Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-47/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə2, Məhkum müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Feyzullayev Xəyal Yusif oğlunun iştirakları ilə XX XXXXXX 1986-cı il tarixdə Bakı şəhərində anad an olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli 1(103)-1381/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Feyzullayev Xəyal Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(009)-9/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) Məhkum - Azərbaycan Respubl ikası CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlibilinərək 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin 18 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.3cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddət i 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli 1(103)1381/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(009)-9/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs və Məhkum, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyy ata alınmış, hüquqi ünvanı ünvan 2əhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) fəliyyətinə faktiki olaraq rəhbərlik edərək, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaq məqsədilə, cəmiyyətin təsisçisi və direktoru Məhkum ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində nəzədə tutulmuş funksiyaları yerinə yetirərək, əmlaklarının maliyyə-təsərrüfat fəaliyyətlərinin uçotunun aparılması vəzifəsini üzərinə götürməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyəti nə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 98, 101, 104, 105.1, 130.1, 130.2, 149, 150-151, 152.1, 153-156, 159, 167168, 173174, 177-178, 182-194-cü maddələri və Azərbaycan Respublikasının Tibbi sığorta haqqında Qanunun 15-10.1.7 və 15-10.2-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına cari bəyannamələr təqdim etməklə, ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən, 3.217.481,63 manat məbləğində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs, Məhkum ilə qabaq cadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “ELİT ALKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından "xxxx" Şirkətindən icarəyə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolu 6-7 KM ünvanında yerləşən istehsal sahəsində (zavodda) etil (yeyinti) spirti və alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olmuş, həmin fəaliyyəti nəticəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi cari ƏDV bəyannamələrində ödənilməsi üçün bəyan etdiyi 2021-ci ilin yanvar ayı üzrə 14577,39 manat, fevral ayı üzrə 11508,94 manat, mart ayı üzrə 9001,43 manat, aprel ayı üzrə 2825,08 manat, may ayı üzrə 5911,72 manat, iyun ayı üzrə 10702,06 manat, iyul ayı üzrə 2575,83 manat, avqust ayı üzrə 21899.34 manat, sentyabr ayı üzrə 21105,18 manat, oktyabr ayı üzrə 31881,78 manat, noyabr ayı üzrə 17788,86 manat, dekabr ayı üzrə 8586,43 manat, 2022-ci ilin yanvar ayı üzrə 9178,28 manat, fevral ayı üzrə 5516,05 manat, mart ayı üzrə 9276,49 manat olmaqla, cəmi 182.334,86 manat ƏDV-ni; Həmçinin, o, aksiz vergisinin cari bəyannamələrində ödənilməsi üçün bəyan etdiyi 2020-ci ilin dekabr ayı üzrə 342212,87 manat, 2021-ci ilin yanvar ayı üzrə 177475,4 manat, fevral ayı üzrə 249230,7 manat, mart ayı üzrə 205081,15 manat, aprel ayı üzrə 163470,4 manat, may ayı üzrə 48310,5 manat, iyun ayı üzrə 152496,35 manat, 2021 -ci ilin iyul ayı üzrə 121651,50 manat, avqust ayı üzrə 195091,40 manat, sentyabr ayı üzrə 319444,40 manat, oktyabr ayı üzrə 248759,0 manat, noyabr ayı üzrə 151837,40 manat, dekabr ayı üzrə 258141,50 manat, 2022-ci ilin yanvar ayı üzrə 20649,90 manat, fevral ayı üzrə 18926.35 manat, mart ayı üzrə 110917,70 manat olmaqla, cəmi 2.783.696,52 manat aksiz vergisini; Habelə, o, muzdlu işlə əlaqədar manat ödəmə mənbəyindən tutulan verginin cari bəyannamələrində ödənilməsi üçün bəyan etdiyi 2020-ci ilin 4-cü rüb üzrə 63 manat, 2021ci ilin 1-ci rüb üzrə 189 manat, 2-ci rüb üzrə 252 manat, 3-cü rüb üzrə 252 manat, 4-cü rüb üzrə 252 manat, 2022-ci ilin 1-ci rüb üzrə 252 manat olmaqla, cəmi 1260,0 muzdlu işlə əlaqədar manat ödəmə mənbəyindən tutulan vergini; Bundan başqa, o, vergi orqanına təqdim etdiyi 2021ci ilin cari mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəlirini 2.585.864,07 manat, xərcini 2.544.754,35 manat, əldə etdiyi mənfəətini 41.109,72 manat və ödənilməli mənfəət vergisini 8.221,94 manat oldu ğunu bəyan etməsinə baxmayaraq, cəmi 8.221,94 manat mənfəət vergisini; Bundan əlavə, o, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının cari bəyannamələrində 2020-ci ilin 3-cü rüb üzrə 1205,62 manat, 4-cü rüb üzrə 20199,93 manat, 2021-ci ilin 1-ci rüb üzrə 1807,74 manat, 2-ci rüb üzrə 15463,86 manat, 3-cü rüb üzrə 1812,64 manat, 4-cü rüb üzrə 4556,97 manat, 2022-ci ilin 1-ci rüb üzrə 6741,03 manat olmaqla, ödənilməsi üçün bəyan edilməsinə baxmayaraq, cəmi 51.787,79 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını; Bundan başqa, o, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının istehsalı və satışından 2020-ci ilin oktyabr ayı üzrə 4728,62 manat, noyabr ayı üzrə 13135,05 manat, dekabr ayı üzrə 25622,16 manat, 2021-ci ilin yanvar ayı üzrə 10890,36 manat, fevral ayı üzrə 15521,32 manat, mart ayı üzrə 13182,37 manat, aprel ayı üzrə 9858,0 manat, may ayı üzrə 2790,50 manat, iyun ayı üzrə 8886,90 manat, iyul ayı üzrə 7469,50 manat, avqust ayı üzrə 12489,64 manat, sentyabr ayı üzrə 20442,96 manat, oktyabr ayı üzrə 15703,60 manat, noyabr ayı üzrə 8747,04 manat, dekabr ayı üzrə 14081,60 manat, 2022-ci ilin yanvar ayı üzrə 480,0 manat, fevral ayı üzrə 571,0 manat, mart ayı üzrə 5579,90 manat olmaqla, ödənilməsi üçün bəyan etməsinə baxmayaraq, cəmi 190.180,52 manat icbari tibbi sığorta haqlarını, ümumilikdə isə xüsusi ilə külli miqdar təşkil edən, 3.217.481,63 manat məbləğində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını, vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən vergitutmanın formalarından biri kimi bəyannamə üzrə vergilər “verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün verg itutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi “vergilər” yalnız vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində əvəzsiz tutulan ödənişdir. Buna baxmayaraq hazırkı cinayət işi üzrə verilmiş ittihamda Məhkum direktor kimi rəsmiləşdirildiyi MMC-nin istehsal etdiyi məhsulun satış ından gəlir əldə etməsi, həmin gəlir əsasında mülkiyyətində pul vəsaitinin formalaşması və mənfəət əldə etməsi müəyyən edilməyərək sübuta yetirilməmişdir. Əksinə, ibtidai istintaqda və məhkəmədə şahid kimi dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid12 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı əməliyyat aparılmış, müqavilələrə əsasən rəhbəri olduğu cəmiyyət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış alkoqollu içkilərin ödənişindən təxminən 5 000 000 (beş milyon) manatdan artıq borcu vardır, malların satışını həyata keçirə bilmədiyindən aldığı malların pullarını ödəyə bilməmişdir. Malların satışı həyata keçirildikcə "xxxx" Məhdud Məsuliyyət li Cəmiyyətinə olan borclar tədricən ödənilir. (cild 2; iş vərəqi 240-247, cild 4; iş vərəqi 52-56). Həmçinin, iş üzrə ekspertiza rəyləri ilə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi orqanına cari bəyanəmələr təqdim etməklə bəyan etdiyi vergi borcu eynilik təşkil etmiş və ekspertiza tədqiqatı zamanı hər hansı əlavə verginin hesablanması və ya vergidən yayınma halı müəyyən edilməmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsinə ödəməli olduğu vergi borcunun məbləğini dəqiq və düzgün formada könüllü olaraq bəyan etmiş və vergidən yayınmaya yönəlmiş qəsd, o cümlədən əldə olunan gəlirlər və vergi tutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmaması, vergilərin hesablanması za manı nəzərə alınan gəlirlərin həqiqi həcminin azaldılması, xərclərin (məsələn, vergi tutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilməsi faktı mövcud olmamışdır. Şikayətdə qeyd olunur ki, "xxxx" MMC-nin fəaliyyətində mühasibat uçotuna və vergi qanunvericiliyinə dair müddəalara daim əməl olunmuşdur. Müəssisənin fəaliyyəti üzrə mühasibat uçotu məlumatları düzgün və qanunauyğun şəkildə tərtib edilərək rəsmi sənədlərə daxil edilmiş, müvafiq hesabat dövrünə uyğun olaraq real dövriyyə və düzgün mühasibat sənədləri əsasında yaranmış vergi öhdəliyinə dair vergi orqanına bəyannamələr təqdim edilmiş, təqdim olunan bəyannamələrdə hesablanmış vergi məbləğləri dəqiq göstərilmişdir. Lakin "xxxx" MMC-dən alınmış malın dəyərinin ödənilməməsi səbəbindən müəssisə mal iyyə çətinliyi ilə üzləşmiş, alıcıların müqavilə şərtlərinə vaxtında və layiqincə əməl etməməsi nəticəsində vergi öhdəliyini vaxtında icra olunmamışdır. Bu baxımdan, "xxxx" MMC-nin fəaliyyətində vergiləri ödəməkdən yayınmağa yönəlmiş hərəkətsizik və ya vergiləri qəsdən ödəməmək kimi hərəkətlər (əməllər) mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli Qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin müəyyən məqsədinə, yəni qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən boyun qaçırma ğa işarə edən “yayınma” müddəasının istifadə olunması ona dəlalət edir ki, bu cinayətin tərkibi göstərilən halda təqsirləndirilən şəxsin hərəkətlərində bilavasitə vergidən yayınmaya yönəlmiş qəsdin olmasını nəzərdə tutur. Həmin maddədə nəzərdə tutulan cinayətin tərkibi o halda yaranır ki, əməl qəsdən törədilir və vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəlmiş olur. Bu özünü əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmamasında, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcminin azaldılmasında, xərclərin (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilməsində biruzə verə bilər. Aşkar şəkildə yalan məl umatlara həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vahid verginin ödənilməsi zamanı təhrif olunmavə s. aid edilə bilər. Göründüyü kimi, Konstitutsiya Məhkəməsi qeyd olunan qərarında “yayınma” ifadəsinə verdiyi şərhində sadalanan hallar hazırkı cinayət işi üzrə ittihamda öz təsdiqini tapmamışdır. Əksinə, cinayət işinin materiallarından görünür ki, ittihamda irəli sürülən məbləğdə verginin “yayındırılması” halı vergi orqanı tərəfindən aparılmış hər hansı yoxlamanın (kameral və ya səyyar vergi yoxlamasının) keçirilməsi, eləcə də hər hansı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı deyil, vergi ödəyicisi olan hüquqi şəxsin bilavasitə özü t ərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü olaraq bəyan edilmişdir. Hətta istintaq dövründə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəylərindən görünür ki, ekspertiza tətqiqatı zamanı "xxxx" MMC-nin müəyyən edilmiş dövlət büdcəsinə olan vergi borcu ilə, Cəmiyyətin bəyan etdiyi vergi borcu eyniyyat təşkil edir. Ekspertiza tətqiqatı zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bəyan etdiyi vergi borcundan artıq məbləğdə borcunun olmadığı və Cəmiyyətin fəaliyyətində vergiləri ödəməkdən yayınmağa yönəlmiş hərəkətsizlik və ya vergiləri qəsdən ödəməmək kimi hərəkətlərin olmadığı təsdiqini tapmışdır. Belə olan halda isə hazırkı iş üzrə CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcud (cin ayət hadisəsi baş verməmişdir) deyildir. Məhkum formal olaraq direktor kimi rəsmiləşdirildiyi Cəmiyyət tərəfindən vergi borcunun könüllü olaraq bəyan edilməsində və həmin borcun ödənilməməsinin obyektiv səbəbi kimi digər hüquqi şəxslərə təqdim olunmuş malların dəyərinin ödənilməməsinin müəyyən edildiyi halda, Məhkum hansı əməlinin ictimai təhlükəli olduğu, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ona qarşı irəli sürülmüş ittihamda əsaslandırılmamış və məhkəmə istintaqında sübuta yetirilməmişdir. Müdafiəçi, həmçinin qeyd edir ki, məhkum olunmuş şəxs Məhkum “Elit Alko“ MMCdə direktor kimi formal olaraq rəsmiləşdirilmiş, həmin Cəmiyyətin faktiki rəhbəri iş üzrə digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumun un qeyd olunan qərarında qeyd olunmuşdur ki, hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Məhkum Cəmiyyətin rəsmi təsiçisi və direktoru olsa da, o, yalnız müəyyən məbləğdə əmək haqqı almış, Cəmiyyətin fəaliyyətindən hər hansı başqa gəlir əldə etməmiş, eləcə də Cəmiyyətin fəaliyyətində birbaşa iştirak etməmişdir. Müdafiəçinin fikrincə, Məhkum verilmiş ittiham sübuta yetirilməmiş və ittiham tərəfi onun müdafiəsi üçün gətirilən dəlilləri təkzib edə bilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmi ş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi X.Feyzullayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və Nümayəndə2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsinə görə “Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə i lə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsasl andırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqları na hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, m əhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli olması ilə bağlı sübutlar ətraflı şərh edildiyindən təkrar şərhə zərurət yoxdur. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinay ət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Bununla belə, məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhku mlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayə t qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsind ə şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. İş materiallarından görünür ki, Məhkum ilk dəfə az ağır cinayətin törətmiş, yaşadığı ərazi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunmasını, ibtidai istintaq zamanı dövlət büdcəsindən yayındırılmış vergi məbləğinin 50.000 manat hissəsini ödəmişdir. Bundan başqa, kassasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkum qanuni təmsilçisi olduğu "xxxx" MMC tərəfindən Dövlət Vergi Xidmətinə 200.000 manat məbləğində vergi borclarının ödənilməsi təmin edilmiş və vergi borclarının ödənilməsini təsdiq edən 16 ədəd qəbz cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin qalan vergi borclarının da ödənilməsinə dair öhdəlik götürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhku m Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə əsas cəza kimi təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müə yyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tə tbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 2 (iki) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və hökmlə müəyyən edilmiş vergi borclarının ödənilməsi vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəs ində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Məhkum davranışı üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və hökmlə müəyyən edilmiş vergi borclarının ödə nilməsi vəzifələri qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-47/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-47/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver