoruyucunu hərəkət etdirdiyini, qoruyucunun yuxarısında olan dəmiri solasağa edəndə silahın açıldığını, içərisində güllə gördükdən sonra qorxaraq bağladığını, qoruyucunu irəli-geri hərəkət etdirdiyini, heç kim şübhələnməsin deyə silahı necə götürmüşdüsə, o cür də yerinə qoyduğunu bildirmişdir. O həm ibtidai istintaq, həm də birinci və apellyasiya instansiyaları məhkəmə baxışlarında verdiyi ifadələrdə tüfəngin atəş qoruyucusu rejimində olduğunu düşündüyünü bildirmişdir. Hadisənin yeganə şahidi sayıla bilən və hadisədən 10-15 saniyə sonra qonaq otağına daxil olan böyük oğlunun ifadəsində göstərdiyi xüsusatları araşdırmaq əvəzinə, apellyasiya instansiyası məhkəməsi onun ifadəsini sadəcə olaraq qərara köçürərək, ona heç bir hüquqi mövq e bildirmədən susqunluq formasında öz hüquqi münasibətini göstərmişdir. Sabunçu Rayon Polis İdarəsinin iki əməkdaşı da iş üzrə şahid qismində dindirilmişdir. Onların heç biri onun bu hadisəni qəsdən törətdiyini təsdiq edən dəlil və fakt göstərməmişlər. Əksinə həm ibtidai istintaq, həm də birinci və apellyasiya instansiyaları məhkəmələrində dindirilən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə rəisi Şahid7 Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində həmin evdə əvvəllər hər hansı münaqişə, mübahisə barədə məlumatı olmadığını, bu barədə şikayət daxil olmadığını bildirmişdir. Əlavə olaraq o, onun həyat yoldaşını zarafat mənasında qorxutmaq istəyərkən, qadın ona tərəf istiqamətləndirilmiş silahı özünə tərəf dartmış və bu zaman atəşin açıldığını qeyd etmişdir. Apellyasiya məhkəmə icraatını qismən məhkəmə istintaqı ilə keçirən apellyasiya instansiyası məhkəməsi bu şahidin də ifadəsini sadəcə qərara köçürməklə öz hüquqi mövqeyini bildirmişdir. Nəticə olaraq cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və 8 (səkkiz) şahidin heç biri onun bu cinayəti qəsdən törətdiyini, qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərməmişdir. Bundan başqa cinayət işinin materiallarında ibtidai araşdırma orqanının ittihamın təsdiqedici sübutları qismində bir sıra istintaq hərəkətlərinin protokolları (hadisə yerinə baxış və meyitə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları və s.) və ekspertiza rəyləri təqdim edilmişdir. Qeyd olunan bu sübut növləri insan meyiti olduğu təqdirdə istintaq orqanı tərəfindən hər bir halda keçirilən standart istintaq hərəkətləri və məhkəmə ekspertiza hərəkətləridir. Qeyd edilən bu istintaq hərəkətləri və ekspertiza rəylərinin heç birində onun qəsdən cinayət törətdiyini təsdiq edən bircə söz və ya ifadə yoxdur. Bundan əlavə, ibtidai araşdırma orqanı ibtidai istintaq mərhələsində Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinə əsasən «digər sənədlər» anlayışı ilə əhatə olunan çoxsaylı arayışları, məktubları guya ittihamı təsdiq edən sübutlar statusunda cinayət işinin materiallarına tikərək ittiham fonu və sübut görüntüsü yaratmağa cəhd etmişdir. Halbuki istənilən cinayət işində bu cür sübut növləri toplanılır. Əsas məsələ onlara hüquqi qiymət verilməsi prosesini n ədalətli olmasını təmin etməkdir. İbtidai araşdırma orqanı və işə baxan məhkəmələr ittihamı təkzib edən, yuxarıda qeyd etdiyi sübutların olmasına baxmayaraq, guya onun həyat yoldaşından qisas almaq niyyətilə evin ikinci mərtəbəsində yerləşən yataq otağına gedərək özünə məxsus yivsiz odlu silahına patron yerləşdirməklə lülələri bağladıqdan sonra qoruyucunu açaraq və atəşə hazır vəziyyətinə gətirərək evin birinci mərtəbəsinə qayıdaraq divanın üzərində oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməsi qənaətinə gəlmişlər. İş materiallarında ittihamın bu mövqeyini təsdiq edən sübut yoxdur. Halbuki o, vermiş olduğu bütün ifadələrində, silahın dolu vəziyyətdə olmaqla qoruyucu rejimdə olmasına əminliyindən mərhum həyat yoldaşı ilə zarafatlaşdığını bildirmişdir. Yəni ikinci mərtəbəyə qalx ıb tüfəngi patronla doldurmamış və qoruyucunu açaraq tüfəngi atəşə hazır vəziyyətə gətirməmişdir. Bu xüsusatı apellyasiya instansiyası məhkəməsində şahid qismində ifadə verən böyük oğlu Şahid2 da təsdiq etmişdir. Belə ki, o gizlicə tüfəngi əlində tutub baxarkən onun patronla dolu olduğunu görüb qorxaraq geri yerinə qoyduğunu bildirmişdir. Amma bu xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir. Beləliklə ona qarşı irəli sürülmüş birinci və apellyasiya məhkəmələri tərəfindən təsdiq edilmiş ittihamı təkzib etməyə zərurət yoxdur, çünki bu “havadan asılmış” ittihamı təsdiq edən bir sübut belə yoxdur. Onu hadisədən bilavasitə sonra görən oğlu və bundan sonra ilk olaraq hadisə yerinə gələn polis əməkdaşı Ülfət İskəndərov onun sözlər ini təkrar edirlər - “Pərvanə əlini ataraq silahı özünə tərəf dartmaq istəyəndə atəş açılmışdır”. Bu hadisənin baş vermə mexanizmini izah edir. Oğlu Şahid2 ifadəsində silahı ən azı iki dəfə oynatdığını, qoruyucunu yuxarı-aşağı hərəkət etdirdiyini və ən əsası hadisədən əvvəllər də tüfəngin içərisində patron olduğunu gördüyünü bildirir, bu hal isə həqiqətən həmin gün, hadisədən əvvəl tüfəngin içərisində patron olduğunu göstərir, yəni ittihamın patronu onun tərəfindən hadisə vaxtı oraya yerləşdirmə faktını, oğlunun tüfəngin qoruyucusunu bir neçə dəfə aşağı-yuxarı etməklə oynatmaqla tüfəngi qoruyucudan çıxararaq tərəfindən döyüş vəziyyətinə gətirməsini təkzib edir. Əhval-ruhiyyəsini ən dolğun kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi əks etdirir və bununla da ittihamın gu ya “əsəbləşərək” bu hadisəni törətməsi təkzib olunur. Bundan başqa ittihamda qeyd olunan kimi əgər aralarında mübahisə olubsa təbii ki, səs-küy olmalı idi və bunu da oğlu Rövşən eşitməli idi, lakin istintaq o vaxt hələ azyaşlı olan uşağı 8 saatdan artıq dindirməsinə baxmayaraq buna nail olmayıb, yəni belə hallar baş verməyib. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 aprel 2022 tarixli qərarını dəyişdirərək, əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 124.1-ci maddəsinə tövsif edib ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
9. Zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünün əsassızlığı iş üzrə təqdim olunmuş apellyasiya şika yətlərində kifayət qədər əsaslandırılmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırmadan birinci instansiya məhkəməsinin gəlmiş olduğu səhv hüquqi nəticələri təkrarlamaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Qərarda qeyd olunan hallar tam əsassız olmaqla, iş üzrə mövcud olan sübutlarla öz təsdiqini tapmır. Qeyd olunan hallar iş üzrə ibtidai istintaqı aparmış istintaq orqanının heç bir sübutla təsdiq olunmayan ehtimal, fərziyyə və mülahizələrində öz əksini tapmışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi heç bir mötəbər sübutla təsdiq olunmayan istintaq orqanının ehtimal və fərziyyələrini əsas götürmüş, iş üzrə əsas sübut olan Məhkum və onun ifadələrində göstərilən xüsusatlar nəzərə alınmadan, yalnız istintaq o rqanının ehtimallarını və fərziyyələrini təsdiq edən bir qərar qəbul olunmuşdur. İşə baxan məhkəmələr yalnız ibtidai istintaq orqanının ehtimal və fərziyyələrini əsas götürməklə Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması barədə hökm çıxarmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla və ümumiyyətlə işin faktiki halları ilə tam sübut olunmuşdur ki, Məhkum ov tüfəngi olan silahla etinasız davranması nəticəsində ehtiyatsızlıqdan həyat yoldaşı olan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhz hazırki iş üzrə Məhkum hadisədən əvvəl odlu silahla etinasız davranması, onu həyat yoldaşına tuşlaması, həmin anda həyat yoldaşının əli ilə silahdan tutması və bundan sonra atəşin açılması nəticəsində, Məhkum əvvəlcədən arzu etmədiyi və şüurlu surətdə yol verməməkdən ibarət olan həyat yoldaşının ölümünə ehtiyatsızlıqdan səbəb olmuşdur. Göstərilənlərə əsasən Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilməklə, onun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən 124.1-ci maddəsinə tövsif edilməklə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlu kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətlənd irilmədiyini, nəticədə məhkumun əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-124/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarını yoxla yıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəll əsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməs i cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, cinayət işinin birinci instansiya məhkəməsində baxılması dövründə kassasiya şikayətlərində qaldırılan məsələ - törədilən cinayət əməlinin qəsdən yox, ehtiyatsızlıqdan baş verməsi barədə dəlilə münasibət bildirilmiş, məhkəmə bununla bağlı qeyd etmişdir ki, Məhkum ibtidai istintaqa verdiyi ilk ifadəsində tüfəngi həyat yoldaşının sinəsinə dirəyərək tüfəngin tətiyini çəkdiyini, bu zaman atəşin açıldığını bildirmiş, həmin ifadə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Həmin sübutlardan biri - hadisə yerinə ilk gələnlərdən olub Məhkumla söhbət edən Şahid7 Nürəddin oğlunun ifadəsində söhbət zamanı məhkumun tüfəngin tətiyini çəkdiyini və tüfəngdən atəş açıldığını etiraf etməsinin bildirməsidir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının 25 iyun 2021-ci il tarixli, 94 nömrəli r əyinə görə, Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin sol yarısının ön səthində silahın hər iki lüləsinin ağız kəsiyinin zədə ətrafında əks olunması (ştamp izi), giriş dəliyi nahiyəsində əzələlərin al (açıq) qırmızı rəngi və yara kanalında tıxacın olması atəşin dirənmiş vəziyyətdə açılmasına dəlalət edir. Həmçinin, kompleks məhkəmə-ballistik-trasoloji-daktiloskopik ekspertizasının 18 iyun 2021-ci il tarixli, 3/958;959;960;961 nömrəli rəyində müəyyən edilir ki, cinayətin aləti olan 12 kalibrli, “MP-27EM” modelli, ********* nömrəli, daxili çaxmaqlı, qoşalüləli tüfəngin alt lüləsindən atəşin açılması üçün ön tətiyinə 3,2 kq qüvvənin təsir edilməsi tələb olunur, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətikləri çəkmədən silahdan öz-özünə a təşin açılması mümkün deyil; silah döyüş vəziyyətinə gətirilib lülələri bağlanarkən çaxmaqları avtomatik olaraq qoruyucu bölməyə keçirlər. Bununla yanaşı, Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna, onun ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildiyindən, həmin zədənin giriş zədəsi olmaqla odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, silahın lülə ağzı maykaya kip dirənmiş vəziyyətdə olmasına xarakterikdir. Məhkum özünün həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışında verdiyi ifadələrində bilavasitə hadisə ərəfəsində tez-tez spirtli içki qəbul etməsi üstündə arvadı ilə mübahisənin baş verməsini, Zərərçəkmiş şəxs onunla həmin səbəbə görə əvvəllər də dəfələ rlə mübahisələr edib irad bildirməsini qeyd etmiş, bu ifadələrin həqiqətə uyğun olduğu onun oğlu olan Şahid2 ibtidai istintaqa verdiyi və məhkəmədə tədqiq olunan ifadələri ilə də təsdiqlənir. Hadisə baş verən vaxtda Məhkum sərxoş vəziyyətdə olması, buna görə Zərərçəkmiş şəxs növbəti dəfə irad bildirməsi məhkumun bunu özünə təhqir kimi qəbul edib qeyri- adekvat reaksiya verməsinə səbəb olmuş, belə qənaətə gəlməyə əsas həmçinin o haldan yaranır ki, mübahisə zamanı Məhkum evin ikinci mərtəbəsində saxladığı tüfəngi yadına düşmüş, həmin tüfəngi götürmək məqsədilə o, evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxmış, tüfəngi qabından çıxarıb yenidən birinci mərtəbəyə qayıtmış və arvadının sinəsinə dirəyərək tətiyi çəkməklə atəş açmışdır.
23. Cinayət işi üzrə toplanmış sübutların təhlilinə əsaslanmış nəticədə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum silahı doldurub atəşə hazır vəziyyətə gətirdikdən sonra çaxmaqları avtomatik qoruyucuya düşən silahın qoruyucusunu açmış və Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə həyati vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısına dirəməklə, tətiyə 3,2 kq qüvvə ilə təsir etməklə atəş açmışdır. Hadisəsinin məhz belə tərzdə baş verməsi cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini istisna edir, əksinə əməlin Məhkum tərəfindən birbaşa qəsdlə törədilməsini tam sübut edir.
24. Məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin hüquqi varisinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib həmçinin hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə hazırki kassasiya şikayətlərində irəli sür düyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
26. Nəticə etibarilə, məhkumun və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərində iddia etdiklərindən fərqli olaraq, baxılan cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilmiş, onun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini məhz qəsdlə törətməsi təsdiqini tapmış, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, məhkumun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən olunmamışdır.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgü n qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi XXX oğlunun kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-124/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və zərərçəkmi ş şəxsin hüquqi varisi XXX oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-124/2022 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.