Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-47/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Mə mişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 10 avqust 1990-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, x1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 17 aprel 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 31 may 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək qrup üzvü Təqsirləndirilən şəxs2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 24 sentyabr 2018-ci il tarixdə Bil əsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Təqsirləndirilən şəxs1 həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri, yəni onun və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində giro v qalan Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ünv an 3 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli sellofanın içərisində qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(10 1)-80/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 sentyabr 2018-ci tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmuşlar.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs M əhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu apellyasiya şikayəti verib, hökmün Məhkum aid hissədə ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə yeni hökm qəbul edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib onu məhkəmə iclas zalından azad edilməsini, Məhkum azadlıq hüququnun pozuntusunun tanınmasını, qanunsuzluğa yol vermiş təhqiqatçı, müstəntiq və prokuror barədə xüsusi qərar çıxarıb Baş prokurorluğa göndərilməsini xahiş etmişdir.
8. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu apellyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübu ta yetirilmədiyindən ona bəraət verilməsi barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir.
9. Hökmdən Təqsirləndirilən şəxs1 özü də apellyasiya şikayəti verib, barəsində daha yüngül qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-650/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlunun apellyasiya şikayəti tam, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və di gər məsələlər həll edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-650/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)947/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-650/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-631/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti, Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli hökmünün təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-c ü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmələri hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-631/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən kassasiya protesti verilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)236/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 1(103)-631/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsə alınmasına dair müddəalar istisna olunmaqla ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 28 sentyabr 2018-ci il tarixdən 19 noyabr 2020-ci il tarixə kimi həbsdə olduğu 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətin yeni qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 iyun 2023cü il tarixdən hesablanması qərara alınmış, hökm digər məhkumlar Təqsirləndirilən şəxs1 cəzasının hesablanması hissəsində və Təqsirləndirilən şəxs2 cəza təyini hissə sində dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
18. Müdafiəçi kassasiya şikayətində əvvəl verdiyi apellyasiya şikayəti üzrə irəli sürdüyü dəlilləri təkrarlayıb, proses iştirakçılarının ifadələrində göstərdiklərinə, çoxsaylı maddi və prosessual hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilməklə, cinayət işi materiallarında olan sübutların prosessual pozuntularla, həmçinin Məhkum müdafiə hüququnu kobud surətdə pozulması ilə əldə edildiyini iddia edərək, sözügedən sənədlərin sübutlar siyahısından çıxarılmasına lüzum olduğunu, eləcə də bir sır a məhkəmə qərarlarına istinad edərək, qeyd olunmuş qərarlar üzrə eyni pozuntuların aşkarlanmasının təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün əsas olduğunu bildirmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyi üçün onunla bağlı hissədə cinayət işinə bəraətverici əsasla xitam verilməsi, Məhkum tanışları Təqsirləndirilən şəxs1 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni əldə etməsi və daşımasını ittihamdan xaric edilməsi, Məhkum azadlıq hüququnun pozuntusunun tanınması, qanunsuzluğa yol vermiş təhqiqatçı, müstəntiq və prokuror barədə xüs usi qərar çıxararaq Baş prokurorluğa məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
21. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
22. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
23. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
24. Kassasiya şikayətində müdafiəçi Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
25. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaq əli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
26. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
27. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinə yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
28. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq əsaslandırma təmin edilməklə bu dəlillərə bütövlükdə cavablandırma verilmişdir.
29. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hazırki cinayət işi üzrə verilmiş kassasiya müraciətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl iki dəfə baxış predmeti olmuş və qəbul edilmiş əvvəlki qərarlarda hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə ətraflı münasibət bildirilmişdir.
30. Kassasiya şikayətinin müə llifi mübahisəsini etdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni amilə istinad etmədiyindən, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin artıq 2 dəfə bildirdiyi mövqeyindən fərqli nəticəyə gəlmək üçün əsas görmür.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarını qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-837/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.