Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-471/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbayca n Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.2.2-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum- xx xxxx 1990-cı il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum edilmiş, məhkumluğu ödənilmiş, Ü2 qeydiyyatda olmaqla, ü3 yaşamış, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-nin 182.2.2ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş və zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmla kını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə atasının xəstə olduğunu və atasının müalicəsinə görə pula ehtiyacının olmasını Zərərçəkmiş şəxs1 bildirib ona borca pul və lombarda girov qoyub əvəzində pul götürmək üçün qızıl-zinyət əşyalarını verdiyi halda Zərərçəkmiş şəxs1 həm pulunu və həm də qızıl zinyət əşyalarını guya xx xxxxxx 2018-ci il tarixədək qaytaracağını yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, ü7 yerəşən avtobus dayanacağında 1500 manat pul vəsaitini və 1 ədəd 750 əyarlı, 700 manat dəyərində 10 qram olan qızıl boyunbağını, 1 ədəd 750 əyarlı, 700 manat dəyərində 10 qram olan qızıl qolbağını, 1 ədəd 750 əyarlı, 700 manat dəyərində 10 qram olan qızıl klonu və 1 cüt 583 əyarlı, 300 manat dəyərində, 6 qram olan qızıl sırğanı və bundan sonra eyni məqsədlə xx xxxxxx 2017-ci il tarixdə saat 12 radələrində ünvan 4 Zərərçəkmiş şəxs1 1500 manat pul vəsaitini və 1 ədəd 583 əyarlı, 1100 manat dəyərində 21 qram çəkidə qızıl boyunbağını, 1 ədəd 583 əyarlı, 1350 manat dəyərində 27 qram çəkidə qızıl boyunbağını və 1 ədəd 585 əyarlı, 300 manat dəyərində 6 qram çəkidə olan qızıl boyunbağını alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 8150 manat olmalqa, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib almaq məqs ədilə xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində ünvan 5küçəsində yerləşən yer üstü keçid məntəqəsində Zərərçəkmiş şəxs1 pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verərək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan 2000 manat pul vəsaitini, 10 ədəd, hər biri 583 əyarlı, hər birinin 5 qram çəkisi olan, hər biri 200 manat dəyərində ümumilikdə 2000 manat dəyərində olan 10 ədəd qızıl qadın üzüyünü və 1 ədəd 583 əyarlı, 7 qram çəkidə olan, 350 manat dəyərində qızıl kişi üzüyünü, ümumilikdə isə 2000 manat pul vəsaitini və 2350 manat dəyərində qızılzinyət əşyalarını hədə qorxu ilə tələb edib alaraq Zərərçəkmiş şəxs1 ümu milikdə 4350 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib almaq məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 17 radələrində ü6 yanında Zərərçəkmiş şəxs1 pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verərək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan 1500 manat pul vəsaitini hədə qorxu ilə tələb edib almışdır. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib alma q məqsədilə Zərərçəkmiş şəxs1 mobil telefonla zəng edərək ondan pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verərək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan pul tələb etdikdə Zərərçəkmiş şəxs1 onun göndərdiyi istintaqa məlum olmayan taksi sürücüsünün vaistəsilə ona xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində ü4 yerləşən 51 nömrəli avtobus dayanacağında 500 manat pul vəsaitini göndərmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib almaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 12 radələrində ünvan 4 Zərərçəkmiş şəxs1 pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verərək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan 1000 manat pul vəsaitini hədə qorxu ilə tələb edib almışdır. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib almaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saatü5 yerləşən yerüstü piyada keçidinin yanında Zərərçəkmiş şəxs1 pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verər ək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan 200 manat pul vəsaitini, 2 ədəd, hər biri 585 əyarlı, hər biri 7 qram olan, hər birinin dəyəri 350 manat olan ümumi dəyəri 700 manat olan qızıl boyunbağını, 01 ədəd 585 əyarlı, 8 qram çəkidə olan 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 585 əyarlı, 3 qram olan, 200 manat dəyərində qızıl qolbağını, 1 ədəd 583 əyarlı 5 qram çəkidə olan, 350 manat dəyərində qızıl nişan üzüyünü, 1 ədəd 583 əyarlı, 350 manat dəyərində 5 qram çəkidə olan kişi qızıl üzüyünü, 01 cüt, 583 əyarlı, 350 manat dəyərində 4 qram çikədə qızıl sırğanı, 01 cüt, 583 əyarlı, 300 manat dəyərində 3 qram çikədə qızıl sırğanı, 01 cüt, 583 əyarlı, 700 manat dəyərində 10 qram çikədə qızıl sırğanı, 1 ədəd, 583 əyarlı, 300 manat dəyərində 5 qramlıq qızıl klonu, ümumilikdə isə 200 manat pul vəsaitini və 3650 manat dəyərində qızıl-zinyət əşyalarını hədə qorxu ilə tələb edib alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3850 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçimək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma və əmlakını hədə-qorxu ilə tələb edib almaq məqsədilə xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində ünvan 4 Zərərçəkmiş şəxs1 pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs1 aralarında yaranmış münasibətlər haqqında sonuncunun ərinə məlumat verərək onun haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlib ondan 460 manat pul vəsaitini hədə qorxu ilə tələb edib almışdır. Bundan başqa x1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsində oğlanları x2 və x3 barələrində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan hökmün çıxarılmasında köməklik edəcəyi barədə yalandan vəd verib aldadaraq bu adla xx xxxx 2018-ci il tarixdə ünvan 5ilə Gəncə prospektinin kəsişməsində Zərərçəkmiş şəxs2 məxsus avtomobilin salonunda Şahid2 Zərərçəkmiş şəxs2 vermiş olduğu sonuncuya məxsus 5000 manat pul vəsaitini və daha sonra eyni məqsədlə dələduzluq hərəkətlərinin davamı olaraq xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Kəhrəba” çay evində Şahid2 Zərərçəkmiş şəxs2 vermiş olduğu sonuncuya məxsus 3000 manat pul vəsaitini alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zə rərçəkmiş şəxs2 ümumilikdə 8000 manat məbləğində, yeni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsind ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi Zərərçəkmiş şəxs1 şikayəti əsasında başlanılmış, amma həmin şikayətdən başqa qeyd edilən cinayət əməlinin törədilməsini təsdiq edən hər hansı maddi sübutlar, yəni tərəflər arasında olan sms, whatsapp və ya digər bir formada olan yazışmalar və yaxud hər ikisinin arasında qeyd edilən halı dolayı və ya birbaşa yolla təsdiq edən telefon danışıqları və ya hər hansı sosial şəbəkə vasitəsi ilə yazışmalar, habelə hadisəni görən və ya hadisə barədə məlumatı olan şahid ifadələri mövcud olmadığı üçün nə işin ibtidai istintaqı aparılan zaman, nə də ki, məhkəmə istintaqı zamanı təqdim edilməmişdir. Bundan başqa Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələ ri ilə istintaqı aparılan cinayət işi üzrə Məhkum Zərərçəkmiş şəxs2 oğlanlarının barəsində məhkəmədə olan cinayət işi ilə əlaqədar onlara kömək məqsədi ilə ümumilikdə 2018-ci ilin mart ayında iki dəfəyə 8000 manat pul alsa da, həmin pulu harada işlədiyini, telefon nömrəsini, ümumiyyətlə anket məlumatlarını bilmədiyi Adil adlı şəxsə vermiş, lakin sonradan Adilə nə qədər zəng etsə də onu tapa bilməmiş, Adili tapa bilmədiyindən Zərərçəkmiş şəxs2 pulunu özü qaytarmış və həmin hərəkətindən peşman olmuşdur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.2.2ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə göstərilən xüsusatlar mülki xarakter daşıdığı üçün cinayət hadisəsi olmadığından cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini, həmçinin Məhk um himayəsində üç azyaşlı uşağının olmasını və həyat yoldaşının uşaqların tərbiyəsi ilə məşğul olduğundan işləyə bilməməsini, bu səbəbdən də ailənin maddi təminatının yalnız Məhkum tərəfındən həyata keçirildiyini, bundan əlavə, Məhkum anadangəlmə ağır formada bronxial astma xəstələyindən əziyyət çəkməsini, bir az qapalı mühitdə qalan kimi həmin xəstəlik kəskin şəkildə tənəffüs çatışmamazlığına səbəb olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkum da müdafiəçisi ilə eyni məzmunlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin t əmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində məhkumun cinayət əməlində Azərbaycan Respublikası CM-nin 182.2-ci maddəsinin mövcudluğunu, zərərçəkmiş şəxsin ifadələrindən başqa təsdiq edən kifayət qədər sübutların olmadığı, məhkumun özünün kassasiya şikayətində isə ümumiyyətlə əməlində cinayət tərkibinin olmaması göstərilmişdir. Lakin, cinayət işinin materialların da olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nini 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş sübutların məcmusu ilə göstərilən dəlillər təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. xx xxxxxx 2017-ci il tarixdə o “vatsap” vasitəsilə x3 yazaraq atasının xəstə olduğunu və onun müalicəsi üçün 4000 manat pul lazım olduğunu deyəndə x3 ona 4000 manat pulunun olmadığını, amma 1500 manat pul və bir də qızıllarını verə biləcəyini bildirib. x3 ilə xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 17 radələrində ü7 görüşəndə x3ona 1500 manat və qızılları verib ki, atasının müalicəsini etsin. Lakin, həmin pulu ona borca verdiyini dem əyib. O, xxxxnin verdiyi həmin qızılları Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində yerləşən lombarda qoyaraq 4300 manat pul götürmüş və həmin pulları atasının müalicəsinə xərcləyib. Həmin qızılları Əhmədlidə “Kredit evinə” qoyub. O, bir müddət sonra lombardın pulunu düzəldib qızılları girovdan çıxartmaq üçün “Kredit Evinə” gedəndə “Kredit Evi” nin artıq həmin ünvanda fəaliyyət göstərmədiyini görüb və düşünüb ki, vaxtında faizi və əsas pulu ödəmədiyi üçün artıq qızıllar da satılmış olar. Lakin sonradan x3ondan ailəsini ataraq onunla birlikdə yaşamağı tələb edib. Hətta ona təklif edib ki, kirayə ev tutub və həftədə 2 dəfə orada görüşsünlər. O, buna razı olmayıb. O, xxxxnin bu təklifi ilə razılaşmadığından onunla münasibəti kəsib. O, xxxxdən ümumilikdə 19.810 manat deyil, qızıllarla bir yerdə cəmi 8000 manat alıb. O, xxxxni şantaj etməmiş, nə də xxxxdən pul tələb etməmişdir. x3özü ona təmənnasız pul verib ki, atasını müalicə etdirsin. Sonradan isə onun xxxxni şantaj etməsi ilə bağlı şikayət edib. Bundan başqa Zərərçəkmiş şəxs2 oğlanlarının barəsində məhkəmədə olan cinayət işi ilə əlaqədar oğlanlara kömək məqsədi ilə ondan ümumilikdə 2018-ci ilin mart ayında iki dəfəyə 8000 manat pul alıb. O, toyda Adil adlı bir nəfərlə tanış olmuş və Adil adlı şəxs ona telefon nömrəsi verəndə bildirmişdir ki, nə problem olsa zəng etsin və o, həll etməyə kömək edəcək. O da Bağının oğlanlarının işi ilə bağlı Adilin ona verdiyi telefona zəng etmiş, Bağının oğlanlarının cinayət işi ilə bağlı ona kömək etmək lazım olduğunu demişdir. Adil də kömək edə biləcəyini deyib. Adil adlı şəxsin harada işləməs ini, telefon nömrəsini, ümumiyyətlə anket məlumatlarını bilmir. Bundan sonra o, Adillə görüşüb Bağıdan aldığı 8000 manat pulu ona verib. Lakin sonradan məhkəmədə Zərərçəkmiş şəxs2 oğlanlarına heç bir köməklik olmadığından o, Adilə nə qədər zəng etsə də onu tapa bilməyib. Sonra isə onun telefon nömrəsini də yadından çıxarıb. O, Adili tapa bilmədiyindən Zərərçəkmiş şəxs2 pulunu özü qaytarıb. Hərəkətindən peşman olub. Məhkum əvvəllər vermiş olduğu və birinci instansiya məhkəməsinin məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək məhkəmə iclasında tədqiq edeilmişdir. Həmin ifadəsində Məhkum göstərmişdir ki, atasının müalicəsi üçün ona 4000 manat pul lazım olduğunu deyəndə x3 ona 400 0 manat pulunun olmadığını, amma 1500 manat pul və bir də qaytarmaq şərti ilə qızıllarını ona verə biləcəyini dedikdə o, xxxxyə pulu 3-4 ay ərzində ona qaytaracağına söz vermişdir. Çünki həmin ərəfədə «Məhərrəmlik» ayı olduğundan toylar yox idi və demək olar ki, heç bir yerdən onun gəliri olmayıb. x3onun bu təklifi ilə razılaşmış və xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 17 radələrində o, x3ilə Bakı şəhəri, ü7 yerəşən avtobus dayanacağında görüşmüşdür. x3oraya avtobusla, onun özü isə başqa avtomaşınla həmin yerə gəlmişdir. x3ona həmin yerdə 1500 manat pul, özünə məxsus qızıl zinyət əşyalarını vermişdir. O, həmin qızılları Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində yerləşən lombarda qoyaraq 4300 manat pul çıxartmış və həmin pulları o, atasının müalicəsinə sərf etmişdir. Toylar olmadığında n o, lombardın faizini ödəyə bilməmiş və ikinci ayın tamamında lombarddan ona zəng vuraraq qızılların satışa çıxarılacağını deyəndə o, x7 zəng edib bu barədə dedikdə x3ona qızıllarını hansı yolla olur olsun qaytarmasını demişdir. Həmin qızıllar Əhmədlidə “Kredit evinə” qoyulmuşdur. xxxxnin bu sözlərindən sonra o, xxxxyə əgər lombardın faizini ödəyə bilsə qızılları qaytaracağını, əgər ödəyə bilmədiyi halda qızılların dəyərində pul qaytaracağını bildirmişdir. O, bir müddət sonra lombardın pulunu düzəldib qızılları girovdan çıxartmaq üçün “Kredit Evinə” getmiş, lakin “Kredit Evi” artıq həmin ünvanda fəaliyyət göstərmədiyindən düşünmüşdür ki, vaxtında faizi və əsas pulu ödəmədiyi üçün artıq qızıllar da satılmış olar. Lakin sonradan x3ondan onunla münasibət quraraq görüşməyi təklif etmiş və son radan isə ailəsini ataraq onunla birlikdə yaşamağı tələb etdiyindən o, x3ilə aralarında olan münasibəti kəsmişdir. O, xxxxdən həqiqətən də ümumilikdə 19810 manat borca pul almışdır...”. Sədrlik edənin suallarını cavablandıraraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, elan edilmiş ifadəsini təsdiq etmir. O, pulları xxxxdən borca almayıb və ifadəsində ona 19.810 manat borcu olması düz yazılmayıb. Həmin pulu x3ona təmənnasız, kömək məqsədilə verib. İndi məhkəmədə verdiyi ifadə düzgündür. İfadənin sonunda olan imza və əlyazma onundur, lakin, ifadəni oxumadan imza edib. Pulların x3tərəfindən ona təmənnasız, kömək məqsədilə verilməsi həm özünün ifadələri və həm də xxxxnin ifadəsi ilə təkzib edilir. Belə ki, Məhkum özünün ifadəsi ilə təsdiq edilir ki, atasının müalicəsi üçün 4000 manat p ul lazım olduğunu və ona görə ilk dəfə xxxxdən xx xxxxxx 2017-ci il tarixdə bir ay müddətinə borc adı ilə 1500 manat pul və qızıl-zinət əşyaları aldığını göstərmişdir. Məhkum ibtidai istintaqdakı ifadəsində 19810 manat pulu xxxxdən borca aldığını göstərmiş, məhkəmə iclasındakı ifadəsində isə cəmi 8000 manat pul aldığını, həmin pulları xxxxnin ona borca deyil, könüllü olaraq atasının müalicəsinə kömək məqsədi ilə verdiyini göstərməklə ziddiyət yaratdığından məhkəmə iclasındakı ifadələrinin həqiqiliyini şübhə altına almışdır. Ona görə də zərərçəkmiş şəxsdən ələ keçirilmiş pulların məbləği və alınma üsulu barədə Zərərçəkmiş şəxs1 ifadələri işə baxan məhkəmələr tərəfindən daha mötəbər hesab edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməllərinin hüquqi tövsifi bar ədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Müdafiəçinin kassasiya şikayətində Məhkum himayəsində üç azyaşlı uşağının olmasını və həyat yoldaşının uşaqların tərbiyəsi ilə məşğul olduğundan işləyə bilməməsini, bu səbəbdən də ailənin maddi təminatının yalnız Məhkum tərəfındən həyata keçirildiyini, bundan əlavə, Məhkum anadangəlmə ağır formada bronxial astma xəstələyindən əziyyət çəkməsini, bir az qapalı mühitdə qalan kimi həmin xəstəlik kəskin şəkildə tənəffüs çatışmamazlığına səbəb olmasının nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən Məhkum himayəsində üç azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən, yəni Zərərçəkmiş şəxs2 ödəni lməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin edilmişdır. Təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar müəyyən edilmədiyindən sanksiyanın aşağı həddindən də az cəza təyin edilməsi (CM-nin 62-ci maddəsi), cəzanı çəkmədən islah olunacağına əsas verən hallar müəyyən edilmədiyindən şərti məhkumetmənin (CMnin 70-ci maddəsi) tətbiq edilməsi üçün əsaslar olmadığından kassasiya şikayətləri təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı v ə məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.2.2ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumun və müdafiəçinin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-471/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-471/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver