Məhkəmə qərarları › İş №1(102)-470/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-470/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-470/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Qurbanəli oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263-1.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 2000-ci il tarixində Füzuli rayonu Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri Xanlar küçəsi ev 7-də qeydiyyatda olan, faktiki olaraq Füzuli rayonu Horadiz şəhəri Qurban Namazəliyev küçəsinə yaşamaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri, X13 küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni minik markalı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası Şahid1 xx.xx.2021-ci il tarixli, ƏN-V 649197 nömrəli etibarnamə əsasında istifadəsində olan “Vaz 21703 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hi ssəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, asfalt yolu sağ tərəfdən sol tərəfə keçən piyada X4 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Gülnaz Səfərovaya qaraciyər və dalağın cırılması ilə müşayiət olunan qarının ön divarının qapalı küttravması, hemoperitoneum (qarın boşluğuna qan yığılması), alt çənə nahiyəsinin əzilmiş yarası, ön qarın divarının və hər iki bud nahiyələrinin qançırları, sol dirsək və sol sağrı nahiyələrinin sıyrıqları, daxili üzvlərinin venoz azqanlılığından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olub sa ğlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxsə yardım göstərmədən etdiyi hadisə ilə bağlı məsuliyyətdən yayınmaq məqsədilə qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X16 və X6 ibarət məhkəmə tərkibində) 10 fevral 2022-ci il tarixli, 1(099)-137/2022 nömrəli hökmü ilə Məhkum CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları tam toplamaqla cinayətlərin məcmusu üzrə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3 -cü maddəsinə əsasən 29 sentyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 12 (on iki) gün müddətin təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, eləcə də cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti vermişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibində) 21 aprel 2022-ci il tarixli, 1(106)365/2022 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(099)-137/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət məhkəmə tərkibində) 13 oktyabr 2022-ci il tarixli, 1(102)-1704/2022 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən), X17 və X10 ibarət məhkəmə tərkibində) 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azə rbaycan Respublikası CM-in 264-cü maddəsi ilə 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, həmin cəza ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 263-1.3-cü maddəsi ilə təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dek abr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu tərəfindən kassasiya şikayəti verilmiş, daha sonra məhkum ərizə ilə müraciət edərək şikayətini geri götürdüyü bildirmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və X1 ibarət məhkəmə tərkibində) 22 iyun 2023-cü il tarixli, 1(102)-1231/2023 nömrəli qərarı ilə Məhkum ərizəsinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Hazırda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

12. Məhkumun müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun cəzası ağırlaşdırılarkən onun barəsində hökmlə nəzərə alınan yüngülləşdirici hallar nəzərə alınmamışdır, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Belə ki, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayəti həm istintaq, həm də məhkəmə baxışı zamanı səmimi etiraf etməsini, hadisədən az müddət sonra zərərçəkmiş şəxsin hüquqi varisi və onun digər yaxın qohumları ilə barışıq əldə etməsini, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirməsini, zərərçəkmişin bu barədə istər ərizə ilə məhkəməyə müraciət etməsini, istərsə də məhkəmədə dindirilmə zamanı ifadələrində bildirməsini nəzərə almamışdır. Həmçinin qeyd etmək lazımdır ki, Məhkum və onun ailə üzvləri zərərçəkmiş şəxsin yas mərasimində dəfələrlə iştirak etmiş, zərərçəkmiş şəxsin qəbr daşını düzəltdirmiş, dəfn və yas mərasiminin bütün xərclərini ödəmişlər. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir.

13. Bundan əlavə, məhkum barəsində cəza təyin edilərkən onun şəxsiyyətinin tədqiq edilərək, nəzərə alınmalı olmasını vurğulayıb, Məhkum barəsində icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməni, “Vətən müharibəsi” zamanı göstərdiyi xidmətlərini, əvvəllər məhkum olunmamasını, barəsində ağırlaşdırıcı halların olmamasını, təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə uyğun olmamasını, ata, anasının işsiz olması, onun işləyərək ailəsinin maddi ehtiyaclarını ödəməsi, həmçinin Məhkum məcburi köçkün həyatı yaşamaqla çətinliklə böyüməsini, cavan olmasını, vegetativ-damar distoniyası, epilepsiya xəstəsi olduğuna görə mütəmadi ambulator müalicə alması və bu müalicənin davamlı olduğunu da nəzərə almamasını qeyd etmişdir.

14. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarının dəyişdirilməsini və məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

16. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya şikayəti verməmişdir. III.Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlill ərinə uyğun qyadada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən (əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, əvvəllər məhkum olmama sı, müsbət xarakterizə edilməsi və.s) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

23. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 de kabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

25. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil ir.

26. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

28. Cəzanı ağırlaşdıran halların tam siyahısı C inayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

29. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

30. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə ai d olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

31. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum müdafiəçisinin məhkuma münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təy in edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

32. Belə ki, Məhkum cəzasının yüngül olması, ona təyin edilmiş cəzanın onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması barədə apellyasiya protestinin dəlilləri ilə apellyasiya instansiya məhkəməsi razılaşaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(099)-137/2022 nömrəli hökmü ilə təyin edilmiş cəzanı dəyişdirərək, ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM- in 66.3 və 66.4-cü maddələrinə əsasən, həmin cəza ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 2 63-1.3-cü maddəsi ilə təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.

33. Apellyasiya məhkəməsi apellyasiya protestinin dəlilləri ilə razılaşıb məhkumun cəzasını ağırlaşdırarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətinin sosial və psixoloji xüsusiyyətlərini düzgün nəzərə almamışdır. Çünki Məhkum yol-nəqliyyat hadisəsindən sonra ağır dərəcəli bədən xəsarəti ala n şəxsi hadisə yerində köməksiz vəziyyətdə qoyması onun şəxsiyyətinin sosial xüsusiyyətlər baxımından birgə yaşayış qaydalarına, qanunlara, insanlara münasibətində davranışının normal və yetkin olmadığını, psixoloji xüsusiyyətlər yönümündən isə belə hallarda xarakterində mərhəmətlilik hisslərinin olmamasını səciyyələndirir. Buna görə də, Məhkum hazırkı işin halları baxımından CM-in 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəzanın müddəti, cəzanın məqsədlərinə çatımlılıq üçün yetərli deyildir. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu təsdiq edir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan halı aradan qaldırmaq üçün Məhkum cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarl a, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürülməklə nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, həmin cəza Cinayət Məcəlləsinin 2631.3-cü maddəsi ilə təyin edilmiş əsas və əlavə cəza ilə toplanmalıdır.

34. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qəbul edilmiş qərarın qanuni və əsaslı olmasını hesab edir.

35. Bundan əlavə, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin h ökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkum və onun müdafiəçisinin məhkuma hökmlə təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə çıxışlarında qeyd etdikləri tələblərlə razılaşmamış, əksinə təyin edilmiş cəzanın həddən artıq yüngül olmasına dair apellyasiya protestinin dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirərək, onun cəzasının ağırlaşdırılması qənaətinə gəlmişdir.

36. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zama nı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instan siyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

38. Qeyd olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlunun kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 1(106)-955/2022 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar