Məhkəmə qərarları › İş №1(102)-470/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-470/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-470/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, mülki iddi açı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Gəncə Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 32.3, 206.3.3 və 32.3, 308.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 aprel 2021-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) fəaliyyətinə rəsmi olaraq rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 103, 104.1, 105.1, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 536909,40 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X1 hüquqi ünvanı ünvan 2i Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “Aeterna Pharma" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2016-cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergi si tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 5503,07 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 12038,90 manat olduğunu göstərməklə, 6535,83 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 9472,60 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 13339,45 manat olduğunu göstərməklə, 3866,85 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 82412,22 manat, həmin dövriyyədə n büdcəyə ödənilməli olan ƏDV-nin 14834,20 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 74405,38 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 13392,97 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməklə, 1441,23 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 13733,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 2472,05 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 2094,11 manat olduğunu göstərməklə, 4566,16 manat ƏDV-ni az; 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin ol madığını, büdcədən qaytarılan ƏDV-nin 58722,35 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 145827,25 manat olduğunu göstərməklə, 87104,90 manat ƏDV-ni az; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 6247,0 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 1124,46 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 9279,23 manat olduğunu göstərməklə, 10403,69 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 225018,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 40503,31 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 190664,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 34319,63 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 6183,68 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 185331,55 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 33359,68 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 87588,72 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 15765,97 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 17593,71 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 157430,11 manat, həmin dövriyyədən büdcəyə öd ənilməli olan ƏDV-ıin 28337,42 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 58689,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 10654,18 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 17683,24 manat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rin 8027,03 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 6648,92 manat olduğunu göstərməklə, 1378,11 manat ƏDV-ni artıq; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 268,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 48,28 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 7544,96 manat olduğunu göstərməklə, 7593,24 manat ƏDV-ni az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 10454,62 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 16393,61 manat olduğunu göstərməklə, 5938,99 manat ƏDV-ni az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 20322,74 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 29059,18 manat olduğunu göstərməklə, 8736,44 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 22661,27 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-rin 4079,03 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 5398,80 manat olduğunu göstərməklə, 9477,83 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 478206,55 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 86077,18 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərm əli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 347881,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 62618,74 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 23458,44 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 44473,66 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 50669,47 manat olduğunu göstərməklə, 6195,81 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 11002,18 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 18705,46 manat olduğunu göstərməklə, 7703,28 manat ƏDV-ni az; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 33858,98 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 39913,01 manat olduğunu göstərməklə, 6054,03 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tıtulan dövriyyəsinin 105235,33 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 18942,36 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər ve rgisi tutulan dövriyyənin 55261,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 9947,13 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 8995,23 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 6148,98 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 15370,73 manat olduğunu göstərməklə, 9221,75 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 44451,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-rin 8001,25 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan d övriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 3233,08 manat olduğunu göstərməklə, 11234,33 marat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 1896,91 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 30540,39 manat olduğunu göstərməklə, 28643,48 manat ƏDV-ni az; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 66303,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDVnin 11934,69 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, nəmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 36051,88 manat, həmin dövri yyədən büdcəyə ödənilməli olan ƏDV 6489,34 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməklə, 5445,35 manat ƏDV-ni az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 105640,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 19015,24 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 44364,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 7985,67 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 11029,57 manat ƏDV-ni az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyə 269780,94 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 48560,57 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 24009 4,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 43216,96 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməklə, 5343,61 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 227689,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 40984,18 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 206757,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 37216,33 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 3767,85 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 10514,89 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni n və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 15431,22 manat olduğunu göstərməklə, 4916,33 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDVnin 3195,88 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 7032,20 manat olduğunu göstərməklə, 3836,32 manat ƏDV-ni az; 2019-cu ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 30273,13 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığın ı, büdcədən qaytarılan ƏDVnin 29381,10 manat olduğunu göstərməklə, 892,03 manat ƏDV-ni artıq; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 195688,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 35223,88 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 179058.83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 32230,59 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 2993,23 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rıin 6049,73 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcəd ən qaytarılan ƏDV-nin 11938,05 manat olduğunu göstərməklə, 5888,32 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 2139,20 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 5963,07 manat olduğunu göstərməklə, 3823,87 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 134634,72 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 24234,25 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 111187,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 20013,82 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 4220,43 manat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rin 3847,0 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 11300,07 manat olduğunu göstərməklə, 7453,07 manat ƏDV-ni az; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 33966,33 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 37128,93 manat olduğunu göstərməklə, 3162,60 manat ƏD V-ni az avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 259991,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 46798,45 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, nəmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 237105,66 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 42679,02 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməklə, 4119,43 manat ƏDV-ni az hesablamaqla, cəmi 354632,18 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa, X1 faktiki olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edərək, "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il ərzində əldə etdiyi çəlirləri 3429108,00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2857590,00 manat, vergiyə cəlb olunan mənf əəti 571518,00 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 114303,60 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 336209,40 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 280174,50 manat, vergiyə cəlb olunan mənfəəti 56034,90 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 11206,98 manat göstərməklə, 103096,62 manat məbləğində mənfəət vergisini az; 2018-ci il ərzində əldə etdiyi gəlirləri 2869084,99 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2390904,16 manat, vergiyə cəlb olunan mənfəəti 478180,83 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergis ini 86072,55 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 229731,66 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 191443,05 manat, vergiyə cəlb olunan mənfəəti 38288,61 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 6891,95 manat göstərməklə, 79180,60 manat məbləğində mənfəət vergisini az hesablamaqla, cəmi 182277,22 manat mənfəət vergisi olmaqla, 536909,40 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-21/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsi tətbiq edilməklə Məhkum Azərbaycan Res publikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsi, mülki iddianın tam təmin edilməsi, 534.639,26 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində aparılmış istintaq zamanı araşdırma tam, hərtərəfli və obyektiv olmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən məhkəmə istintaqı dövründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə mühasibat ek spertizasının 02 avqust 2021-ci il tarixli, 9/4306 nömrəli və 16 dekabr 2021-ci il tarixli, 9/7900 nömrəli rəyləri mötəbər sübut kimi qəbul edilsə də, həmin rəylər əsassız və prosessual pozuntularla verilmiş olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da tam qanuni və əsaslı hesab oluna bilməz.

5. Qərardan həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib onun ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəzaya məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya prot esti və apellyasiya şikayəti ilə əlavəsi təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-21/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, mülki iddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli səhv tö vsif edilmişdir. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, mülki iddiaçı onları təkrarlamaqla ekspertiza rəyləri ilə razı olmadığını bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Məhkum kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin təmin edilməməsini xahiş etmişdir.

11. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci ma ddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik akt larına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, hər iki kassasiya müraciətində istinad etdiyi hallar kassastorların əvvələr apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda artıq ətraflı cavablandılırmış, kassasiya müraciətlərinin müəllifləri həmin qərarlarda müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı baxılan kassasiya müracitələrinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində və kassasiya əlavəsi ilə şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, ap ellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hər iki aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərarlar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və mülk i iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-925/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar