Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-470/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Barələrində cinayət təqibinə xitam verilmiş şəxslər Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mirbabayeva Nigar Mirbaba qızı, Məhkum4, Məhkum2 və Məhkum3 iştirakları ilə xx xxxx 1965-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətənda şı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan qeydiyyatda olan və yaşayan Məhkum1 xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və yaşayan Məhkum4 xx xxxx 1976-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olan, ünvan 3 yaşayan Məhkum2 xx xxxxx 1972-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 4 qeydiyyatda olan və yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin xitam edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Araz Hüseynov) Məhkum1, Məhkum4, Məhkum3 və Məhkum2 ittiham olunduqları əməlləri CM-nin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş və onların CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsi əsası ilə xitam verilmiş və onlar həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişlər. İş üzrə mülki iddia qismən təmin olunmaqla 37.143,94 manat məbləğində təmin olunmuş və təmin edilən həmin məbləğdə pulun dövlət büdcəsinə ödənilmiş olması nəzərə alınmışdır. Məhkəmənin həmin qərarından mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), V.Ə.Mursaqulov və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Verilmiş ittihama əsasən Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 onda təqsirləndirilər ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) sabiq baş direktoru Məhkum1 tanışları Məhkum2, Məhkum4 və xx xxxxx 2013-cü ildən sonrakı dövr üzrə eyni zamanda Məhkum3 ilə qabaqcadan əlbir olub həmin müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, birgə sahibkarlıq fəaliyyəti nəticəsində vergi tutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 104.1, 105.1, 130.1, 130.2, 152.1, 173, 174, 175, 177.1, 177.2, 177.6, və 180-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər və vergiyə cəlb edilməli olan dövriyyələr barədə vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə 2011-2013-cü təqvim illərində külli miqdar təşkil edən 2.455.328,18 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1, Məhkum4 oğlunun, Məhkum3 və Məhkum2 CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmələri və həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri və mülki iddianın təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, vergi yoxlaması müəssisənin ilkin mühasibat sənədlərinə, müəssisədən götürülmüş “qara mühasibatlıq” adlanan uçot kitablarına, müəssisənin apardığı əməliyyatlar və ƏDV-nin depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə vergi orqanlarının baza məlumatlarına, müəssisənin bank hesabları üzrə apardığı əməliyyatlar barədə hesabları yerləşdiyi banklardan alınmış məlumatlara, müəssisənin nümayəndələri tərəfindən yoxlama zamanı verilmiş izahatlara əsasən aparılmış və qanuna müvafiq olaraq 2.455.328,18 manat vergi məbləğinin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Mülki iddiaçı hesab edir ki, məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədlərinin sübut kimi qəbul edilməməsi əsassız olmuşdur. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs X4, şahidlərin ifadələ ri ilə “xxxx” MMC-də külli miqdarda dövriyyənin olması, ”qara mühasibatlıq” sənədlərinin təqsirləndirilən şəxslər tərəfindən tərtib olunması faktı təsdiq olunmuşdur. Vergilər Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ vardır. Mülki iddiaçının fikrincə, məhkəmələrin mötəbər sübut kimi qəbul etdiyi mühasibatlıq ekspertizası rəyi olsa da, ekspert öz səlahiyyətini aşaraq hüquqi rəy vermişdir. Belə ki, rəylərdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilərək hesablamanın əsasını təşkil edən və vergi ödəyicisindən götürülmüş sənədləri ilkin uçot sənədləri kimi qəbul etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları i lə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair barələrində cinayət təqibinə xitam verilmiş şəxslər Məhkum1, Məhkum4, Məhkum2, Məhkum3 və müdafiəçi N.Mirbabayevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, mülki iddiaç ının kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum1, Məhkum4 oğlunun, Məhkum3 və Məhkum2 CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmələri və həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri və mülki iddianın təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iddiaçının kassasiya şikayətində irəli sürülən dəlillər, onun apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərin ə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 ittiham olunan Azərbaycan Respublikası CM-nin 213.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri, onların vergi borcunun 2.455.328,18 ma nat deyil, 37.143,94 manat olması haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 29339 saylı ekspert rəyindən görünür ki, mühasibat uçotunda əks etdirilməmiş gəlirlər haqqında cədvəllər – qara mühasibatlıq sənədləri nəzərə alınmaqla “xxxx” MMC üzrə xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2014-cü ilədək olan dövrdə 2.455.328,18 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 26798 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kim i qanunvericiliyin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının aparılması üçün mühasibatlıq sənədləri vardır. Həmin sənədlərə əsasən müəssisənin fəaliyyət göstərdiyi dövr üçün idxal dövriyyəsini, satışını, xərclərini, yaranan vergi və digər icbari ödənişlərini müəyyən etmək mümkündür. Vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Ekspert qeyd edir ki, iş materiallarında qara mühasibatlıq dəftərlərində qeyd edilən dövriyyəni təsdiq edən digər mötəbər s übutlar yoxdur. Təqdim edilmiş cinayət işinin materiallarında olan mühasibatlıq və digər sənədlərə əsasən “xxxx” MMC-də aparılan əməliyyatlar üzrə yoxlama dövründə əlavə dəyər vergisi, mənfəət vergisi, əmlak vergisi, yol vergisi, ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə öhdəliklər yaranır. Həmin dövr üzrə “xxxx” MMC tərəfindən daha öncə dövlət büdcəsinə ödənilən vergilər nəzərə alındıqdan sonra ƏDV üzrə 36.004,39 manat, mənfəət vergisi üzrə 67,03 manat, yol vergisi üzrə 1.068,00 manat məbləğində vergilər büdcədən yayındırılmışdır. Təqdim edilmiş cinayət işinin materiallarında olan mühasibatlıq sənədlərinə əsasən “xxxx” MMC-də aparılan əməliyyatlar üzrə anbardan çıxmış, lakin satışa getməyən və ya sonradan geri qaytarılan malların dəyəri çıx ıldıqdan sonra yoxlama dövründə 36.004,39 manat ƏDV yaranır. Qeyd edilən hal xx xxxxxx 2015-ci il tarixli səyyar vergi yoxlaması aktında nəzərə alınmamışdır. xx xxxxxx 2011-ci il tarixli **********489438 saylı, xx.xx.2012ci il tarixli **********618967 saylı, xx.xx.2014-cü il tarixli **********697161 saylı səyyar vergi yoxlaması aktları Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun vergi tutulan dövriyyə düzgün müəyyən edilmiş, xərclər nəzərə alınmaqla aidiyyəti vergilər reallığa uyğun hesablanmışdır. xx xxxxxx 2015-ci il tarixli **********860675 saylı səyyar vergi yoxlaması aktında isə vergi tutulan dövriyyə Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmayan “qara mühasibatlıq” sənədlərinə istinad edilməklə hesablanaraq 2.455.328,18 manat məbləğində vergilər hes ablanmışdır. xx xxxxxx 2015-ci il tarixli **********860675 saylı səyyar vergi yoxlaması aktı ilə digər üç akt arasında fərqin və ziddiyyətin əsas səbəbi vergi orqanı tərəfindən “qara mühasibatlıq” adlandırılan sənədlərə istinad edilməsi nəticəsində yaranmış iri dövriyyə məbləğidir. Hazırki rəyin tədqiqi hissəsində göstərildiyi kimi “xxxx” MMCnin fəaliyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 14326 saylı ekspert rəyli ilə həmin Mərkəz tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 1014 saylı və xx xxxxxx 2016-cı il tarixli 29339 saylı ekspert rəyləri arasında eyni dövrə aid vergilərin hesablanmasında olan ziddiyyətlərin səbəbi “qara mühasibatlıq” adlandırılan sənədlərə əsasən tərtib edilmiş xx.xx.2014-cü il tarixli mütəxəssis rəyinə istinad olunmasıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli 3329 saylı rəyindən görünür ki, rəyin təsviri hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə “xxxx” MMC tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləği 37.143,94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 540400327, 540400329, ********* saylı qəbzlərdən görünür ki, “xxxx” MMC-nin fəaliyyətinə görə (VÖEN: **********) 36.006,39 manat ƏDV (büdcə təsnifat kodu 114111), 1.070,00 manat yol vergisi (büdcə təsnifat kodu 114712), 69,03 manat mənfəət vergisi (büdcə təsnifat k odu 111250), ümumilikdə 37.145 (otuz yeddi min bir yüz qırx beş) manat 42 (qırx iki) qəpik məbləğində vergilər dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri ekspert rəylərini tədqiq edib haqlı olaraq hesab etmişlər ki, hazırkı cinayət işi üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin hesablanmasına dair istintaq dövründə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 1014 saylı və xx xxxxxx 2016-cı il tarixli 29339 saylı rəyləri ilə istintaq dövründə verilmiş xx xxxxxx 2014-cü il tarixli 14326 saylı, həmçinin məhkəmə istintaqı zamanı keçirilmiş xx xxxxxx 2018-ci il tarixli 26798 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və xx xxxxx 2019-cu il tarixli 3329 s aylı komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri arasında uyğunsuzluq vardır. Belə ki, xx xxxxxx 2016-cı il tarixli 1014 saylı və xx xxxxxx 2016-cı il tarixli 29339 saylı ekspert rəylərində “xxxx” MMC-nin fəaliyyəti üzrə 2.455.328 (iki milyon dörd yüz əlli beş min üç yüz iyirmi səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2014-cü il tarixli 14326 saylı, həmçinin məhkəmə istintaqı zamanı keçirilmiş xx xxxxxx 2018-ci il tarixli 26798 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və xx xxxxx 2019- cu il tarixli 3329 saylı komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə isə “xxxx” MMC-nin fəaliyyəti üzrə 37.143 (otuz yeddi min bir yüz qırx üç) manat 94 (doxsan dörd) qəpik məbləğində vergilərin az hesablanması müəyyən edilmişdir. Məhkəmələr düzgün olaraq hesab etmişlər ki, hazırkı iş üzrə istintaq dövründə verilmiş xx xxxxxx 2014-cü il tarixli 14326 saylı, həmçinin məhkəmə istintaqı zamanı keçirilmiş xx xxxxxx 2018-ci il tarixli 26798 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının və xx xxxxx 2019-cu il tarixli 3329 saylı komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən rəylər müəssisənin fəaliyyət göstərdiyi dövr üçün idxal dövriyyəsini, satışını, xərclərini, yaranan vergi və digər icbari ödənişlərini müəyyən edən sənədlərə, həmçinin müəssisənin apardığı əməliyyatlar və ƏDV-nin depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə Vergilər Nazirliyinin baza məlumatlarına, müəssis ənin bank hesabları üzrə apardığı əməliyyatlar barədə hesabların yerləşdiyi banklardan alınmış məlumatlara əsasən, yəni mötəbər və əsaslılığı şübhə doğurmayan mühasibatlıq sənədlərinə əsasən verilmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq ekspertlər xx xxxxxx 2014-cü il tarixli 14326 saylı, xx xxxxxx 2018-ci il tarixli 26798 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və xx xxxxx 2019-cu il tarixli 3329 saylı komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini verərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi tutulan dövriyyəni düzgün müəyyən etmişlər, xərclər nəzərə alınmaqla reallığa uyğun “xxxx” MMC-nin fəaliyyəti üzrə 37.143 (otuz yeddi min bir yüz qırx üç) manat 94 (doxsan dörd) qəpik məbləğində vergilərin az hesablanması nəticəsinə gəl mişlər. xx xxxxxx 2016-cı il tarixli 1014 saylı və xx xxxxxx 2016-cı il tarixli 29339 saylı ekspert rəyləri verilərkən isə xx.xx.2015-ci il tarixli **********860675 saylı səyyar vergi yoxlaması aktında istinad edilən, lakin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmayan “qara mühasibatlıq” sənədlərinə istinad edilməklə hesablamalar aparılmışdır. Eyni zamanda həmin rəylərdə qeyd edilmişdir ki, “qara mühasibatlıq” sənədlərində olması iddia edilən əməliyyatların həqiqətən aparılması istintaq tərəfindən müəyyən edilərsə, 2.455.328 (iki milyon dörd yüz əlli beş min üç yüz iyirmi səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması əsaslı hesab edilə bilər. Lakin, ittiham tərəfi məhkəmə iclasında 2.455.328 (iki milyon dörd yüz əlli beş min üç y üz iyirmi səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində vergilərin yaranması üçün vergi tutulan dövriyyəni təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən ekspert rəyində isə xüsusi qeyd edilmişdir ki, iş materiallarında “qara mühasibatlıq” dəftərlərində qeyd edilən dövriyyəni təsdiq edən digər mötəbər sübutlar yoxdur. Məhkəmənin qeyd etdiyi kimi, vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də xx.xx.2015-ci il tarix li **********860675 saylı səyyar vergi yoxlamasının gəldiyi nəticə və eyni əsaslarla ibtidai istintaq zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 1014 saylı və xx xxxxxx 2016-cı il tarixli 29339 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri də əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, komisyon məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilərək ekspertiza təyin edilmişdir. Komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli 3329 saylı rəyi məhz mülki iddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş qərar əsasında verilmişdir. Həmin rəylə dövlət ittihamçısı da razılaşmış və mülki iddiaçının apellyasiya şikayətinin təmin olunmaması barədə rəy vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-470/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-470/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver